Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-569/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X12 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X13, X14, X9, X16, X13, X17, X10) «tikiliyə dair ayrıca ünvan və çıxarış verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8433/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı ihdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: - ünvan 2 ünvanında yerləşən sahəsi 223,7 kv.m olan “M” tikilisinə yeni ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 223,7 kv.m olan M tikilisinin digər tikililər ilə əlaqəsi olmadığından, həmçinin giriş-çıxışı və damı ayrıdır. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək həmin tikiliyə dair ona ayrıca ünvan təyin olunmaqla onun adına ayrıca çıxarış verilməsini cavabdehdən xahiş etmiş, lakin sonuncu təqdim etdiyi bölgü sxeminə möhür vurmaqla işin bitmiş hesab edərək, şifahi olaraq, “M” tikilisinia dair ayrıc çıxarış alınması üçün digər mülkiyyətçilərin yazılı razılığı olmalıdır. İddiaçı hesab edir ki, cavabdehin bu arqumenti qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair (M tikilisi 223,7 kv.m torpaq sahəsi 0.03317 ha göstərilməklə) xx.xx.2022-ci il tarixdə İdarə tərəfindən bölgü sxemi tərtib edilmişdir, lakin bölgü sxemi digər payçılar tərəfindən imzalanmamış, bölgü sxemi ilə razı olmaları barədə notarial qaydada təsiq edilmiş ərizə İdarəyə təqdim edilməmişdir. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirildiyindən sahəsi 223,7 kv.m olan M tikilisinə yeni ünvan təyin edilməsi və həmin tikiliyə dairdigər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8433/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı lə iddia tələbi təmin edilmiş və İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 223,7 kv.m olan M tikilisinə yeni ünvan təyin edilməsi və həmini tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2/8 hissədən 1 otaq (y/s 16.5 kv.m.) X4, 1/8 hissə X2, 2/8 hissədən D tikilisi 1 otaq (y/s 20.6 kv.m., k/s 6.3 kv.m.), M tikilisi və 2/8 hissə y/s 33.2 kv.m., k/s 9.1 kv.m. İddiaçı, 2/8 hissədən E tikilisi 1 otaq (y/s-14.2 kv.m, k/s-10.7 kv.m) X7, 2/8 hissədən B tikilisi 1 otaq (y/s 17.9 kv.m., k/s 26.8 kv.m.) X5, 3/8 hissədən 1 otaq (13.3 kv.m.) X11, 3/8 hissədən qalan hissə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair (M tikilisi 223.7 kv.m, torpaq sahəsi 0.03317 ha göstərilməklə) ********** nömrəli, xx.xx.2022-ci il tarixdə İdarə tərəfindən bölgü sxemi tərtib edilmişdir, lakin bölgü sxemi digər payçılar tərəfindən imzalanmamış, bölgü sxemi ilə razı olmaları barədə notarial qaydada təsdiq edilmiş ərizə İdarəyə təqdim edilməmişdir. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirildiyindən sahəsi 223.7 kv.m olan M tikilisinə yeni ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi tərəfimizdən mümkün olmamışdır. Məhkəmə qərarı məlumat üçün İdarəyə daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, M tikilisinin mansard mərtəbəsinin bir hissəsi, dam örtükləri və birinci mərtəbədə bəzi arakəsmələr sökülmüş, tikili qəzalı vəziyyətə salınmışdır.ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi (0.1548 ha) ümumi birgə mülkiyyət hüququ əsasında payçılara məxsus olduğundan və iddiaçının iddia etdiyi M tikilisi həmin torpaq sahəsi üzərində yerləşdiyindən digər payçılar tərəfindən notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi zəruridir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh orqanın nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü madəsinə əsasən məhkəmə kollegiyası onların işirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə ünvan 2 ünvanında yerləşən sahəsi 223,7 kv.m olan “M” tikilisinə yeni ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarına əlavə olunmuş, mübahisəli ünvanda yerləşən daşınmaz fərdi yaşayış evinə dair, çıxarışlardan, o cümlədən, iddiaçının adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən 914,5 kv m yaşayış sahəsi (fərdi yaşayış evi) –paylı mülkiyyət hüququ üzrə yeddi payçının mülkiyyətindədir. O cümlədən:
1. X14 2/8 hissədən 1 otaq (y/s 16.5 kv.m);
2. X9 1/8 hissə;
3. X8 2/8 hissədən D tikilisi 1 otaq (y/s 20.6 kv.m ., k/s 6.3 kv.m), M tikilisi və 2/8 hissə y/s 33,2 kv.m, k/s 9.1 kv.m;
4. X16 2/8 hissədən E tik.1 otaq (y/s-14,2 kv.m, k/s – 10,7 kv.m);
5. X13 2/8 hissədən B tikilisi olan 1 otaq (y/s 17,9 kv.m, k/s 26,8 kv.m);
6. X15 3/8 hissədən 1 otaq (13,3 kv.m);
7. X6 3/8 hissədən qalan hissə. Göründüyü kimi, mübahisəli ünvanda yerləşən sözügedən fərdi yaşayış evinin iddiaçı Tahir Əbülqasımova məxsus olan hissəsi - 223,7 kv.m sahədən ibarət olan “M” tikilisindən ibarətdir. Fərdi yaşayış evinin işə əlavə olunmuş xx.xx.2021-ci il tarixində cavabdeh idarə tərəfindən tərtib olunmuş Texniki pasportuna və ayrıca tərtib olunmuş “bölgü sxemi”ndən , habelə onun əməkdaşları tərəfindən əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müəyinə aktına əsasən müəyən olunur ki, iddiaçıya məxsus həmin “M” tikilisinin digər (A, B, V, Q,D,E,J ) tikililərlə konstruktiv əlaqəsi yoxdur, yəni, həmin tikililələrlə bir dam altında yerləşmir. “M” tikilisi qeyd olunan tikililərdən ayrılıqda yerləşir və həmin tikilinin ayrıca giriş-çıxışı vardır. Qeyd olunmalıdır ki, üçüncü şəxslər tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti də verilməmiş və hazırkı mərhələdə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da onlar məhkəmə iclasına da gəlməmiş, iddiaçının tələbinə və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə maraq göstərməmişlər. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının mübahisəli ünvanda yerləşən “M” tikilisinə görə ayrıca ünvan təyin olunmaqla, digər payçıların adları göstərilmədən yeni çıxarış almaq hüququ cavabdeh tərəfindən məhdudlaşdırıla bilməz (Analoji məhkəmə mübahisəsi üzrə artıq AR Ali Məhkəməsinin 2-1(102)-2567/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən olunan formalaşmış məhkəmə təcrübəsi də mövcuddur) Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektro Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş,“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin: 3.1.2-ci bəndinə əsasən dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.27-ci bəndinə əsasən ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək – DƏKR-in vəzifələridir. İşin tədqiq olunan sübutlarla müəyyən edilən halları və qanunvericilyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, cavabdeh orqan tərəfindən mübahisəli ünvanda yerləşən “M” tikilisinə ayrı ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmasından imtina etməklə cavabdeh orqan qanunvericiliklə üzərinə düşən öhdəliyini əsassız olaraq yerinə yetirməmiş, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən, habelə, səlahiyyətinə aid olmayan və əsaslandırılmayan “tikilinin qəzalı vəziyyətə salındığını” vurğulayan formal xarakterli dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8433/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8433/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.