Məhkəmə qərarları › İş №2-1(103)-578/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-578/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-578/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X8 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2281/2024 saylı 29 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aparılan vətən müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə N nömrəli hərbi hissənin arxa komanda məntəqəsinin tərkibində birbaşa iştirak etdiyinə və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmasına istinad edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının tələbi təmin olunmamış və bildiilmişdi ki, təqdim olunmuş sənədlərdə kapitan İddiaçı döyüş əməliyyatları bitdikdən (xx.xx.2020-ci il tarixdən) sonra Kəlbəcər rayonuna komanda məntəqəsinə ezamiyyətə göndərildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 2016 nömrəli Qərarının tələblərinə uyğun olmadığına görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Bundan sonra İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini хаhiş еtmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 sentyabr 2020-ci il tarixində İİ Qarabağ müharibəsi (Vətən Müharibəsi) başlayarkən o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissəsinin maddi texniki-təminat şöbəsinin mənzil-istismar xidməti rəisi vəzifəsində xidmət etmişdir. Müharibə dövründə həm N nömrəli hərbi hissənin, həm də digər hərbi hissələrin Kəlbəcər və Daşkəsən rayonlarının ərazisində yerləşən bölmələrinin maddi texniki-təminatı üzrə komandanlıq tərəfindən ona verilmiş tapşırıqları icra etmişdir. Müharibə qurtardıqdan sonra müharibə veteranı adı verilməsi üçün hərbi hissə komandanlığı tərəfindən cavabdehə müharibədə iştirak edən hərbi qulluqçuların siyahısı göndərilərkən onun və maddi texniki-təminat üzrə komandanlıq tərəfindən verilmiş tapşırıqları icra edən bəzi hərbi qulluqçular yaddan çıxdığı üçün həmin siyahıya daxil edilməmişdi. Bundan sonra müraciətləri əsasında aparılmış araşdırma nəticəsində onların da müharibə zamanı maddi texniki-təminat üzrə komandanlıq tərəfindən verilmiş tapşırıqları icra etmələri müəyyən edildiyindən müharibə veteranı adı verilməsi üçün əlavə olaraq cavabdehə onların da adları olan siyahı göndərilmişdir. Cavabdeh həmin siyahıda olan hərbi qulluqçuların demək olar ki, hamısına müharibə veteranı adı versə də, ona müharibə veteranı adı verməkdən imtina etmişdir. Bu barədə cavabdeh tərəfindən rəsmi olaraq ona hər hansı bir cavab verilməsə də, komandanlıq tərəfindən ona verilmiş məlumatda cavabdehin müharibə veteranı adı verməkdən imtina etdiyi bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır və onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021ci il tarixli 420 nömrəli Qərarına əsasən müharibə veteranı adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavini-maddi texniki təminat şöbəsinin (Q4) rəisi polkovnik Xalid Məmmədov xx.xx.2021-ci il tarixli 1141 nömrəli raportla N nömrəli hərbi hissə komandirinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılan Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin arxa komanda məntəqəsinin tərkibində olan N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsinin (Q4) mənzilistismar xidməti rəisi kapitan İddiaçı Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə maddi-texniki təminat üzrə N və N nömrəli hərbi hissələrinin şəxsi heyətinin daşınması, təminatının yoxlanması, zədələnmiş və sıradan çıxmış avtomobil və zirehli tank texnikalarının daşınması və döyüş mövqelərindən təxliyyəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirdiyini bildirərək N nömrəli hərbi hissə tərəfindən tərtib olunan “Vətən” müharibəsi iştirakçıları siyahısına kapitan İddiaçı adının əlavə olunması üçün köməklik göstərməsini xahiş etmişdir. N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini-maddi texniki təminat şöbəsinin (Q4) rəisi polkovnik Xalid Məmmədovun xx.xx.2021-ci il tarixli 1141 nömrəli raportu əsasında aparılmış araşdırma nəticəsində kapitan İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissə komandirinin əmri ilə Göygöl rayonunda yerləşən N nömrəli hərbi hissədə və Daşkəsən rayonunda yerləşən N nömrəli hərbi hissədə olduğu, tapşırıqların icrası təcili olduğu üçün ezamiyyət biletlərinin yazılmadığı və həmin bölgələrə hərbi hissədən ayrılmış texnika ilə getdiyi müəyyən edilmişdir. Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxlərə o şərtlə “müharibə veterani’ adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10cu abzasında qeyd olunan Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində yerinə yetirmiş olsunlar. Materiallardan görünür ki, iddiaçı Göygöl və Daşkəsən rayonlarında tapşırıqları yerinə yetirmiş, onun olduğu Göygöl və Daşkəsən rayonları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərə daxil edilməmişdir. Bundan başqa iş materialında olan Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin N nömrəli hərbi hissəyə göndərmiş olduğu xx.xx.2023-cü il tarixli 4/3-843 nömrəli məktubunda kapitan İddiaçı döyüş əməliyyatları bitdikdən (xx.xx.2020) sonra Kəlbəcər rayonuna komanda məntəqəsinə ezamiyyətə göndərildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının tələblərinə uyğun olmadığına görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə Veterani’ adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməməsi göstərilmişdir. Bununla da iş materialında olan müvafiq sənədlərdən müəyyən edilir ki, iddiaçı döyüş əməliyyatları bitdikdən sonra Kəlbəcər rayonuna ezamiyyətə göndərildiyi üçün İddiaçı müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2281/2024 saylı 29 iyul 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında birbaşa iştirak etdiyinə görə deyil, hərbi hissənin dislokasiya olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın sərəncamı ilə sözügüdən medalla mükafatlandırılmışdır. Birinci instansiyası məhkəməsi Komissiyanın məktubunun qanunsuz olduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin hansı bəndinə zidd olduğunu əsaslandırmamışdır. Çünki iş materiallarında olan sənədlərdən görmək olar ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Göygöl və Daşkəsən rayonlarında yerləşən hərbi hissələrdə olub, bu hal isə ona “Müharibə veteranı” adının verilməsinə əsas vermir. Həmin rayonlar isə yuxarıda qeyd olunmuş Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərə daxil edilməmişdir. Orada Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş əraziləri göstərilmişdir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarını nəzərə almamışdır. Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş əraziləri) yerinə yetirmiş olsunlar. Həmçinin, məhkəmənin işə birtərəfli baxmasını ondan da görmək olar ki, iddiaçının xx.xx.2023-cü il tarixdə, yəni döyüş əməliyyatları bitdikdən sonra, Kəlbəcər rayonuna komanda məntəqəsinə ezamiyyətə göndərilməsini nəzərə almadan qərar qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin və ona əlavənin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin olunmasına dair hərəkətsizlik etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, tələbi təmin olunmamışdır. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini – maddi texniki təminat şöbəsinin rəisi Xaliq Məmmədovun N nömrəli hərbi hissənin komandirinə ünvanladığı xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aparılan vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin arxa komanda məntəqəsinin tərkibində olan aşağıda adları göstərilən hərbi qulluqçular (...9. Kapitan İddiaçı, N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsinin (Q4) mənzil istismar xidməti rəisi) maddi-texniki təminat üzrə Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə N və N nömrəli hərbi hissələrin, N nömrəli hərbi hissənin istiqamətində gedən döyüşlərdə 181, 706, 777, 707, 379, 196, 283, 286, 287, 065, N və N nömrəli hərbi hissələrin təminatı ilə əlaqədar olaraq Cəbrayıl, Qubadlı, Fizuli, Laçın, Şuşa, Xocavənd və Zəngilan rayonları istiqamətində gedən döyüşlərdə şəxsi heyətin danışması, təminatın yoxlanılması, zədələnmiş və sıradan çıxmış avtomobil və zirehli tank texnikalarının daşınması və döyüş mövqelərindən təxliyyəsi zamanı döyüş tapşırıqlarını yerinə yetiriblər. N nömrəli hərbi hissə tərəfindən tərtib olunan “Vətən” müharibəsi iştirakçıları siyahısına adlarının əlavə olunması üçün köməklik göstərilməsi xahiş edilmişdir. ... 9. Kapitan İddiaçı, N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsinin (Q4) mənzil istismar xidməti rəisi. N nömrəli hərbi hissə komandirinə ünvanlanmış Xülasədən görünür ki, madditexniki təminat şöbəsinin (Q4) mənzil istismar xidməti rəisi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissə komandirinin əmri ilə Göygöl rayonunda yerləşən N nömrəli hərbi hissədə və Daşkəsən rayonunda yerləşən N nömrəli hərbi hissədə olmuşdur. İzahatı alınmış kapitan İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissə komandirinin əmri ilə Göygöl rayonunda yerləşən N nömrəli hərbi hissədə və Daşkəsən rayonunda yerləşən N nömrəli hərbi hissədə olduğunu, tapşırıqların icrası təcili olduğu üçün ezamiyyət biletləri yazılmadığını, həmin bölgələrə hərbi hissədən ayrılmış texnika ilə getdiyini bildirmişdir. Materiala əlavə edilmiş N nömrəli hərbi hissədən verilmiş 01.10.20-ci il tarixli 490 nömrəli yol vərəqəsində kapitan İddiaçı xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək N və N nömrəli hərbi hissələrdə olduğu təsdiq olunur. Madditexniki təminat şöbəsinin (Q4) mənzil istismar xidməti rəisi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissə komandirinin əmri ilə Göygöl rayonunda yerləşən N nömrəli hərbi hissədə və Daşkəsən rayonunda yerləşən N nömrəli hərbi hissədə olması araşdırma zamanı öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlardan, o cümlədən: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər altsistemindən statusun yoxlanılması” elektron çıxarışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini – maddi texniki təminat şöbəsinin rəisi Xaliq Məmmədovun N nömrəli hərbi hissənin komandirinə ünvanladığı xx.xx.2021-ci il tarixli raportundakı siyahıda adları qeyd edilən diğər hərbi qulluqçulara (X14, X12, X10, X13, X4) müharibə veteranı statusu verilmiş və “Vətən müharibəsi veteranlarına Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyinatı haqqında məlumat”dan görünür ki, həmin hərbi qulluqçulara Azərbaycan Respublikası Prezidenti tərəfindən təqaüd təyin edilmişdir. - N saylı hərbi hissənin N nömrəli, xx.xx.2021-ci il tarixli Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə iştirak edərək yüksək peşəkarlıq, şücayət və şəxsi qəhrəmanlıq göstərmiş hərbi qulluqçuların Azərbaycan Respublikasının Prezidenti- Silahlı Qüvvələrin Ali Baş Komandanının Sərəncamı Azərbaycan Respublikasl Müdafiə nazirinin əmri ilə təltif olunmaları üçün N nömrəli hərbi hissə və tabeliyində olan hərbi hissələrdən seçilmiş namizədlərin adlı siyahısı onların ünvanlarına göndərilmişdir (Adlı siyahı: № 314. N nömrəli hərbi hissə, Kapitan İddiaçı, döyüş əməliyyatları zamanı təminat və təchizatın vaxtında və düzgün təmin edərək yüksək peşakarlıq göstərdiyinə görə). - İ-5359 №-li Azərbaycan Respublikası Medalı vəsiqəsinin surətindən görünür ki, İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın əsas dəlili “İddiaçı döyüş əməliyyatları bitdikdən (xx.xx.2020-ci il tarixdən) sonra Kəlbəcər rayonuna komanda məntəqəsinə ezamiyyətə göndərildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 2016 nömrəli Qərarının tələblərinə uyğun olmamışdır” ilə bağlı olmuşdur. Lakin birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2024-cü il tarixli 169 nömrəli arayışından görünür ki, İddiaçı 2020-ci ilin sentyabr ayının 27-dən 2020-ci il noyabr ayının 10-dək aparılmış döyüş əməliyyatlarında N nömrəli hərbi hissə tabeçiliyində olan hərbi hissələr və bölmələrin Kəlbəcər rayonunda maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir. Bu fakt həmçinin xx.xx.2021-ci il tarixli raport və N nömrəli hərbi hissə komandirinə ünvanlanmış Xülasənin məzmunu ilə öz təsdiqini tapır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Adı çəkilən normativ hüquqi aktların tələbinə əsasən məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir:

1. Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii)

2. həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olubolmaması. İş üzrə müəyyən olunur ki, öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və vəzifə borcunu vicdanla yerinə yetirdiyinə görə iddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə də təltif edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdi ki, iddiaçı 20 sentyabr – 08 oktyabr 2020-ci il tarixlərdə Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə Kəlbəcərin azad olunmasına görə döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində xidmət etməsi və Kəlbəcər rayonunun azad olunmasına görə madditexniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirakı Müdafiə Nazirliyinin verdiyi cavab məktubunun məzmunu ilə təsdiq olunur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməmiş, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə edilmiş dəyişikliyə əsasən Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdənçıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi qeyd olunmuşdur. Həmçinin “qeyd” hissədə həmin Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında “döyüş əməliyyatlarının bütün təminat növləri” dedikdə, döyüş təminatı, mənəvi psixoloji təminat, maddi-texniki təminat və tibbi təminatının nəzərdə tutulduğu göstərilmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, hazırki vəziyyətdə cavabdeh qurumun iddiaçının tələbinin təmin olunmasından imtina etməsi onun daha öncə “digər hərbi qulluqçularla yanaşı həm də iddiaçının Kəlbəcərin azad olunması medalı ilə təltif olunması barədə ölkə başçısına müraciət etməsi” hərəkəti ilə ziddiyyət təşkil edir və ziddiyyətli davranışı cavabdeh qurum heç bir mötəbər dəlil və sübutlarla əsaslandıra bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdən müəyyən olunur ki, iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktik şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin apellyasiya şikayəti və ona əlavədə qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassızdır və birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2281/2024 saylı 29 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2281/2024 saylı 29 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X15 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar