Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-571/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “4 nəfər ailə üzvü ilə birgə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil kirayə xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “4 nəfər ailə üzvü ilə birgə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin N-1(11N)-6867/N0NN saylı 01 iyul N0NN-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral N0N3-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan Nəhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 188 saylı xx.xx.N0N1-ci il tarixli arayışından görünür ki, 197N-ci il təvəllüdlü ehtiyatda olan polkovnik leytenant İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək müdavim, xx.xx.1997-ci ildən xx.xx.N0N1-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 41.0.6-cı maddəsinin (xidmətə uyğunsuzluğa görə) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin xx.xx.N0N1-ci il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır. xx.xx.N0N1-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin N saylı xx.xx.N0N1-ci il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq şəxsi heyət üzrə şöbə rəisinin müavini polkovnik-leytenant İddiaçı vəzifəsindən azad olunmaqla hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün N9 mart N0N1-ci il tarixdən N9 iyun N0N1-ci il tarixədək 90 (doxsan) gün müddətinə növbəti məzuniyyət verilməklə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilmiş, N9 iyun N0N1-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün təminat normalarından çıxarılmış hesab edilmiş, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon idarəsinə göndərilməsi qərara alınmışdır. Polkovnik-leytenant İddiaçı N9 mart N0N1-ci il tarixə xidmət illəri təqvimi - N9 il, 05 ay, 05 gün, güzəştli - 08 il, 0N ay, 01 gün, cəmi isə 37 il, 11 ay, 04 gün kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 51/43 nömrəli, xx.xx.N0N1-ci il tarixli arayışına əsasən İddiaçı DSX-də xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı İdarəsinin **********57 nömrəli, xx.xx.N0NN-ci il tarixli, **********69 nömrəli, xx.xx.N0NN-ci il tarixli və **********36 nömrəli, xx.xx.N0NN-ci il tarixli məktublarından müəyyən olunur ki, xx.xx.197N-ci il təvəllüdlü İddiaçı, xx.xx.1980-ci il təvəllüdlü X7, xx.xx.N000-ci il təvəllüdlü X8 və xx.xx.N003-cü il təvəllüdlü X5 adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı adına Şirvan şəhəri, N0 Yanvar küçəsi, ev 1P, 64 saylı mənzil xx.xx.N007-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Şirvan şəhəri 1 saylı DNK-nın 4-Ə-188 reyestr nömrəli, xx.xx.N009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 018-9643-1NNN saylı xx.xx.N0NN-ci il tarixli cavab məktubuna əsasən xx.xx.197N-ci il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.N0N1-ci il tarixədək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.N0N1-ci il tarixdən hazıradək isə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin 04/595 saylı xx.xx.N0N1-ci il tarixli və 04/673 nömrəli, xx.xx.N0N1-ci il tarixli arayışlarına əsasən İddiaçı və XN Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. 3M-51 reyestr nömrəli xx.xx.N0N1-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsi) görünür ki, X3 ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 107.7 kv/m olan mənzili 10 il müddətinə İddiaçı kirayəyə vermişdir. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Tikinti Kooperativi "xxxx"nın 58 nömrəli, xx.xx.N0N1-ci il tarixli Arayışına görə İddiaçı ünvan 7 ünvanında "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olan yaşayış binasının 130 saylı mənzilində kirayə müqaviləsinə əsasən yaşayır. İddiaçı hərbi qulluqçu kimi cavabdeh inzibati orqan tərəfindən mənzil uçotuna götürülməsi və mənzil kirayə xərclərinin ona ödənilməli olmasına istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.N0N1-ci il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 188 saylı xx.xx.N0N1-ci il tarixli arayışına əsasən onun xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması qeyd edildiyindən tələbinin təmin edilməsi mümkün deyildir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “4 nəfər ailə üzvü ilə birgə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi, N0N1-ci ilin sentyabr ayından indiyənədək ödnilməyən ayların müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, 1990-cı ildən 199N-ci il tarixədək Sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmətini başa vurmuş, xx.xx.1993-cü il tarixindən xx.xx.N0N1-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmiş, hərbi xidmət müddəti təqvim illəri ilə N9 il 05 ay hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.N0N1-ci il tarixili 538 ş/h saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 41.0.6-cı maddəsi ilə (xidməti uyğunsuzluğa görə) polkovnik-leytenant hərbi rütbəsi ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Hazırda Azərbaycan Respublikası SHXÇ DX-nin Bakı şəhəri Xətai rayon İdarəsində hərbi qeydiyyatdadır. Hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəyə cavab olaraq xx.xx.N0N1-ci il tarixli, Ə-N8N068 saylı məktubla xahişini təmin etməyin mümkün olmadığı bildirilmişdir. Bu, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa ziddir. Belə ki, Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Onun Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmasının səbəbi hərbi qulluqçu kimi müvafiq imtiyazlardan istifadə etmək hüququnu məhdudlaşdıra bilməz. İddiaçı hazırda ailə üzvləri ilə birlikdə (N azyaşlı övladı) ünvan 10 ünvanında kirayədə yaşayır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin xx.xx.N0N1-ci il tarixli, 188 nömrəli arayışına əsasən o, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) əsasən xidmətdən təxris olunmuşdur. Hərbi Qulluqçuların Statusu Haqqında Azərbaycan Respublikası Qanununun 1N-ci maddəsinin 7-ci bəndinə əsasən yaşa, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ilindən az olmayan müddətini Azərbaycan Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. İddiaçı həmin şəxslər kateqoriyasına aid edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin N-1(11N)-6867/N0NN saylı 01 iyul N0NN-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, İddiaçı 4 nəfər ailə tərkibi (özü, arvadı, oğlu və qızı) ilə birlikdə hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək hər ay iddiaçıya və onun ailə üzvlərinə kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hərbi Qulluqçuların Statusu Haqqında Azərbaycan Respublikası Qanununun 1N-cı maddəsinin 7-cı bəndinə əsasən yaşa, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər silahalı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ilindən az olmayan müddətini Azərbaycan Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsinin xx.xx.N0N1-ci il tarixli, 188 nömrəli arayışına əsasən o, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) əsasən xidmətdən təxris olunmuşdur. Lakin Bakı İnzibati Məhkəməsində işə baxılarkən qanunvericiliyin bu tələbinə məhəl qoymadan iddiaçının iradəsinə uyğun qərar qəbul edilmiş və bu qərarı əsaslandırmağa çalışmışdır. Halbuki, "Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikasının Qanununun 1N-ci maddəsinə əsasən yalnız yaşa səhhətinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə istefaya buraxılmış zabitləri, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər silahalı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ilindən az olmayan müddətini Azərbaycan Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.N0N3-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 6N.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya ilk öncə qeyd edir ki, hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verilsə də, iddia predmetinin ayrılmaz olduğu və iddianın təmin olunmayan hissəsinin məhkəmə tərəfindən düzgün əsaslandırılmadığı nəzərə alınaraq, mübahisələndirilən qərarın qanuniliyi və əsaslılığı tam yoxlanılır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçının inzibati orqana qarşı müraciəti onun mənzil növbəsinə alınması ilə bağlı olsa da, məhkəmə icraatı dövründə o, həm də mənzillə təmin olunana qədər ona kirayə haqqının verilməsini də tələb etmiş və cavabdeh inzibati orqan həmin tələbin də təmin olunmasından imtina etmişdir. Beləliklə, iddiaçının hər iki tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən münasibət bildirildiyi (imtina olunduğu) üçün hər iki tələblə bağlı iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı tələbi “4 nəfər ailə üzvü ilə birgə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi, N0N1-ci ilin sentyabr ayından indiyənədək ödnilməyən ayların müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının ehtiyata buraxıldığı tarixə N9 ildən artıq hərbi xidmət müddətinin olmasına, iddiaçının və onunla birlikdə yaşayan ailə üzvlərinin mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olmasının müəyyən olunmamasına, onun yaşayış sahəsi olmayan, yəni yaşayış sahəsinə ehtiyacı olan şəxsə aid olmasına istinad edərək iddianın qismən təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara — qadınlar və «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər — əsgərlər, matroslar və çavuşlar aiddirlər. Həmin Əsasnamənin 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər. Həmin Əsasnamənin 13-cü bəndinə əsasən «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: kiçik zabitlər üçün - 48 yaş. İş materiallarından müəyyən olunur ki, leytenant hərbi rütbəsinə malik iddiaçı kiçik zabit heyətinə aiddir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 146-cı bəndinə görə (-) yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1N-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. Həmin Əsasnamənin 156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 39.1-ci maddəsinə əsasın dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün – 36,5 yaş; 39.1.N. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün – 45 yaş; 39.1.3. kiçik zabitlər üçün – 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün – 48 yaş; 39.1.4.N. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün – 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitseadmiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində – 63 yaş İstinad olunan normalara əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət 4 hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. “Hərbi qulluqçuların statusu haqında” Qanunun 1N-ci maddəsinin 1-ci hissəsinə görə hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 1N-ci maddəsinin 1-ci hissəsinə hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir və ya xidməti mənzil alanadək xidmət yeri üzrə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün pul kompensasiyası ödənilir. Yəni, qeyd edilən bu maddə hazırda xidmətdə olan hərbi qulluqçulara şamil edilir. Həmin Qanunun 1N-ci maddənin N-ci bəndinin birinci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bunun üçün xidməti mənzili olanlar xidməti mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Həmin Qanunun 1N-ci maddəsinin N-ci bəndinin üçüncü hissəsinə görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları, 15 il və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin edirlər. Bundan ötrü yerli icra hakimiyyəti başçıları göstərilən hərbi qulluqçuları mənzil uçotuna götürür və ya həmin şəxslər bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilir. Qanunun 1N-ci maddəsinin N-ci bəndinin dördüncü hissəsinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə 6 avqust N01N-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Göründüyü kimi, Nazirlər Kabinetinin adıçəkilən Qərarında mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsi ilə bağlı məsələlərdə xüsusi tənzimləmə nəzərdə tutmuşdur. Həmin tənzimləməyə əsasən yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmuş ehtiyata buraxılmış hərbi qulluqçuların dairəsi konkret olaraq müəyyən edilmişdir. Yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlər, gizirlər və miçmanlara münasibətdə: -yaşına görə ehtiyata və istefaya buraxılmış; -xəstəliyə görə ehtiyata və istefaya buraxılmış; -ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmış; -5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış; Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulara (MAXE) münasibətdə - 15 təqvim ili və daha çox xidmət etmiş qulluqçular. Göründüyü kimi, qanunverici zabit heyətinə münasibətdə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi alana kimi kirayə haqqı və s. ilə təmin edilməsini yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirmişdir. Yəni, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmamışdır. Yuxarıda istinad olunan hallarından məlum olduğu kimi, iddiaçı polkovnik leytenant rütbəsində xidmət etmiş zabit heyətinə aid hərbi qulluqçu olmaqla “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə baxarkən bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1N.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-6867/N0NN saylı 01 iyul N0NN-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-6867/N0NN saylı 01 iyul N0NN-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-571/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-571/2023
08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver