Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-579/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə X12 qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması“ tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 54 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinini qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzilə dair order 2005-cı ildə iddiaçıya verilmiş, 2018-ci ildən isə faktiki olaraq həmin mənzildə yaşayır. Yəni həmin mənzil 17 ildir ki, iddiaçıya məxsusdur. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin iddiaçıya qarşı “orderin etibarsız hesab edilməsi" tələbinə dair iddianın təmin edilməməsi barədə yuxarı instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş Qərarı vardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşdə olan: - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: ünvan 12 yataqxana binasının 54 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycar Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Belə olan halda məcburi köçkünlərin faktiki olaraq məskunlaşdıqları və boş olmayan otağa dair təqdim olunan orderin mənzil qanunvericiliyinin tələbləri pozulmaqla verildiyi müəyyən edilmişdir. Ona görə də həmin orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: "xxxx" zavoduna (48 nömrəli 11 fevral 2019-cu il tarixli) daxil olan məktubunuza cavab olaraq bildiririk ki, "xxxx" zavodu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana xx.xx.2007- ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat verə bilmirik. - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı "xxxx" X1 İttifaqı Komitəsinin müdriyyətinin X9 və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birlik Bakı "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, Birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb, Birliyə məxsus S.Ə.ünvan 3A, Məshəti küçəsi, 3A, R Quliyev küçəsi, 6 və Cavanşir küçəsi, 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, Birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə order verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi (HİK-nin qərarı və order), Birlikdə işləyib uzun illərdi mənzil və yataqxana nöbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, Birliyə məxsus S.Ə.ünvan 4A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinin torpaqlarımız alınarkən və ya Ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt yataqxanalarda boşalacaq mənzillərin qeyd-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı "xxxx" X1 İttifaqı Komitəsinin müdriyyətinin X9 və MMK-nın birgə növbəti iclasının xx.xx.2005-ci il tarixli, 50 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 3-cü mərtəbədə 54 nömrəli 18 kv.m-lik bir otağın İddiaçı adına sənədləşdirilməsi, Birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 54 nömrəli mənzildə yaşayan Ağdam rayon qaçqını X6 torpaqlarımız alınarkən və ya Ölkə Prezidentinin göstərişi ilə bu ailəyə mənzil verilərkən boşalacaq 54 nömrəli mənzilin qeyri-şərtsiz İddiaçı verilməsi qərara alınmışdır. Protokola əlavə edilmiş, Bakı "xxxx" İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A və S.Ə.ünvan 4 A-da yerləşən yataqxanalarda Bakı "xxxx" İB-nin HİK-nin X9 və MMK-nın birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş orderlerin siyahısında 203-cü sırada İddiaçı adı qeyd olunmuşdur: 54 nömrəli mənzil, 35 saylı order, Cavanşir küçəsi, ev 4. Həmin məktuba əlavə edilmiş Bakı «Radioquraşdırma” İstehsalat Birliyinin xx.xx.2005-ci il tarixli, 35 nömrəli orderinin surətindən görünür ki, İddiaçı sahəsi 18 kv.m olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4, giriş 1, mərtəbə 3, 1 otaqlı, mənzil 54-ü bir nəfər ailə üzvü ilə (özü) tutmaq hüququ vardır. - Bakı "xxxx" X1 İttifaqı Komitəsinin müdriyyətinin X9 və MMK-nın birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli, 68 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birliyin xx.xx.2004-cü il tarixli, 41 saylı Çıxarışını əsas tutaraq Birliyə məxsus R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A, Cavanşir küçəsi 4 və S.Ə.ünvan 4 A-da yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilirsə verilsin Birliyin orderi əsasında fəhlə və qulluqçularına verdiyi mənzillər orderdə göstərilmiş vətəndaşa məxsusdur. Birliyə məxsus R. Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A, Cavanşir küçəsi 4 və S.Ə.ünvan 4A ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlarımız alınarkən və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt yataqxanalarda boşalacaq mənzillər qeyrişərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Həmin porotokolda qeyd olunan, yataqxanalarda mənzil növbəsində olan, mənzili zəbt olunmuş fəhlə və qulluqçuların siyahısında Cavanşir küçəsi 4 ünvanı üzrə İddiaçı adına 54 saylı mənzil, 35 nömrəli order qeyd olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinə daxil olan müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı yataqxana binası əmlakı ilə birlikdə Nazirliyin "xxxx" MMC tərəfindən xx.xx.2014-cü il tarixli “Təhvil-qəbul Aktı” əsasında Bakı şəhər MənzilKommunal Departamentinin 1 saylı xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təhvil verilmişdir. Bundan başqa məlumat üçün bildiririk ki, əvvəllər Nazirliyin “Bakı Radioquraşdırma” İstehsalat müəssisəsinin (indiki "xxxx" MMC) balansında olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixində Nazirliyin "xxxx" MMC-nin balansına verilmişdir. Həmin məktuba əlavə edilmiş X2 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinə təhvil verilməsi haqqında xx.xx.2007-ci il tarixli aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 01/m saylı, 02 oktyabr 2006-cı il tarixli və 37 saylı, 16 oktyabr 2006-cı il tarixli əmrlərinin icrası ilə əlaqədar olaraq İstehsalat Birliyinin 92 saylı, xx.xx.2006-cı il tarixli əmrilə təşkil olunmuş komissiya və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin 25 dekabr 2006-cı il tarixli, 23 saylı əmri ilə yaradılmış sosial obyektlərin qəbul komissiyası tərəfindən X2 Birliyinin tabeliyində olan müəssisələrin balansında olan əsas vəsaitlərə baxış keçirilmiş və maddi məsul şəxslərə təhvil verilmişdir. “Bakı Radioquraşdırma” İstehsalat müəssisəsi üzrə 394 yerlik subaylar üçün yataqxana Cavanşir 4, yaşayış binası R.Quliyev 6, 436 yerlik yataqxana S.Şirvani 4 A, 436 yerlik yataqxana Məhsəti 3A obyektlərinin əsas vəsaitləri ilə qəbul edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər İcra Hakimiyyətinin və Tərtər Rayon İcra Hakimiyyətinin balansına verilmişdir (siyahı əlavə olunur). Həmin Sərancama əlavə edilmiş siyahıda Bakı şəhər İcra Hakimiyyətinin balansına verilən əmlakların sırasında Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 6 (ailəvi yataqxana), ünvan 10sı), Bakı şəhəri, Xətai rayonu, X17 küçəsi 4 A (436 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi 3 A (436 yerlik yataqxana binası) qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2013cü il tarixli, 294 saylı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamının icrası haqqında” Sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s nömrəli, 03 iyun 2013-cü il tarixli sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 294 nömrəli, 26 iyul 2013-cü il tarixli sərəncamına, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 122 nömrəli, 18 dekabr 2013-cü il tarixli sərəncamına, 1 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin 16 nömrəli 25 dekabr 2013-cü il tarixli əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 01-1/984 nömrəli, 07 iyun 2013cü il tarixli məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin 15 nömrəli, 12 iyun 2013-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi ilə aşağıdakı tərkibdə imza edən komissiya üzvləri: bir tərəfdən komissiyanın sədri Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin 1 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin Baş mühəndisi E.Q.Hüseynov, komissiyanın üzvləri Baş mühasib T.V.Rüstəmli, Hüquqşünas Ə.Q.Bayramov, Şöbə müdiri Ə.S.Rzayev, Şöbə müdiri N.Q.Məmmədov, Mühəndis X.M.Mirzəyev, digər tərəfdən komissiyanın sədri M.C.Cəfərov - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin rəis müavini, komissiya sədrinin müavini, F.K.İbişov - SXİ-nin baş mühasibi, komissiyanın üzvləri S.İ.lmanverdiyeva - SXİ-nin mühasibi, M.A.Mirzəyev - SXİ-nin aparıcı mühəndisi, N.R.Bağırova - SXİ-nin KX-nın aparıcı mühəndisi, M.Y.Əliyev - 4 nömrəli MİS-in rəisi - maddi-məsul şəxs ilə birlikdə obyektlərə vizual baxış keçirilərək aşağıda adları göstərilən yaşayış binaları (yataqxanalar) əmlakı ilə birlikdə siyahı üzrə təhvil götürülmüşdür. Aktda qeyd olunan təhvil götürülmüş obyektlərin ünvanlı siyahısında Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 6 (ailəvi yataqxana), ünvan 10sı), Bakı şəhəri, Xətai rayonu, X17 küçəsi 4 A (436 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi 3 A (436 yerlik yataqxana binası) qeyd olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 28, mənzil 16 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 saylı evin 16 saylı mənzilinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) adına Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 28, 16 saylı mənzil qeydiyyatdan keçmişdir vəhazırda mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, X17 küçəsi, ev 7, 44 saylı mənzil xx.xx.1999-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2002- ci il tarixli 4-Ə/132 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 Ağayevnanın adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 30 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə-129 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə yenidən İddiaçı adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 52 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-595 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, ev 22, 25 saylı mənzil xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 30 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015ci il tarixli, 4Ə-89 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: vətəndaş İddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonıı, Cavanşir küçəsi, 4 saylı binanın (keçmiş yataqxana) 54 saylı mənzilinə dair Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə daxil olmuş xx.xx.2019-cu il tarixli, d/o A32 saylı müraciəti ilə əlaqədar bildiririk ki, qeyd edilən ünvanda yerləşən binanın 54 saylı mənzilində 1993-cü ildən Ağdam rayon məcburi köçkünü X4 8 nəfər (özü, 2 oğlu, 2 gəlini və 3 nəvələri) ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci il iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil İddiaçı tərəfindən zəbt edilmişdir. Hal-hazırda da faktiki olaraq qeyd edilən ünvanda yaşamır. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 122 saylı Mənzil Kommunal İstismar Sahəsinin 26 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X8 S.Ə.Şirvan küçəsi, 4 a saylı evin 13 saylı mənzilində özü, həyat yoldaşı İddiaçı, oğulları və qızı olmaqla 5 nəfər ailə üzvü ilə birlikdə yaşayır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, X17 küçəsi, ev 4A, mənzil 13 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin məlumatında qeyd olunur: İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixinədək "xxxx" Zavodunda işləmişdir. İddiaçı mənzil verilməsi haqqında növbəlilik siyahısında 203-cü adam olaraq növbəyə alınmışdır. Mənzil verilməsi haqqında növbəlilik siyahısının Xətai Rayon İcra Hakimiyyətində təsdiq edilməsi və şəxsin mənzillə təmin edilib-edilməməsi barədə məlumatımız yoxdur. Mübahisə məhkəmə tərəfindən yuxarıda qeyd edilən şəkildə həll olunmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X2 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinə təhvil verilməsi haqqında xx.xx.2007-ci il tarixli aktına əsasən “Bakı Radioquraşdırma” İstehsalat müəssisəsi üzrə 394 yerlik subaylar üçün yataqxana Cavanşir 4, yaşayış binası R.Quliyev 6, 436 yerlik yataqxana S.Şirvani 4 A, 436 yerlik yataqxana Məhsəti 3A obyektlərinin əsas vəsaitləri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinə təhvil verilmişdir. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər İcra Hakimiyyətinin və Tərtər Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Həmin Sərancama əlavə edilmiş siyahıda Bakı şəhər İcra Hakimiyyətinin balansına verilən əmlakların sırasında Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 6 (ailəvi yataqxana), ünvan 10sı), Bakı şəhəri, Xətai rayonu, X17 küçəsi 4 A (436 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi 3 A (436 yerlik yataqxana binası) qeyd olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamının icrası haqqında” xx.xx.2013-cü il tarixli, 294 saylı Sərəncamına əsasən isə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bunun əsasında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamenti tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi ilə bağlı obyektlərə vizual baxış keçirilərək akta əlavə edilmiş siyahıda qeyd olunan yaşayış binaları (yataqxanalar) əmlakı ilə birlikdə təhvil götürülmüşdür. Aktda qeyd olunan təhvil götürülmüş obyektlərin ünvanlı siyahısında Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 6 (ailəvi yataqxana), ünvan 10sı), Bakı şəhəri, Xətai rayonu, X17 küçəsi 4 A (436 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi 3 A (436 yerlik yataqxana binası) qeyd olunmuşdur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (halhazırda qüvvədə olan) təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin 2ci bəndinin İİİ hissəsinə əsasən "Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrıayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir". Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları"nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Nümunəvi qaydaları”n 32-ci bəndinin tələbinə görə, “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. Həmin qərarın 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən normaların, həmçinin iddiaçıya orderin verildiyini iddia edilən dövrdə və cari dövr üzrə qüvvədə olan Mənzil Məcəlləsinin normalarına istinad edərək yekun nəticəsini haqlı olaraq belə əsaslandırmışdır ki, “... həm orderin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələrinin yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Lakin məhkəmə iclasında araşdırılan sübutlarla iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixinədək "xxxx" Zavodunda işləmişdir. İddiaçının adına order isə xx.xx.2005-ci il tarixdə verilmişdir. Halbuki orderdə qeyd olunan mənzilin yerləşdiyi ünvan ünvan 10sı) yataqxana binası olmaqla yalnız zavodun işçiləri üçün verilməsi nəzərdə tutulmuşdur. Həmçinin həmin ünvanda 1993-cü ildən məcburi köçkün ailəsi məskunlaşmışdır. İddiaçı isə həmin ünvanda yaşamamışdır və hazırda da yaşamır. Bundan başqa, şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı Bakı şəhəri, X17 küçəsi, ev 4A, mənzil 13 ünvanında daimi qeydiyyatdadır. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X17 küçəsi, 7 saylı evin 44 saylı mənzili xx.xx.1999-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir, sonradan özgəninkiləşdirilmişdir, bundan başqa, iddiaçının adına Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 28 saylı evin 16 saylı mənzili qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.” Məhkəmənin mövqeyindən də göründüyü kimi, orderin verildiyi dövrdə qüvvədə olan qanunvericiliklə yanaşı, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq da sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilir. İş materiallarına və məhkəmə araşdırmasına əsasən isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmamışdır. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İşdən görünür ki, iddiaçı "xxxx" İstehsalat birliyində işlədiyi zaman mənzil növbəsində olması və yaşadığı yataqxananın mənzilinin, növbəsində olduğu mənzil əvəzi olaraq order üzrə ona verilməsi əsası ilə çıxış edərək, mövqeyini adına tərtib edilmiş AR Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin xx.xx.2009-cu il tarixli 6 saylı orderi ilə əsaslandırır. İddiaçı apelyasiya şikayətində 2005-ci il tarixli orderin etibarsız hesab edilməsinə dair iddianın rədd edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktını dəlil kimi irəli sürmüşdür. Kollegiya hesab edir ki, qeyd edilən dəlil hazırki inzibati mübahisə üzrə əsaslı hesab edilə bilməz. Belə ki, işdə olan Xətai Rayon Məhkəməsinin 2(011)-5785/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin İddiaçı qarşı (3-cü şəxslər “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC, Xətai rayon Polis İdarəsi olmaqla) 35 saylı xx.xx.2005-ci il tarixli Orderin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14032/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-5785/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. AR Ali Məhkəməsi Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2388/2020 saylı qərarı ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14032/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. ... Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Ali Məhkəmə xx.xx.2020-ci il tarixli qərarında mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “... iddia ona cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür və bu əsasın özü iddianın rədd edilməsi üçün müstəqil əsasdır. Ona görə kollegiya digər hallara dair qiymətləndirmə aparmadan hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddiaçı Departament ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində İddiaçı göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderi vermiş hüquqi şəxs isə baxılan iş üzrə yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. ... İddiaçıya izah olunmalıdır ki, əsl cavabdehə qarşı analoji tələbi irəli sürə bilər. Həmin işə baxılarkən hazırkı qətnamə ilə müəyyən edilmiş hallar yeni iddiaya baxılarkən preyudisial əhəmiyyət kəbs edə bilməz. Çünki iddia əsl cavabdehə qarşı irəli sürüldüyü təqdirdə tərəflər dəyişmiş olur və əsl tərəf çəkişmə prinspinə uyğun olaraq öz müdafiəsini qurmaqda haqlıdır.” Göründüyü kimi, Ali Məhkəmə tələb üzrə işin faktiki hallarına (orderin müvafiq qurum tərəfindən dövrün qanunvericiliyinin tələblərinə uyğun və səlahiyyətlər çərçivəsində verilibverilməməsi və s.) dair qiymətləndirmə aparmadan, yalnız cavabdehin yalnış qoyulması əsası ilə 35 saylı xx.xx.2005-ci il tarixli Orderin etibarsız hesab edilməsinə dair tələbi rədd etmişdir. Qeyd edilən halları əsas götürərək Kollegiya hesab edir ki, xx.xx.2005-ci il tarixli order hazırki mübahisənin həlli üzrə iddiaçı ilə sosial kirayə müqavilə bağlanmasının əsası qismində qəbul edilə bilməz. İddiaçı apelyasiya şikayətində, həmçinin, 2018-ci ildən bəri Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yataqxana ev 4, 5 saylı mənzildə yaşayaraq istifadə etdiyini bildirmişdir. AR İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının qeyd edilən dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyilə razılaşan kollegiya həmçinin, qeyd edir ki, vətəndaşa order verilən - xx.xx.2005ci il tarixdə qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahsinə verilə bilər. 51-ci maddəsinə əsaəsən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. İşdən aydın olur ki, iddiaçı tərəfindən xx.xx.2005-ci il tarixdə yaşayış sahəsinə köçmək üçün əsas olan müvafiq order əldə edilsə də, istifadə üçün dövrün qanunvericiliyinin tələblərinə əsasən, yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanması işin hallarından müəyyən edilməmişdir. Həmçinin, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131 s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X3 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Müəyyən edilmişdir ki, ünvan 12 yataqxana binasının 54 saylı otağında məskunlaşdırılmış məcburi köçkün kimi X4, 2 oğlu, 2 gəlini, 3 nəvəsi ilə məksunlaşmış, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə. köçürüldükdən sonra İddiaçı qeyd edilən binanın 54 saylı otağın qapısını bağlayaraq zəbt etmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, yuxarıda qeyd edilən ziddiyyətli məqamlar 35 saylı xx.xx.2005-ci il tarixli Orderin hazırki iş üzrə mötəbər sübut kimi qiymətləndirilməsinə imkan vermir. İddiaçının apelyasiya şikayətinin digər dəlilləri isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, işin şərh olunan hallarını nəzərə alan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına uyğun maddi hüquq normalarına istinad edilərək, prosessual qanunvericliyin tələblərinə əməl edilmiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə haqlı nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-579/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-579/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver