Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-568/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X4 və X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2597/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1967-cı il təvəllüdlüdür. Azərbaycan SSR X19 Təhsili Komitəsi tərəfindən verilmiş D seriyalı 475592 seriyalı 27 iyul 1985-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 01.09.1982-ci ildə 29 saylı orta texniki peşə məktəbinə daxil olmuş və 30 iyul 1985-ci ildə əmtəə operatoru-laborant ixtisası üzrə həmin məktəbi bitirmiş, ona 4-cü dərəcəli əmtəə operatoru, 2-ci dərəcəli laborant ixtisası verilmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 05.08.1985-ci il tarixli əmək kitabçasından görünür ki, o, əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyası X1 X12 başlamışdır. 01.09.1982-ci ildən 30.07.1985-ci ilədək 29 №li şəhər texniki peşə məktəbində təhsil almış, 01.08.1985-ci ildə 5 №-li sexə 3-cü dərəcəli aparatçı vəzifəsinə götürülmüş, 06.03.1986-cı ildə 5 №li sexin adı 4 №li sexə dəyişdirilmiş, 01.01.1988-ci ildə yeni şərtlərə keçməsi ilə əlaqədar olaraq əmək haqqı üzrə tarif 3-cü dərəcəli aparatçı üçün təyin edilmiş, 23.06.1988-ci ildə işdən azad olunmuşdur. 27.06.1988-ci ildə Azərbaycan Elmlər Akademiyası X2 19 №li laboratoriyaya laborant vəzifəsinə qəbul olunmuş, 01.07.1994-cü ildə işdən azad olunmuşdur. 08.07.1994-cü ildə "xxxx" DŞ-nin 47 №li Təmir-Tikinti İdarəsinə mühəndis vəzifəsinə işə qəbul olunmuş, 18.08.1995-ci ildə işdən azad edilmişdir. 21.08.1995-ci ildə “Azərneftyağ” İB-nin 1 №li yağ istehsalatının 1 №li sahəsinə 3 dərəcəli texnolioji quraşdırma əməliyyatçısı qəbul olunmuş, 01.05.1996-cı ildə 4-cü dərəcə ilə təyin olunmuş, 16.01.1998-ci ildə 1 №li yağ istehsalatının 1 №li sahəsi 1 №li sex adlandırılmışdır. 27.07.1999-cu ildə həmin sexin 106 №li qurğusuna 3-cü dərəcə texniki qurğu əməliyyatçısı vəzifəsinə keçirilmiş, 06.09.1999-cu ildə həmin sexdə 101 №li qurğuya 5-ci dərəcəli texniki qurğu əməliyyatçısı vəzifəsinə keçirilmişdir. 08.01.2002-ci ildə həmin sexdə 102 saylı qurğuya 5-ci dərəcəli texnoloji qurğu əməliyyatçısı peşəsinə keçirilmişdir. 31.03.2003-cü ildə “Azərneftyağ” İB “Azərneftyağ” X21 adlandırılmışdır. 19.04.2004-cü ildə 11 saylı sexin əmtəə bölməsinə aşqar təsərrüfatı üzrə 5-ci dərəcəli əməliyyatçı peşəsinə keçirilmiş, 25.06.2007-ci ildə Zavodun 4 saylı sexinin 401 saylı Yeni bitum qurğusuna 5-ci dərəcəli texnoloji qurğu əməliyyatçısı peşəsinə keçirilmişdir. 01.10.2007-ci ildə həmin sexin 401 saylı qurğuda (Yeni bitum) texnoloji qurğu operator (5ci dərəcəli) peşəsinə təyin edilmişdir. 25.08.2009-cu ildə Zavodun 14 saylı (mərkəzi zavod laboratoriyası) sexinin asfalt laboratoriyasına 9-cu dərəcəli nikeyaçı vəzifəsinə keçirilmişdir. 15.07.2010-cu ildə 11-ci dərəcə təyin edilmişdir. 14.04.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 15.04.2015-ci il tarixdə Heydər Əliyev adına X21nda keyfiyyətə nəzarət laboratoriyası üzrə 8 №li sahənin asfalt laboratoriyasına 11-ci dərəcəli kimyaçı vəzifəsinə qəbul olunub, 12.05.2020-ci il tarixdə aparılmış qeydə əsasən halhazıra kimi işləyir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müracitə etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı 12.10.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 51600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 48067,61 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və həmin Qanuna 13.07.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişiklik nəzərə alınmaqla, ona qanunla hüququnun yarandığı gündən, yəni 47 yaşının tamam olduğu 24.12.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01.09.1982-ci il tarixdə Bakı şəhəri 29 №li orta texniki peşə məktəbinə qəbul olunmuş, 30.07.1985-ci il tarixdə həmin texniki peşə məktəbini bitirmiş və ona 4-cü dərəcəli əmtəə operatoru, 2-ci dərəcəli laborant ixtisası verilmişdir (təhsil müddəti 2 il 11 ay). 29.07.1985-ci il tarixdən 22.06.1988-ci il tarixədək Azərbaycan Respublikası Elmlər Akademiyası X3 Təcrübə-Sənaye zavodunun 4 və 5 №li sexlərində 3-cü dərəcəli aparatçı vəzifəsində (2 il 10 ay 23 gün), 27.06.1988-ci il tarixdən 01.07.1994-cü il tarixədək Azərbaycan Respublikası Elmlər Akademiyası X2 laborant vəzifəsində (6 il 3 gün), 08.07.1994-cü il tarixdən 18.08.1995-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 47 №li Təmir-Tikinti İdarəsində mühəndis vəzifəsində (1 il 1 ay 10 gün), 21.08.1995-ci il tarixdən 01.10.2007-ci il tarixədək “Azərneftyağ” İstehsalat Birliyinin (24.01.2003-cü il tarixdən “Azərneftyağ” X21 adlanır) 1 №li sahəsində 3-cü, 4-cü və 5-ci dərəcə texnoloji qurğu operatoru (əməliyyatçısı), həmin zavodun 11 saylı sexinin əmtəə bölməsində 5-ci dərəcəli əmtəə operatoru (əməliyyatçısı) vəzifələrində işləmişdir. 01.10.2007-ci il tarixdən hal-hazıradək həmin zavodda müxtəlif vəzifələrdə işləyir. Həmin peşələrdə işləyən şəxslər 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən müraciətindən imtina olunmuşdur. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, 01.01.2006-cı il tarixədək ümumi əmək stajı (texniki peşə məktəbində təhsil aldığı dövr nəzərə alınmaqla), 23 il 4 aydır, həmin əmək stajının 13 il 2 ayını, yəni 2 il 10 ay 23 gün Azərbaycan Respublikası Elmlər Akademiyası X3 Təcrübə-Sənaye zavodunun 4 və 5 №li sexlərində 3-cü dərəcəli aparatçı vəzifəsində və 10 il 4 ay 9 gün “Azərteftyağ” İB-nin 1 №li sahəsində 3-cü, 4-cü və 5-ci dərəcə texnoloji qurğuların operatoru (əməliyyatçı) vəzifəsində, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranan sahələrdə işləmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının 52 yaşının tamam olduğu 24.12.2019cu il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 51600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 48067,61 manat təşkil edir. Bundan əlavə iddiaçının güzəştli iş stajı 10 ildən az təşkil edir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 05 avqust 1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında 21.08.1995-25.08.2009-cu il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev adına X21”nda texnoloji qurğuların əməliyyatçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nda nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2597/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 52 yaşdan, yəni 24.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdən pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri X8 və X10 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 12.10.2020-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 11.11.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə cavabdeh inzibati orqanın imtinasının qanunsuz hesab edilməsi, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və həmin Qanuna 13.07.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişiklik nəzərə alınmaqla, ona qanunla hüququnun yarandığı gündən, yəni 47 yaşının tamam olduğu 24.12.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun xüsusi iş stajının, eləcə də pensiya kapitalının kifayət qədər olmaması səbəbindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddiası qismən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 01.01.2006-cı il tarixədək tələb olunan 20 ildən çox ümumi iş stajının, 10 ildən çox güzəştli iş stajının olmasına, güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun isə 52 yaşdan yarandığına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirildiyi üçün qərarın qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Belə ki, məhkəmə qərarı iddianın təmin edilmədiyi hissədə iddiaçı tərəfindən mübahisələndirilməmiş və iddiaçı tələbində ona 47 yaşdan müvafiq növdə pensiyanın təyin olunmasını tələb etsə də, nəticə etibarilə ona 52 yaşdan pensiyanın təyin olunması barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və həmin qərardan apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə çatması; 2) həmin vaxtadək 20 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil barədə sənədini (diplomu), əmək kitabçasını və iş yerindən arayışları təqdim etmişdir. İddiaçıya məxsus diplomdan görünür ki, o, 01.09.1982-ci ildə 29 saylı orta texniki peşə məktəbinə daxil olmuş və 30 iyul 1985-ci ildə əmtəə operatoru-laborant ixtisası üzrə həmin məktəbi bitirmiş, ona 4-cü dərəcəli əmtəə operatoru, 2-ci dərəcəli laborant ixtisası verilmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 01.09.1982-ci ildən 30.07.1985-ci ilədək 2 il 11 ay təhsil almış, əmək fəaliyyətinə 1985-ci ildə başlamış, 29.07.1985-ci ildən 22.06.1988-ci ilədək 2 il 10 ay 23 gün, 27.06.1988-ci ildən 01.07.1994cü ilədək 6 il 3 ay, 08.07.1994-cü ildən 18.05.1995-ci ilədək 1 il 1 ay 10 gün, 21.08.1995-ci ildən 01.10.2007-ci ilədək 10 il 4 ay 9 gün olmaqla, ümumilikdə stajı 20 ildən çox müddət təşkil edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının 01.01.2006-cı ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixinədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Beləliklə, iddiaçının əmək kitabçasından müəyyən olunur ki, onun ümumi iş stajı 20 ildən artıq təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti –SOCAR-ın 29.06.2020-ci il tarixli arayışında Heydər Əliyev adına X18 işçisi İddiaçı tərəfindən Zavoda daxil olmuş 18 iyun 2020-ci il tarixli ərizəyə əsasən bildirilmişdir ki, işçi 16 avqust 1995-ci il tarixindən 01 oktyabr 2007-ci il tarixinədək “Azərneftyağ” X18 1 nömrəli turşu-qələvi filtirləmə yolu ilə yağların təmizlənməsi üzrə texnoloji sahənin qurğularına daxil dan və qurğulardan çıxan neft məhsullarının qəbulu üzrə texnoloji qurğuların əməliyyatçısı (texnoloji qurğuların operatoru), əmtəə bölməsində isə əmtəə əməliyyatçısı (əmtəə operatoru) peşəsində çalışmışdır. Xidmət etdiyi sahənin əsas fəaliyyəti bilavasitə xam neftin qəbulu, qurğuya ötürülməsi və texnoloji əməliyyatlardan keçdikdən sonra, hazır əmtəəlik neft məhsullarının qəbulu, saxlanılması və göndərilməsindən ibarət olmuş, işçi iş müddətində yüksək keyfiyyətli neft məhsullarının kompaund edilməsi, aşqarlar və inkibitorlar əlavə edilməsi, əmtəə parkının işi barədə uçotun və operativ hesabatın aparılması, məhsulların qəbulu və təhvili, boş vaqonların qəbulu sənədlərinin rəsmiləşdirilməsi, daha yüksək keyfiyyətli məhsulların doldurulması üçün rezervuarların və çənlərin hazırlanması kimi funksiyaları yerinə yetirmişdir. Eyni zamanda nəqliyyat təşkilatları ilə təhvil vermə, yüklənmə, hesablaşma və rəsmiləşdirmə əməliyyatlarının aparılması, neft məhsullarının əmtəə parkından dəmir yol estakadasına və magistral neft məhsulları doldurma məntəqələrinə ötürülməsinin təmin edilməsi də işçinin əsas funksiyaları sırasına daxil olmuşdur. Əmək kitabçasında qeyd olunan “əməliyyatçı” peşəsi “operator” peşəsi ilə mahiyyət və funksiya baxımından eynidir və həmin dövr üçün iş yerlərində Azərbaycan dilinə keçidlə əlaqədar tərcümə zamanı buraxılan texniki səhv kimi qiymətləndirilməlidir. AMEA "xxxx" MMC-nin 18 saylı 25.06.2020-ci il tarixli arayışdan görünür ki, o, həqiqətən 01 avqust 1985-ci il tarixindən 23 iyun 1988-ci il tarixinədək Azərb. SSR X13 – X9 Təcrübə-Sənaye zavodunun 5 (4) saylı texnoloji sexində aparatçı vəzifəsində zərərli şəraitdə aşağıda göstərilən istehsalatlarda tam iş günü işləmişdir: - neft məhsulların selektiv və turşulu təmizlənməsi - 1 saylı Siyahı X bölmə b. 3- 11000000-10065- neft, qaz, qaz kondensatı, kömür və şistin emalıN.Q.QK.K və Ş emalı - katalizatorun alınması-1 saylı Siyahı X bölmə bənd.3-11000000-10065- N.Q.QK.K və Ş emah -n sintetik naften turşusuüzvi turşuların alınması-1 saylı Siyahı Vİİİ bölmə bənd A.§1- 1080A00-17541-kimya istehsalatı-(Kİ) Bu işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı ”na aiddir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh iddiaçının tələb etdiyi növdə pensiyaya çıxmaq üçün onun həm ümumi, həm də xüsusi iş stajının olduğunu mübahisələndirir. Bununla bağlı hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən iddiaçının işlədiyi “Azərneftyağ” X18 fəaliyyət istiqamətləri, İddiaçı 21.08.1995-ci il tarixdən 01.10.2007-ci il tarixədək həmin Zavodda işlədiyi texnoloji qurğu əməliyyatçısı peşəsinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan hansı peşənin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil etdiyi təqdirdə hansı kod altında olan peşəyə uyğun olması, həmçinin həmin peşələrin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı SOCAR Heydər Əliyev adına X20 sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq 11.02.2022-ci il tarixdə SOCAR Heydər Əliyev adına X16 məhkəməyə daxl olmuş məktubdan görünür ki, İddiaçı 21.08.1995-ci ildən 16.01.1998-ci ilədək 1 saylı yağ istehsalında 1 saylı sahə texnoloji qurğu əməliyyatçısı,16.01.1998-ci ildən 27.07.1999-cu ilədək texnoloji qurğu əməliyyatçısı, 27.07.1999-cu ildən 06.09.1999-cu ilədək 106 saylı qurğu, texnoloji qurğu əməliyyatçısı, 06.09.1999-cu ildən 08.01.2002-ci ilədək 101 saylı qurğu, texnoloji qurğu əməliyyatçısı, 08.01.2002-ci il tarixdən 19.04.2004-cü ilədək 102 saylı qurğu, texnoloji qurğu əməliyyatçısı vəzifəsində çalışmış və onu işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 2130301a-16081 şifrəli, Xİİ bölmənin 3-cü yarımbölməsinə, 19.04.2004-cü il tarixdən 25.06.2007-ci il tarixədək 11 saylı sexdə əmtəə bölməsi peşəsində aşqar təsərrüfatı üzrə əmtəə əməliyyatçısı vəzifəsində çalışmış və işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 2130301a-16085 şifrəli, Xİİ bölmənin 3-cü yarımbölməsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli qərarının 10.5 bölməsinin neftin, qazın, qaz kondensantının emalı (dəniz neftçilərindən başqa kömürün və şistin emalı), 25.06.2007-ci ildən 01.10.007-ci ilədək 4 saylı sexdə 401 saylı yeni bitum qurğusu, texnoloji qurğu əməliyyatçısı, 01.10.2007-ci ildən 25.08.2009-cu ilədək 4 saylı sexdə 401 saylı yeni bitum qurğusu, texnoloji qurğu operatoru vəzifəsində çalışmış və onu işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli qərarının 10.5 bölməsinin neftin, qazın, qaz kondensantının emalı (dəniz neftçilərindən başqa kömürün və şistin emalı) peşəsinə uyğun olduğu qeyd edilmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, əmək kitabçasında qeyd olunan “əməliyyatçı peşəsi” “operator” peşəsi ilə mahiyyət və funksiya baxımından eynidir və həmin dövr üçün iş yerində Azərbaycan dilinə keçidlə əlaqədar tərcümə zamanı buraxılan texniki səhv kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə tərəfindən müəssisənin fəaliyyət istiqamətləri, İddiaçı 01.08.1985-ci il tarixdən 23.06.1988-cİ il tarixədək Azərb.SSR Elmlər Akademiyası X3 Təcrübə-Sənaye zavodunda işlədiyi 5 (4) saylı texnoloji sexində aparatçı peşəsinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan hansı peşənin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil etdiyi təqdirdə hansı kod altında olan peşəyə uyğun olması, həmçinin həmin peşənin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" MMC-yə sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq 11.02.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən məhkəməyə daxl olmuş məktubdan görünür ki, İddiaçı 01.08.1985-ci il tarixdən 23.06.1988-ci il tarixədək Azərbaycan SSRİ Elmlər Akademiyası X3 Təcrübə-Sənaye Zavodunun 5(4) saylı texnoloji sexində “aparatçı” vəzifəsində işləmişdir. Onun icra etdiyi “aparatçı” peşəsinin vəzifə təlimatına neft məhsullarının selektiv və turçulu təmizlənməsi, katalizatorun alınması, sintetik naften turşusu-üzvi turşuların alınması və sair əmlak funksiyaları aiddir. İddiaçı 01.08.1985-ci il tarixdən 23.06.1988-ci il tarixədək Azərbaycan SSRİ Elmlər Akademiyası X3 Təcrübə-Sənaye Zavodunun 5(4) saylı texnoloji sexində “aparatçı” peşəsi AZərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı Siyahısının X bölməsinin “Neft, qaz, qaz kondensantı, kömür və şistin emalı” 3-cü bəndindəki (kod: ********) “bütün adlarda aparatçılar” (kod: 11000000-10065) peşəsinə uyğundur. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının 01.01.2006-cı il tarixədək xüsusi iş stajı 29.07.1985-ci ildən 22.06.1988-ci ilədək 2 il 10 ay 23 gün, 21.09.1995-ci ildən 01.01.2006-cı ilədək 10 il 4 ay 9 gün olmaqla, 10 ildən artıqdır (13 ildir). Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. Bununla yanaşı, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə adı çəkilən müəssisədə işlədiyi “texnoloji qurğuların əməliyyatçısı” peşəsi iş yerinin verdiyi arayışlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin, 2130301a— 16081 şirifinə - texnoloji qurğuların operatorları peşəsinə uyğun olmaqla, zərərli peşə kimi qəbul edilir. Odur ki, iddiaçıya 24.12.2019-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlilinə, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ 01.01.2006-cı ilədək yarandığı üçün və 01.07.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb 01.07.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə 01.01.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız sayır və qəbul etmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı həm işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2597/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2597/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-568/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-568/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver