Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-58/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndələri X3, X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)- 3821/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı cavabdehin 06 fevral 2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və qanunsuz olaraq hesablanmış 65042.1 manat vergi borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanuni qüvvədə olan məhkəmə qərarlarına baxmayaraq şəxsi hesab vərəqəsinə qanunsuz olaraq 65042.1 manat vergi borcu hesablanmış və ödənilməsi tələb olunmuşdur. Hərçənd ki, bu vergi məbləğləri tamamilə əsassız olmaqla hansı əsasla yaranması onlara məlum deyil. Həmin qanunsuz hesablanmış vergi borcunun silinməsi ilə bağlı cavabdehə etdikləri çoxsaylı şikayətlərə baxmayaraq cavabdeh inzibati orqan qanunsuz hərəkətlərindən əl çəkməmiş və 06 fevral 2020-ci il tarixdə qanunsuz hesabladığı borcu silməyəcəyinə dair mövqe nümayiş etdirmişdir. Məhz şirkət olaraq cavabdehin bu qanunsuz mövqeyindən müdafiə üçün məhkəməyə müraciət etməkdən başqa çıxış yolları qalmamışdır. Çünki, məhz bu qanunsuzluqlar nəticəsində Şirkətin rəhbərinin ölkədən gediş-gəlişi belə qanunsuz olaraq məhdudlaşdırılmışdır. Qüvvədə olan qətnamələrlə MMC-nin heç bir vergi borcunun olmadığı açıq aşkardır. Belə ki, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 07 sentyabr 2016-cı il tarixli, **********66910 saylı “Səyyar vergi yoxlaması aktı”nın, həmin akt əsasında 24 oktyabr 2016-cı il tarixli, **********051502 saylı “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” Qərarının, vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamənin, qərar və tələbnamə ilə müəyyən olunmuş əlavə hesablanmış vergilər üzrə 192254,46 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası 100769.66 manat, ümumilikdə 293024.12 manat borcun, eləcə də, 06 oktyabr 2016-cı il tarixli, **********132100 saylı və 22 oktyabr 2016-cı il tarixli, **********970500 saylı “Vergilərin hesablanması barədə qərarların və qərarlara əsasən müəyyən edilmiş 169697.34 manat vergi borcunun ləğv edilərək qanunsuz olaraq hesablanmış vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının silinməsi barədə qərarın çıxarılması ilə bağlı tərəflərindən qaldırılmış iddia bütün məhkəmə instansiyalarının qərarları ilə təmin edilmiş və hal-hazırda da, həmin qərar qüvvədədir. Bu iş üzrə sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmış və xx.xx.2018-ci il tarixli qərarla vergi orqanının kassasiya şikayəti təmin edilməmişdir. Məhz qeyd olunan hallara hüquqi qiymət verilərsə, o halda hesablanmmış borcun əsassızlığı tam təsdiq olunacaq. Hətta cavabdeh inzibati orqanın özü belə imtinasında həmin borcu əvvəllər sildiklərini amma sonradan bərpa etdiklərini qeyd etməklə öz qanunsuzluqlarını etiraf etmişlər. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli, 474- VQ nömrəli Qanununa əsasən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixinə mövcud olan 65042.1 manat faiz borcu silinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2398/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarı icra olunaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********176234 nömrəli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ilə iddiaçı barəsində qəbul olunmuş xx.xx.2016-cı il tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına müvafiq düzəliş olunmuş, şəxsi hesab vərəqəsində xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərinə hesablanmış əsas vergi, əsas vergi borcuna hesablanmış faiz borcu və maliyyə sanksiyaları təkrar azaldılmışdır. Eyni faiz məbləği iki dəfə azaldıldığı üçün xx.xx.2019-cu il tarixdə dürüstləşmə aparılaraq 65042.1 manat borc məbləği Cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-3821/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2- 1(103)-1270/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-3821/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2-1(102)-2013/2021 qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-1(103)-1270/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh orqan qanunsuz olaraq 162.000 manat məbləğ hesablamışdır. Qərar əsasında əsas borc məbləği silindikdən sonra faiz məbləği hesablana bilməzdi. Şəxsi hesab vərəqəsindən çıxarışdan da görünür ki, borcları yoxdur. Belə ki, həmin müddət ərzində tərəflərindən çoxsaylı işlər görülmüş, ödənişlər edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 06 oktyabr 2016-cı il tarixli qərara əsasən vergi orqanı tərəfindən 162.192 manat şəxsi hesab vərəqəsində borc hesablanmışdır. Həmin tarixə qədər vergi ödəyicisinin borcu olmamış, 643 manat artıq ödəməsi olmuşdur. Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli, 474-VQ nömrəli Qanununa əsasən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixinə mövcud olan 65042.1 manat faiz borcu silinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-2398/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarı icra olunaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********176234 nömrəli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ilə iddiaçı barəsində qəbul olunmuş xx.xx.2016-cı il tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına müvafiq düzəliş olunmuş, şəxsi hesab vərəqəsində xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərinə hesablanmış əsas vergi, əsas vergi borcuna hesablanmış faiz borcu və maliyyə sanksiyaları təkrar azaldılmışdır. Eyni faiz məbləği iki dəfə azaldıldığı üçün xx.xx.2019-cu il tarixdə dürüstləşmə aparılaraq 65042.1 manat borc məbləği Cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi şəxsi hesab vərəqəsində aparılan silinmə, təkrar silinmə, dürüstləşmə və bərpa əməliyyatlarının (həmin əməliyyatlar üzrə hesablamaların) düzgünlüyünü öz xidməti vəzifəsinə görə tam və hərtərəfli yoxlamalı, yalnız bundan sonra həmin əməliyyatların qanuniliyi ilə bağlı nəticəyə gəlməli idi. Mübahisələndirilən əməliyyatların iddiaçıya hesablanmış faizlər üzrə vergi borcları olduğu qəbul edildikdə, həmin faizlərin hesablanmasının açıqlanması barədə işdə məlumat yoxdur. Başqa sözlə, mübahisənin düzgün həlli üçün şəxsi hesab vərəqəsində qanuna, məhkəmə qərarına və inzibati akta istinadla aparılan silinmə, təkrar silinmə, dürüstləşmə və bərpa əməliyyatlarının əslində eyni borclara aidiyyəti (eyni mənbələrdən yaranıb-yaranmadığı) müəyyən edilməli idi. Hazırkı işdə bu, baş verməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İşdə olan iddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş imtina məktubunun surətindən görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli, 474-VQ nömrəli Qanununa əsasən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixinə mövcud olan 65042.1 manat faiz borcu silinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2398/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarı icra olunaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********176234 nömrəli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ilə iddiaçı barəsində qəbul olunmuş xx.xx.2016-cı il tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına müvafiq düzəliş olunmuş, şəxsi hesab vərəqəsində xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərinə hesablanmış əsas vergi, əsas vergi borcuna hesablanmış faiz borcu və maliyyə sanksiyaları təkrar azaldılmışdır. Eyni faiz məbləği iki dəfə azaldıldığı üçün xx.xx.2019-cu il tarixdə dürüstləşmə aparılaraq 65042.1 manat borc məbləği Cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.4. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək vergi orqanının vəzifəsidir. Vergi Məcəlləsinin 87.2-ci maddəsinə əsasən vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02 saylı, 13 avqust 2020-ci il tarixli qərardadının 46-cı bəndinə göstərilmişdir ki, vergi orqanının mövqeyinə görə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi zamanı proqram təminatının yol verdiyi xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” əməliyyatı aparılmaqla təkrar silinmiş faiz məbləği şəxsi hesab vərəqəsinə bərpa edilir, yaxud əsassız olaraq yaranmış artıq ödəmə azaldılır. 2017-ci il 01 yanvar tarixdən qüvvəyə minmiş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 30 dekabr 2016-cı il 474-VQ nömrəli Qanuna əsasən Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borclarının vergi orqanları tərəfindən silinməsi qərara alınmış və bu Qanuna əsasən faiz borclarının silinməsi həyata keçirilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş İddiaçı MMC-yə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli, 474-VQ nömrəli Qanununa əsasən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə iddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2017-ci il tarixinə mövcud olan 67657.30 manat faiz borcu silinmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2398/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarının icrasının təmini ilə əlaqədar xx.xx.2016-cı il tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara müvafiq düzəliş olunmuş, şəxsi hesab vərəqəsində xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərinə hesablanmış 162.192.20 manat azalma verilmiş, xx.xx.2019-cu il tarixdə dürüstləşmə aparılaraq 65042.1 manat borc məbləği Cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. İş materiallarında olan sənədlərə (şəxsi hesab vərəqəsi və s.) əsasən İddiaçı MMCnin şəxsi hesab vərəqəsinə xx.xx.2019-cu il tarixdə “düzəliş” adı ilə yazılmış 65042.1 manat manat faiz borcunun təkrarən silinməsi halı müəyyən olunmur. Cavabdeh orqan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2398/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qərarının icra olunaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********176234 nömrəli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ilə iddiaçı barəsində qəbul olunmuş xx.xx.2016-cı il tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına müvafiq düzəliş olunduğunu, şəxsi hesab vərəqəsində xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərinə hesablanmış əsas vergi, əsas vergi borcuna hesablanmış faiz borcu və maliyyə sanksiyalarının təkrar azaldıldığını, eyni faiz məbləğinin iki dəfə azaldıldığı üçün xx.xx.2019-cu il tarixdə dürüstləşmə aparılaraq 65042.1 manat borc məbləği Cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edildiyini bildirsə də, xx.xx.2016-cı il tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən silinməsi qərara alınmış 162.192.20 manat borc məbləğinin tərkibinə faiz məbləği daxil olmamış, maliyyə sanksiyası isə ayrı hesablanmışdır, odur ki, azalma verilən zaman faiz məbləğinin iki dəfə azaldılması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2019-cu il tarixdə aparılmış əməliyyatla iddiaçının şəxsi hesab vərəqəsindən silinmiş 65042.1 manat faiz məbləğinin bərpa edilməsinin nəyin əsasında həyata keçirildiyi, başqa sözlə, məbləğin səhvən silinməsi, texniki səhv olması cavabdeh tərəfindən əsaslandırılmamış, buna dair hər hansı sənəd, sübut məhkəməyə təqdim edilməmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə faiz borcları silindiyi halda, 65042.1 manat faiz məbləğinin yenidən şəxsi hesab vərəqəsinə hansı əsasla bərpa edilməsi əsaslandırılmamışdır. Halbuki, inzibati orqan kimi onun tərəfindən edilmiş hərəkətlərin qanuniliyini sübut etmək yükü vergi orqanının üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənilmiş 65042.1 manat faiz borcunun silinməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-3821/2020 saylı qərarı ləğv edilsin, İddia tələbi təmin edilsin. xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənilmiş 65042.1 manat faiz borcunun silinməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-58/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-58/2023
30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver