Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-568/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), X7 və http://bakuappealcourt.gov.az/az/content/news/154X5 ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, iddiaçının iştirakı olmadan İddiaçı X4 Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diaqnostik qiymətləndirilmədə iştirakın təmin edilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4343/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarındancavabdeh tərəfindən verilmişapellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı növbəti müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1976-cı il 11 sentyabrda Gəncə şəhərində anadan olmuş və 1994-cü ildə Azərbaycan Respublikası Beynəlxalq X10 Univeriteti futuroloq Tarix müəllimliyi ixtisasına daxil olmuşdur. 1998-ci ildə Universiteti bitirdiyi tarixdən Tovuz rayonu Eyvazov Bayramov adına Əyyublu kənd orta məktəbinin tarix müəlliməsi vəzifəsinə təyin edilmişdir. Hal-hazırda da həmin məktəbdə müəllim vəzifəsində çalışır. İşlədiyi bu müddətdə heçbir inzibati cəza və ya bir problemi olmamışdır. Bu barədə xasiyyətnamədə də müvafiq qeydlər aparılmışdır. Məlumdur ki, "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları" (bundan sonra - Qaydalar) təsdiq edilmişdir. Qaydalara əsasən, diaqnostik qiymətləndirilmənin aparılması Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Diaqnostik qiymətləndirilmədə iddiaçının iştirakının təmin edilməsi üçün yerli təhsili idarəetmə orqanına müraciət etmiş, İsmayıllı Rayon Təhsil Şöbəsi tərəfindən heç bir əsas olmadan onun diaqnostikqiymətləndirilmədə iştirak etməyi təmin edilməmişdir. Təhsil Nazirliyi cavab məktubunda bildirmişdir ki, ümumi təhsil müəssisələrində işə qəbul edilmiş müəllimlər iştirak edə bilər. İddiaçı Təhsil Nazirliyinin hərəkətsizliyini qanunvericiliyə zidd hesab edir və konstitusion əmək hüququnun pozulması kimi qiymətləndirir. İş materiallarından görünür ki, işlədiyi məktəb Təhsil Nazirliyi sisteminə daxildir və bu məktəb onun yeganə və əsas iş yeridir. Qaydalara əsasən, diaqnostik qiymətləndirilmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (o gümlədən tam orta məktəblər və liseylərdə) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər iştirak edə bilərlər. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə istinad edərək İddiaçı növbəti müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4343/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Qərardan narazı qalancavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının qanunsuz olduğundan ləğv olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, sübutlar tam araşdırılmamış, müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. Belə ki, iddia tələbindən göründüyü kimi, iş üzrə iddiaçı 1994-1998-ci illərdə X2 Açıq Universitetində təhsil almış və ona tarix müəllimliyi ixtisası üzrə diplom verilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, ona məxsus diplomun hüquqi əsası yoxdur və həmin diplom dövlət nümunəli sənəd deyil və bu əsasla da onu imtahana buraxmamışlar. Hesab edirik ki, Təhsil Nazirliyinin iddiaçını diaqnostik qiymətləndirməyə buraxmamaqla heç bir qaunun pozuntusuna yol verməmişdir. Belə ki, xx xxxxxxx 1992-ci il tarixdən qüvvədə olan "Azərbaycan Respublikasının Təhsil Qanunu"nun 2-ci maddəsinə əsasən, dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması öz əksini tapmışdır. Həmin Qanunun 8-ci maddəsinə görə, "təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir". Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən məlum olur ki, müəssisə diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Bu Qanunun 13-cü maddəsində qeyd edilir ki, "təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası höküməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edir". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01,02.1993-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət X11 haqqında" Əsasnaməyə əsasən, Ekspert Komisiyyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi- texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edlir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, Universitet dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Məlumat üçün bildiririk ki, təhsil müəssisələri hüquqi şəxs kimi, ədliyyə orqanlarında dövlət qeydiyyatına alınırlar. Digər tərəfdən 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında" xx.xx.1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, Universitet fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada apapılan təhsilin hüquqi əsası olmamışdır. Belə ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı- Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların,habelə xaric hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reystrinə daxil edilməsidir". Qanunun bu normasından göründüyü kimi, yuxarıda qeyd edilən təhsil müəssisələri dövlət qeydiyyatına alınmadığından onların hüquqi statusu olmamış və habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik omamışlar. Ona görə də, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafıq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini Kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı,2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4343/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarıləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, qeydiyyat nomrəsi 0022 olan sənədin surətindən görünür ki, Sadıqova (Vəliyeva) Rühiyyə İsrayıl qızı, X3 "Futuroloq" Açıq Universitetinə 1994-cü ildə daxil olmuş və 1998-ci ildə həmin Universitetin tam kursunu bitirmiş, Müdafiə şurasının xx.xx.1998-ci il tarixli 28 saylı qərarı ilə ona tarix müəllimi ixtisası üzrə bakalavar dərəcəsi verilmişdir. İş materiallarında olan, Tovuz rayon Təhsil şöbəsi Eyvaz Bayramov adına Əyyublu kənd X15 949 saylı xx.xx.2019-cu il tarixli "arayış"da qeyd olunmuşdur ki, İddiaçı 2019/2020-ci ilin tədris ilində Tovuz rayonu Eyvaz Bayramov adına Əyyublu kənd tam orta məktəbdə ixtisası üzrə tarix müəllimi işləyir. İş materiallarından görünür ki, iddiaçının mürəciətinə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli, V-2367/09-24 saylı imtina məktubunda qeyd olunmuşdur ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostk qiymətləndirilməsinin keçirilməsinin nəzərdə tutulmadığı qeyd olunmuş və bildirilmişdir ki, hal-hazırda müəllimlərin sertifikasiyası qaydaları hazırlanma prosesindədir və iddiaçının müraciətinə həmin qaydalar çərçivəsində baxılacaqdır. Birinci instansiya məhkəməsi işin hallarına əsasən qeyd etmişdir ki, iddiaçıya verilmiş bakalavr diplomun etibarsız sayılması və qanunsuz olmasına dair cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir və məhkəmə hesab etmişdir ki, təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan cavabdehin iddiaçının tləbinin təmin edilməsindən imtina etməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri baxımından əsaslandırmamış, həmin Qanunda müəyyən edilmiş prosedurlara əməl etməmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçının arzuladığı aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən (diplomun dövlət nümunəli olmaması) bu şərtin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin işin müəyyən olunanhalları ilə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus diplomun dövlət nümunəli olmamasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürərək, birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, aşadığakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli, xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.26-cı bəndinə əsasən Nazirlik mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası»nın 3.2-ci bəndinə əsasən diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Bu Qanunun 13-cü maddəsində qeyd edilir ki, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası höküməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında» xx.xx.1993-cü il tarixli, 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən isə, dövlət qeydiyyatından keçib sertifikat almamış təhsil müəssisələrinin fəaliyyəti qeyri-qanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə əsasən diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən, yəni dövlət qeydiyyatından keçib sertifikat almış bütün ali təhsil müəssisələrinə məzunların sayına görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Lakin iş materiallarına əlavə edilmiş, X3 "Futuroloq" X1 (Vəliyeva) Rühiyyə İsrayıl qızının adına qeydiyyat nomrəsi 0022 olan sənəddən görünür ki, həmin blank dövlət nümunəli təhsil sənədi deyildir. Belə ki, yuxarıda adı qeyd edilən təhsil müəssisəsi dövlət qeydiyyatına alınmadığından onun hüquqi statusu olmamış və buna görə də, həmin təhsil müəssisəsi tərəfinən iddiaçıya verilmiş diplom blankı Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Nəticə etibarilə də, həmin diplom blankının hüquqi əsası olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası bu normanın tələbindən çıxış edərək, hesab edir ki, hazırki iş üzrə mübahisə-lən-dirilən inzibati aktın qəbul edilməsini zəruri edən fak-tiki şərtlərin mövcudluğunu sübut etmək vəzifə-si iddiaçının, inzibati aktın qəbulunu istis-na edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdeh inzibati orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə, cavabdeh imtinasının qanuni və əsaslı olmasını təsdiq edən halları sübut etdiyi halda, iddiaçı iddianın əsaslılığını təsdiq etmək üçün zəruri olan mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, həmin Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Bu maddənin tələbindən isə aydın olur ki, təqdim olunmuş diplomların qanuni və qanunsuz olduğunu müəyyən etmək səlahiyyəti bilavasitə AR Təhsil Nazirliyinə aiddir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olduğundan əsaslıdır və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, hazırki iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və həmin qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddiatələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respub-li-kası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4343/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixliqərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-568/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-568/2020
21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver