Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-576/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X6 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X13 oğlunun iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5170/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, “İddiaçı həmçinin xx xxxxxx 1991-ci il tarixdən xx xxxxx 2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “X11 Stansiyası” MMC-də işlədiyi təmizləyici qurğu sexində avadanlıqların təmiri üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının X. Kimya istehsalatı bölməsində 3-cü yarımbölmədə 2110A030-17531 şifrəsi ilə sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində ... məşğul olan fəhlələr göstəricisinə uyğun gəldiyini göstərmişdir. Halbuki “xxxx” ASC “X11 Stansiyası” MMC tərəfindən iddiaçıya verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 20/206/17/141 saylı arayışda iddiaçının xx xxxxxx 1991-ci il tarixdən X11 Stansiyası MMC-də qazan turbin sexinin işini təmin edə kimya sexində təmizləyici qurğu avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işlədiyi göstərilsə də, lakin iddiaçıya məxsus əmək kitabçasında iddiaçının həmin tarixdən təmizləyici qurğu sexinə avadanlıqların təmiri üzrə 5-ci dərəcəli çilingər keçirildiyi, xx.xx.1995-ci il tarixdən həmin sexə avadanlıqların təmiri üzrə 6-cı dərəcəli çilingər, xx.xx.2005-ci il tarixdən həmin sexdə tullantı suların kimyəvi təmizlənməsi üzrə 4cü dərəcəli aparatçı, xx.xx.2005-ci il tarixdən həmin sexdə 6-cı dərəcəli təmirçi çilingər işinə keçirildiyi və xx.xx.2009-cu il tarixədək həmin vəzifədə işlədiyi göstərilmişdir. Göründüyü kimi iddiaçı kimya sexində təmizləyici qurğu avadanlıqlarının təmiri üzrə çilingər peşəsində deyil, təmizləyici qurğu sexinə avadanlıqların təmiri üzrə çilingər peşəsində işləmişdir. İddiaçının həmin dövrdə işlədiyi çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının 21400000 kodlu Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı adlı Xİİİ bölməsində nəzərdə tutulmamışdır. Lakin iddiaçı xx xxxxxx 1991-ci il tarixdən xx xxxxx 2005-ci il tarixədək, xx.xx.2005ci il tarixdən xx.xx.2009-cu il tarixədək “X11 Stansiyası” MMC-də işlədiyi təmizləyici qurğu sexində avadanlıqların təmiri üzrə çilingər peşəsinin göstərilən siyahının ******* kodlu X Kimya istehsalatı bölməsində nəzərdə tutulan 2110A030 kodlu ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər; işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr göstərici ilə eyni olması, hər iki peşə üzrə istehsalatın bir olmasını göstərərək, işlədiyi peşənin 2 saylı siyahı üzrə ******* kodlu Kimya istehsalatı bölməsində nəzərdə tutulan 2110A030 kodlu peşəyə uyğunlaşdırılmalı olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi xüsusatlar əsassızdır. Belə ki, ilk növbədə iddiaçı elektrik stansiyasında işləmişdir və bununla bağlı yuxarıda göstərilən siyahıda ayrıca Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı adlı Xİİİ bölmə mövcuddur. İddiaçının işlədiyi istehsalat həmin bölməyə aid olduğundan, onun işlədiyi peşənin həmin bölmə üzrə güzəştli iş stajı verən peşələrə aid olub-olmaması araşdırılmış və həmin peşənin göstərilən bölmədə olması müəyyən edilməmişdir. Belə olan halda həmin dövr iddiaçının güzəştli iş stajına aid edilə bilməz.” Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının xx.xx.1991 – xx.xx.2005-ci və xx.xx.2005 – xx.xx.2009-ci ildə X11 Stansiyası MMC-də Qazanturbin Sexinin işini təmin edən kimya sexində təmizləyici qurğu avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsi 2 saylı Siyahıda şifrəsi 2110A030-17531 X. Kimya istehsalatı bölməsində 3-cü yarımbölmədə 2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində ... məşğul olan fəhlələr göstəricisinə (ümumilikdə 14 il 8 ay 26 gün) uyğun olmaması fikrini təzadlı şəkildə əsaslandırmaq istəmiş, lakin bu məsələdə səbatsızlıq nümayiş etdirmişdir. Belə ki, öz verdiyi qərarın digər abzaslarında göstərdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün 2.4.1. şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qərarda bu məsələyə istinad edilsə də, qərarın mətnində bu məsələyə ikili baxış mövcuddur: Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1991 – xx.xx.2005-ci və xx.xx.2005 – xx.xx.2009-ci ildə X11 Stansiyası MMC-də Qazan turbin sexinin işini təmin edən kimya sexində təmizləyici qurğu avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işləməyi barədə işəgötürənin arayışında qeyd edilən kimya sexində göstəricisinə məhəl qoymamışdır, əksinə iddiaçının əmək kitabçasındakı qeydlərə əsaslanmışdır. Halbuki, işəgötürən həmin vəzifədə məhz kimya sexində işləməyini göstərməklə, zərərli şəraitdə işlədiyini müəyyən etmişdir. Beləliklə, qərarın bir yerində bir vəzifə üçün tələb etdiyi şərti digər vəzifə üçün həmin şərt mövcud olduğu halda gözardı etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1987 - xx.xx.1991-ci illərdə Əli- Bayramlı DRES-də yanacaq ötürən avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işlədiyini və həmin vəzifənin güzəştli pensiya hüququ verdiyini həmin müəssisənin hüquqi varisi tərəfindən verilmiş arayışa əsaslanaraq qəbul etsə də, eyni arayışda onun kimya sexində təmizləyici qurğu avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində topladığı stajın güzəştli olmasını nəzərə almamışdır. İddiaçının xx xxxxx 1985 - xx xxxxxx 1987-ci illərdə Ermənistan SSR Zəngəzur X1 Zənginləşdirmə Fabrikində işlədiyi təmirçi çilingər peşəsinin 2 saylı Siyahıda şifrəsi ********. İİ. Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), filiz və filiz olmayan qazıntıların yandırılması. Zənginləşdirmə sonaçatdırma fabrikləri. 2030000а-18559 təmirçi çilingərlər peşəsinə uyğun olubolmaması üçün həmin müəssisədən güzəştli arayış olmaması səbəbilə həmin dövrü güzəştli iş stajına daxil etməyin mümkün olmadığını bildirmişdir. Halbuki, iddiaçının əmək kitabçasında həmin idarədə işlədiyi vəzifənin istər idarənin adından, istərsə də vəzifənin adından 2030000а-18559 təmirçi çilingərlər peşəsinə uyğun olmasını müəyyən edə bilərdi, başqa sözlə, digər vəzifədə (X11 Stansiyası MMC-də ) işləyərkən məhkəmə əmək kitabçasındakı qeydlərə istinad etsə də, filiz zənginləşdirmə kombinatında işlədiyi vəzifə üçün güzəştli arayış tələb etmişdir. Məhkəmə tərəfindən iddiaçının istər xx.xx.2006-cı il, istərsə də xx.xx.2017-ci il tarixədək ümumi və xüsusi iş stajının araşdırıldığını bildirsə də, bunu öz şəxsi mülahizəsinə əsasən, qərəzli olaraq aparmış, onun iddiaçının xüsusi iş stajını araşdırmaq üçün qaldırdığı vəsatətə münasibəti rəsmi və ya şifahi olaraq elan olunmamışdır. Qərəzli olmasını düşünməsinin səbəbi odur ki, eyni arayışda müəssisə tərəfindən qəbul edilən güzəştli iş stajının böyük əksəriyyətini qəbul etməmişdir. Həmin məhkəmə iddiaçının əmək kitabçasında aparılmış qeydləri qeyri-peşəkar səviyyədə interpretasiya etmişdir. Belə ki, iddiaçının “kimya sexində təmizləyici qurğu avadanlıqlarının təmiri üzrə çilingər peşəsində deyil, təmizləyici qurğu sexinə avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işləmişdir. İddiaçının həmin dövrdə işlədiyi çilingər vəzifəsi... 2 nömrəli Siyahısının 21400000 kodlu Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı adlı Xİİİ bölməsində nəzərdə tutulmamışdır” deyə bildirmişdir. Məhkəmə həmin 2 saylı Siyahının X. Kimya istehsalatı bölməsində 3-cü yarımbölmədə 2110A030-17531 şifrəsi ilə 2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində... məşğul olan fəhlələr göstəricisinə əsasən, 21400000 kodlu Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsini hansı səbəblə daxil etmədiyini aydınlaşdırmamışdır, halbuki hər iki bölmə həmin 2 Saylı Siyahıya daxildir və 21400000 kodlu Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsi həmin sənədin ayrılmaz hissəsidir və həmin siyahıda sadalanan istehsalat sahəsidir. Axı iddiaçının kimya sexində hansı fəhlə peşəsində işləməyindən asılı olmayaraq 2110A030-17531 şifrəsi ilə qeyd edilmiş göstərici bütün fəhlə peşələrini özündə ehtiva edir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur; 4.1.11-ci bəndinə görə, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə əsasən, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və xx.xx.2007-ci il tarixədək olan dövrə aid hissədə AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2017-ci il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının 57 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur. İddia ərizəsi, cavabdehin iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsinə əsaslanaraq müraciətinin təmin edilməsindən imtina haqqında xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan və apellyasiya şikayətindən müəyyən olunur ki, iddiaçının xx.xx.2017-ci il tarixə ümumi stajının 25 ildən çox olması işin mübahisəsiz halıdır. Buna qarşılıq, işin ən mübahisəli məqamını iddiaçının xx.xx.1991-xx.xx.2009-cu illərdə işlədiyi peşələrin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmasına imkan verən işlər olub-olmaması təşkil edir. Bu tarixlər arasında iş stajının iddiaçı üçün əhəmiyyəti ondan ibarətdir ki, əgər qeyd olunan müddətdən hər hansı hissəsi 12 il 6 aylıq xüsusi staja hesablana bilərsə, o halda iddiaçı bu şərti də yerinə yetirmiş olacaqdır. Əksinə, bu müddət iddiaçının xüsusi stajına hesablana bilməzsə, onda xüsusi stajla bağlı digər iş illərinin yoxlanılmasına lüzum qalmayacaqdır. Çünki, qeyd olunan müddət nəzərə alınmadan iddiaçının qanunla tələb olunan 12 il 6 aylıq xüsusi stajı toplanmamış olur. Bu baxımdan, işdə olan “X11 Stansiyası” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 20/206/17/141 nömrəli arayışa görə iddiaçı xx.xx.1987-ci il tarixdən (əmr № 66-n, xx.xx.1987-ci il) xx.xx.1991-ci il tarixə kimi “X11 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES) Qazan-turbin sexinin işini təmin edən yanacaq nəqliyyat sexində yanacaq ötürən avadanlıqlarının təmiri üzrə çilingər; xx.xx.1991-ci il tarixdən (əmr № 16k, xx.xx.1991-ci il) xx.xx.2005-ci il tarixə kimi “X11 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES) Qazan-turbin sexinin işini təmin edən kimya sexində təmizləyici qurğu avadanlıqlarının təmiri üzrə çilingər; xx.xx.2005-ci il tarixdən (əmr № 36-k, xx.xx.2005-ci il) xx.xx.2005-ci il tarixinə kimi “X11 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES) Qazan-turbin sexinin işini təmin edən kimya sexində tullantı suların kimyəvi təmizlənməsi üzrə aparatçı; xx.xx.2005-ci il tarixdən (əmr № 76-k, xx.xx.2005-ci il) xx.xx.2009-cu il tarixə kimi “X11 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES) Qazan-turbin sexinin işini təmin edən kimya sexində təmirçi çilingər işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Qərarının 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümündə 144-cü səhifənin 3-cü xanasında qeyd edildiyi kimi çilingərlər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli PT-İ № ******* nömrəli əmək kitabçasının notariat təsdiqli surətinə görə, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixə Zəngəzur X1 Zənginləşdirmə Fabrikində tənzimləyici işləmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci ildə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü ildə Ermnəqliyyat Tikinti Trestinin 06 saylı Yol-Tikinti İdarəsində fəhlə işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər Zəngəzur Mis-Molibden Kombinatında nasos maşinisti, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci ilədək həmin kombinatda təmirçi çilingər işləmiş, xx.xx.1987-ci il tarixdən X8 Elektrik Stansiyasında yanacaqötürmə avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1989-cu il tarixdən həmin sexə istilik ötürən avadanlıqların təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1991-ci il tarixdən təmizləyici qurğu sexinə avadanlıqların təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1995-ci il tarixdən həmin sexə avadanlıqların təmiri üzrə 6-cı dərəcəli çilingər keçirilmiş, xx.xx.2005-ci il tarixdən həmin sexdə tullantı suların kimyəvi təmizlənməsi üzrə 4-cü dərəcəli aparatçı keçirilmiş, xx.xx.2005-ci il tarixdən həmin sexdə 6-cı dərəcəli təmirçi-çilingər işinə keçirilmiş, xx.xx.2008-ci il tarixdən “xxxx” ASC-nin xx.xx.2008-ci il tarixli AÜ/117 saylı əmrinə əsasən “X3 Stansiyası” MMC “X11 Stansiyası” MMC adlandırılmış və xx.xx.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək “xxxx” ASC EAT İdarəsinin Şirvan Təmir sahəsinin QAT sexinə 6-cı dərəcəli çilingər peşəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək “Cənub layihəsi” Tikinti sahəsinə 4-cü dərəcəli santexnik vəzifəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “Azəriqaz” X5 İdarəsində 2 saylı quraşdırma, təmir sazlama sahəsinə nəzarətölçü cihazları və avtomatika üzrə 6-cı dərəcəli çilingər peşəsində işləmiş, xx.xx.2012-ci il tarixdən “xxxx” Şirkətində elektrik avadanlıqları və avtomatika sexinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. İşin qeyd olunan faktiki hallarına mübahisənin maddi hüquqi əsası kimi çıxış edən pensiya qanunvericiliyinin müvafiq müddəalarının tətbiqi ilə məlum olur ki, iddiaçının xx.xx.1991-xx.xx.2009-cu illərdə işlədiyi peşələr əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmasına imkan vermir. Belə ki, AR Nazirlər Kabinetinin həm xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq olunmuş “21400000 Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı”, həm də xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş “24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölmələrində digər adda çilingərlər, o cümlədən elektrik çilingərləri nəzərdə tutulsa da, iddiaçının işlədiyi çilingər peşələri həmin siyahılarda təsbit olunmamışdır. İddiaçının istinad etdiyi 2110A030-17531 kodu da mübahisəyə tətbiq edilə bilməz. Belə ki, “2110A030-17531 - 3. 2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №-li və 2 №-li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının və 2110A030 ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər; işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr” şifrini təhlil etdikdə aydın olur ki, həmin peşələr bilavasitə kimya istehsalatında məşğul olan şəxslərə aid edilir. Başqa sözlə, bu şifrlə nəzərdə tutulan peşənin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmasına əsas verən iş kimi qəbul edilə bilməsi üçün həmin iş yerinin, yəni iş sahəsinin əsas fəaliyyət istiqaməti kimya istehsalatı olmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq olunmuş “2100000 X. Kimya istehsalatı”, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş “8. Kimya istehsalatı” bölmələrində isə çilingər peşəsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri minimum şərtlərə iş üzrə əməl olunmaması cavabdehin imtinasının qanuniliyinə dəlalət edir. Digər ifadə ilə, əmək pensiyası təyin edən inzibati orqanın qanunvericiliklə imperativ qaydada tələb edilən zəruri minimum şərtlər ödənilmədən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməsi qanunazidd sayılardı. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3-cü maddəsi ilə) iddiaçıya aid edilmişdir. Bu tələbdən çıxış edilərək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın cavabdeh tərfindən qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə 12 il 6 aydan çox çalışmasına dair mötəbər sübutları cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının xüsusi stajının 12 il 6 aydan az təşkil etməsinə əsaslanan cavabdehin xx.xx.2020-ci tarixli **********3 nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5170/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-576/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-576/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver