Məhkəmə qərarları › İş №2-1(103)-576/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-576/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-576/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhəri 27 saylı Dövlət Notariat Kontoruna qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamədə düzəliş edilərək yeni şəhadətnamə verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-8985/2021 saylı 30.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16.04.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələrdə müvafiq dəyişiklik edərək onun paynın 17/18 Piriuev 17/18, Piriyev Vəkil Bağban oğlunun isə 1/18 hissə olması barədə müvafiq düzəliş edilməsinin və ya yeni vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə 1989-cu ildə ünvan 1 ünvanında yerləşən evi almışlar. 08.10.2020-ci il tarixdə həyat yoldaşı X2 vəfat etdikdən sonra onların müraciəti əsasında cavabdeh tərəfindən onlara 16.04.2021-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak iddiaçının miras payı 8/9 hissədə, digər vərəsə Piriyev Vəkil Bağman oğlunun adına isə 1/9 hissdə rəsmiləşdirilmişdir. Lakin bu zaman iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlakın yarısı ona məxsus olması nəzərə alınmamış və bu əmlak miras əmlak kütləsinə aid edilmişdir (Mülki Məcəllənin 1162-ci maddəsinə və «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlmatın 34-cü bəndinə istinadən iddiaçı hesab edir ki, vərəsəlik şəhadətnaməsi düzgün tərtib edilməmiş, onun bu barədə müvafiq müraciəti cavabdehin hərəkətsizliyi ilə qarşılanmışdır. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-8985/2021 saylı 30.09.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tələbi vərəsəlik şəhadətnaməsində olan səhvin düzəldilməsidir. Yəni, cavabdeh inzibati orqanın hərəkətsizliyindən olan iddiadır. İnzibati Prosessual Məcəllənin (“İPM”) 2-ci maddəsinə əsasən inzibati məhkəmənin səlahiyyətinə aid olan işlərə aiddir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda göstərilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamədə olan hər hansı səhvlər notariusun özü tərəfindən düzəldilməlidir, bu qanunla notariusun üzərinə düşən bir vəzifədir. O, cavabdeh tərəfindən üzərinə düşən həmin vəzifələr icra olunmadığından məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri, habelə, məhkəməyə gəlmədiyi təqdirdə iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsini və mübahisəli məsələnin prosessual xarakter daşıdığını nəzərə alan məhkəmə kollegiyası işə onların işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, İPM-in 2ci (2.2.3) maddəsinə və «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlmatın 34-cü bəndinə istinadən, vərəsəlik hüququ haqqında şəhadətnamədə müvafiq düzəliş edilməsi vəzifəsinin cavabdehin qanunvericiliklə üzərinə düşən bir vəzifə olduğunu bildirərək hesab edir ki, onun hazırkı iddia tələbinə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Birinci instansiya məhkəməsi qərardadında “İnzibati icraat haqqında” Qanunun 1-ci, 2.0.1 - 2.0.2 və 2.0.6-cı, İPM-in 2.2.1-ci və Mülki Məcələnin 132-ci maddələrinin tələblərini qeyd edərək, daha sonra isə göstərmişdir ki, Mülki Prosessual Məcəllənin 1 oktyabr 2021-ci il tarixinə qədər qüvvədə olan “305.1-ci maddəsinin tələbinə görə notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, “...notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdır ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1–305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə, iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı məsələ “vərəsəlik hüququ haqqında şəhadətnamə”də dəyişiklik edilməsi barədədir. Lakin nəzərə alınmalıdır ki, həmin şəhadətnamə inzibati akt deyil, ona görə də onun dəyişdirilməsi inzibati məhkəmə icraatında “mübahisələndirmə haqqında” iddianın predmetini təşkil edə bilməz. Bundan başqa, məhkəmə diqqətə çəkir ki, notariat ofisləri (notariuslar) inzibati orqan kimi təsnif olunsalar da, 1 oktyabr 2021-ci il tarixədək notariusun müvafiq hərəkətlərinə qarşı iddialar üzrə mübahisələr publik deyil, mülki xarakterli qiymətləndirilmişdir. Nəzərə alınmalıdır ki, İPM-in 2.1-ci maddəsi inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatının inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməsini qanunla başqa aidiyyət qaydasının müəyyən edilməməsi ilə şərtləndirir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından, iddia mümkün sayılmamalıdır…» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Birincisi, 30 sentyabr 2021-ci il tarixində qərardad qəbul olunarkən, MPM-in qeyd olunan 305.1.8-ci maddəsi hələ qüvvədə olmuşdur. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində ifadə olunan mövqeyi də nəzərə alınmaqla, işin inzibati icraat qaydasında baxılmasının yolverilməz hesab olunması əsaslıdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixdi 12 saylı qərarı ilə, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 2015-ci il 10 aprel tarixli 04 №-li qərarında aşağıdakı dəyişikliklər edilmişdir: «...8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməlidir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericiliyin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı X1 8.1.3-1-ci, «Notariat haqqında» Qannunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 №-li qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyətininin dəqiq müəyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamandı, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxıolması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə tcraatı qaydasında ümumit məhkəmələrdə baxılması davam etdirilsin...» Beləliklə də qeyd olunanlar baxımından hazırkı iddianın İPM-in 35.1-ci maddəsinin tələbinə uyğun qaydada verilmiş iddia kimi qiymətləndirilməsi istisna edilir. Odur ki, birinci instansiya məhkəməsinin qərarjdadı idlə iddianın inzibati məhkəmə icraatının yolverilməz hesab edilərək, məhkəmə icraatının mümkün sayılmaması İPM-in 35.1-ci və 35.3-cü maddələrinin tələblərinə uyğun hesab olunmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin işə inzibati qaydada baxılmalı olduğunu vurğulamaqla, həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-8985/2021 saylı 30.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-8985/2021 saylı 30.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar