Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-577/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5874/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 810 saylı və xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanlarına uyğun olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərcliyinə hesablanmaqla yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsini Azərbaycan Respublikası Dövlət Gömrük Komistəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1997-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Komitənin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsi və Yol vergiləri idarəsinin Tovuz şöbəsinə böyük inspektor, xx.xx.2016-cı il tarixdə Tovuz Gömrük İdarəsi Yol vergiləri şöbəsinin baş inspektoru, xx.xx.2018-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postunun baş inspektoru vəzifələrinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətinə xitam verilmişdir. Həmin vaxtdan İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin İddiaçı təyin olunmuş pensiya məbləği xidmət illəri və pensiya kapitalı nəzərə alınmadan çox aşağı təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Flialının 24 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-A-249232/2023 saylı Əmək pensiyasının hesablanması haqqında çıxarışına əsasən İddiaçı əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: 1. Təqvim illəri üzrə stajından xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövrdəki staj (4 il 7 ay 6 gün) çıxılır; 26 il 10 ay 10 gün (təqvim ili)- 4 il 7 ay 6 gün=22 il 3 ay 4 gün. Deməli, adıçəkilən şəxsin xx.xx.2017-ci tarixinədək stajı ümumilikdə 22 il 3 ay 4 gün təşkil edir. 2. xx.xx.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə - 20 il üçün – təminat xərcliyinin 55 faizi; - 2 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)hər ilə görə 3 faizi miqdarında olmaqla (2x3) təminat xərcliyinin 6 faizi. 3. xx.xx.2017xx.xx.2022-ci il tarixləri arasındakı (4 il 7 ay 6 gün) müddəti üçün isə - 4 il üçün-təminat xərcliyinin 8 (4x2) faizi; -7 aya görə-təminat xərcliyinin 1,17 faizi miqdarında müəyyən edilmişdir. 4. İddiaçı 8 fevral 2022-ci il tarixindən təminat xərcliyinin (vəzifə maaşı 540,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 30 faizi miqdarında digər növ əlavəsi 108,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32,00 manat olmaqla, cəmi 1042,20 manat) 70,17 (55+6+8+1,17) faizi 731,31 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədər bəzi tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli, 388 nömrəli Fərmanı ilə büdcədənkənar inkişaf fonduna daxil olan aylıq yığımların Dövlət Gömrük Komitəsinin fəaliyyətdə olan xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 810 saylı və xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanları ilə nəzərdə tutulmuş əlavələr nəzərə alınmamışdır. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədər bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%-nin (29 fevral 2016 cı il 810 nömrəli Fərmanla 50%-nin, 24 yanvar 2017-ci il 1207 nömrəli Fərmanla isə 60%-nın) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin ödənilməsi barədə” 24 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin büdcədənkənar inkişaf fondundan xüsusi rütbəsi olan əməkdaşlara və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat”ın 1.4-cü bəndinə əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə təminat xərcliyinə daxil edilir. Nazirlər Kabinetinin artıq ləğv edilmiş 1997-ci il 27 dekabr tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaiti xərclənməsi Qaydaları”nda və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli, 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”nda da həmin vəsaitdən aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edildiyi görülmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində əsasən təminat xərcliyi (pul təminatı)-hərbi quluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyə əsasən təminat xərcliyinə yalnız xidmətdən buraxılmış günə alınmış ödənişlər deyil, həm də qanunun özündə də qeyd edildiyi kimi “digər əlavələr, artımlar” formasında verilməyə başlanılan sonrakı artımlar da daxil edilməlidir. Bu mənada, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 saylı Fərmanı ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətdə olan xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarna əlavə kimi verilməyə başlanılan sözügedən vəsait sonrakı artım kimi təminat xərcliyinə daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təsbit olunmuş “sonrakı artımlar da nəzərə alınmaqla” ifadəsi məhz elə halların tənzimləməsinə yönəlmişdir ki, xidmətdən buraxılan günə alınmamış vəsait sonradan hansısa formada fəaliyyətdə olan əməkdaşlara ödənilməyə başlanılırsa, bu hal həm də artıq əmək pensiyaçısı olan şəxslərin pensiyalarının yenidən hesablanmasına (və ya pensiyalarına əlavə edilməsinə) səbəb olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü bəndində məhz bu halın tənzimləməsinə yönəlmiş müddəalar nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azerbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının mövqe nümayiş etdirməklə göstərilmişdir ki, “Hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin ve tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər”. Oxşar mubahisələrlə bağlı artıq daha əvvəl Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası tərəfindən müvafiq qərarlar (X3 işi üzrə 2-1(102)- 2125/2018) saylı, 19 dekabr 2018-ci il tarixli, X6 işi üzrə 2-1(102)-1461/14 saylı, 16 dekabr 2014-cü il tarixli, X1 işi üzrə 2-1(102)-1463/14 saylı, 2 dekabr 2014-cü il tarixli və X4 işi üzrə 2-1(102)-2223/2018 saylı, 04 dekabr 2018-il tarixli qərarlar) qəbul edilmişdir. Həmin qərarlarda kassasiya məhkəməsi aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəni - Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli, 388 saylı Fərmanına müvafiq olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşlarına edilən əlavələrin iddiaçıların təminat xərcliyinə hesablanmaqla yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə İş Departamentinə təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsini qanuni və əsaslı hesab etmişdir. Bəhs olunanlara əsasən hesab edilir ki, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli 388 saylı Fərmanı ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətdə olan xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilməyə başlanılan əlavələr baş vermiş sonrakı artım kimi təminat xərcliyinə daxil edilməlidir. X9 Komitəsinə yeni məlumat vərəqəsinin göndərilməsi barədə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, lakin müraciətə rəsmi qaydada cavab verilməmişdir. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyi üçün İnzibati Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə əlavədə qeyd edilmişdir ki, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qərarda xx.xx.2018-ci il tarixli, 54 nömrəli həmin Qanun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş və büdcədənkənar vəsaiti hesabına hesablanan əlavələrin və digər ödənişlərin təminat xərcliyinə daxil edilməsi istisna edilmişdir. Halbuki, 1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə (https://e-qanun.az/framework/36738) “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə QAYDASİ” təsdiq edilmişdir. Həmin qərarla “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli Qərarı ləğv edilmişdir. 28 dekabr 2022-ci il tarixli 1937 nömrəli “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 678-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2.6. 28.13.2-ci yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “28.13.2. bu Fərmanın 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir” dəyişiklikdən əvvəlki redaksiyada Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin verilən ödənişin vəzifə maaşlarına əlavə kimi ödənilmişdir. Həmin ödənişlərin təyinatı “büdcədənkənar vəsait hesabına aid edilməmişdir”. Belə ki, əvvəlki redaksiyada “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 26 aprel 2023-cü il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qərarı ilə 1.2. Vəsait Komitənin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsinə sərf olunması məqsədi ilə Komitənin hesabına köçürülür. 1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 27 avqust 2007-ci il № 135 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə 18 oktyabr 2021-ci il tarixli, 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə yeni “məlumat forması” əlavə 1 təsdiq edilmişdir. Lakin cavabdeh iddiaçı barəsində qüvvədən düşmüş məlumat formasını müvafiq pensiya məbləği təyin edən orqana göndərmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi məhkəməyə göndərdiyi iddiaya dair etirazda göstərmişdir ki, iddiaçı xx.xx.1997-ci il tarixdə cavabdehin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş idarəsi və Yol vergiləri idarəsinin Tovuz şöbəsinə böyük inspektor, xx.xx.2016-cı il tarixdə Tovuz Gömrük İdarəsi Yol vergiləri şöbəsinin baş inspektoru, xx.xx.2018-ci il tarixdə Qərb Ərazi Baş Gömrük idarəsi “Qırmızı Körpü” gömrük postunun baş inspektoru vəzifələrinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə “Gömrük orqanlarnda xidmət haqqnda” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətinə xitam verilmişdir. Həmin vaxtdan iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçıya təyin olunmuş pensiya məbləği xidmət illəri və pensiya kapitalı nəzərə alınmadan təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Flialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-249232/2023 nömrəli Əmək pensiyasının hesablanması haqqında çıxarışa əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Aşağıda qeyd edilənlərə əsasən iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. İddiaçı xx.xx.2022-ci il tarixli 1000/165Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətlərinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Filala təqdim olunması qaydalarını müəyyən edir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Həmin Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.5.2ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 170 nömrəli Qərarının 2-ci bəndində bu qərarın xx.xx.2022-ci il tarixdən qüvvəyə minməsi qeyd olunmuşdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İPMnin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Filala təqdim edilmişdir. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. Bu baxımdan iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də iddiaçının cavabdehə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5874/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5874/2024 nömrəli iş üzrə 27 iyun 2024-cü il tarixli məhkəmə qərarının ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia tələbini təmin edilməməsini iki əsasla əsaslandırmışdır. Birinci əsas: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Lakin məhkəmə qeyd edilən yeni normanın geriyə şamil edilməməsini səbəblərini göstərməmiş və əsaslandırmamışdır. Məhkəmə iddiaçının “hüquqi vəziyyətini yaxşılaşdıran” halın ictimai münasibətlərə təsirinə aydınlıq gətirməmişdir. Halbuki, yeni normanın mahiyyətindən görünür ki, Dövlət Gömrük Komitəsinin hesabına daxil olan vəsaitin, Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavə, həmçinin həmin əlavənin onların pensiya təyinatı zamanı nəzərə alınmasına xidmət edir və yaranmış formal uyğunsuzluğu aradan qaldırmışdır. Belə ki, yeni dəyişikliklə Komitənin yaşa görə əmək pensiyası təyin edilən şəxslərə xx.xx.2019-cü il tarixinə qədər olan mövcud vəziyyəti uyğunlaşdırılmış, bununla da Komitənin əməkdaşlarına münasibətdə eynilik və bərabərlik təmin edilmişdir. Hüquq normalarının zamana görə qüvvəsinin təsnifatı, ilk növbədə, hüquq normasının ictimai münasibətlərə təsirinin hüquqi qüvvəsinin əhəmiyyətini görməyə, digər tərəfdən isə əvvəlki və yeni normalar arasında zamana görə yarana biləcək ziddiyyətləri aşkar etməyə imkan yaradır. xx.xx.2019-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilməməsi eyni kateqoriyaya aid və bərabər statusa malik olan Komitənin əməkdaşlarına fərqli əmək pensiyası hesablanması Azərbaycan Respublikasının Konstitusiya prinsipi olan bərabərlik prinsipinə ziddir. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. İkinci isə qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır. Belə ki, qeyd edildiyi kimi həmin əlavələr qeyd edilən tarixədək büdcədənkənar vəsaitlər, müvafiq dəyişiklikdən sonra isə (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası"nın 1.3-cü bəndi yeni redaksiyada verilmişdir: 1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Məhkəmə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”na verilmiş yeni redaksiyasını səhv şərh etmişdir. Bu səbəbdən qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dəyişiklikdən sonra (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir. Halbuki, yeni redaksiyada sadəcə xx.xx.2022-ci il tarixdən sonra Komitənin hesabına köçürülən vəsaitin istifadə qaydasını müəyyənləşdirir. Göründüyü kimi sözügedən redaksiyada xx.xx.2022-ci il tarixədək Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına olan əlavələrin statusunu dəyişdirəcək qayda yoxdur. Lakin cavabdehin məhkəmə iclasında və iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd edib ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş və həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir. Məhkəmə iddiaçının tələbinin “qanuni gözlənti”sinin olmamasını qeyd etmişdir. “Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qərarda xx.xx.2018-ci il tarixli, 54 nömrəli həmin Qanun 1.0.5-ci maddəsinə dəyişikli edilmiş və büdcədənkənar vəsaiti hesabına hesablanan əlavələrin və digər ödənişlərin təminat xərcliyinə daxil edilməsi istisna edilmişdir. Halbuki, 1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası” təsdiq edilmişdir. Həmin qərarla “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli Qərarı ləğv edilmişdir. 28 dekabr 2022ci il tarixli, 1937 nömrəli “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 678-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2.6. 28.13.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “28.13.2. bu Fərmanın 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir” dəyişiklikdən əvvəlki redaksiyada Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin verilən ödənişin vəzifə maaşlarına əlavə kimi ödənmişdir. Həmin ödənişlərin təyinatı “büdcədənkənar vəsait hesabına aid edilməmişdir”. Belə ki, əvvəlki redaksiyada “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 26 aprel 2023-cü il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qərarı ilə 1.2 Vəsait Komitənin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, gömrük orqanlarının Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsinə sərf olunması məqsədi ilə Komitənin hesabına köçürülür. 1.3 Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Dövlət Gömrük Komitəsi tərəfindən Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan 27/2022 nömrəli Məlumat Vərəqəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə ehtiyata buraxılmışdır: İş stajı – 13 il 2 ay 4 gün; təqvim üzrə xidmət illəri – 26 il 10 ay 10 gün; cəmi: iş stajı və xidmət illəri – 40 il 0 ay 14 gün. Əsas: 120-ci maddə 2-ci bəndi xidmətə olmanın son yaş həddinə çatdığına görə. - Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli ********** nömrəli Qərara (Pensiya işi 000794) əsasən İddiaçı pensiya hüququ xx.xx.2022-ci il tarixdə yaranmışdır (Məlumat vərəqəsini təqdim edən orqan: Dövlət Gömrük Komitəsi). - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda İddiaçı pensiya işinə dair sənədlərin və onun Mərkəzi filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ildə iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017-ci ilin 1 iyul tarixindədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: - 1 iyul 2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; - 1 iyul 2017-ci il tarixindən sonrakı hərbi xidmətin (hərbi ximdətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. - İddiaçı xidmət etdiyi orqandan 7 fevral 2022-ci il tarixində tərxis olunmağı ilə (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) əlaqədar Mərkəzi Filiala təqdim olunmuş məlumat vərəqində cəmi xidmət müddəti 26 il 10 ay 10 gün göstərilib. Bu halda İddiaçı əmək pensiyası aşağıdakı qaydada hesablanıb.
1. Təqvim illəri üzrə stajından xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövrdəki staj (4 il 7 ay 6 gün) çıxılır; 26 il 10 ay 10 gün (təqvim ili)- 4 il 7 ay 6 gün=22 il 3 ay 4 gün. Deməli, adıçəkilən şəxsin xx.xx.2017-ci tarixinədək stajı ümumilikdə 22 il 3 ay 4 gün təşkil edir.
2. xx.xx.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə - 20 il üçün – təminat xərcliyinin 55 faizi; - 2 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)- hər ilə görə 3 faizi miqdarında olmaqla (2x3) təminat xərcliyinin 6 faizi.
3. xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı (4 il 7 ay 6 gün) müddəti üçün isə - 4 il üçün-təminat xərcliyinin 8 (4x2) faizi; - 7 aya görə-təminat xərcliyinin 1,17 faizi miqdarında müəyyən edilmişdir.
4. İddiaçı 8 fevral 2022-ci il tarixindən təminat xərcliyinin (vəzifə maaşı 540,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 30 faizi miqdarında digər növ əlavəsi 108,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32,00 manat olmaqla, cəmi 1042,20 manat) 70,17 (55+6+8+1,17) faizi 731,31 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır. Belə ki, qeyd edildiyi kimi həmin əlavələr qeyd edilən tarixədək büdcədənkənar vəsaitlər, müvafiq dəyişiklikdən sonra isə (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə hərbi xidmətdən tərxis olunduğu və xx.xx.2022-ci il tarixdən iddiaçının pensiya hüququ yarandığı üçün aylıq vəzifə maaşlarına verilən əlavələrin təminat xərcliyinə daxil edilməməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmur və iddiaçının aylıq vəzifə maaşlarına verilən əlavələrin təminat xərcliyinə əlavə edilərək yeni məlumat vərəqinin tərtib olunması ilə bağlı “qanuni gözlənti”si yoxdur. İddiaçı tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlilləri odur ki, birincisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Lakin məhkəmə qeyd edilən yeni normanın geriyə şamil edilməməsini səbəblərini göstərməmiş və əsaslandırmamışdır. İkincisi isə qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır. Belə ki, qeyd edildiyi kimi həmin əlavələr qeyd edilən tarixədək büdcədənkənar vəsaitlər, müvafiq dəyişiklikdən sonra isə (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası"nın 1.3-cü bəndi yeni redaksiyada verilmişdir: 1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Məhkəmə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”na verilmiş yeni redaksiyasını səhv şərh etmişdir. Bu səbəbdən qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apelyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əsasən müəyyən edilir ki, Dövlət Gömrük Komitəsi tərəfindən Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan 27/2022 nömrəli Məlumat Vərəqəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) və Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, ********** nömrəli Qərara (Pensiya işi 000794) əsasən xx.xx.2022-ci il tarixdən iddiaçının pensiya hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5.-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir (30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək); 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (22 dekabr 2023-cü il tarixli 1074- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək). 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu: - “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsində “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasına yeni məzmunda 20.30cu maddə əlavə edilmişdir: 20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Beləliklə, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə büdcədənkənar vəsait hesabına hesablanan əlavələrin və digər ödənişlərin təminat xərcliyinə daxil edilməsi istisna edilmişdir (30 noyabr 2018-ci il tarixli 1362- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir). “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”: 1.3. Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir (əvvəlki redaksiyaya əsasən). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”nda müvafiq dəyişiklik edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndi yeni redaksiyada verilmişdir: “1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir”. Qeyd edilən dəyişikliklə qanunvericilikdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Beləliklə, bu dəyişikliklə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə təminat xərcliyinə daxil edilmişdir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Belə ki, məhz həmin tarixdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir. Məhkəmə kollegiyası yeni normanın geriyə şamil edilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyun 2023-cü il tarixli Qərarında göstərilir ki, “... Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, hüquq doktrinasında və qanunvericilikdə hüquqi müəyyənlik (sabitlik) və hüquqa etimad prinsiplərindən irəli gələrək hüquq normalarının bir qayda olaraq geriyə şamil olunmasının yolverilməzliyi prinsipi tətbiq edilir. Belə ki, ictimai münasibətlərin iştirakçıları bütün hərəkət və davranışlarını məhz mövcud hüquq qaydalarına uyğun həyata keçirirlər. Bu səbəbdəndir ki, insanların hüquqa olan etimad və etibarının qorunması, habelə hüquqi qeyrimüəyyənliyə yol verilməməsi üçün hüquq normalarının, bir qayda olaraq, geriyə şamil edilməməsi hüququn hamılıqla qəbul olunmuş prinsiplərindəndir. Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 28 yanvar tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Bu ondan irəli gəlir ki, hüquqi müəyyənlik prinsipinin bir komponenti kimi hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaratmaqla, fərdi qanunvericiliyin və hüquq tətbiqedən orqanların subyektiv hüquqlara haqsız müdaxiləsindən qoruyur. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. ...Beləliklə, hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. ... “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunverciliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstiutsiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz”. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il 27 mart tarixli qərar: “...Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. ...Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publikhüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. ...Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli qərarının 88-ci bəndinə əsasən hüquq normalarının qüvvəsinin geriyə şamil edilməməsi normaların zaman baxımından tətbiqi ilə bağlı əsas ümumi prinsiplərdən biridir. Bu prinsip ümumən normanın qüvvəyə mindiyi tarixdən əvvəlki münasibətlərə tətbiqini qadağan etməklə, yeni tənzimləmənin ancaq qüvvəyə mindiyi tarixdən sonra yaranmış hadisələrə tətbiqini mümkün edir. Prinsip özündə hazırda baxılan məsələyə münasibətdə iki məqsədə xidmət edir – həm şəxslər, həm də inzibati orqanlar üçün proqnozlaşdırıla bilən bir vəziyyət və idarəçilik qaydası yaratmaq; bir hüquqi vasitə kimi şəxslərin konkret subyektiv hüquqlarının həyata keçirilməsini təmin etmək. Apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 170 nömrəli Qərarını, xx.xx.2022-ci il tarixdə pensiya hüququ yaranmış İddiaçı barəsində tətbiq etməməkdə haqlı olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası apelyasiya şikayətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasına verilmiş yeni redaksiyanın birinci instansiya məhkəməsi tərəfindən səhv şərh edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”nın 1.3-cü bəndinə görə vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir (əvvəlki redaksiyaya əsasən). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”nda müvafiq dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndi yeni redaksiyada verilmişdir: “1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir”. İddiaçı apelyasiya şikayətində qeyd edir ki, “Göründüyü kimi sözügedən redaksiyada xx.xx.2022-ci il tarixədək Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına olan əlavələrin statusunu dəyişdirəcək qayda yoxdur. Lakin cavabdehin məhkəmə iclasında və iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd edib ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş və həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir.” Göründüyü kimi iddiaçı tərəf özü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarının 1.3-cü bəndini səhv şərh edir. Belə ki, əgər əvvəllər “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada vəsaitin 60 (altmış) faizi Komitənin hesabından xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilirdisə, dəyişiklikdən sonra Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir”. Bu baxımdan apellyasiya şikayəti və iddia tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5874/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev