Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-570/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X1-Yusiflinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Şıxsafa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan 24.09.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3416/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 24 dekabr 1962-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin 155 saylı 2 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir, müharibə veteranıdır, ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. B seriyalı 805894 saylı 28.07.1981-ci il tarixli diplomdan görünür ki, İddiaçı 01.09.1978-ci ildə Bakı şəhəri 29 saylı Qırmızı əmək Bayrağı Ordenli texniki peşə məktəbinə daxil olmuş və 31.07.1981-ci ildə “universal torpaqçı” ixtisası üzrə oranı bitirmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 30.05.1981-ci il tarixli əmək kitabçasından görünür ki, o, 01.09.1978-ci ildən 31.07.1981-ci ilədək 29 saylı ŞPTM-də 4-cü dərəcəli xarrat-universal ixtisası üzrə təhsil almış, 01.08.1981-ci ildə 5 saylı texnoloji sexində 4-cü dərəcəli xarrat vəzifəsinə qəbul olunmuş, 05.10.1981-ci ildə hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmiş, 31.10.1981-ci ildən 02.11.1983-cü ilədək Sovet Ordusunda hərbi xidmət keçmiş, 20.12.1983-cü ildə Lenin adına Yeni Bakı Neftayırma Zavodunun 5 saylı texnoloji sexində 4-cü dərəcəli xarrat vəzifəsinə qədul edilmiş, 18.12.1984-cü ildə 5 saylı texnoloji sexin 4-cü dərəcəli xarrat adı verilmiş, 01.02.1987-ci ildə 5 saylı texnoloji sexin texnoloji qurğuların təmiri və xidmət üzrə 5-ci dərəcəli xarrat vəzifəsinə keçirilmiş, 01.12.1987-ci ild sexlərin yenidən təşkili ilə əlaqədar yeni ştat cədvəlinə əsasən əməyin yeni ödəmə şərtlərinə keçməklə əlaqədar 2 saylı sexin texnoloji qurğuların təmiri və xidməti üzrə 5-ci dərəcəli çilingər vəzifəsində, 21.06.1987-ci ildə 10 saylı sexin texnoloji qurğuların təmiri və xidməti üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 16.02.1990-cı ildə 10 saylı təmir-mexaniki sexi XRTTİ ya verilmiş və texnoloji qurğuların təmiri üzrə sahə (V.İliç adına NBNZ) adlandırılmış, 16.02.1990-cı ildə texnoloji qurğuların təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsində çalışmış, 01.10.1992-ci ildə YBNZ-na keçirilmə qaydasında Azərbaycan Respublikası ƏHQM-nin 36.5 maddəsinə əsasən işdən azad edilmiş, 02.10.1992-ci ildə Yeni Bakı neftayırma zavodu nəzdində XRTTİ-dən keçmə yolu ilə 13 saylı sexə texnoloji qurğuların təmiri və xidməti üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 01.02.1993-cü ildə orada texnoloji qurğuların təmiri və xidməti üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 01.08.2000-ci ildə həmin istehsalatın torpq emalatxanasına 6-cı dərəcəli torpaqçı vəzifəsinə keçirilmiş, 10.06.2013-cü ildə təzə ştat cədvəlinə əsasən təmir-quraşdırma üzrə 1 saylı sexin nasos kompressor və armaturların təmiri və torpaq sahəsinin 6-cı dərəcəli torpaqçısı adlandırılmış, 22.04.2004-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22.04.2004-cü il tarixli 42 saylı əmrinə əsasən “Azneftyanacaq” neft emalı X7 adına Bakı X10 adlandırılmış, 18.04.2014-cü il tarixdə təzə ştat cədvəlinə əsasən təmir quraşdırma üzrə 13 saylı sahənin nasos, kompressor, torna və armaturların təmiri üzrə xidmət sahəsinin 6-cı dərəcəli tornaçısı peşəsi sayılmışdır. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunnmasından imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı 18.11.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az (10 il 10 ay 14 gün) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtina məktubundan narazı qalaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və “ona 57 yaşdan 24.09.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qəbul etdiyi qərar əsassızdır. Belə ki, T/h Təmir-Tikinti Sahəsi Yeni Bakı Neftayırma Zavodunun (X5) tabeliyində olmuş və onun istehsalat sahələrində texnoloji avadanlıqların təmiri işlərini və digər işləri görmüşdür. Texnoloji avadanlıqların təmirində işçi qüvvəsi və maddi ehtiyatlardan səmərəli istifadə məqsədi ilə Zavodun 9 fevral 1990-cı il tarixli 9 nömrəli əmri ilə onun çilingər işlədiyi 10 nömrəli Texniki avadanlıqların təmiri sexi T/h hesablı Təmir-Tikinti Sahəsinin tabeliyinə verilmişdir. Təmir-Tikinti sahəsinin yerləşdiyi bina və bütün işçiləri Zavodun daxilində idi və ancaq Zavodun işlərini görürdülər. "xxxx" İstehsalat Birliyinin (X5) T/h Təmir-Tikinti İdarəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 11 may 1995-ci il tarixdə təsdiq edilmiş nizamnaməsindən görünür ki, Təmir-Tikinti İdarəsi "Azərnetyanacaq" İB-nin 8-3/38 nömrəli 5 aprel 1994-cü il tarixli əmrinə əsasən Yeni Bakı Neftayırma Zavodunun (X5) T/h Təmir-Tikinti Sahəsinin bazasında yaradılmışdır. Həmin İdarə "xxxx" İB-nin tabeliyindədir. Onun əsas vəzifəsini "xxxx"İB-nin təmir-tikinti işləri, başqa xidmətlər üzrə tələbatını aşağı xərclərlə və keyfiyyətlə yerinə yetirmək, əldə edilmiş mənfəət hesabına işçilərin iqtisadi və sosial maraqlarını təmin etməkdir. 10 nömrəli sexin T/h Təmir-Tikinti Sahəsinin tabeliyinə verilməsi və yenidən Zavodun tabeliyinə qaytarılması barədə əmrlərin Zavod tərəfindən verilməsi, hər iki yerdə eyni funksiyanın yerinə yetirməsi, həmçinin Təmir-Tikinti İdarəsinin Təmir-Tikinti Sahəsinin bazasında yaradılması və onun nizamnaməsinin Zavod tərəfindən təsdiq edilməsi TəmirTikinti Sahəsinin birbaşa Zavodun tabeliyində olmasını göstərən əhəmiyyətli sübut növüdür. Bu faktlar birbaşa göstərir ki, 16 fevral 1990-cı il tarixdən 1 oktyabr 1992-ci il tarixədək olan dövrdə iddiaçı zərərli iş şəraitində işləmişdir və qanunvericilikdlə müəyyən edilmiş qaydada ona həmin pensiya növü şamil edilib verilməlidir. İmtina məktubu 2020-ci ilin dekabr ayında təqdim olunduğundan, iddia müddəti buraxılmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçası, SOCAR tərəfindən tərtib edilmiş 9 sentyabr 2020-ci il tarixli arayış və orta-ixtisas təhsil alması barədə diplomun surətini təqdim etmişdir. İddiaçı iddia ərizəsində hal-hazırda qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbi ilə razılaşmır. Belə ki, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə, istinad edilən normaları nəzərə almaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya o zaman təyin oluna bilərdi ki, qanunvericiliyə dəyişiklik edilənə, yəni 1 avqust 1997-ci il tarixədək həm 12 il 06 ayını 2 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmalı, həmçinin ən azı 25 il ümumi iş stajına malik olmalıdır. Lakin iddiaçının özünün də təqdim etdiyi sübutlardan göründüyü kimi, onun güzəştli pensiya hüququ verən peşələrdə çalışdığı müddət 10 il 10 ay 14 gün olmaqla qanunvericiliklə nəzərdə tutulmuş müddətdən azdır. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və işəgötürən SOCAR tərəfindən tərtib edilmiş 9 sentyabr 2020-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı 10 fevral 1987-ci il tarixdən 16 fevral 1990-cı il tarixədək və 2 oktyabr 1992-ci il tarixdən 1 avqust 2000-ci il tarixədək, cəmi 10 il 10 ay 14 gün müddətində H.Əliyev adına X6 texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsində işləmişdir. İşəgötürənin vermiş olduğu arayışda da iddiaçının məhz həmin illərdə işlədiyi peşəni ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələr olmasını qeyd edilmişdir. Həmçinin o da xüsusilə qeyd edilməlidir ki, SOCAR tərəfindən verilmiş qeyd edilən arayışda iddiaçının işlədiyi peşələrin AR Nazirlər Kabinetinin 320 saylı qərarında 2 saylı siyahısıda olması qeyd edilsə də, həmin peşənin məhz hansı kod altında olması əks olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3416/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayəti tam əsassızdır və təmin edilməməlidir. Tərəflərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Şıxsafa oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 06.04.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh orqan lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 18.11.2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə 08.01.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajının toplanmasına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə pensiya təyin edilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun güzəştli iş stajının olmaması əsası ilə tələbin təmin olunmasından imtina etmişdir. Bundan sonra o, hazırki tələblə bağlı məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 01.01.2006-cı il tarixinə qədər xüsusi iş stajının 12 il 6 aydan çox təşkil etməsinə istinad edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki iş üzrə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil sənədini (diplomu), hərbi xidməti ilə bağlı arayışı, əmək kitabçasını, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olması ilə bağlı arayışı təqdim etmişdir. İddiaçıya məxsus adı çəkilən sənədlərdən, o cümlədən əmək kitabçasından görünür ki, onun ümumi iş stajı 01.09.1978-ci ildən 31.07.1981-ci ilədək (təhsil dövrü) 2 il 10 ay 30 gün, 31.10.1981-ci ildən 02.11.1983-cü ilədək (hərbi xidmət dövrü) 2 il 2 gün, 01.08.1981-ci ildən 05.10.1981-ci ilədək 2 ay 4 gün, 20.12.1983-cü ildən 16.02.1990-cı ilədək 6 il 1 ay 26 gün,16.02.1990-cı ildən 02.10.1992-ci ilədək 2 il 7 ay 16 gün, 02.10.1992-ci ildən hazıradək 13 il 2 ay 28 gün olmaqla, ümumilikdə 27 il 1 ay 16 gün təşkil edir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı onun təhsil (2 il 10 ay 30 gün), hərbi xidmət dövrü (2 il 2 gün ) və əmək kitabçasındakı məlumatlar nəzərə alınmaqla 01.01.2006-cı il tarixə 25 ildən artıq təşkil edir. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının kifayət qədər olmaması da mübahisələndirilir. Bununla bağlı Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Əliyev adına X5 SOCAR********** 80020123X00211 saylı 15 oktyabr 2019-cu il tarixli (İddiaçı barəsində) arxiv arayışından görünür ki, Yeni Bakı Neftayırma Zavodu 29 may 1964-cü il tarixdən X8 adına X3 Yeni Bakı Neftayırma Zavodu adlandırılmışdır. X8 adına X3 Yeni Bakı Neftayırma zavodu AR Nazirlər Kabinetinin 8 noyabr 1991-ci il tarixli 369 nömrəli qərarına əsasən Yeni Bakı Neftayırma Zavodu, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli 50 nömrəli Sərəncamı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 1994-cü il tarixli 13 nömrəli əmri əsasında isə, Yeni Bakı Neftayırma Zavodu "xxxx" İstehsalat Birliyi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli Fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 31 mart 2003-cü il tarixli 25 nömrəli əmrinə əsasən "xxxx" İstehsalat Birliyi "xxxx" X10 adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22 aprel 2004-cü il tarixli 42 nömrəli əmrinə əsasən "xxxx" X10 “HEYDƏR ƏLİYEV adına Bakı X10” adlandırılmışdır. Qeyd: ARDNŞ-nin 24 dekabr 2014cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000135 saylı əmrinə əsasən “Azərneftyağ” X10 1. Yanvar 2015-ci tarixdən qüvvədə olan qanunvericiliyə uyğun olaraq Heydər Əliyev adına Bakı X9 qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Qeydiyyatdan keçərək yeni redaksiyada verilmiş Nizamnaməyə əsasən Heydər Əliyev adına Bakı Neft Emalı X7 adına X10 adlandırılmışdır. X8 adına Yeni Bakı Neftayırma Zavodunun T/H TTS. 16 fevral 1990-cı il tarixdən (əmr № 9, 9 fevral 1990-cı il) Mexaniki təmir üzrə 10 nömrəli sex T/H TTS-nə verilib və texnoloji avadanlıqların təmiri sahəsi adlandırılıb. 16 fevral 1990-cı il tarixdən (əmr № 12/k 16 fevral 1990-cı il) 1 oktyabr 1992-ci ilə qədər (işdən çıxma əmri 90k 1 oktyabr 1992-ci il) T/H TTS-də texnoloji avadanlıqların təmiri üzrə çilingər peşəsində AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı, bölmə Xİİ, 2130301a – 18547 kodla müəyyən edilmiş qaydalara əsasən zərərli iş şəraitində işləmişdir. Köçürülmə yolu ilə işdən azad olunub. Arayış iş stajının təsdiq olunması üçün verilir. Əsas:T-2 şəxsi vərəqə. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Əliyev adına X5 SOCAR**********81200601A00021 saylı 9 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 1 avqust 1981-ci il tarixdən 5 oktyabr 1981-ci il tarixədək, 20 dekabr 1983-cü il tarixdən 16 fevral 1990-cı il tarixədək Yeni Bakı Neftayırma Zavodunda işləyib. 2 oktyabr 1992-ci il tarixdən indiyədək Heydər Əliyev adına X6 işləyir. 1 fevral 1987-ci il tarixdən 16 fevral 1990-cı il tarixədək 5, 10, 2 nömrəli sexlərdə texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər, 2 oktyabr 1992-ci il tarixdən 1 avqust 2000-ci il tarixədək 13 nömrəli sexdə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində işləyib. Qeyd: AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10.5-ci “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Lakin hazırki iş üzrə cavabdehin verdiyi apellyasiya şikayətindən görünür ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun xüsusi stajının kifayət qədər olması faktı yenə də mübahisələndirilmişdir. Bu mübahisəyə son qoymaq məqsədilə məhkəmə kollegiyası tərəfindən İddiaçı 01.02.1987-ci il tarixdən 16.02.1990-cı il tarixədək, 16.02.1990-cı il tarixdən 02.10.1992-ci il tarixədək, 02.10.1992-ci il tarixdən 01.08.2000-ci il tarixədək müxtəlif sexlərdə işlədiyi texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının 12-ci bölməsində nəzərdə tutulan 2130301a – 18547 kodla müəyyən edilən peşənin funksiyası ilə eynilik təşkil edib-etməməsi barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi barədə SOCAR Heydər Əliyev adına X9 sorğu məktubu göndərilməlidir. Həmin sorğuya cavab olaraq təqdim edilmiş SOCAR Heydər Əliyev adına X5 07.02.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı 01.02.1987-ci ildən 16.02.1990-cı ilədək NEZ-in 5, 10, 2 saylı sexlərində texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər, 16.02.1990-cı ildən 02.10.1992-cı ilədək NEZ-in tərkibində olmuş Təsərrüfat Hesablı Təmir Tikinti sahəsində texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər, 02.10.1992-ci il tarixdən 01.08.2000-ci ilədək NEZ-in 13 saylı sexində texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsində işləmişdir. Onun 01.02.1987- 01.08.2000-ci il tarixlərdə işlədiyi texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər peşəsinin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİ bölməsinin 2130301a-18547 kodla müəyyən edilmiş peşənin funksiyaları ilə eynidir. Göründüyü kimi, “İddiaçının güzəştli iş stajının olmaması” ilə bağlı cavabdehin dəlili əsassızdır və iş materialları ilə təkzib olunur. Beləliklə, iddiaçının 01.02.1987-ci ildən 16.02.1990-cı ilədək (3 il 15 gün), 16.02.1990-cı ildən 02.10.1992-ci ilədək (2 il 7 ay 16 gün) və 02.10.1992-ci ildən 01.08.2000-cı ilədək (7 il 10 ay) işlədiyi “texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər” peşəsi güzəştli olub, onun bu peşədə stajı qeyd olunan dövrlər nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək tələb olunan 12 il 6 aydan çox, yəni 13 il 6 ay təşkil edir. İddiaçının yuxarıda qeyd olunan tarixlərdə adı çəkilən müəssisədə işlədiyi “texnoloji qurğuların təmiri və xidməti üzrə çilingər” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİ bölməsinin “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2130301a-18547 şifrəsinə (texnoloji avadanlıqların təmiri üzrə çilingərlər)) uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 12 ildən artıq təşkil edir. Beləliklə, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması barədə tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız sayır və qəbul etmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin olunmasını göstərsə də, qərarın nəticə hissəsində həmin tarixin 24.09.2019-cu il tarix olmasını dəqiq olaraq göstərməmişdir. Lakin bu hal məhkəmə kollegiyası tərəfindən kobud pozuntu kimi qəbul edilmədiyi üçün nəticə etibarilə qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3416/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qərarı iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın 24.09.2019-cu il tarixdən hesablanması göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3416/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qərarı İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın 24.09.2019cu il tarixdən hesablanması göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-570/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-570/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver