Məhkəmə qərarları › İş №2-1(103)-571/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-571/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-571/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1582/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021ci il tarixli **********152908 nömrəli qərarla 2017-ci il üzrə 81.162,94 manat, 2018-ci il üzrə 162.675,88 manat, 2019-cu il üzrə 14.472,47 manat mənfəət vergisi, 2017-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayı daxil olmaqla dövr üzrə 529.094,52 manat ƏDV, 2019-cu ilin 3-4-cü rübləri və 2020-ci ilin 1-2-3-cü rübləri üzrə 680,4 manat ÖMV hesablanmış, ÖMV bəyannamələrini təqdim etmədiyinə görə maliyyə sanksiyası tətbiq olunmuş, həmçinin, iddiaçı avqust/2019 - avqust/2020 dövrləri üzrə ƏDV bəyannamələrini, İİİ rüb/2019 - İİİ rüb/2020 dövrləri üzrə ÖMV bəyannamələrini təqdim etmədiyinə görə ümumilikdə 800,0 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Həmçinin Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən 95.347,0 manat maliyyə sanksiyası tətbiq olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qərarın əsassız sayılmaqla ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli **********143551 nömrəli akta və xx.xx.2021-ci il tarixli **********848600 nömrəli sənədə əsasən vergi xidməti tərəfindən maliyyə sanksiyası tətbiq edilmiş və büdcəyə 1,278.175,78 manat ödənilməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, aparılmış yoxlama nəticəsində hesablanmış rəqəmlər qanunvericiliyə əsaslanmadan aparılmış və həmin yoxlamanın nəticəsi (qərar) təxirə salınmadan ləğv edilməlidir.

4. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********143431 nömrəli Qərarına əsasən xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək olan dövr üzrə İddiaçı MMCnin (VÖEN: **********) fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama müəssisənin direktoru X1 və etibarnamə ilə nümayəndəsi X4 iştirakı ilə aparılmışdır. Yoxlama ilə 258311.29 manat mənfəət vergisinin az, 529094.54 manat əlavə dəyər vergisinin az və 20.0 manat artıq, Əmlak vergisi üzrə 80.57 manat artıq, Ödəmə mənbəyində tutulan vergi üzrə 680.40 manat az hesablanmaqla ümumilikdə 788086.23 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 490190.12 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməsi təklif edilmişdir. Yoxlama müəssisənin hesabat və digər göstəricilərini əks etdirən vergi orqanlarında olan baza məlumatları, eyni zamanda ilkin mühasibat sənədlərinə əsasən aparılmışdır. Növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli **********143551 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 23.1.3-cü maddəsi ilə Məcəllə ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçiriməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların həmin orqanın əsaslandırılmış qərarı əsasında baxışını keçirmək hüququ vardır. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq yoxlama müddətində baxış zamanı müəssisənin ümumiyyətlə heç bir fəaliyyətinin olmadığı müşahidə edilmiş və bu barədədə vergi orqanına müraciət etdiyi, digər fəaliyyət növlərinin həyata keçirilməsi müəyyən edilməmişdir. Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli Protokol tərtib edilmişdir. Yoxlanılan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyə 9290783.45 manat, ondan hesablanmış ƏDV 1672341.02 manat, əvəzləşdirlən ƏDV 1477754.59 manat, büdcəyə ödənilməli ƏDV 194586.43 manat göstərilmişdir. Müəssisə yoxlanılan dövrünün əvvəlindən 2017-ci ilin noyabr ayından 2020-cı ilin noyabr ayına qədər istehsal (sink, alüminium, mis məftil, mərmər) və müxtəlif təyinatlı məhsulların topdansatışı fəaliyyəti ilə məşğul olmuş və həmin dövr, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2020-cı il tarixədək olan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanıldıqda kənarlaşma müəyyən edilmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı müəssisənin xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təqdim etdiyi vergi hesab fakturalara əsasən 10 070 767,76 (ƏDV-siz) manat dəyərində malllar təqdim etmişdir. Müəssisənin yoxlanılan dövrdə aldığı və idxal etdiyi malları çeşidlər üzrə cədvəlləşdirərək müəssisədə 3 597 940,74 manat dəyərində malların əskik gəlməsi müəyyən edilmişdir. Müəssisə tərəfindən xx.xx.2017-xx.xx.2020-ci il tarixədək təqdim edilmiş bəyannamələrdə 9290783,45 manat (ƏDV-siz) və 1438511,04 manat (dövriyyə 0 faiz) dövriyyə göstərmişdir. Hesablama apararaq 10 070 767,76+3 597 940,74-9290783,45-1438511,04=2 939 414,01. Beləliklə, müəssisə tərəfindən dövriyyənin 2 939 414,01 (ƏDV-siz) manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci, 159.5-ci maddəsinə əsasən cəmi 2 939 414,01 manat satışı sənədlə müəyyən edilməyən malların dəyərinə müəssisəyə əlavə 529 094,5 manat ƏDV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 529 094,5 manat ƏDV-nin 50% miqdarına 264547.2 manat maliyyə sanksiyası hesablanmışdır. Yoxlanılan dövrdə müəssisədə 20 manat ƏDV artıq hesablama müəyyən edilmişdir. Müəssisə yoxlanılan dövrdə əmlak vergisinin ödəyicisi olmuşdur. Əmlak vergisi ilin əvvəlinə qalığın səhv göstərilməsi səbəbindən 2017-ci ildə 80.57 manat artıq hesablanmışdır. Yoxlanılan dövrdə müəssisə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Müəssisə 2019cu ilin 2-3-4-cü rübləri üzrə və 2020-ci ilin 1, 2 və 3-cü rübləri üzrə bəyannamə təqdim etməmiş və 630.0 manat ödəmə mənbəyində tutulan verginin büdcəyə hesablanmasını təmin etməmişdir. 2019-cu ilin 3-4-cü rübü üzrə və 2020-ci ilin 1, 2, 3cü rübündə verginin 680.4 manat azaldılması aşkar olunmuşdur. Eyni zamanda yoxlanılan dövrdə müəssisənin 953470,0 manat dəyərində alış sənədləri (hesab fakturalar) mövcud olmayıb satışı sənədlə müəyyən edilən mal-materialı müəyyən edilmişdir. Qeyd edilən mal-materiallar üzrə VM-nin 58.8.3-cü maddəsinə əsasən 10%-lə 95347 manat maliyyə saksiyası hesablanmışdır. Mənfəət vergisinin yoxlanılması üzrə aşağıdakılar müəyyən edilmişdir: Müəssisə tərəfindən 2017-cİ il üzrə mənfəət vergisinin bəyannaməsi təqdim edilmişdir. Müəssisə tərəfindən 2017-cl il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 3 291 033.63 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 3 144 402.35 manat, vergiyə cəlb olunan mənfəət 146 631.28 manat və mənfəət vergisi 29 326.26 manat göstərilmişdir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Lakin yoxlama gedişatında müəssisə tərəfindən gəlirlə bağlı xərclərin uçotunun düzgün aparılmadığı və yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Müəssisə tərəfindən yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə 2017-ci il üzrə gəlirin (mənfəətin) birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən “Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır”. Müəssisənin 2017-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək yoxlama ilə təqdim edilmiş alış aktları, elektron baza məlumatları, (alış, satış, idxal, ixrac məlumatları) əsasında 2017-ci il üzrə müəssisənin əldə etdiyi gəliri 3 314 675,87 manat müəyyən edilərək (ƏDV nəzərə alınmadan) mənfəəti aşağıdakı kimi hesablandı. Vergi ödəyicisi 2017-ci il ƏDV bəyannamələrində cəmi 3314675.87 manat dövriyyə göstərmiş, lakin 2017ci ilin mənfəət vergisi bəyannaməsində 3291033.63 manat göstərməklə 23642.24 manat gəliri az göstərmişdir.3 314 675,87M1 = ---- x 20 = 552445.97 100+20 2017-ci il üzrə hesablanmış 552445.97 manat mənfəətdən 20% dərəcə ilə 110489.19 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 81162.93 manat (110489.19-29 326,26) azaldılması müəyyən edilmişdir. Azərybaycan Respublikasının Vergi Məcəlləsinin 58.1.maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 80374,86 manat azaldılmasına görə 50% miqdarında, yəni 40187,43 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində müəssisənin ümumi gəlirləri 6 962 444.68 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 6 615 416.65 manat, vergiyə cəlb olunan mənfəət 347 028.03 manat göstərilməklə mənfəət vergisi 69 405.61 manat göstərilmişdir. 2017-ci il mənfəət vergisinin hesablanmasında qeyd edildiyi kimi müəssisənin 2018-ci il üzrə də əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarı ilə şərti rentabellik səviyyəsi 20%, götürülərək yoxlama ilə təqdim edilmiş alış aktları, elektron baza məlumatları, (alış, satış, idxal, ixrac məlumatları) əsasında 2018-ci il üzrə müəssisənin əldə etdiyi gəliri 6 962 444.68 manat müəyyən edilərək (ƏDV nəzərə alınmadan) mənfəəti aşağıdakı kimi hesablanmışdır.

6 962 444.68 M1 = ------------- x 20 = 1160407.44 100+20

2018-ci il üzrə hesablanmış 1160407.44 manat mənfəətdən 20% dərəcə ilə 232081.48 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2018ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 162675.87 manat (232081.48-69 405.61) azaldılması müəyyən edilmişdir. Azərybaycan Vergi Respublikasının Məcəlləsinin 58.1. maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 162675.87 manat azaldılmasına görə 50% miqdarında, yəni 81337.94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 434 174.01 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 443 224.92 manat, vergiyə cəlb olunan mənfəət 0.0 manat göstərilməklə zərər 9050.91 manat göstərilmişdir. 2017-2018-ci il mənfəət vergisinin hesablanmasında qeyd edildiyi kimi müəssisənin 2019-cu il üzrə də əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək yoxlama ilə təqdim edilmiş alış aktları,elektron baza məlumatları, (alış, satış, idxal, ixrac məlumatları ) əsasında 2019cu il üzrə müəssisənin əldə etdiyi gəliri 434 174.01 manat müəyyən edilərək (ƏDV nəzərə alınmadan) mənfəəti aşağıdakı kimi hesablandı.

434 174.01 M1 = ------------- x 20 = 72362.33 100+20

2019-cu il üzrə hesablanmış 72362.33 manat mənfəətdən 20% dərəcə ilə 14472.46 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə müəssisə tərəfindən 2019-cu il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 14472.46 manat (14472.46 -0.0) azaldılması müəyyən edilmişdir. Azərybaycan Vergi Respublikasının Məcəlləsinin 58.1. maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 14472.46 manat azaldılmasına görə 50% miqdarında, yəni 7236.23 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. İddiaçının direktoru X3 barəsində Cinayət Məcəlləsinin 213-3-cü maddəsilə xx.xx.2022-ci il tarixli Q2201548 nömrəli cinayət işi başlanmış və CPM-nin 53.1.1-ci maddəsilə xx.xx.2021-ci il tarixində cinayət işi dayandırılmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1582/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə görə, Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Göründüyü kimi, vergi nəzarəti tədbiri zamanı iddiaçının 2.939.414,01 (ƏDV-siz) manat dövriyyənin azaltdığı müəyyən edilmişdir ki, göstərilən norma bu halda vergilərin yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə əks etdirilməsini tənzimləyir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

7. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1582/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Məhkəmə qərar qəbul edərkən aşağıdakı əsasız nəticəyə gəlmişdir.Belə ki, təqdim etdikləri sübutlara və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1291 saylı Ekspert Rəyinə qiymət verilməmiş yalnız cavabdeh inzibati orqanın əsassız tələbini müdafiə etmişdir. Məhkəmənin gəldiyi mövqe isə aşağıdakı kimi qeyd edilmişdir. İddiaçıya 953.470,0 manat dəyərində alış sənədləri (vergi hesab fakturaları) mövcud olub satışı sənədlə müəyyən edilməyən mal-materialının müəyyən edilməsi əsası ilə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən 95.347,0 manat (953.470 x 10%) maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinin yoxlanılan dövrdə qüvvədə olan redaksiyasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda - alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunanlara əsasən iddiaçının 953.470,0 manat dəyərində alışının satışını təsdiq edən sənədlər mövcud olmadığı üçün cavabdeh tərəfindən tətbiq olunan maliyyə sanksiyası əsaslıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10 aprel 2023-cü il tarixli 9/1291 nömrəli rəy təqdim edilmişdir. Rəyin nəticə hissəsinə əsasən səyyar vergi yoxlaması aktı ilə hesablanması nəzərdə tutulmuş 787.385,83 manat vergilər (ƏDV,mənfəət) və tətbiq edilmiş maliyyə sanksiyasının düzgün olmadığı qeyd olunmuşdur. Həmçinin 680,4 manat məbləğində ÖMV məbləğinin az hesablanmasının müəyyən olunduğu göstərilmişdir. Qeyd olunan ekspert rəyinə münasibətdə Məhkəmə bildirir ki, rəyin nəticə hissəsində səyyar vergi yoxlaması ilə gəlinən nəticənin, yəni 787.385,83 manat vergilərin və hesablanmış maliyyə sanksiyasının düzgün olmadığı qeyd olunmuşdur. Lakin rəyin təsviriəsaslandırıcı hissəsində qeyd olunan nəticənin hansı qaydada müəyyən olunduğuna dair hər hansı izah verilməmiş, ekspertin xüsusi biliyinə aid olan mühasibatlıq sahəsi üzrə əsaslandırılmış mövqe əks olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı səhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsi ekspert rəyində boşluq olduğunu qeyd etmiş başqa heç-bir hüquqi əsaslanma gətirmədən mötəbər sübuta qiymət verməyərək cəmiyyətin əleyhinə əsassız bir qərar çıxarmışdır.Hesab edirlər ki, məhkəmənin mövqeyi yanlış olmuşdur və qərar əsassız və ədalətsiz olaraq çıxarıldığından ləğv edilməlidir. Belə ki, inzibati orqanların hərəkətlərindəki boşluqların nəticələrini cəmiyyət olaraq ağır bir şəkildə ödəməyə davam edir ki, bu fakt iddiaçının həm iqtisadi vəziyyətini pisləşdirir həm də, konstitusion hüquqlarının pozulması ilə nəticələnir. Apellyasiya instansiyasının diqqətinə çatdırlar ki, hər bir sahibkar onun hüquqlarının məhkəmə müdafiəsinə inanaraq aidiyyatı orqanlara müraciət edir. Məhkəmənin diqqətinə çatırır ki, sübütlar ehtimallara əsaslanmamalıdır. Cavabdehin apardığı səyyar yoxlama qanunamüvafıq hesab edilsə belə onun nəticələri düzgün hesablanmadığı üçün onlar maddi ziyanla üzləşirlər. Eyni zamanda məhkəmə tərəfindən əvvəlcə ekspertiza təyin edilməsi sonra isə onun nəticələri ilə razılaşılmaması halı bir daha sübut edir ki, cavabdehin hüquqları qorunur, iddiaçının hüquqları pozulur.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə iddia ərizəzinə etirazla oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

d) Prosses iştirakçılarının izahatları

10. Məhkəmə Kollegiyasının iclasında iclas barədə lazımı qaydada xəbərdar olunsalar da tərəflərin nümayəndələri iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, ... 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.8. səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: ... 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında. (yoxlanılan dövrdə qüvvədə olan redaksiya) … 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır; 62.2. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

14. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

16. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:

17. İşin hallarına görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152908 nömrəli qərarla 2017-ci il üzrə 81.162,94 manat, 2018-ci il üzrə 162.675,88 manat, 2019-cu il üzrə 14.472,47 manat mənfəət vergisi, 2017-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayı daxil olmaqla dövr üzrə 529.094,52 manat ƏDV, 2019-cu ilin 3-4-cü rübləri və 2020-ci ilin 1-2-3-cü rübləri üzrə 680,4 manat ÖMV hesablanmış, ÖMV bəyannamələrini təqdim etmədiyinə görə maliyyə sanksiyası tətbiq olunmuş, həmçinin, iddiaçı avqust/2019 - avqust/2020 dövrləri üzrə ƏDV bəyannamələrini, İİİ rüb/2019 - İİİ rüb/2020 dövrləri üzrə ÖMV bəyannamələrini təqdim etmədiyinə görə ümumilikdə 800,0 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Həmçinin Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən 95.347,0 manat maliyyə sanksiyası tətbiq olunmuşdur.

18. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qərarın əsassız sayılmaqla ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1582/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi nəticəsinə gəlinərkən məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə görə, Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Göründüyü kimi, vergi nəzarəti tədbiri zamanı iddiaçının 2.939.414,01 (ƏDV-siz) manat dövriyyənin azaltdığı müəyyən edilmişdir ki, göstərilən norma bu halda vergilərin yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə əks etdirilməsini tənzimləyir.

20. Birinci instansiya məhkəməsi həmçinin, qeyd etmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10 aprel 2023-cü il tarixli 9/1291 nömrəli rəy təqdim edilmişdir. Rəyin nəticə hissəsinə əsasən səyyar vergi yoxlaması aktı ilə hesablanması nəzərdə tutulmuş 787.385,83 manat vergilər (ƏDV,mənfəət) və tətbiq edilmiş maliyyə sanksiyasının düzgün olmadığı qeyd olunmuşdur. Həmçinin 680,4 manat məbləğində ÖMV məbləğinin az hesablanmasının müəyyən olunduğu göstərilmişdir. Qeyd olunan ekspert rəyinə münasibətdə Məhkəmə bildirir ki, rəyin nəticə hissəsində səyyar vergi yoxlaması ilə gəlinən nəticənin, yəni 787.385,83 manat vergilərin və hesablanmış maliyyə sanksiyasının düzgün olmadığı qeyd olunmuşdur. Lakin rəyin təsviriəsaslandırıcı hissəsində qeyd olunan nəticənin hansı qaydada müəyyən olunduğuna dair hər hansı izah verilməmiş, ekspertin xüsusi biliyinə aid olan mühasibatlıq sahəsi üzrə əsaslandırılmış mövqe əks olunmamışdır.

21. Məhkəmə kollegiyası qeyd olunanları və iddiaçının apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə Kollegiyasının 2-1(103)-571/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/2916/2024 saylı rəy verilmişdir.Məhkəmə Kollegiyası Ekspertin gəldiyi nəticələrə dair aşağıdakıları bildirir:

22. Ekspert rəyi ilə İddiaçıMMC -də C (VÖEN: **********) fəaliyyəti üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ümumilikdə 680.4 manat məbləğində ödəmə mənbəyində tutulan verginin dövlət büdcəsinə az hesablanması təsdiq olunmuşdur.

23. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********143431 nömrəli qəranna əsasən İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır.

24. Yoxlama ilə müəyyən edilmişdir ki, yoxlama ilə əhatə olunan dövrdə İddiaçıMMC faktiki olaraq istehsal(sink, aluminium,mis məftil,mərmər) və müxtəlif təyinatlı məhsulların topdansatışı fəaliyyəti ilə məşğul olmuşdur.

25. Mənfəət vergisi üzrə: Vergi ödəyicisi yoxlamaya yoxlanılan Mənfəət vergisi tədiyyəsi dövrü üzrə Mənfəət bəyannaməsinin gəlirləri və gəlirləri ilə bağlı xərc sənədləri təqdim etməmişdir. Yoxlama gedişatında müəssisə tərəfindən gəlirlə bağlı xərclərin uçotunun düzgün aparılmadığı və yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir.

26. Müəssisə tərəfindən yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə 2017-ci il üzrə gəlirin (mənfəətin) birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır.

27. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən “Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır”.

28. Müəssisənin 2017-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək yoxlama ilə təqdim edilmiş alış aktları,elektron baza məlumatları,(alış,satış,idxal,ixrac məlumatları ) əsasında 2017-ci il üzrə müəssisənin əldə etdiyi gəliri 3 314 675,87 manat müəyyən edilərək (ƏDV nəzərə alınmadan) (cədvəl akta əlavə olunur) mənfəəti aşağıdakı kimi hesablandı. Vergi ödəyicisi 2017-ci il ƏDV bəyannamələrində cəmi 3314675.87 manat dövriyyə göstərmiş, lakin 2017-ci ilin mənfəət vergisi bəyannaməsində 3291033.63 manat göstərməklə 23642.24 manat gəliri az göstərmişdir. 3 314 675,87 M1= --------------------- x 20 = 552445.97 100+20

29. 2017-ci il üzrə hesablanmış 552445.97 manat mənfəətdən 20% dərəcə ilə 110489.19 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə müəssisə tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 81162.93 manat (110489.19-29 326,26) azaldılması müəyyən edildi.

30. Azərybaycan Vergi Respublikasının Məcəlləsinin 58.1. maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 80374,86 manat azaldılmasına görə 50% miqdarında, yəni 40187,43 manat maliyyə sanksiyası tətbiq edilməlidir.

31. Müəssisə tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 6 962 444.68 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 6 615 416.65 manat, vergiyə cəlb olunan mənfəət 347 028.03 manat göstərilməklə mənfəət vergisi 69 405.61 manat göstərilmişdir.

32. 2017-ci il mənfəət vergisinin hesablanmasında qeyd edildiyi kimi müəssisənin 2018-ci il üzrə də əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001- ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək yoxlama ilə təqdim edilmiş alış aktları,elektron baza məlumatları,(alış, satış,idxal,ixrac məlumatları ) əsasında 2018-ci il üzrə müəssisənin əldə etdiyi gəliri 6 962 444.68 manat müəyyən edilərək (ƏDV nəzərə alınmadan)(cədvəl akta əlavə olunur) mənfəəti aşağıdakı kimi hesablandı. 6 962 444.68 M1= --------------------- x 20 = 1160407.44 100+20

33. 2018-ci il üzrə hesablanmış 1160407.44 manat mənfəətdən 20% dərəcə ilə 232081.48 manat mənfəət vergisi hesablandı.

34. Yoxlama ilə müəssisə tərəfindən 2018-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 162675.87 manat (232081.48 -69 405.61) azaldılması müəyyən edildi.

35. Azərybaycan Vergi Respublikasının Məcəlləsinin 58.1. maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 162675.87 manat azaldılmasına görə 50% miqdarında, yəni 81337.94 manat maliyyə sanksiyası tətbiq edilməlidir.

36. Müəssisə tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 434 174.01 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 443 224.92 manat, vergiyə cəlb olunan mənfəət 0.0 manat göstərilməklə zərər 9050.91 manat göstərilmişdir.

37. 2017-2018-ci il mənfəət vergisinin hesablanmasında qeyd edildiyi kimi müəssisənin 2019-cu il üzrə də əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək yoxlama ilə təqdim edilmiş alış aktları,elektron baza məlumatları,(alış,satış,idxal,ixrac məlumatları ) əsasında 2019-cu il üzrə müəssisənin əldə etdiyi gəliri 434 174.01 manat müəyyən edilərək (ƏDV nəzərə alınmadan)(cədvəl akta əlavə olunur) mənfəəti aşağıdakı kimi hesablandı. 434 174.01 M1= --------------------- x 20 = 72362.33 100+20

38. 2019-cu il üzrə hesablanmış 72362.33 manat mənfəətdən 20% dərəcə ilə 14472.46 manat mənfəət vergisi hesablandı.

39. Yoxlama ilə müəssisə tərəfindən 2019-cu il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 14472.46 manat (14472.46 -0.0) azaldılması müəyyən edildi.

40. Azərybaycan Vergi Respublikasının Məcəlləsinin 58.1. maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 14472.46 manat azaldılmasına görə 50% miqdarında, yəni 7236.23 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

41. Əlavə dəyər vergisi üzrə: Müəssisə yoxlanılan dövrunun əvvəlindən 2017-ci ilin noyabr ayından 2020-cı ilin noyabr ayına qədər istehsal(sink, aluminium,mis məftil,mərmər) və müxtəlif təyinatlı məhsulların topdansatışı fəaliyyəti ilə məşğul olmuş və həmin dövr, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2020-cı il tarixədək olan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanıldıqda kənarlaşma müəyyən edilmişdir.

42. Belə ki, səyyar vergi yoxlaması zamanı müəssisənin xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təqdim etdiyi vergi hesab fakturalara əsasən 10 070 767,76(ƏDV-siz) manat dəyərində malllar təqdim etmişdir.Müəssisənin yoxlanılan dövrdə aldığı və idxal etdiyi malları çeşidlər üzrə cədvəlləşdirərək (cədvəl əlavə olunur) müəssisədə 3 597 940,74 manat dəyərində malların əsgikgəlməsi müəyyən edilmişdir.Müəssisə tərəfindən xx.xx.2017-xx.xx.2020-ci il tarxədək təqdim edilmiş bəyannamələrdə 9290783,45 manat(ƏDV-siz) və 1438511,04 manat (dövriyyə 0 faiz) dövriyyə göstərmişdir. Hesablama apararaq 10 070 767,76+3 597 940,74- 9290783,45-1438511,04 =2 939 414,01 beləliklə müəssisə tərəfindən dövriyyənin 2 939 414,01(ƏDV -siz) manat azaldılması müəyyən edildi.

43. Vergi Məcəlləsinin 67.15-ci,159.5-ci maddəsinə əsasən cəmi 2 939 414,01 manat satışı sənədlə müəyyən edilməyən malların dəyərinə müəssisəyə əlavə 529 094,5 manat ƏDV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 529 094,5 manat ƏDV-nin 50% miqdarına 264547.2 manat maliyyə sanksiyası hesablanmışdır.Yoxlanılan dövrdə müəssisədə 20 manat ƏDV artıq hesablama müəyyən edilmişdir.

44. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlanılan dövrdə müəssisə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Müəssisə 2019-cu ilin 2-3-4-cü rübləri üzrə və 2020-ci ilin 1,23-cü rübləri üzrə bəyannamə təqdim etməmiş və 630.0 manat ödəmə mənbəyində tutulan verginin büdcəyə hesablanmasın etməmişdir. 2019-cu ilin 3-4-cü rübü üzrə və 2020-ci ilin 1,2,3-cü rübündə verginin 680.4 manat azaldılması aşkar olunmuşdur.

45. Beləliklə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 680.4 manat ödəmə mənbəyində tutulan vergi məbləğinin yayındınlmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 340.2 manat maliyyə sanksiyası hesablanmışdır.

46. Eyni zamanda yoxlanılan dövrdə müəssisənin 953470,0 manat dəyərində alış sənədləri (hesab fakturalar)mövcud olub satışı sənədlə müəyyən edilməyən malmaterialı müəyyən edildi.

47. Qeyd edilən mal-materiallar üzrə VM-nin 58.8.3 cü maddəsinə əsasən 10%-lə 95347 manat maliyyə saksiyası hesablanmışdır.

48. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən bəyannamələrin əsas olmadan müəyyən edilmiş müddətdə təqdim etməməsinə görə cəmi 800 manat maliyyə sanksiyası hesablanmışdır.

49. Mülki Prosessual Məcəllənin 101.6-cı maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Ekspert rəyində isə tədqiqatın müfəssəl təsviri göstərilmiş, ekspertin gəldiyi nəticələr ümumiyyətlə əsaslandırılmamışdır.

50. Eyni zamanda, MPM-nin 102.2-ci maddəsinə əsasən, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

51. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 12- N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.5.4-cü bəndinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və xüsusi biliyinə uyğun olaraq qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir.

53. Qeyd olunanlardan göründüyü kimi, həmçinin ekspert ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün tədbirlər görməmişdir. Bununla da, ekspert tərəfindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.5.4-cü bəndinin tələbləri pozulmuşdur.

54. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) onu da qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

55. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

56. Beləliklə, işin halları ilə müəyyən olunur ki, yoxlama ilə iddiaçıya 2019-cu ilin 3-4-cü rübləri və 2020-ci ilin 1-2-3-cü rübləri üzrə 680,4 manat ÖMV hesablanmış, ÖMV bəyannamələrini təqdim etmədiyinə görə maliyyə sanksiyası tətbiq olunmuşdur. İş materialında olan şəxsi hesab vərəqəsinin araşdırılması zamanı iddiaçı tərəfindən göstərilən bəyannamələrin təqdim olunmadığı təsdiqini tapmışdır. Həmçinin, iddiaçı avqust/2019 - avqust/2020 dövrləri üzrə ƏDV bəyannamələrini, İİİ rüb/2019 - İİİ rüb/2020 dövrləri üzrə ÖMV bəyannamələrini təqdim etməmiş, qeyd olunanlara görə ümumilikdə 800,0 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmə tərəfindən şəxsi hesab vərəqəsinin araşdırılması zamanı qeyd olunan bəyannamələrin təqdim edilmədiyi müəyyən olundu. Həmçinin, iddiaçıya 953.470,0 manat dəyərində alış sənədləri (vergi hesab fakturaları) mövcud olub satışı sənədlə müəyyən edilməyən mal-materialının müəyyən edilməsi əsası ilə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən 95.347,0 manat (953.470 x 10%) maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinin yoxlanılan dövrdə qüvvədə olan redaksiyasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunanlara əsasən iddiaçının 953.470,0 manat dəyərində alışının satışını təsdiq edən sənədlər mövcud olmadığı üçün cavabdeh tərəfindən tətbiq olunan maliyyə sanksiyası əsaslıdır.

57. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə görə, Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Göründüyü kimi, vergi nəzarəti tədbiri zamanı iddiaçının 2.939.414,01 (ƏDV-siz) manat dövriyyənin azaltdığı müəyyən edilmişdir ki, göstərilən norma bu halda vergilərin yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə əks etdirilməsini tənzimləyir.

58. Beləliklə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsində təyin olunmuş ekspertiza ilə bağlı ekspert rəyi ilə birinci instansiya məhkəməsinin razılaşmadığını əsaslı hesab edir.Belə ki, rəyin təsviri-əsaslandırıcı hissəsində qeyd olunan nəticənin hansı qaydada müəyyən olunduğuna dair hər hansı izah verilməmiş, ekspertin xüsusi biliyinə aid olan mühasibatlıq sahəsi üzrə əsaslandırılmış mövqe əks olunmamışdır.

59. Həmçinin, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə bağlı ekspert rəyi ilə də məhkəmə Kollegiyasının razı olmadığı yuxarıda işin faktiki hallarına istinad olunmaqla qeyd edilmişdir.

60. Daha sonra apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

61. Əvvəla apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının mətni qeyd olunmaqla həmin mətn üzrə hansısa şikayət xarakterli dəlillər irəli sürülməmişdir.

62. İkincisi apellyasiya şikayətində qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsi ekspert rəyində boşluq olduğunu qeyd etmiş başqa heç-bir hüquqi əsaslanma gətirmədən mötəbər sübuta qiymət verməyərək cəmiyyətin əleyhinə əsassız bir qərar çıxarmışdır.Hesab edirlər ki, məhkəmənin mövqeyi yanlış olmuşdur və qərar əsassız və ədalətsiz olaraq çıxarıldığından ləğv edilməlidir.

63. Apellyasiya şikayətinin ggöstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsi ekspert rəyi ilə razılaşmadığını əsaslandıraraq, yəni rəyin təsviri-əsaslandırıcı hissəsində qeyd olunan nəticənin hansı qaydada müəyyən olunduğuna dair hər hansı izah verilmədiyindən, ekspertin xüsusi biliyinə aid olan mühasibatlıq sahəsi üzrə əsaslandırılmış mövqe əks olunmadığından ekspert rəyini iddiaçının xeyrinə mötəbər sübut kimi qəbul etməmişdir.

64. Üçüncüsü apellyasiya şikayətində qeyd olunmuşdur ki, inzibati orqanların hərəkətlərindəki boşluqların nəticələrini cəmiyyət olaraq ağır bir şəkildə ödəməyə davam edir ki, bu fakt iddiaçının həm iqtisadi vəziyyətini pisləşdirir həm də, konstitusion hüquqlarının pozulması ilə nəticələnir.

65. Apellyasiya şikayətinin ggöstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətdə inzibati orqanların hərəkətlərindəki boşluqlar və qanunsuzluqdan iddiaçının vəziyyətinin pisləşdiyi qeyd olunsa da cavabdehin qanunsuz hərəkətlərinin nədən ibarət olması barədə şikayətdə heç bir dəlil irəli sürülməmişdir.

66. Beləliklə, məhkəmə Kollegiyası iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, həmçinin apellyasiya şikayəti formal dəlillərlə ümumi qaydada əsaslandırıldığından İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiasının təmin еdilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

68. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1582/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1582/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar