Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-578/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Ağayev Valeh Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı “uşağa Muhammed adının qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4081/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı doğulmuş uşağın “Muhammed” adı ilə dövlət qeydiyyatına alınması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən doğulmuş uşağın doğumunun dövlət qeydiyyatına alınması ilə əlaqədar 3 saylı Bakı Cavabdehndə yerləşən Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin həmin qeydiyyat şöbəsində uşağın qeydiyyata alınmasından xx xxxxxx 2020-ci il tarixli, 05/Q-417/76 saylı məktubla imtina edilmişdir. İmtinanın əsası kimi uşaq üçün seçilən “Muhammed” adının yazılış qaydası olmuşdur. Belə ki, 3 saylı Bakı Cavabdehndə yerləşən Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi “Muhammed” adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlamış və adı çəkilən qurumda verilən məlumatda həmin adın onomastik adlar sistemində iki formasının “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu, “Moxammed”, “Muhəmməd”, “Mohammad”, “Muhammed”, “Muhammad” formalarının isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. Bununla da, övladının doğumunu məhz “Muhammed” adı ilə qeydə alınmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunusuz və əsassızdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4081/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşlarına verilən adların böyük bir hissəsinin ərəbmənşəlli adlardır və hər gün minlərlə yeni doğulan körpələrə həmin adlar verilir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfləri dinləyib, apellyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən məlum olur ki, iddiaçının xx xxxxxx 2020-ci il tarixində oğlu doğulmuşdur. İddiaçı övladının “Muhammed” adı ilə dövlət qeydiyyatına alınması ilə əlaqədar 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, inzibati orqan isə sənədlər tam olduğundan doğumun qeydə alınması üçün heç bir maneə olmadığını, lakin seçilmiş “Muhammed” adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və adı çəkilən qurumda verilən məlumatda həmin adın onomastik adlar sistemində iki formasının “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu “Moxammed”, “Muhəmməd”, “Mohammad”, “Muhammed”, “Muhammad” formalarının isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinasını qanunsuz hesab edərək məhkəmə qaydasında mübahisələndirir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamənin 1.1, 1.2, 2.1.10, 2.1.11-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı «uşağa Muhammed adın qoyulması» tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının cavabdeh tərəfindən verilmiş imtinasında rəyini nəzərə alınaraq, Məhkəmə hesab etmişdir ki, Muhammad adı ərəb mənşəli adı olduğundan və azərbaycan linqvistikası baxımından fonetik və semantik əlamətlərinə aid olmadığından cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin imtinası əsaslıdır və İddiaçı hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Apellyasiya şikayətinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan dilinin qrammatikasına uyğun olaraq “Muhammed” ərəb mənşəli söz olaraq Azərbaycan dilinin lüğət tərkibində müstəqil leksik vahid kimi “Məhəmməd” formasında mövcuddur. Ona görə də adın “Muhammed” formasında qeydiyyata alınması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4081/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-578/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-578/2021
26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver