Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-577/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “qeydiyyata olma barədə məlumatların bazaya daxil edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8766/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə (“BPQMİ”) qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1.) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1980-ci il təvəllüdlü Quliyeva (Abbasova) Zəminə Teymur qızının xx.xx.1998-ci il tarixədək ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı olması barədə məlumatların BPQMİ-nin bazasına daxil edilməsi və ona bununla bağlı müvafiq qaydada arayış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Quliyeva (Abbasova) Zəminə Teymur qızının ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı olması barədə məlumatları BPQMİ-nin bazasına daxil edilməsi və ona bununla bağlı müvafiq qaydada arayış verilməsi barədə etdiyimiz müraciətə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Miqrasiya və Qeydiyyat İdarəsinin 31 mart 2022-ci il tarixli 018-6056-1222 saylı məktubu ilə DİN-in BPMQİ-də, eləcə də Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin kartotekasında xx.xx.1980- ci il təvəllüdlü Quliyeva (Abbasova) Zəminə Teymur qızının xx.xx.1998-ci il tarixədək ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmasını və ya qeydiyyatdan çıxmasını təsdiq edən hər hansı bir sənəd aşkar edilmədiyindən, imtina edilmişdir. Cavabdehin imtinası X4 barəsində məlumatlar dərindən və hərtərəfli araşdırılmadan verilmişdir və onun yaşayış yeri üzrə qeydiyyatının həmin dövr üçün real və faktiki vəziyyətini əks etdirmir. Belə ki, X4 11 aprel 1980-ci ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olmuşdur, milliyyətcə azərbaycanlıdır,valideynləri Azərbaycan Respublikasının vətəndaşlarıdır. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 06 sentyabr 2021-ci il tarixli 12- 6/665 saylı arayışı ilə onun 1980-ci ildən 1997-ci ilə kimi Lənkəran rayonu Mamusta kəndində olması və orada yaşaması təsdiq olunur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8766/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şakayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilən çoxsaylı sənədlər iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamasını istisna edir. Belə ki, əgər iddiaçının yaşayış yeri və qeydiyyatı olmasaydı ona 6 mart 1997-ci ildə 9 №li Formada Respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən АЗ № 107154 Arayışverilməzdi və həmin Arayışın müddəti 31 dekabr 1998-ci ilə kimi uzadılmazdı, Lənkəran rayonu Aqrar-İslahat Komissiyasının 1997-ci il 06 iyul tarixli 18 nömrəli qərarı ilə Lənkəran rayonu Mamustakəndi ərazisində yerləşən 0.08 hatorpaq sahəsi iddiaçının mülkiyyətinə verilməzdi, iddiaçıya Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Lənkəran şəhər şöbəsi tərəfindən 08 aprel 1997-ci il tarixli 1809 saylı qeydlə özəlləşdirilmə çekləri verilməzdi, iddiaçıya Azərbaycan Respublikası DİN tərəfindən 24 dekabr 1997-ci ildə (etibarlılıq müddəti 24 dekabr 2002-ci ilədək olan) 99 № ******* saylı və üzərində azərbaycan və ingilis dillərində “Azərbaycan Respublikasının vətəndaşı” qeydi ilə ştamp vurulmuş keçmiş SSRİ pasportu verilməzdi və onun həmin dövr üçün qeydiyyatda olduğunu təsdiqləyən iddia ərizəsinə əlavə etdiyi və iş materiallarında olan digər sənədlər verilməzdi. Bundan əlavə, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Mamustakənd inzibati ərazi dairəsinin tərtib etdiyi 15 dekabr 2021-ci il tarixli Aktı ilə təsdiq edilirki, X1 övladı xx.xx.1980-cı il təvəllüdlü, Lənkəran rayonunun Mamustakəndində doğulmuş Quliyeva(Abbasova) Zəminə Teymur qızı həqiqətən doğulduğu ildən 1997-ci ilin dekabrayınakimi Azərbaycan Respublikası, Lənkəran rayonunun Mamustakəndində yaşamışdır. 1997-ci ilin dekabrayında Rusiya Federasiyasına getmişvə 1998-ci ilin aprel ayında Azərbaycan Respublikası, Lənkəran rayonunun Mamusta kəndinə qayıtmışdır. 1998-ci ilin aprel ayından 2000-ci ilin yanvarayındakimi Azərbaycan Respublikası, Lənkəran rayonunun Mamustakəndində yaşadıqdan sonra yenidən Rusiya Federasiyasına getmişdir. Sonuncu tarixdən hal-hazırakimi İddiaçı mütəmadi olaraq Azərbaycan Respublikası, Lənkəran rayonunun Mamusta kəndinə gəlib-getmişdir. Daha sonra, iş materiallarında olan nikah haqqında şəhadətnamə ilə sübut olunurki, iddiaçı 26 sentyabr 1997-ci ildə Lənkəran rayonu Mamustakənd nümayəndəliyində nikahın bağlanması haqqındaakt qeydləri kitabında 18 №-li qeydlə X6 ilə rəsmi nikaha daxil olmuş və nikah bağlanandan sonra Quliyeva soyadını götürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq olunmuş "Vətəndaşvəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlərvə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Göründüyü kimi, qanunvericiliklə nikahın qeydiyyata alınması üçün zəruri hesab edilən sənədlər arasında şəxsin şəxsiyyət vəsiqəsinin də təqdim olunması vacibdir. Yəni, şəxsin istənilən dövr üçün şəxsiyyət vəsiqəsini və ya onu müvəqqəti əvəz edən sənəd (bu işlə əlaqədar olaraq isə iddiaçıya 6 mart 1997-ci ildə verilmiş və müddəti 31 dekabr 1998-ci ilə kimi uzadılmış 9 №li Formada Respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən АЗ № 107154 Arayış) olmadan onun nikahının qeydiyyatı rəsmiləşdirilmir. Belə olan halda, 26 sentyabr 1997-ci ildə Lənkəran rayonu Mamusta kənd nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 №-li qeydlə X6 ilə rəsmi nikaha daxil olması iddiaçının şəxsiyyət vəsiqəsinin mövcudluğunu sübut edir. 30 dekabr 2011-ci il tarixli 283-İVQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmiş “Azərbaycan Respublikasıvətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 13 fevral 1998-ci il tarixli 432-İQ nömrəli Qanununa əsasən şəxsiyyət vəsiqəsi 106mm x 74mm ölçülüdür. Beynəlxalq Mülki AviasiyaTəşkilatının 9303-cü sənədlərinə uyğundur. İddiaçının xx.xx.1998-ci il tarixədək ölkə ərazisində yaşayışyeri və həmin yaşayışyeri üzrə qeydiyyatda olmasını təsdiq edən şəxsiyyət vəsiqəsi olmuşdur. Həmin şəxsiyyət vəsiqəsi barədə məlumatların elektron informasiya sistemində və ya kartoteka sənədlərində olmasının təmin edilməsi isə iddiaçının deyil, cavabdehin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında” Əsasnamənin 3.1.10-cu bəndinə görə daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikasıvətəndaşlığına qəbul, vətəndaşlığa bərpavə vətəndaşlığaxitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyətvəsiqələrinin verilməsini, yaşayışvə olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dairmərkəzləşdirilmiş uçot sistemini təşkil etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallardavə qaydada Nazirliyin vəzifəsidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun ilkin redaksiyasının (xx.xx.1996-cı il, № 55-İQ) 5-ci maddəsinə əsasən vətəndaşailk dəfə Azərbaycan Respublikasıvətəndaşının şəxsiyyətvəsiqəsi verilərkən o, yaşayışyeri üzrə qeydiyyataalınır. Beləliklə, yuxarıda şərh edilənlər AbbasovaZəminə Teymur qızının Azərbaycan Respublikasındayaşayışyeri üzrə qeydiyyatı olduğunu sübut edir. Bundan əlavə, vətəndaşların qeydiyyatı, eləcə də qeydiyyat məlumatlarının mühafizəsi və elektron məlumat bazalarına daxil edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Miqrasiya və Qeydiyyat İdarəsi və həmin İdarənin yerli qurumları tərəfindən aparılır. Ona görə də, iddiaçının pasport qeydiyyatı barədə məlumatların elektron məlumat bazasına daxil edilməməsi, istənilən şəkildə həmin məlumatların zədələnməsi, korlanması, itirilməsi, yanması və s. səbəblər nəticəsində mövcud olmaması iddiaçının təqsiri üzündən baş verməmişdir. Ona görə də, onun yaşayışyeri üzrə qeydiyyatı barədə BPQMİ-də və ya Lənkəran şəhər-rayon X3 şəxsiyyətvəsiqəsi bölməsinin kartotekasında məlumatın müəyyən edilməməsi AbbasovaZəminə Teymur qızının təqsiri deyil, İdarə tərəfindən həmin məlumatların itirilməsi, korlanması, hər hansı bir qəzavə yatəbii fəlakət nəticəsində (arxivin su basması, yanmasıvə s.), elektron sistemə daxil edilərkən başvermiş xətavə s.
13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir ərizə Elektron Ərizə.pdf Endir səbəbindən ola bilər. Ona görə də, X2 xx.xx.1998-ci il tarixədək ölkə ərazisində yaşayışyeri üzrə qeydiyyatı barədə məlumatlar BPQMİ-nin bazasına daxil edilməli və ona bununla bağlımüvafiq qaydada arayış verilməlidir. Məhkəmənin “hazırda məhkəməyə və inzibati orqanlaratəqdim edilən sənədlər iddiaçının məhz xx.xx.1998-ci il tarixədək qeydiyyatda olmasını təsdiq edən sənədləri əvəz edə bilməz. Beləliklə qanunvericiliyin tələbi konkret olmaqla qeydiyyata alınma ilə bağlı konkret tənzimləmə müəyyən edir. Həmin tənzimləmədən kənar hər hansı sənəd və işin digər faktiki hallarışəxsin məhz xx.xx.1998-ci il tarixədək qeydiyyatda olması ilə bağlı cavabdehə öhdəlik müəyyən etmədiyindən imtina qanuni və əsaslı hesab edilir.” qənaəti də əsassızvə qanunsuzdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, şəxsiyyət vəsiqələrinin forma və məzmununu tənzimləyən qanunvericilikaktlarının heç birində şəxsiyyət vəsiqəsində şəxsin qeydiyyatda olması barədə məlumatın olması nəzərdə tutulmur, əksinə yaşayışyeri barədəməlumatın mövcudluğu təsdiq olunur. Beləliklə, iddiaçının yaşayışyerinin olması barədəməlumatlar onun qeydiyyta olmasını təsdiq edir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı faktiki olaraq 1997-ci ildə Rusiya Federasyiasına getmiş, Rusiya Federasiyasının vətəndaşlığın qəbul etmişdir. Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən pasportu məhkəməyə təqdim olunmuşdur. Lakin iddiaçı Azərbaycan Respublikasında yaşadığı yer üzrə qeydiyyatdan çıxmamış, qeydiyyatı qalmışdır və bütün bunlar işə əlavə olunmuş sənədlərlə öz təsdiqini tapır. Odur ki, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh AR DİN BPQMİ məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddia ərizəsindən və apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, o, 1997- ci ilə kimi Lənkəran rayonunun Mamusta kəndində yaşadığını, 1986-1997-ci illərdə həmin kənd tam orta məktəbində təhsil aldığını, 1996- 2000-ci illərə aid təsərrüfatbaşına kitablarında X2 təsərrüfatının olduğunu, adına özəlləşmə çekləri və torpaq şəhadətnaməsinin mövcud olması barədə məlumatları əsas tutaraq iddia edir ki, bhəmin sənədlər onun xx.xx.1998-ci il tarixədək ölkə ərazisində olduğunu təsdiq edir. Bu baxımdan hesab edir ki, həmin tarixədək o ölkə ərazisində olması barədə məlumat BPQMİ-nin müvafiq məlumat bazasına daxil edilməlidir. Bununla əlaqədar məhkəmə kollegiysı qeyd edir ki, iddiaçının istinad etdiyi həmin sənədlərin mövcudluğu heç də xx.xx.1998-ci il tarixədək ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmasını deməyə əsas vermir. Belə ki, “Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin tələbindən görünür ki: «Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndindən isə görünür ki, bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qüvvədə olan qanunvericiliyin qeyd olunan tələblərindən aydın olur ki, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması və yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər sırası konkret olaraq sadalanmışdır. İddiaçı tərəfindən isə onun xx.xx.1998-ci il tarixinə kimi qeydiyyatda olmasını təsdiq edən mötəbər sənədlərin mövcudluğu müəyyən olunmur. Onun istinad etdiyi Lənkəran şəhər İcra Hakimiyyəti başçsının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arxiv arayışları da onun xx.xx.1998-ci il tarixinədək Azərbaycan Respublikasının ərazisində yaşaması barədə məlumatın bazaya daxil edilməsi üçün kifayət qədər mötəbər sənəd kimi qəbul edilə bilməz. Çünki, hazırkı apellyasiya mərhələsində də məhkəmənin müvafiq sorğusuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə verilmiş xx.xx.2023-cü il tarixli 96/2- 14287/23 nömrəli cavab məktubunda məhkəməyə bildirmişdir ki, xx.xx.1980-cı il tarixində Lənkəran rayonunun Mamuşta kəndində anadan olmuş İddiaçı barəsində Polis Şöbəsinin kartotekasıda hər hansı bir məlumat aşkar olunmadı. İş materiallarının 47-ci vərəqində olan AR DİN BPQMİ-nin xx.xx.2022-ci il tarixli 018- 6056-1222 nömrəli iddiaçının vəkilinə ünvanladığı məktubunda da bildirilmişdir ki, iddiaçının xx.xx.1998-ci il tarixinədək ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmasını və ya qeydiyyatdan çıxmasını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Əslində, iş materiallarına, iddiaçıının nümayəndəsinin qeyd olunan izahatına, habelə məhkəməyə təqdim edilmiş Rusiy Federesiyası tərəfindən verilmiş pasportuna əsasən də müəyyən olunur ki, iddiaçı 1997-ci ildə ölkə ərazisini tərk edərək Rusiya Federasiyasına getmiş və həmin ölkənin vətəndaşlığını təsdiq edən pasportunu almışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində istinad etdiyi hallar onun cavabdeh tərəfindən onun qeydiyyatda olan şəxs kimi baza məlumatlarına daxil edilməsinə əsas olan hallar kimi qiymətləndirilməsi istisna edilir. Başqa sözlə, cavabdeh tərəfindən iddiaçıının ərizəsinin təmin edilməsindən imtina olunması əsaslı olduğu sübuta yetirilir. Əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də, məhz, onu ehtiva edir ki, məhkəmə o halda, məcburetmə qaydasında inzibati orqanın üzərinə iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoya bilər ki, inzibati aktın qəbul olunması qəbulundan imtina olunması qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8766/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8766/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.