Məhkəmə qərarları › İş №2-1(103)-572/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-572/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-572/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1012/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddətlərin və təhsil müddətinin və hərbi xidmətdə olduğu müddətlərin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək işlədiyi müddətlərin, təhsil müddətinin, hərbi xidmətdə olduğu müddətlərin iş staşına daxil edilməsi, 57 yaşdan güzəştli pensiya hüquququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası “xxxx” ASC tərəfindən verilən işin xarakteri haqqında arayışdan və əmək kitabçasından da göründüyü kimi o, həqiqətən də 11.08.1980-ci ildə “xxxx”nin İstehsalat-Təmir Müəssisəsinin istehsalın təchizatı sahəsində 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı kimi işə qəbul edilmiş və 01.04.1981-ci il tarixdə azad edilmişdir. 22.06.1983-cü ildə “xxxx”nin və “xxxx” X2 Birliyinin İqtisadi sahələrinin inkişafı sahəsində 2-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində, 01.12.1983-cü ildə həmin peşə ilə 3-cü dərəcə verilmiş, 05.05.1985-ci ildə həmin sahədə elektrik qaz qaynaqçısı kimi 4-cü dərəcə verilmiş, 15.09.1989-cu ildə həmin peşə ilə 5-ci dərəcə verilmiş, 01.09.1992-ci ildə həmin peşə ilə 6-cı dərəcə verilmiş və 31.12.1995-ci ilədək “xxxx” istehsalat birliyində və “xxxx” Dövlət Şirkətinin “Enerjinin İstehsalı və Ötürülməsi” Birliyində elektrik-qaz qaynaqçısı işləmişdir. 18.11.1996-cı ildə “xxxx” Dövlət Şirkətinin Sumqayıt Daimi Təmiri Sahəsinin X4 6-cı dərəcəli elektrik qaynaqçı kimi işə qəbul edilmiş, 15.05.2002-ci ildə işdən azad edilmişdir. 16.05.2002-ci ildə “xxxx” MMC-nin Ehtiyat hissələrinin hazırlanması sexin Sumqayıt Mexaniki Yığma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş və 29.12.2012-ci ilədək “xxxx" MMC-nin Tikinti Məmulatlarının İstehsalı İdarəsində və “xxxx” ASC-nin Sumqayıt Texnologiyaları Parkının Mexaniki təmir sexində və X1 Departamentinin Ağır Maşınqayırma Zavodunun Mexaniki Yığma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmiş və 29.12.2012-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci fəslinə əsasən avadanlıqların təmirini təmin edən qazla kəsicilərin və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı 29 il, 03 ay, 10 gün təşkil edir. Bundan başqa “xxxx” MMC tərəfindən verilən güzəştli arayışdan görünür ki, 30.12.2012-ci il tarixdən 22.05.2019-cu il tarixədək STP-nin Qaynaq quraşdırma zavodunun Qaynaq sexinin Yüngül konstruksiyaların hazırlanması sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. Qeyd edilən peşə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü fəslinə əsasən zərərli iş hesab edilir. Güzəştli pensiya üçün stajı 6 il 4 ay 22 gün təşkil edir. Bundan başqa Azərbaycan SSR X8 Təhsili Komitəsi tərəfindən verilən diplomun surətindən də görünür ki, o, 1 sentyabr 1977ci il tarixdən 24 iyul 1980-ci il tarixə qədər peşə təhsili almışdır. H3 seriyalı, ******* nömrəli Hərbi biletin surətindən də görünür ki, o, 12 aprel 1981-ci il tarixdən 18 may1983-cü il tarixə qədər hərbi xidmətdə olmuşdur. 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01 yanvar 2006-cı il tarixə qədər zəruri iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01 yanvar 2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla müvafiq iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən müvafiq arayışlar verilmişdir. Nəhayət ona 57 yaşı tamam olan tarixdən, yəni 07 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi 20 noyabr 2019-cu il tarixli **********8 nömrəli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə İdarəyə təqdim etdiyi 20 iyun 1983-cü il tarixli MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında 02.01.1996 - 13.11.1996-cı il tarixləri arasındakı dövr ərzində işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduğundan sonra baxıla bilər. Halbuki həmin 10 ay müddət olmasa belə onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən iş stajı tamamlanmışdır, baxmayaraq ki, həmin staj əmək kitabçası ilə təsdiqini tapır. Bu əsasdan da hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1 maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. İddiaçıya ünvanlanmış 21.11.2019-cu il tarixli **********3 nömrəli cavab məktubunun məzmunundan göründüyü kimi hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə 20 iyun 1983-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında 02.01.1996-13.11.1996-cı il il tarixləri arasındakı dövr ərzində işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxıla biləcəyi bildirilmişdir. Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sənələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 01 yanvar 2006-cı il tarixinə olan ümumi iş stajı 25 ildən az təşkil etdiyi üçün ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İddiaçının ərizəsində qeyd etdiyi təhsil müddətinin ümumi iş stajına aid edilməsi məsələsinə dair isə bildirmək istəyirik ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə müəyyən edilir: əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi: -1 qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq ədən akt (10 nömrəli Əlavə); sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi iddiaçının iş stajına daxil edilməsini tələb etdiyi təhsil müddətinin ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1012/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti imtinaya və etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, 01.09.1977-ci ildən 25.07.1980-ci ilədək peşə təhsili almış, 11.08.1980-ci ildə OPTM-də təhsili başa vurduqdan sonra əsas istehsalatın təminatı sahəsinə ikinci dərəcəli qazelektrik qaynaqçısı vəzifəsinə təyin olunmuş, 12.04.1981-ci il tarixindən 18.05.1983-cü ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, 22.06.1983-cü ildə “xxxx”nin İstehsalat Təmir Müəssisəsində 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı peşəsində, 01.12.1983-cü ildə həmin peşə ilə 3-cü dərəcəsi almış, 05.05.1985-ci ildə həmin sexdə elektrik-qaz qaynaqçisi kimi 4-cü dərəcəsi almış, 01.01.1989-cu il tarixindən Az.Baş energo İstehsalat təmir müəssisənin adı “xxxx” İB İstehsalat-təmir müəssisəsinə dəyişdirilmişdir. 15.09.1989cu ildə həmin sexdə 5-ci dərəcəli qaz elektrik qaynaqçısı verilmiş, 01.09.1992-ci ildə həmin peşə ilə 6-cı dərəcə verilmiş və 31.12.1995-ci ilədək “Azenerji” İstehsalat Birliyində və “xxxx” Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi” Birliyində elektrik-qaz qaynaqçısı işləmiş və Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (Enerjitexnikiləşdirmə müəssisəsinə keçməsi ilə əlaqədar) əsasən işdən azad edilmişdir. 02.01.1996-13.11.1996-cı illərdə ETY-SC-nin Sumqayıt filialına köçürmə yolu ilə 6-cı dərəcəli qaz elektrik qaynaqçısı vəzifəsində işləmiş, 18.11.1996-cı ildə “xxxx” Dövlət Şirkətinin Sumqayıt Daimi Təmir Sahəsinin X4 6-cı dərəcəli elektrik qaynaqçı kimi işə qəbul edilmiş, 01.03.1997-ci ildə Sərbəst Sumqayıt mexaniki yığma və boru əymə sahəsi yaradılmış, 01.02.1998-ci ildə Sumqayıt Mexaniki yığma və boru əymə sahəsi Təmirmexanikləşdirilmə sahəsi ilə birləşib Sumqayıt Mexanizasiyalarının təmiri mexaniki yığma və boru əymə sexi adlandırılmışdır. 15.05.2002-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. 16.05.2002-ci ildə “xxxx” MMC-nin Ehtiyat Hissələrinin hazırlanması sexin Sumqayıt Mexaniki Yığma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 01.12.2004-cü ildə həmin peşə ilə yeni yaradılmış sərbəst Sumqayıt təmir quraşdırma və mexaniki sahəsinə keçirilmiş, 01.04.2005-ci ildə həmin peşə ilə ayrılmış Sumqayıt Mexaniki Yığma sahəsinə keçirilmişdir. 01.11.2007-ci ildə Mexaniki avadanlıqların Quraşdırılması İdarəsinin Ehtiyat hissələrinin sexinə 6-cı dərəcəli əl qaynaqçısı peşəsinə keçirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 20 noyabr 2019-cu il tarixli, **********8 saylı imtina məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə İdarəyə təqdim etdiyi 20 iyun 1983-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında 02.01.1996-13.11.1996-cı il tarixləri arasındakı dövr ərzində işləməsinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxıla bilər. Məhkəmə kollegiyası cavabdehin dəlllərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01.08.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin birinci instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının 01.01.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajı və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur. Təhsil müddətinin staja daxil edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı 01.09.1977-ci ildən 25.07.1980-ci ilədək orta texniki peşə məktəbində təhsil almışdır. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “E” bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin “Ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı müddətin ümumi əmək stajına daxil edilməsi onun təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulduğundan, bu hissədə iddiaçının tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan hərbi biletin, diplomun və əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək cavabdehin mübahisələndirdiyi illər (02.01.1996-13.11.1996) nəzərə alınmasa belə iddiaçının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir ki: İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası “xxxx” ASC tərəfindən verilmiş 01-7 P/751 saylı 10 oktyabr 2019-cu il tarixli işin xarakteri haqqında arayışdan (güzəştli) müəyyən edilir ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 11.08.1980-cı ildə (Əmr № 72-ok, 11.08.1980-ci il) “xxxx”nin İstehsalat-Təmir Müəssisəsinin İstehsalın təchizatı sahəsində 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı kimi işə qəbul edilmiş və 01.04.1981-ci il tarixində (əmr №-32-ok, 06.04.1981-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. 22.06.1983-cii ildə (əmr № 82-ok. 22.06.1983-cü il) “xxxx"nin və ’’Azenerji" X2 sahələrin inkişafı sahəsində 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı peşəsində, 01.12.1983-cü ildə (əmr № 159-ok, 02.12.1983-cü il) həmin peşə ilə 3-cü dərəcə verilib. 05.05.1985-ci ildə (əmr №-50-л. 06.05.1985-ci ildə) həmin sahədə elektrik-qaz qaynaqçısı kimi 4-cü dərəcə verilib, 15.09.1989-cu ildə (əmr №-430, 19.09.1989-cu il) həmin peşə ilə 5-ci dərəcə verilib, 01.09.1992-ci ildə ( əmr №293. 29.09.1992-ci il) həmin peşə ilə 6-cı dərəcə verilib və 31.12.1995-ci ildə (əmr № 76-ıu, 28.12.1995-ci il) “Azenerji” İstehsalat Birliyində və “xxxx” Dövlət Şirkətinin “Enerjinin İstehsalı və Ötürülməsi” Birliyində elektrik-qaz qaynaqçısı işləmiş və Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (Enerjitexnikiləşdurmə müəssisəsinə keçməsi ilə əlaqədar) əsasən işdən azad edilmişdir. 18.11.1996-cı ildə (əmr № 61a-ш, 18.11.1996-cı il) “xxxx” Dövlət Şirkətinin Sumqayıt Daimi Təmir Sahəsinin X4 6-cı dərəcəli elektrik qaynaqçı kimi işə qəbul edilib və 15.05.2002-ci ildə (əmr №- 26- ш. 15.05.2002) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunub. 15.05.2002-ci ildə (əmr №-10-kş, 16.05.2002-ci il) “xxxx” MMC-nin Ehtiyat Hissələrinin hazırlanması sexin Sumqayıt Mexaniki Yığma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və 29.12.2012-ci ildək “xxxx” MMC-nin Tikinti Məmulatlarının İstehsalı İdarəsində və “xxxx” ASC-nin Sumqayıt Texnologiyaları Parkının Mexaniki təmir sexində və X1 Departamentinin Ağır Mnşımqayırma Zavodunun Mexaniki Yığma sexinin Eksperimintal Yığma sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləyib və 29.12.2012-ci ildə (əmr №-48/6-kş. 29.12.2012-ci il) Azərbaycan Respubiikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci fəslinə əsasən avadanlıqların təmirini təmin edən qazla kəsicilərin və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 29 il, 03 ay, 10 gün təşkil edir. Qeyd edirlər ki, “xxxx” ASC-nin 23.01.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxx” MMC yaradılmışdır. “xxxx” ASC-nin 12.02.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən “xxxx” MMC “xxxx” MMC adlandırılmışdır. “xxxx” ASC-nin 04.03.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə “xxxx” MMC adlandırılmışdır. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323 №-li sərəncamına əsasən “xxxx” ASC adlandırılmışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması cavabdeh orqan tərəfindən nə imtina məktubunda, nə də ki, iddiaya dair yazılı etirazda mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda “Xİİİ. Ümumi peşələr” bölməsində “qaz qaynaqçıları” (kod 23200000— 11620), “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000—19906) nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçının qeyd olunan müəssisələrdə 22 iyun 1983-cü il tarixdən 13 noyabr 1996-cı il tarixədək işlədiyi qaz qaynaqçısı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Ümumi peşələr adlı XXXİİİ saylı bölməsinin 23200000-11620 kod nömrəli güzəştli iş stajı verən qaz qaynaqçıları peşəsinə uyğun olması və həmin dövr üzrə iddiaçının güzəştli iş stajının 13 il 04 ay, 21 gündən ibarət olması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. O cümlədən iddiaçıya məxsus Əmək Kitabçasının müəyyən edilir ki, iddiaçı 02.01.1996-13.11.1996-cı illərdə 10 ay müddətində ETY-SC-nin Sumqayıt filialına köçürmə yolu ilə 6-cı dərəcəli qaz-elektrik qaynaqçısı vəzifəsində işləmiş, işlədiyi dövr əmək kitabçasında qeyd olunmuşdur. İddiaçının 18 noyabr 1996-cı ildən 01 yanvar 2006-cı il tarixədək işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Ümumi peşələr adlı XXXİİİ saylı bölməsinin 23200000-19906 kod nömrəli güzəştli iş stajı verən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun olmuşdur və həmin dövr üzrə onun güzəştli iş stajı 09 il 1 ay 13 gün olmuşdur. Beləliklə iddiaçı ümumilikdə 23 il 4 ay 4 gün güzəştli iş stajına malik olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi hissəsində iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə kollegiya qeyd edir ki, İddiaçı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (07.09.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 07.09.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1012/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar