Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-57/2022 30.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Nümayəndə və 3-cü şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X7) qarşı “torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2- 1(112)-1144/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə X1 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X15 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli qeydiyyatın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 Bakı şəhəri XDS İK-nın xx.xx.1989-cu il tarixli, 11/387 №-li qərarı ilə Sabunçu rayonu, Naradaran qəsəbəsi, Ləhiş sahəsində 500 kvm. torpaq sahəsi ayrılmışdır. Nazilə Ağabəyova həmin ayrılmış torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X15 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış «Torpaq sahəsinin planı və ölçüsü» almışdır. Həmin sənəd əsasında isə məhkəmə qərarı ilə bağ sahəsinə xüsusi mülkiyyət hüququ əldə etmişdir. Eyni zamanda Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 kvm. torpaq sahəsinə dair iddiaçının atası X6 arasında torpaq icarə müqaviləsi bağlanmışdır. Atası X17 öldükdən sonra iddiaçı həmin torpaq sahəsinə sahiblik etmişdir. Nazilə Ağabəyova iddia edir ki, ona ayrılmış bağ sahəsi iddiaçının sahibliyində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bu əsasdan iddiaçı hesab edir ki, X1 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X15 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış «Torpaq sahəsinin planı və ölçüsü» ləğv edilməlidir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia «Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli qeydiyyatın ləğv edilməsi» hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1144/2020 saylı qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qərardad qəbul edilərkən iş materiallarına əlavə edilmiş sənədlərin nəzərə alınmamışdır. Belə ki, onların cavabdeh inzibati orqana kollektiv müraciətləri olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-1131/2020 nömrəli qərardadına əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1144/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020ci il tarixli, 2-1(102)-1860/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-1131/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən qərardadını belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilməmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edərkən iddiaçının hazırkı tələblə cavabdeh orqana müraciət etmədiyinə istinad etsə də, iş materiallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 40 saylı və 41 saylı bağ sahələrinin sənədləşdirilməsini qarşısının alınmasına köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2017-ci il tarixli məktubla (bax: iş materialları 1-ci cild, səh.41) iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı 40 saylı bağ sahəsinə “Gülüstan-2” bağçılıq-yoldaşlığının xx.xx.1989-cu il tarixli 11 saylı protokoldan çıxarışı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-1559/2014 nömrəli qərarı əsasında 41 saylı bağ sahəsi xx.xx.2016-cı il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda göstərilən əsasla, yəni iddiaçının hazırkı tələblə cavabdehə müraciət etməsi barədə mümkünlük şərti ödənildiyindən məhkəmənin istinad etdiyi əsasla iddianı mümkün saymaması əsassızdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana müraciətinin olmadığını qeyd etsə də, işdən görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 40 saylı və 41 saylı bağ sahələrinin sənədləşdirilməsini qarşısının alınmasına köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2017-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina etmişdir. Beləliklə, iddiaçının cavabdeh inzibati orqana müraciətinin olduğu iş materialları ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də hüquqi qiymətləndirmə əsaslı olmamışdır. Ali Məhkəmə işi təkrar baxışa göndərərkən qeyd etmişdir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə X4 ayrılmış bağ sahələrinin üst-üstə düşdüyünə istinad etdiyindən, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını müəyyənləşdirmək üçün ilk növbədə sözügedən torpaq sahəsinin üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə üstüstə düşüb-düşmədiyi araşdırılmalı idi. Məhkəmə tərəfindən bu istiqamətdə heç bir araşdırma aparılmadığından, iddiaçının iddia etdiyi hüquq pozuntusunun mövcud olubolmadığı, dolayısıyla hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması da müəyyən edilə bilməz. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi göstərilən prosessual normaların tələblərinə uyğun işə baxmalı, iddiaçının hüququnun pozulmasının nədən ibarət olduğunu müəyyən etməli, bu məqsədlə ekspertiza təyin edərək sözügedən torpaq sahəsinin üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etməli, iddianın mümkünlük şərtləri ödənildiyi halda işə mahiyyəti üzrə baxaraq əsaslı və qanuni qərar qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırda İddiaçı X1 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X15 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış «Torpaq sahəsinin planı və ölçüsü»- nün ləğv edilməsini tələb edir. İş materiallarından görünür ki, X3 Bakı şəhəri XDS İK-nın xx.xx.1989-cu il tarixli, 11/387 №-li Qərarı ilə Sabunçu rayonu, Naradaran qəsəbəsi, Ləhiş sahəsində 500 kvm. torpaq sahəsi ayrılmışdır. X3 həmin ayrılmış torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X15 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. 20 iyul 2007-ci il tarixli Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin “Torpağın İcarəyə verilməsinə dair” Qərarına və torpaq icarə müqaviləsinə əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 1200 kvm. torpaq sahəsinə dair iddiaçının atası X6 arasında torpaq icarə müqaviləsi bağlanmışdır. Atası X17 öldükdən sonra iddiaçı həmin torpaq sahəsinə sahiblik etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21563 №-li ekspert rəyindən görünür ki, X5 adına mülkiyyət hüquqları qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi «Gülüstan» b/y-nin 41 saylı bağ sahəsi Azərbaycan Neft və Kimya İnstitutunun «Gülüstan-2» bağçılıq yoldaşlığın üzvlərinə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. İddiaçı naturada iddia etdiyi torpaq sahəsi Dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi, ekspert rəyi ilə X5 adına mülkiyyət hüquqları qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi «Gülüstan» b/y-nin 41 saylı bağ sahəsinin İddiaçı faktiki sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsinin hüdudları daxilində olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. İddiaçı 20 iyul 2007-ci il tarixli Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon Kürdəxanı Bələdiyyənin “Torpağın İcarəyə verilməsinə dair” Qərarına və torpaq icarə müqaviləsinə əsasən X2 ayrılmış 1200 kv.m torpaq sahəsinin ayrıldığını bildirsə də, ekspert rəyi ilə ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiаçı İddiaçı onun X1 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X15 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququ mövcud deyil. Bununla yanaşı, iddiaçı iddia etdiyi torpaq sahəsinin faktiki naturada yerləşmə vəziyyətini göstərən plan-sxem, digər hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2022ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının icrası ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün qərardad və iş materialları “X13 və Eskpertiza Mərkəzi” MMC-yə göndərilmiş, X13 və Eskpertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, 140 saylı mütəxəssis rəyi məhkəməyə daxil olmuşdur. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, mütəxəssis qarşısında qoyulmuş sual tərəflərin iştirakı ilə yerində məktuba əlavə edilmiş sənədlərə əsasən araşdırıldı. Naturada mübahisələndirilən torpaq sahəsinin və cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə qeydə alınaraq kammeral şəraitdə “Gülüstan” bağçılıqyoldaşlıq sahəsinin sxeminə və Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, “Gülüstan” bağçılıq-yoldaşlıq sahəsinin ərazisi ümumilikdə mübahisələndirilən torpaq sahəsindən 2230 metr cənubda yerləşir, mübahisələndirilən ərazi ilə üst-üstə düşmür. Google Yer proqramının illər üzrə ortofoto görüntülərindən o da məlum oldu ki, mübahisələndirilən torpaq sahəsi X1 adına mülkiyyət hüquqları qeydiyyata alınarən həmin torpaq sahəsində tikili mövcud olmuşdur. Torpaq sahələrinin yerləşdiyi massiv yaşayış məntəqələrinin torpaqlarına aiddir. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: 20 iyul 2007-ci il tarixli Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin “Torpağın İcarəyə verilməsinə dair” Qərarına və torpaq icarə müqaviləsinə əsasən X2 ayrılmış 1200 kv.m torpaq sahəsinin koordinatları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı, ******* saylı çıxarışı ilə X1 adına mülkiyyət hüquqları qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi “Gülüstan bağçılıq-yoldaşlıq sahəsində yerləşən 41 saylı bağ sahəsinin koordinatlarından 2230 metr kənarda yerləşdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli, 10/3154 saylı məktubda bildirilmişdir ki, “X13 və Eskpertiza Mərkəzi” MMC-nin baza məlumatları və koordinatlara çıxışı olmadığından onun təqdim etdiyi sənəd mötəbər olmayan mənbə hesab olunur. Müqayisəli tədqiqat üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin baza məlumatları təqdim edildiyi halda ekspertizanın aparılması mümkündür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həmin mütəxəssis rəyi mötəbər sübut qismində qəbul edilməməlidir. Bundan başqa, kollegiya qeyd edir ki, məhkəmənin 22 fevral 2021, 28 oktyabr 2021 və 29 aprel 2022-ci il tarixli qərardadları ilə iş üzrə məhkəmə tikinti-texniki ekpertizası təyin edilsə də, iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin mütəxəssisləri tərəfindən mütəxəssis rəyinin və onun əsasında ekspert rəyinin verilməsi müxtəlif səbəblərdən (hüquqmüəyyənedici və texniki sənədlərin təqdim olunmaması, mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş xərc ödənilməməsi və s.) mümkün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2-1(112)-1144/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər İlham Kərimli Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-57/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-57/2022
30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver