Məhkəmə qərarları › İş №2-1(103)-579/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-579/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-579/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Ağayev Valeh Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa və məcburi buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3100/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, **********1 saylı əmrinin ləğv olunması və xx xxxxxx 2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində doğulmuş, 1982-ci ildə müəllimə kimi əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. 2004-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunda işləməyə başlamış, Fondun mərkəzi aparatının İşlər idarəsinin arxiv müdiri vəzifəsinə təyin edilmişdir. Həmin ildə aparatın Fərdi uçotun təşkili şöbəsinin Bəyannamələr sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, 2007-ci ildə Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin Arxivləşdirilmiş pensiya sənədləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, xx xxxxxx 2011-ci il tarixli əmrlə ona “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09/11/-308 saylı əmrinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmiş, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********1 saylı əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilmiş, xx xxxx 2016-cı il tarixdə bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, **********1 saylı əmrini qanunsuz hesab edir və hesab edir ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, dövlət qulluqçusu işlədiyi müddət ərzində onun heç bir nöqsanı olmamış, rəhbərlik tərəfindən heç bir irad tutma, töhmət və ya xəbərdarlıq almamışdır. Dövlət Sosial Müdafiə Fondunun Büdcə və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsində işlədiyi müddətdə əsas fəaliyyəti şöbə rəhbərliyinin göstərişi ilə əmək bölgüsünə əsasən hər ayın ilk günü Fondun yerli şöbələrindən (Naxçıvan MR daxil olmaqla, respublikanın bütün ərazisi üzrə şəhər və rayon şöbələrindən) məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə aylıq icmal məlumatları, xərclər və gəlirlər barədə rəsmi məlumatları kağız formada toplayaraq sonrakı təhlil və ya istifadə üçün şöbə rəhbərliyinə təhvil verilməsi olmuşdur. Onun yığdığı məlumatların dürüstləşdirilmiş forması büdcənin icrası adlanan aylıq hesabatdır ki, onu da sektorun böyük məsləhətçisi Türkel İmamzadə hər ay elektron sistemə yığıraq və sektor müdiri Ramil İbrahimova təhvil verirdi. Onlar bu məlumatları birlikdə yoxladıqdan sonra aidiyyatı üzrə dövlət orqanlarına göndərir. Fondun tabe olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatına, digər nazirliklərə və dövlət orqanlarına həmin məlumatlar yalnız şöbə rəhbərliyi tərəfindən hazırlanmış və yekun xarakterli məlumatlar şəklində təqdim edilir. O, eyni zamanda şöbə rəhbərliyi tərəfindən verilən digər tapşırıqlar üzrə üzərinə düşən vəzifələri də icra etmişdir. O, xx xxxxxx 2020ci il tarixdə Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin rəhbərliyinin qəbuluna çağrılmış və ondan işdən azad edilməyi barədə ərizə yazmağı tələb edilmiş, əks təqdirdə “maddə” ilə işdən azad olunacağı bildirilmişdir. O, hansı səbəbdən işdən azad olunmağını soruşduqda, ona bildirilmişdir ki, Fonddan şikayət var. Lakin onu şikayətlə tanış etməmiş, şikayətin nədən ibarət olmasını ona bildirməmişlər. O, ərizə yazmaqdan imtina edərək, Fonda qayıtmış, bu barədə şöbə rəhbərliyinə məruzə etmiş, eyni zamanda iki dəfə Fondun direktorunun qəbuluna düşməyə çalışmış, lakin onu qəbul etməmişlər. O, 2020-ci ilin 15 yanvar tarixinə kimi işə gəlmiş, verilən tapşırıqları yerinə yetirmiş, yalnız 15 yanvarda şöbə rəhbərliyi tərəfindən ona, Fondun direktorunun xidməti məruzəsi əsasında 2020-ci ilin yanvar 8-dən nazirin əmri ilə işdən azad olunmağı barədə məlumat verilmişdir. O, 7 gün müddətində iş yerinə gələrək şöbədə əmək fəaliyyətini davam etdirmiş, digər əməkdaşlarla birlikdə tabel kitabına gündəlik saat 9.00-da və 18.00-da imza etmişdir. Bundan başqa qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri, yəni dövlət qulluğundan azad edilmə dövlət qulluğunda vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilərdi. Lakin bu maddədə nəzərdə tutulmuş əsasların ona heç bir aidiyyatı yoxdur. Eyni zamanda onun barəsində heç bir araşdırma aparılmamış, ondan izahat alınmamış, işdən çıxarılmağının səbəbləri ona bildirilməmişdir. xx xxxxxx 2020-ci il tarixli əmrdə əsas kimi Azərbaycan Respublikası Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoruH.Məmişovun xx xxxxxx 2019cu il tarixli **********1 saylı xidməti məruzəsigöstərilmişdir. Bu xidməti məruzə 2019cu ilin sonuncu iş günü yazılmış, 2020-ci ildə iş günü 06 yanvarda başlamışdır. Onu isə 08 yanvarda çağırmış vəaraşdırma aparmadan işdən azad olunmağı barədə əmr vermişlər. Halbuki,Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraqintizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərininəmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurətolduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlətqulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3100/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, 2014-cü ilin mart ayında ƏƏSMN-nə işə qəbul olunub. 17 il müddətində heç bir nöqsan göstərilməyib. Ondan sonra əməliyyatlar 5 dəfə yoxlanılır. İddiaçı səhfə yol verməyib. Əgər səhvə yol versə idi, ondan sonra səhvi aşkarlamalı idilər. Şikayətin təmin olunmasını xahiş etmişdir. Həmçinin, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, rəhbərlik tərəfindən iddiaçıya başqa iş təklif olunub. Təsnifatın, vəzifənin və əmək haqqının aşağı salınması təklif olunub. Ordubadda rəhmətə gedən qohumları olduğu üçün 3 günlük icazə alıb. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfləri dinləyib, apellyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarından görünür ki; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********1 nömrəli xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin hesabat və statistika sektorunun aparıcı məsləhətçisi vəzifəsində qulluq keçən İddiaçı ilə xx.xx.2020-ci il tarixdə xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilmiş (1.3 bəndi), əsas kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru H.Məmişovun xx xxxxxx 2019-cu il tarixli **********1 nömrəli xidməti məruzəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin sektor müdiri Aqşin Əlizadənin xx.xx.2019-cu il tarixli **********7 saylı xidməti məruzəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra - Fond) aparılmış araşdırmalar nəticəsində Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi X6 tərəfindən icra intizamının kobud şəkildə pozulması, habelə onun tutduğu vəzifəyə uyğun gəlmədiyi məlum olmuşdur. Məsələ ilə əlaqədar X2 yazılı izahatı alınmışdır. O, izahatında 2019-cu ilin 1518 oktyabr tarixlərində şöbə müdirindən icazə alaraq işə gəlmədiyini, lakin sonradan davamiyyət kitabçasına həmin günlər üçün imza çəkdiyini bildirmişdir. Bundan başqa Büdcə və proqnozlaşdırma şöbəsinin müdir müavini-Hesabat və statistika sektorunun müdiri X1 Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinə məktub ünvanlayaraq X2 ona həvalə edilmiş tapşırıqları icra edə bilmədiyini, mütəmadi olaraq icra etdiyi işlərdə nöqsanlara yol verdiyini bildirmişdir. Bundan başqa məktubda bildirilmişdir ki, X6 vəzifəsi üzrə Fondun yerli şöbələrindən müxtəlif hesabatlar qəbul etməli, analitik təhlillər aparmalı, həmin hesabatları icmallaşdırmalı, dövri olaraq müvafiq orqanlara hesabatlar hazırlamalıdır. Bu isə öz növbəsində yüksək peşəkarlıq tələb edir. Buna baxmayaraq onun kompüter bilikləri, analitik təhlil qabiliyyəti və riyazi bilik səviyyəsi tutduğu vəzifəyə uyğun deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hazırki təsnifatda tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.4cü maddəsinə əsasən Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi X2 daha aşağı təsnifatdan olan vəzifəyə keçirilərək Fondun yerli şöbələrindən birinə göndərilməsini təklif etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Büdcə və proqnozlaşdırma şöbəsinin müdir müavini Ramil İbrahimovun xx.xx.2019-cu il tarixli **********3 saylı xidməti məruzəsindən görünür ki, Fondun Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin **********7 nömrəli 2019-cu il 20 noyabr tarixli məruzəsində də qeyd olunduğu kimi Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun böyük məsləhətçisi X6 tərəfindən əmək inztizamı kobud şəkildə pozulmuşdur. Eyni zamanda bildirilir ki, Fondun Büdcə və proqnozlaşdırma şöbəsi tərəfindən hər ayın ilk iş günü Fondun yerli orqanlarından gəlir və xərclər barədə operativ məlumatlar toplanır və icmallaşdırılır ki, bu funksiyanı da Hesabat və statistika sektorunun böyük məsləhətçisi X6 icra edir. Qeyd olunan məlumatlar əsasında həm Nazirliyin Apartına həm də digər mərkəzi icra hakimiyyəti orqanlarına hər ayın ilk iş gününə Fondun gəlir və xərcləri barədə operativ məlumatlar ötürülür. Həmçinin məlumunuz olduğu kimi Fondla Vergilər Nazirliyi arasında 2019-cu ilin 6 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının üzləşdirilməsi aparılmış və bu proses yekunlaşdıqdan sonra növbəti aylar üzrə iki orqan arasında işçi qaydada daxilolmalar barəsində məlumat mübadiləsi həyata keçirilir. 2019-cu ilin iyul ayı üzrə daxilolma məlumatları təhlil edilərkən məlum olmuşdur ki, Vergilər Nazirliyi ilə Fondun məlumatları arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə 13,2 mln manat fərq mövcuddur. Fərq araşdırılarkən məlum olmuşdur ki, şöbənin Hesabat və statistika sektorunun əməkdaşı Mehdiyevə Mətanət ona tapşrılmış daxilolma məlumatlarını icmallaşdırarkən Fondun yerli orqanlarına daxil olan ama SUN qeydiyyatı üzrə digər şöbədə uçotda olan ödəyicilərdən daxil olan vəsaitləri nəzərə almamış və bunun nəticəsində həmin fərq yaranmışdır. Fond tərəfindən digər orqanlara təqdim olunan gəlir və xərclər cədvəli artan yekunla tərtib olunduğundan qeyd olunan səhvin mövcudluğu iyul ayından etibarən cari ildə təqdim olunan bütün digər məlumatların dəyişdirilməsini zəruri edir ki, bu da fondun digər orqanlar qarşısnda işgüzar nüfuzuna xələl yetirir, peşəkarlıqla icra edilmiş digər işlərin nəticələrinə kölgə salır. Eyni zamanda Fondun yerli orqanlarının xəzinə hesablarına daxil olan işsizlikdən sığorta haqları üzrə daxilolmalar barədə operativ məlumatın hazırlanması və icmallaşdırılması işi də şöbənin əməkdaşı X3 həvalə edilmişdir. Lakin cari il ərzində işsizlikdən sığorta haqları üzrə operativ məlumat hazırlana bilinməmiş və işçi tərəfindən ona verilmiş tapşırıq icra edilməmişdir. Fondun Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin **********7 nömrəli 2019-cu il 20 noyabr tarixli məruzəsi, həmçinin şöbənin əməkdaşı X2 ona həvələ edilmiş qulluq funksiyalarını icra edə bilməməsi, tapşırıqların öhdəsindən gələ bilməməsi nəzərə alınaraq, məqəsəmüvafiq hesab etdiyiniz təqdirdə onun Fondun digər struktur bölmələrində işlə təmin olunması üçün Fondun Hüquqi təminat və insan resursları ilə iş şöbəsinə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişovun xx xxxxxx 2019-cu il tarixli **********1 nömrəli yazılı məruzəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (Fond) aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun böyük məsləhətçisi X6 ona həvalə edilmiş vəzifələrin icrasına etinasız yanaşaraq icra intizamını pozmuşdur. Fond və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 2019-cu ilin 6 ayı üzrə məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının üzləşdirilməsi aparmış və bu proses yekunlaşdıqdan sonra növbəti aylar üzrə iki orqan arasında işçi qaydada daxilolmalar barəsində məlumat mübadiləsi təhlil edilərkən Vergilər Nazirliyi ilə Fondun təqdim etdiyi məlumatlar arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə 13,2 mln manat fərq yaranmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, həmin fərq İddiaçı tərəfindən Fondun yerli orqanlarına daxil olan SUN qeydiyyatı üzrə digər şöbədə uçotda olan ödəyicilərdən daxil olan vəsaitlər nəzərə alınmadığı üçün yaranmışdır. Beləliklə, Fond tərəfindən digər orqanlara təqdim olunan gəlir və xərclər cədvəli artan yekunla tərtib olunduğundan həmin səhvin mövcudluğu bütün digər məlumatların dəyişdirilməsini zəruri etməklə yanaşı Fondun işgüzar nüfuzuna xələl yetirmişdir. Bundan əlavə, Fondun aparatının Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsinin 2019-cu il 20 noyabr tarixli **********7 nömrəli xidməti məruzəsində M.Mehtiyeva tərəfindən icra və əmək intizamının pozulduğu göstərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq M.Mehtiyeva barəsində intizam tənbeh tədbirinin görülməsinə dair Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müvafiq tapşırıq verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X5 Komitəsinin sədri Bəxtiyar Əzizov tərəfindən imzalanmış 01 saylı xx.xx.2020-ci il tarixli “X5 Təşkilatının razılığının təqdim edilməsi” haqqında məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən X4 ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X5 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmiş, təqdim edilən məruzəyə əsasən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatının Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən X4 əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Fondun əməkdaşının izahat verməkdən imtina etməsi haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin müdir müavini Ramil İbrahimov, Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Türkel imamzadə, Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi Xuraman İbrahimova, bu aktı ona görə tərtib etmişlər ki, Vergilər Nazirliyi ilə Fondun məlumatları arasında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar üzrə yaranmış 13,2 mln manat fərqlə bağlı Fondun Büdcə və proqnozlaşdırma şöbəsinin Hesabat və statistika sektorunun aparıcı məsləhətçisi Mehdiyevə Mətanətdən izahat verməsi tələb edilsə də o, izahat verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1, 25.2, 18.0, 25.3, 25.11, 33.1.6, 34-cü maddələrini, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1, 7.1, 12.1, 23.1, 23.2, 23.3-cü, tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı barəsində araşdırma aparılmış, izahat alınmış, yazılı məruzə hazırlanmış, daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X5 Komitəsinin üzvlərinin iştirakı ilə İddiaçınun əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məsələsi müzakirə edilmiş, təqdim edilmiş rəylə İddiaçı ona həvalə edilmiş vəzifələrin icrası zamanı bir sıra nöqsanlara yol verdiyi, qanunvericiliyin tətbiqini düzgün həyata keçirmədiyi, vəzifə səlahiyyətlərini aşaraq quluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi nəzərə alınmaqla onun əmək müqaviləsinin “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz edilməmiş, qeyd edilənlərlə bağlı işin materiallarına həmkarlar ittifaqı təşkilatının, həmkarlar ittifaqı Komitəsinin Rəyasət heyəti iclasının protokolları və X5 təşkilatının razılığının təqdim edilməsi haqqında rəy əlavə edilmişdir. Bununla da, “Dövlət qulluğu haqqında” Qanunda dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilərkən həmkarlar komitəsinin razılığının alınması nəzərdə tutulmadığı halda belə cavabdeh orqan X5 təşkilatının razılığının təqdim edilməsi haqqında rəy alındıqdan sonra iddiaçı barəsində intizam tənbeh tədbiri kimi – dövlət qulluğundan azad etmə tədbirini tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3100/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar