Məhkəmə qərarları › İş №2-1(103)-569/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-569/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-569/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı (xx.xx.1957-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə qarşı (üçüncü şəxs – “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X9) əmrlərin etibarsız hesab olunması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4648/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3-cü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSCnin X6maqla, iddiaçının səhhəti ilə əlaqədar müddətli əmək müqaviləsinin uzadılması barədə X9 rəisinin xx.xx.2016-cı il tarixli 294 saylı əmrinin qanunsuz hesab edilməsi, iddiaçıya “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi barədə X9 rəisinin xx.xx.2016cı il tarixli 337 saylı əmrinin etibarsız hesab edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə X9 rəisinin xx.xx.2016-cı il tarixli 430 saylı əmrinin əsassız hesab edilməsi ilə İddiaçı işsiz qalan müddətinin əmək haqqısını ödənilməklə öz vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4648/2019 nömrəli qərardadı ilə (Hakim-Ş.Süleymanova) iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia X9nda tərtib olunmuş inzibati aktların mübahisələndirilməsi ilə bağlı deyil. Əmək Müfəttişliyi - əmək qanunvericiliyinin tələblərinin əməl olunmasına nəzarət edən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı olaraq əmək qanunvericiliyi tələblərinin işəgötürən tərəfindən kobud pozulması faktlarına göz yumur və işçinin pozulmuş hüquqlarını bərpa etməkdən boyun qaçırır. İnzibati-prosessual qanunvericiliyə əsasən iddia - mübahisələndirmə barədə növünə yox, məcburetmə barədə növünə aiddir. Və buna görə, iddiaya əsasən cavabdeh tərəfi - yalnız 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyidir, X9 isə - Azərbaycan Respublikası İPM-nin 27.0.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsdir. Eyni zamanda, iddia ərizəsində üçüncü şəxs qismində adı çəkilən X4 əvəzinə "xxxxxxxxxxxxxxxxxxxxxxxx" QSC-nin baş idarəsinin nümayəndəsinin cavabdeh qismində iştirak etməsi hakimin fikirindən yayınıb. İddiaçının bununla bağlı protokola yazılmış etirazı cavabsız və nəticəsiz qalıb. Beləliklə, iddia ərizəsində adı çəkilməyən "xxxxxxxxxxxxxxxxxxxxxxxx" QSC-nin baş idarəsinin məhkəmə icraatına öz təşəbbüsü ilə cavabdeh qismində qatılması ilə bağlı heç bir prosessual hərəkətlər keçirilməyib, heç bir bir qərardad qəbul olunmayıb. Məhkəmə iddia ərizəsinin mənasını səhv başa düşərək, X9nda 2016-cı ildə tərtib olunmuş inzibati aktların mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddətini ötürülmüş hesab edib. Hansı ki, iddia Əmək Müfəttişliyinə qarşıdır və Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2019-cu il tarixli, **********3 saylı imtina məktubu poçt zərfində olan möhürünə görə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə iddia ərizəsiylə isə İddiaçı xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı yazılı məhkəmə çıxışı təqdim edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, o, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X4 əmrlərini mübahisələndirdiyini, bu əmrləri Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin yoxlamalı olduğunu və bu səbəbdən əmrləri ləğv etmə səlahiyyətinin cavabdehə məxsus olduğunu bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi inzibati məhkəmə icraatında iddianın mümkün hesab edilməsi üçün şərtlərdən biri də cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı X9 rəisinin xx.xx.2016-cı il tarixli 294 saylı, xx.xx.2016-cı il tarixli 337 saylı, xx.xx.2016-cı il tarixli 430 saylı əmrlərini mübahisələndirsə də, cavabdeh qismində həmin əmrləri qəbul etmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X7 deyil, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyini göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında” Əsasnamənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 2.1-ci maddəsinə əsasən Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır - əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində həmin siyasətin həyata keçirilməsini təmin edir; öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirir; əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Göründüyü kimi, Xidmətin hazırkı iddia tələbində nəzərdə tutulduğu kimi, başqa orqanın və ya təşkilatın qəbul etdiyi əmrləri əsassız və ya qanunsuz hesab etmək səlahiyyəti qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (bundan sonra - İPM) bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (35.1.). Eyni zamanda, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclas protokoluna əsasən hakim tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif olunsa da, iddiaçı iddia tələbinin dəqiq olduğunu bildirmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4648/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4648/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar