Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-574/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 855/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının qanunsuz sayılması və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə “onun 2021-ci ilədək əlillik statusu olmuşdur. Lakin 2021-ci ildən əlilliyi dayandırılmışdır. Tibbi müəssisəsinin göndərişlərinə əsasən isə əlilliyin təyinindən imtina olunmuşdur. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, əlavə müayinə və müalicə olunacağı təqdirdə yeni göndəriş əsasında əlillik vəziyyəti qiymətləndiriləcəkdir.” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, “26 saylı şəhər Poliklinikasının xx.xx.2004-cü il tarixli, xx.xx.2004-cü il tarixli və xx.xx.2015-ci il tarixli göndərişləri əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və hər dəfə bir il müddətinə, xx.xx.2016-cı il tarixli göndəriş əsasında isə elektron təyinatla beş il müddətinə əlillik dərəcəsi təyin edilmiş, daha sonra həmin poliklinikanın xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli göndərişləri əsasında müəyyən edilmişdir ki, diaqnoz əlillik əlaməti təyin etmir, “keyfiyyətsiz doldurulma-göndərişin natamam doldurulması, diaqnozu təsdiqləyin müayinələr tam aparılmayıb”, “Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan göstəriciləri qeyd olunmayıb, ixtisaslaşmış müəsissədə əlavə müayinə olunmaq məsləhət görülür” və “Nevroloji klinikada əlavə müayinə və müalicə qərarı verildi” səbəbləri ilə imtina verilmişdir. Həmin poliklinikanın sonuncu xx.xx.2022-ci il tarixli 2786003AAFX0 saylı göndərişi əsasında da müəyyən olunmuşdur ki, “diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir” səbəbilə imtina verilmişdir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-855/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək iddianın təmin olunması və əlilliyin təyin edilməsinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bakı İnzibati Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2-1(112)-855/2023 saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, o, 2021-ci ilədək hər il müayinə olunmuş və ona əlilik dərəcəsi verilmişdir, lakin xəstəliyin davam etdiyi və bu barədə müvafiq sənədlər olduğu halda yerişində və hərəkətlərində pozuntular olmaması səbəbi ilə ona əlillik verilməməsi anlaşılmazdır. Məhkəmə də onun faktiki vəziyyətini nəzərə almadan, mövcud sənədləri araşdırmadan, yalnız ekspert rəyinə əsaslanaraq qərar qəbul etmişdir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.X3 izahatında iddiaçıya verilmiş göndərişdə qeyd olunan diaqnozu təsdiqini tapmadığından ona əlillik təyinatının aparılmasından imtina edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını, İddiaçı isə iddia tələbinə uyğun izahat verərək qərarın ləğv olunmasını və iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, cavabdeh Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya nevroloji klinikada əlavə müayinə və müalicəyə ehtiyac olması səbəbi ilə əlillik təyin olunmasından imtina olunmuş sonuncu məcburetmə haqqında iddia vasitəsilə, ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia rədd edilmişdir. Eyni zamanda, işdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə-tibbi ekspertizası təyin edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən T 439/2022 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunur ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi ilə bağlı 26 saylı şəhər poliklinikasında tərtib olunmuş sonuncu 88 saylı formada şəxsin səhhətini əks etdirən “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya. Koordinator statik pozuntular, yeriş və hərəkətin pozulması” diaqnozunda “Koordinator statik pozuntular, yeriş və hərəkətin pozulması” şəxsin əyani müayinəsi zamanı aşkar edilməmiş, “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya” xəstəlikləri isə instrumental (MRT) müayinədən istifadə olunmadan yəni, xəstənin şikayətləri və xəstəliyin klinikasına görə təyin edilmişdir. Bu səbəbdən də göndərişdə qeyd edilmiş əsas xəstəlik və ağırlaşması “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya” diaqnozunun onda olub-olmaması barədə hazırda fikir söyləmək mümkün deyil. Birinci instansiya məhkəməsi tərəfindən Məhkəmə-Tibbi Ekspertiza və X2, cavabdeh Agentliyin ekspertləri cəlb edilmədən, təkrar ekspertiza təyin edilmiş və Birliyin ekspertləri tərəfindən T246/2023 nömrəli xx.xx.2023-cü il tarixli rəy verlmişdir. Həmin rəydə göstərilənlərə əsasən iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə onun “Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları, somatogen mənşəli ikincili ensefalopatiya” xəstəliyindən əziyyət çəkməsi ğöstərilsə də, şəxsin əyani müayinəsi zamanı onda kordinator statik pozuntular, yeriş və hərəkətin pozulması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi həmin ekspert rəyinin tədqiqi nəticəsində belə hesab etmişdir ki, tibb müəssisəsinin göndərişində qeyd olunan diaqnoz öz təsdiqini tapmadığına görə iddiaçıya cavabdeh (“TSEK”) tərəfindən əlillik təyinatının aparılmasından imtina olunması əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, Məhkəmə-Tibbi Ekspertiza və X1 adıçəkilən T246/2023 №-li xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixdə təkrar ekspertizalar şöbəsində təkrar müayinəsi və tibbi sənədlərin təhlili aparılarkən müəyyən olunmuşdur ki, hal-hazırkı şikayətləri başgicəllənmədən, gözlərində qaralmadan və boynunda ağrıdan ibarətdir.088 forma göndərişdə şəxsin səhhətini əks etdirən “serebrovaskulyar xəstəlik”, “smatogen mənşəli ikincili ensefalopatiya”, “koordinator statik pozuntular”, “yeriş və hərəkətin pozulması” diaqnozunda – “koordinator statik pozuntular, yeriş və hərəkətin pozulması” şəxsin əyani müayinəsi zamanı aşkar edilməmiş, “serebrovaskulyar xəstəlik və smatogen mənşəli ikincili ensefalopatiya” xəstəlikləri isə instrumental (“MRT”) müayinədən istifadə olunmadan, yəni, xəstənin şikayətləri və xəstəliyin klinikasına görə təyin edilmişdir. Bu səbəbdən də göndərişdə qeyd edilmiş əsas xəstəlik və ağırlaşması “serebrovaskulyar xəstəlik, somatogen mənşəli ikincili ensefalopatiya” diaqnozunun onda olub-olmaması barədə hazırda fikir söyləmək mümkün deyildir. Göründüyü kimi, ekspert tətdqiqatı zamanı tibbi sənədlərin təhlili və tibbi müayinənin nəticələrinə görə iddiaçıda 088 forma göndərişdə təsbit olunan əlillik təyinatına əsas olan pozuntuların mövcudluğu öz tsdiqini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5-ci bəndi isə nəzərədə tutur ki, göndəriş aşağıdakı hallarda verilə bilər: - 1.5.1. şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; - 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; - 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Konkret halda işin halları onu göstərir ki «Qayda»da nəzərdə tutulan hallar öz tamlığı ilə iddiaçıda aşkar olunmadığı üçün ona əlillik təyinatı aparılması mümkünsüzdür. İPM-in 14.3-cü maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə araşdırması ilə müəyyən edilən hallardan isə göründüyü kimi, iddiaçı tərəfindən ona əlillik dərəcəsinin verilməsini zəruri edən faktiki şərtlər sübuta yetirilmədiyi halda, belə şərtləri istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya əlillik təyin olunmasından imtina olunması əsaslıdır. Əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin məzmunundan isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini, mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin ekspert rəyi ilə razılaşmayan və birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-855/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-855/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-574/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-574/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver