Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-578/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4390/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri X4 üzrə Baş İdarəsinə (indiki adı: Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli №**********919200 qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********730900 №-li qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4390/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********919200 №-li və xx.xx.2021-ci il tarixli **********730900 №-li qərarları ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4390/2022 nömrəli qərarı qəbul olunduqdan sonra cavabdeh tərəfindən 21 iyun 2022-ci il tarixli **********233300 nömrəli yeni qərar qəbul olunaraq, 2021-ci ilin 2-ci rübü üzrə hesablanmış 2193,77 manat vergi məbləğinin 2040,24 manat hissəsi azaldılmış və fiziki şəxs İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsi təmin olunmuşdur. Beləliklə 2021-ci ilin 2-ci rübü üzrə aparılmış hesablamada vergi ödəyicisinin yalnız ünvan 1 ünvanında yerləşən icarəyə götürülmüş obyektinə münasibətdə 153,53 manat ((700+396,67) x 14%) hesablama qüvvədə qalmışdır...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2022-ci il tarixli 2- 1(103)-2501/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4390/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı qismən ləğv edilərək, - cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********919200 nömrəli qərarı qismən – hesablanmış 1302,28 manat vergi məbləği hissəsi istisna olmaqla, ləğv edilmiş, mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********919200 nömrəli qərarla hesablanmış vergi məbləğinin 1302,28 manat hissəsinə dair hissəsinə dair hissədə iddia rədd edilmiş, qalan hissədə məhkəmə qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan hər iki tərəf kassasiya şikayəti vermiş, iddiaçı qərarın ləğv edilərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdeh qərarın ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-712/2023 saylı 17 avqust 2023-cü il tarixli qərarı ilə tərəflərin kassasiya şikayətləri qismən təmin edilərək aşağıdakılar qərara alınmışdır: -“Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2-1(103)-2501/2022-ci il nömrəli qərarı qismən-cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********919200 nömrəli qərarının qismən hesablanmış 1302,28 manat vergi məbləğinin istisna olunması hissəsində və həmin qərarla hesablanmış 1302,28 manat vergi məbləği hissəsində iddianın rədd edilməsi hissəsində ləğv edilir. Həmin hissədə iddia təmin edilir. Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2-1(103-2501/2022-ci il nömrəli qərarı - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4390/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarının cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilir. İş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Qalan hissədə məhkəmə qərarı dəyişdirilmədən saxlanılır. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilmir. ” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X.Əhmədov apellyasiya şikayətinə uyğun şikayəti müdafiə etmiş, məhkəmə kollegiyasının iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı isə məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosesssual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında qeyd edilən göstərişləri nəzərə alınmaqla, iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qismən, yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, hallarından göründüyü kimi, hazırkı mərhələdə məhkəmə tərəfindən araşdırmalı olan məsələ iddiaçının cavabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli **********730900 №-li qərarının ləğv edilməsi tələbi ilə bağlıdır ki, həmin qərarla iddiaçıya 2021-ci ilin 2-ci rübü üçün 2.193,77 manat məbləğində sadələşdirilmiş vergi borcu hesablanmışdır. Lakin iş materiallarına və Ali Məhkəmənin qərarından irəli gələn göstərişlərindən aydın olur ki, cavabdeh mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********730900 №-li qərar vergi orqanının özü tərəfindən artıq ləğv olunaraq, xx.xx.2022-ci il tarixli yeni qərar qəbul olunmaqla, iddiaçıya 2021-ci ilin İİ rübünə görə sadələşdirilmiş vergi üzrə 153,53 manat məbləğində hesablama aparılmışdır. Qeyd olunanlar barədə, o cümlədən, Ali Məhkəmənin qərarına əsasən iddiaçı tərəfindən tələbin xx.xx.2022-ci il tarixli yeni qərarın ləğv edilməsi tələbinə dəqiqləşdirilməli olması əks halda həmin hissədə iş üzrə icraata xitam verilməli olduğu barədə məlumatlı olan iddiaçı isə məhkəmə iclaslarına gəlməmiş, müvafiq dəqiqləşdirmə ərizəsini məhkəməyə təqdim etməmişdir. Əslində, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarla hesablanmış 2.193,77 manat məbləğində vergi, həmin qərar ləğv olunub xx.xx.2022-ci il tarixdə yeni qərarın qəbul olunub 153,53 manata endirilməsi ilə iddiaçının tələbi həmin hissədə demək olar ki, faktiki olaraq təmin edilmişdir. Ən azından, konkret halda, məhkəmə araşdırmasının predmetini təşkil edən mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********730900 №-li qərar mövcud deyil. Başqa sözlə, həmin hissədə mübahisə aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Eyni zamanda, həmin Məcəllənin 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4390/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı qismən - cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********730900 №-li qərarının ləğv edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 80, 90-cı maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4390/2022 saylı 15 aprel 2022-ci il tarixli qərarı qismən, Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********730900 №-li qərarının ləğv edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-578/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-578/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver