Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-579/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin ktibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8081/2021 saylı 05 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 12426.74 manat pensiya məbləğinin ondan tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 departamenti tərəfindən araşdırılmışdır. Aparılan araşdırma zamanı cavabdehə vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərində 07.01.1980-25.07.2003-cü il tarixləri arasındakı dövr ərzində “Trikotaj ATSC”də işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən cavabdehin sənədlərində qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı 1994-2000-ci illərdə haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq ona 03.01.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən cavabdehə 03.01.2015-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12426,74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə iddiaçı tərəfindən 04.03.2021-ci il tarixli **********0 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 39.1 -ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8081/2021 saylı 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı əsassızdır və ləğv edilməlidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X4 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. 19.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə Cavabdeh iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı tələbi “cavabdehə artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən mübahisə edilən 03.01.2015-ci il tarixdən 30.11.2020-ci il tarixə qədər ödənilmiş 12426.74 manat məbləğində pensiya ödənişinin cavabdeh tərəfindən ödənilməsinə razılığının olmamasına dair hər hansı sübutun təqdim edilməməsinə, eləcə də iddiaçı tərəfindən cavabdehə ünvanlanmış mübahisə predmeti olan məbləğin könüllü ödənilməsinə dair **********0 saylı 04.03.2020-ci il tarixli məktubun cavabdehə çatdırılmasının iş materialları ilə öz təsdiqini tapmamasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunan əsasa görə mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, hazırki işin apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehə “Pensiya ödənişinin dayandırılması haqqında” 04.03.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İşə birinci instansiya qaydasında baxan məhkəmə pensiya ödənişinin cavabdeh tərəfindən ödənilməsinə razılığının olmamasına dair hər hansı sübutun təqdim edilməməsinə, eləcə də iddiaçı tərəfindən cavabdehə ünvanlanmış mübahisə predmeti olan məbləğin könüllü ödənilməsinə dair **********0 saylı 04.03.2020-ci il tarixli məktubun cavabdehə çatdırılmasının təsdiq olunmamasına istinad edərək iddianı qeyri-mümkün saymışdır. Halbuki məhkəmənin bu nəticəyə gəlməsi üçün “Pensiya ödənişinin dayandırılması haqqında” 04.03.2021-ci il tarixli məktubun cavabdehə göndərilməsini və sonuncu tərəfindən alınıb-alınmamasını təsdiq edən sübutların məhkəməyə təqdim olunmasının iddiaçıya təklif olunması iş materialları ilə təsdiqini tapmır. İşdə olan (i.v. 12) iddiaçıya ünvanlanmış 09.07.2021-ci il tarixli məktuba gəldikdə isə qeyd olunmalıdır ki, həmin məktubda məhkəmə “İnzibati icraat haqqında” Qanunun 82.2-ci və 6.1.8-ci maddələrinə istinad etməklə, inzibati orqanların icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul edib təqdim etmək səlahiyyətinin olması və məhkəmə qərarı olmadan icra sənədi əsasında pul tələbinin ödənilməsinin təmin edilmə imkanını iddiaçının nəzərinə çatdırmışdır. Belə olan halda birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İPM-nin 12.1ci maddəsinin tələblərinə zidd olaraq “Pensiya ödənişinin dayandırılması haqqında” 04.03.2021-ci il tarixli məktubun cavabdehə göndərilməsi və sonuncu tərəfindən alınıbalınmaması ilə bağlı müvafiq araşdırmanı aparmadan iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir ki, bu hal da iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin apellyasiya baxışı zamanı iddiaçı inzibati orqana “Pensiya ödənişinin dayandırılması haqqında” 04.03.2021-ci il tarixli məktubun cavabdehə göndərilməsini və sonuncu tərəfindən onun alınıb-alınmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Bununla bağlı iddiaçının nümayəndəsi tərəfindən “Pensiya ödənişinin dayandırılması” barədə **********0 saylı 04 mart 2021-ci il tarixli məktubun poçt vasitəsilə 10 mart 2021-ci il tarixdə Cavabdeh göndərilməsini təsdiq edən reyestr məhkəməyə təqdim olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə 02.07.2021-ci il tarixdə müraciət etmişdir. Bu barədə məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsində nəzərdə tutulan “müraciətin edildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəmədə iddia qaldırılmasına yol verildiyi”nin inzibati orqanlar tərəfindən iddia verilməsi hallarına da tətbiqinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehə müraciətin edildiyi vaxtdan (04.03.2021-ci il tarixli məktub cavabdehə 10.03.2021-ci il tarixdə poçtla göndərilmişdir) sonra qanunvericiliklə müəyyən edilmiş 35 gün müddətini gözləməklə iddia qaldırmaqda haqlı olmuşdur. Odur ki, qeyd olunan məsələ ilə bağlı, yəni iddiaçı tərəfindən sözügedən məktubun cavabdehə göndərilməsinin sübutetmə vəzifəsinin yerinə yetirilməmə əsası ilə iddia nın qeyri-mümkün sayılması düzgün olmamışdır. Belə olan halda məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 05.10.2021-ci il tarixli qərardadı onda göstərilən əsaslara görə iddianın qeyri-mümkün sayılması düzgün olmadığı səbəbindən ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Kollegiya onu da qeyd etməyi zəruri edir ki, hazırki qərardadda göstərilən əsaslandırma iddianın digər əsaslarla qeyri-mümkün sayılmasının qarşısını almır və birinci instansiya məhkəməsi işə yenidən baxarkən iddianın mümkünlüyünün digər meyarlarla yoxlanılmasını davam etdirə, bundan sonra iddia mümkün sayıldığı halda lazımi araşdırmanın aparıldığına əsaslanmaqla mahiyyəti üzrə qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8081/2021 saylı 05 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-579/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-579/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver