Məhkəmə qərarları › İş №2-1(103)-570/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-570/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-570/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədova Musayeva Leyla qızının katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X2) “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 440/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehin imtinasının əsassız hesab edilməsi, 26 Bakı komissarı DXK İK-nın (indiki Səbail RİH) xx.xx.1989-cu il tarixli, 40/4660 saylı sərəncamı ilə iddiaçıya verilmiş 600 kv.m Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar massivində yerləşən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi. Köhnə Bağlar massivində yerləşən torpaq sahəsi üzərində hüququların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2022 tarixli ********** və xx.xx.2022- ei il tarixli 22301 25 İ 22 saylı müraciətlərlə cavabdehə müraciət etmişdir. Müraciəlinə cavab olaraq xx.xx.2022-ci il tarixli **********7 saylı imtina məktubu ilə cavabdeh bildirmişdir ki, elektron kadastr məlumatlarına görə faktiki torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Həmçinin təqdim edilən 26 Bakı komissarı DXK İK-in (indiki Səbail Rİl ) xx.xx.1989-cu il tarixli, 40/4660 saylı qərarın arxiv arayışında hüquq sahibinin adı, ata adı tam formada və torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində torpaq sahəsinin perimetrik ölçüləri, istinad və məsafələri qeyd edilmədiyindən sənəd üzrə sahəni müəyyən etmək tərəflərindən mümkün olmamışdır. Halbuki, 26 Bakı komissarı DXK İK-in (indiki Səbail RİH) xx.xx.1989-cu i! tarixli, 40/4660 saylı sərəncamı ilə 166 sakindən biri olaraq iddiaçıya torpaq sahəsi ayrılmışdır. Səbail RİH həmin sərəncam üzrə ona 600 kv metr bağ sahəsinin yerləşmə cizgisini vermişdir. Milli Arxiv İdarəsindən Dövlət Arxivinin Bakı filialı üzrə verilmiş 15 fevral 2022-ci il tarixli ВЛ-00786-2022 saylı məktubuna qoşma arxiv arayışı ilə də torpaq sahəsinin bağ sahəsi olaraq 600 kv metr olması və ona verilməsi öz əksini tapmışdır. İddiaçı cavabdehin imtina məktubunu (inzibati aktı) əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-440/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X2) “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması” barədə iddiası mümkün mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - xx.xx.1989-cü il, N40/4660 nömrəli “İcraiyyə komitəsinin 1989-cu il 14 iyul tarixli 22/2175 nömrəli qərarına Badamdar qəsəbəsində torpaq sahələrinin 26 Bakı komissarı rayonunda işləyən və Bakı şəhərində yaşayan şəxslərin sərəncamına müvəqqəti istifadəyə verilməsi haqqında qərara əlavə” haqqında qərardan görünür ki, xx.xx.1989-cu il tarixli 22/2175 saylı qərara əlavə olaraq 166 sakindən yoldaşlar F.A.Paşayev, A.M.Hüseynov, A.T.Paşayev Badamdar qəsəbəsi bağ yoldaşlığının siyahısına daxil edilməsi, bağçılıq və əkinçiliyin daha da inkişaf etdirilməsi üçün torpaq sahələrinin müvəqqəti istifadəsi onların səlahiyyətində qalması, və ayrılmış ərazilərdə əsaslı tikintilərin tikintisi qadağan edilməsi və sahə sahiblərinə dövlət tərəfindən zəruriyyət yarandıqda həmin ərazilər heç bir kompensasiya ödənilmədən geri götürəcəyi qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən 0.24 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam hissədə X1 adına qeydiyyata alınmışdır Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Həmin Qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İşin faktiki hallarından görünür ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsidir. Nəzərə alınmalıdır ki, cavabdeh iddia olunan torpaq sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünü və digər imtina əsaslarını bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtina məktubunda göstərdiyi həmin əsasın həqiqətə uyğun olduğu, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək istədiyi torpaq sahəsinin bir hissəsinin hazırda üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə təsdiq olunmuşdur ki, ekspertiza tədqiqatının nəticəsi olaraq həmin hal müvafiq ekspert rəyində əks olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını arzuladığı torpaq sahəsi üçüncü şəxsinin mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyündən hazırkı halda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinə başqa şəxsin, o cümlədən iddiaçının adına reyestrdə qeyd aparıla bilməz. Eyni zamanda hazırki məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2086/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında nümayiş olunmuşdur. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsi iddia olunan torpaq sahəsinin digər fiziki şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyünü nəzərə alaraq, mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsinə dair fiziki şəxsin adına verilən çıxarış mübahisələndirilmədən, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddia tələbinə baxılmasını mümkünlük şərtlərinin ödənilməməsi baxımından mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-440/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar