Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-573/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X7 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9296/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçılar İddiaçı və X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanında (0,068060 ha torpaq sahəsində inşa edilmiş) yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı və ½ hissədə X1 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) dair aparılmış qeyddə dəyişiklik edilərək, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,6 kv.metr qeyd olunmaqla, buna uyğun iddiaçıların xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9296/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanında (0,068060 ha torpaq sahəsində inşa edilmiş) yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış binası) dair Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı və ½ hissədə X1 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) dair aparılmış qeyddə dəyişiklik edilərək, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,6 kv.metr qeyd olunmaqla, buna uyğun iddiaçıların xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq tələblə ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etsə də, X5 müvafiq tələblə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, qeyd olunan tikiliyə bitişik tikintialtı sahəsi 217,5 m2 olan əlavə qeyri-yaşayış binası tikilmişdir. Həmçinin torpaq sahəsi üzərində əlavə olaraq tikintialtı sahəsi 118,4 m2 olan xidmət binası inşa olunmuşdur. Əlavə inşa olunmuş sahələrə və yerləşdiyi torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə çağırılan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya intansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşdə olan: - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən DƏK-nin xx.xx.1998-ci il tarixli 9402 saylı şəhadətnaməsi əsasında 26 oktyabr 1999-cu il tarixdə X3 adına Bakı şəhəri, Rəsulzadə qəsəbəsi ünvanında yerləşən qeyriyaşayış binasına dair tərtib olunmuş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, tikinti altı sahə 680,6 kv metrdir, bina 1998-ci ildə mişar daşı ilə inşa olunmuş, iki mərtəbəlidir, “A” (kafe, şadlıq evi) və “B” (ofis) tikililərindən ibarət olmaqla ümumi sahəsi 680,6 kv. metr təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş 397028 №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, ünvan 1 ünvanında, 0,0681 ha torpaq sahəsində (torpaq sahəsinin mülkiyyət növü-Dövlət; torpaq sahəsi üzərində hüququn növü – istifadə) yerləşən qeyri-yaşayış binası Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrələri ilə xüsusi mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı və ½ hissədə X1 adlarına (daşınmaz əmlakın reyestr nömrəsi **********09-06301) 9 nömrəli reyestr kitabının 831 nömrəli vərəqində qeydiyyata alınmışdır. - İddiaçıların (İddiaçı) hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********51 №li xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, öncədən qeydiyyatdan keçmiş qeyriyaşayış binasının (yarımçıq tikili) faktiki olaraq inşası başa çatmışdır və tikiliyə bitişik tikintialtı sahəsi 217,5 kv. metr olan əlavə qeyri-yaşayış binası tikilmişdir. Həmçinin torpaq sahəsi üzərində əlavə olaraq tikinaltı sahəsi 118,4 kv. metr olan xidmət binası inşa olunmuşdur. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********94 №li məktubu ilə məhkəməyə təqdim olunmuş: - X6 (satıcı) ilə İddiaçı (alıcı) və X4 (alıcı) arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış müqavilənin surətindən görünür ki, həmin müqavilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1E-05 kv/m. olan qeyri-yaşayış binasının alqısatqısına dair bağlanmışdır. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında müayinə keçirilərkən müəyyən olunmuşdur ki, qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının (yarımçıq tikili) faktiki inşası başa çatmış, tikiliyə bitişik 217,5 kv. metr əlavə sahələr tikilmiş və faktiki şadlıq sarayı kimi istifadə olunur. Arxiv texniki pasportunda “A” və “B” tikililəri qeyd olunmuşdur. Əlavə olaraq 118,4 kv. metr xidmət binası inşa olunmuşdur. Qeyd olunan tikililər qeydiyyatdan keçməmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Cavabdeh apelyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, X5 müvafiq tələblə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Bu dəlilə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Məcəllənin 213-cü maddəsinə əsaslanaraq qeyd etmişdir ki, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində bütün mülkiyyətçilərin xeyrinə üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Mübahisələndirilən əmlak da iddiaçıların paylı mülkiyyətində olduğundan, cavabdehin iddiaçılardan birinin orqana ilkin müraciəti olduğu halda. digər iddiaçının öz adından ayrıca müraciətinin olmamasına dair dəlili əsassızdır. Apelyasiya şkayətinin digər dəlili kimi cavabdeh orqan qeyd etmişdir ki, daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, qeyd olunan tikiliyə bitişik tikintialtı sahəsi 217,5 m2 olan əlavə qeyri-yaşayış binası tikilmişdir. Həmçinin torpaq sahəsi üzərində əlavə olaraq tikintialtı sahəsi 118,4 m2 olan xidmət binası inşa olunmuşdur. Əlavə inşa olunmuş sahələrə və yerləşdiyi torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsaəsn, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 16.6-cı maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İş materiallarından və iddia tələbinin mahiyyətindən aydındır ki, iddiaçılar onların paylı xüsusi mülkiyyəti qismində artıq dövlət qeydiyyatına alınaraq çıxarış verilmiş qeyriyaşayış binasına dair həmin qeyri-yaşayış sahəsinin ümumi sahəsinin göstərilməsi ilə bağlı reyestrdəki qeydiyyata düzəliş edilməsini tələb edirlər. Belə ki, DƏK-nin xx.xx.1998-ci il tarixli şəhadətnaməsi əsasında Bakı şəhəri, Rəsulzadə qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binasına dair tərtib olunmuş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin tikinti altı sahəsi 680,6 kv metr olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ölçüsü 0,0010 kv.m. qeyd edilərək iddiaçıların paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş eyni tarixli (xx.xx.2022) 397028 №li çıxarışın surətindən isə müəyyən olunur ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıların paylı mülkiyyəti kimi qeydiyyata alınmış, lakin qeyriyaşayış sahəsinin ölçüsü qeyd edilməmişdir. Göründüyü kimi, iddiaçıların hüquqmüəyyənedici sənədləri ilə adlarına tərtib edilmiş çıxarışlar arasında uyğunsuzluq olduğundan qanuni əsaslarla mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 2 ünvanında 0,068060 ha torpaq sahəsində inşa edilmiş və DƏK-nin xx.xx.1998-ci il tarixli 91102 saylı şəhadətnaməsi əsasında 26 oktyabr 1999-cu il tarixdə tərtib olunmuş texniki pasportda əks olunmuş daşınmaz əmlakın (qeyri-yaşayış binası) faktiki inşasını başa çatdırdıqdan sonra, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq, həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqları üzrə Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeyddə, daşınmaz əmlakın (qeyri-yaşayış binası) ümumi sahəsinin 680,6 kv.metr qeyd olunmaqla, düzəliş edilməsini tələb edirlər. İddiaçının tələbini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin həlli üzrə əsas hüquqmüəyyənedici sənəd qismində nəzərə alınmalı olan 26 oktyabr 1999-cu il tarixli texniki pasport çıxış edir ki, həmin texniki pasportda tikilialtı sahənin 680,6 kv.m. olaraq qeyd edilməsi, tikintisi başa çatdırılan qeyri-yaşayış sahəsinin ölçüsünün 680,6 kv.m. olmasına dəlalət edir. AR İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Cavabdeh orqanın mübahisəli sahədə əlavə tikililərin inşa edilməsi ilə bağlı mövqeyinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdehin mövqeyini əsaslandırdığı hallar hazırki mübahisə üzrə baxış predmeti olmamaqla, iddiaçının iddia tələbi ilə əhatə olunmamışdır. Belə ki, iddiaçı hər hansı əlavə və ya yeni tikiliyə hüquqların qeydiyyata alınmasını deyil, paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, 0,068060 ha torpaq sahəsində inşa edilmiş daşınmaz əmlakın sahəsinə dair qeydiyyata düzəliş edilməsini tələb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının tələbi qanuni və əsaslı olduğundan müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apelyasiya şikayətinin dəlilləri isə formal xarakterli olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətini əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9296/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-573/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-573/2023
10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver