Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-575/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi ilə, İddiaçının nümayəndələri X3, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Cavabdeh X1rşı “sənədlərin götürülməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5150/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia tələbi ilə müraciət edərək, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında “ 04.03.2021-ci il tarixli **********145181 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhür ilə təsdiq olunmuş surətlərinin Cavabdeh MMC-dən götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5150/2021 saylı 31 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145181 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhür ilə təsdiq olunmuş surətləri Cavabdehndən götürülməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən 15.11.2021-ci il tarixdə apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5150/2021 saylı 31 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi həmçinin ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş və karantin rejiminin davam etdirilməsi, şirkətin tez-tez bağlanmasına səbəb olduğunu, həmçinin hüquqşünasının COVİD-19 virusuna yoluxduğundan vaxtında apellyasiya şikayəti vermək imkanının olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə və ərizəyə uyğun izahat verərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5150/2021 saylı 31 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin və ərizənin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarının görünür ki, məhkəmənin 31 avqust 2021-ci il tarixli qərarı cavabdeh tərəfindən 17 sentyabr 2021-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə qəbul edilmiş (səhifə 45), məhkəmə qərarı 17 oktyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Həmin qərardan apellyasiya şikayəti isə cavabdeh tərəfindən 15.11.2021-ci il tarixdə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iş üzrə qərardan qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərkən nümayəndəsinin Covid-19 virusuna yoluxması, məzuniyyətdə olması ilə bağlı qərardaddan vaxtında şikayət verə bilmədiyini göstərsə də, qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin üzrlü səbəbləri barədə məhkəməyə digər bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh mövcud pandemiya şəraitində “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə şikayət vermək hüququ olduğu halda bundan istifadə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-87.4-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən və ötürülmüş prosesual müddətin bərpa olunması üçün hər hansı üzrlü səbəb olmadığından iddiaçının apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmasından imtina edilməli, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5150/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərarından Cavabdeh X2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmasından imtina edilsin, verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh., Yusif Səfərov küç. 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-575/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-575/2022
17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver