Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-58/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Niftalıyeva Günel Ziya qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Binəqədi rayon Biləcəri Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2235/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Biləcəri Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4nasının tinində yerləşən 120 kv. metr ölçüdə olan torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 32,8 kv. metr qeyri-yaşayış obyektinin onun adına qeydiyyata alınaraq, xüsusi mülkiyyət hüquqlarına dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 524 saylı 15 noyabr 2006-cı il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Binəqədi rayonu, 9a mkr., M. Cəlal küçəsi 29 və 31 saylı yaşayış binasının tinində 120 kv. metr torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Torpaq sahəsinin Situasiya planı tərtib edilərək, Bələdiyyə tərəfindən təsdiq edilmişdir və 357 saylı 15 noyabr 2006-cı il tarixdə onunla Bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanaraq, sonuncunun hesabına torpağın dəyəri ödənilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 205 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu, M.Cəlal küçəsi 31 saylı binanın qarşısında istifadəsində olan torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 32,8 kv. metr qeyriyaşayış obyektinin təqdim etdiyi layihə əsasında sənədləşdirilməsi qərara alınmışdır. İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına 19 sentyabr 2017-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. Cavabdeh Reyestr Xidmətinə müraciət edərək, Binəqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi 29 və 31 saylı yaşayış binasının tinində yerləşən 120 kv. metr ölçüdə olan torpaq sahəsinin planölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 32,8 kv. metr qeyri-yaşayış obyektinin onun adına qeydiyyata alaraq, xüsusi mülkiyyət hüquqlarına dair çıxarış verilməsi xahiş edilmişdir. Reyestr Xidməti tərəfindən **********40 saylı 30 iyul 2021-ci il tarixli məktubla bildirilmişdir ki, mülkiyyətinə verilmiş torpaq sahəsinin xüsusiyyətinə, torpağın ayırma məqsədinə, mövcud texniki normalara, habelə yerqurluşu və şəhərsalma sənədlərinə uyğun olaraq rayon icra hakimiyyəti orqanının rəyi əlavə edilməmişdir. Həmçinin təqdim edilmiş torpağın alqı-satqısına dair Akt sənədi ləğv edilmiş DT və XK tərəfindən təsdiq edilməmişdir. Dövlət və Bələdiyyə orqanlarının verdiyi rəsmi sənədlərə əsasən əldə etdiyi torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsində inşa edilmiş qeyriyaşayış obyektinin qeydiyyata alaraq çıxarış verilməsindən göstərilən əsaslarla imtina etməkdə cavabdeh Reyestr Xidməti haqlı olmamışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində yerləşən 120 kv. metr ölçüdə olan torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2235/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9A mikrorayon, M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində yerləşən, sahəsi 120 kv. metrdən ibarət olan torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqları Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. Həmçinin obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmişdir və təqdim edilmiş layihə və İstismara İcazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti zamanı torpaq sahəsinə texniki baxışın keçirilməsi və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamış, bu səbəbdən məhkəmə qərarı idarəyə daxil olduqdan sonra torpaq sahəsinə yerli baxış keçirilmiş və məlum olmuşdur ki, göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir və yaşayış binasının qarşısında ümumi istifadə edilməsi üçün nəzərdə tutulan yerlərdir. Həmçinin bildiririk ki, elektron kadastr məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə elektron bazada məlumat aşkar edilməmişdir. indiyədək Bakı şəhəri ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinin elektron uçotunun aparılması və xəritələşdirilməsi həyata keçirilməmiş və həmin torpaq sahələri barədə məlumatlar elektron kadastr uçotu informasiya sistemi və rəqəmsal kadastr xəritəsinə daxil edilməmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-161/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2235/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2291/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2- 1(103)-161/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişləri kimi qeyd edilmişdir ki, “birinci instansiya məhkəməsi torpaq sahəsinin dövlət, yaxud bələdiyyə mülkiyyətində olması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə sorğu göndərmiş, lakin Xidmət tərəfindən sorğuya mahiyyəti üzrə cavab verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatını müəyyən etmək üçün ekspertiza təyin edilməsi barədə qərardad qəbul etmiş, qərardadın icrasıni Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə və Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmiş, hər iki orqandan mütəxəssis və ekspertiza rəyi alınmadan mübahisəyə baxmış, qərarında həmin orqanlardan müvafiq rəylərin alınmasına zərurət olmadığını bildirməmiş, təkcə cavabdehin mütəxəssis rəyinə əsaslanıb onu mötəbər hesab edərək iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olması qənaətinə gəlmişdir. Cavabdeh mütəxəssis rəyində bildirmişdir ki, elektron baza məlumatlarına görə iddiaçının istinad etdiyi torpaq sahəsi ümumi istifadə edilməsi üçün nəzərdə tutulan ərazidə yerləşir, məqsədli təyinatına görə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyətindədir. Məhkəmələr mübahisə predmeti olan 120 kv.m torpaq sahəsinin Binəqədi Bələdiyyəsinə təhvil verilən torpaq sahəsi olub-olmaması, habelə bələdiyyəyə təhvil verilən torpaq sahələrin xəritə sxemində həmin torpaq sahəsinin göstərilib-göstərilməməsi barədə araşdırma aparmamışdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdr. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayonu X1 Elşad Qurban oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında 15 noyabr 2006-cı il tarixli 524 №-li Qərarın surətindən müəyyən olunur ki, İddiaçı ərizə ilə Bələdiyyəyə müraciət edərək, Binəqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində 120 kv. metr torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Bələdiyyəsinin sözügedən qərarı ilə Binəqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində 120 kv.m. torpaq sahəsi sahibkarlıqla məşğul olmaq üçün, əlavə edilmiş cizgi əsasında (hər kv. metr üçün YAN ilə 5 man. ödəmək şərti ilə) vət. İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair aktın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə xx.xx.2006-cı il tarixdə torpaq sahəsini almaq barədə müraciətinə bələdiyyənin ümumi iclasında baxılmış və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində yerləşən 120 kv. metr torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli 524 №-li qərar qəbul olunmuşdur. Bunun müqabilində İddiaçı tərəfindən Binəqədi rayonu Binəqədi bələdiyyəsinin hesabına əvvəlcədən 600.00 manat haqq ödənilmişdir. - Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərzisində olan Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 357 №-li müqavilənin surətindən müəyyən olunur ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında Bakı şəhəri Binəqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində yerləşən 120 kv.m torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. - Binəqədi rayonu X2 Mülkiyyətinin idarəedilməsi şöbəsi tərəfindən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün istifadə etdiyi Binqədi rayonu, 9a mkr., M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində yerləşən torpaq sahəsinin (120 kv.m) situasiya planı hazırlanmışdır. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 205 №-li sərəncamın surətindən müəyyən olunur ki, Vətəndaş İddiaçı rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2017-ci il tarixli, N-70-159 saylı müraciətində Binəqədi rayonu, 9a mikrorayon, Mir.Cəlal küçəsi, 31 saylı binanın qarşısında istifadəsində olan torpaq sahəsində inşa edilmiş qeyri yaşayış obyektinin təqdim edilən layihə əsasında mövcud vəziyyətdə sənədləşdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Binəqədi rayonu, 9a mikrorayon, Mir.Cəlal küçəsi, 31 saylı binanın qarşısında Binəqədi rayon İcra Hakimiyyətinin başçısı xx.xx.2000- ci il tarixli, 849 saylı Sərəncamı əsasında inşa edilmiş qeyri-yaşayış sahəsi (Bakı şəhəri 43 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 356 saylı etibarnamə) vətəndaş İddiaçı istifadəsindədir. Sözügedən ünvanda inşa edilmiş qeyriyaşayış sahəsinin təqdim edilən layihəsi fiziki şəxs - X3 tərəfındən işlənilmişdir. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.1-ci bəndi rəhbər tutularaq, İddiaçı Binəqədi rayonu, 9a mikrorayon, Mir Cəlal küçəsi, 31 saylı binanın qarşısında istifadəsində olan torpaq sahəsində inşa edilmiş ümumi sahəsi - 32,8 kv metr olan qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihə əsasında mövcud ölçülərlə sənədləşdirilməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına 19 sentyabr 2017-ci il tarixli 46 №-li icazənin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9a mikrorayon, Mir Cəlal küçəsi, 31 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsi, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa etdiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, xx.xx.2017-ci il tarixində İddiaçı qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir. - Bakı şəhəri, Binəqədi rayonu, 9a mikrorayon, M.Cəlal küçəsi, 31 saylı binanın qarşısında vətəndaş İddiaçı məxsus mövcud vəziyyətdə qeyriyaşayış obyektinin eskiz layihəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. - **********40 №li xx.xx.2020-ci il tarixli cavab məktubu ilə müraciətçiyə bildirilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 524 nömrəli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində 120 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlavə edilmiş cizgi əsasında mülkiyyətinə verilmişdir. Lakin sahənin xüsusiyyətinə, torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi əlavə edilməmişdir. Həmçinin təqdim edilmiş torpaqların alqısatqısına dair Akt sənədi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.1-2- 2022-416 saylı məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində 120 kv. metr torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində heç bir sənəd aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli **********9 saylı məktubda qeyd olunmuşdur ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair koordinatlar və torpaqayırma sənədləri təqdim olunmadığından, həmin torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətinə aid olması barədə məlumatların verilməsi mümkün olmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cavabdeh torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya ayrılarkən aidiyyəti dövlət orqanlarının rəylərinin alınmamasını bildirmiş, lakin bununla bağlı etirazını hər hansı mötəbər sübutla əsaslandırmamışdır. Cavabdehin imtinasından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. 5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. 5.4. Müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyrihökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Hazırkı işin hallarından müəyyən edilir ki, mübahisə predmeti olan 120 kv.m torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 15 noyabr 2006-cı il tarixli 524 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Bununla bağlı iddiaçı ilə Binəqədi Bələdiyyəsi arasında xx.xx.2006-cı il tarixli 357 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçı həmin ərazidə 32.8 kv.m olan qeyri-yaşayış sahəsi tikmiş və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 19 sentyabr 2017-ci il tarixli 46 nömrəli istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazə sənədi ilə xx.xx.2017-ci il tarixdən həmin qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən səbəb kimi, müvafiq icra hakimiyyəti orqanlarının rəyinin əlavə edilmədiyini, təqdim edilmiş torpaqların alqısatqısına dair Aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmədiyini göstərmişdir. Lakin sonradan apellyasiya şikayətində, mübahisələndirilən torpaq sahəsinə yerli baxış zamanı həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinası ilə razılaşır. Belə ki, işin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin hüquqi göstərişləri nəzərə alınaraq, məhkəmə tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinə, Binəqədi rayon Biləcəri bələdiyyəsinə sorğu ünvanlaraq ünvan 4nasının tinində yerləşən 120 kv. metr ölçüdə olan torpaq sahəsinin Binəqədi Bələdiyyəsinə təhvil verilən torpaq sahəsi olubolmaması barədə məlumatların məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Binəqədi rayon Biləcəri bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 01/284 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli,Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində yerləşən 120 kv. metr ölçüdə olan torpaq sahəsinin Binəqədi Bələdiyyəsinə təhvil verilən torpaq sahəsi olub-olaması, ümumi istifadə edilməsi üçün nəzərdə tutulması üçün nəzərdə tutulan ərazidə yerləşib-yerləşməməsi, torpaq sahəsinin təyinatı ilə bağlı məlumatlar aşkar edilməmişdir” Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-52/2-2707/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli, 226 saylı Fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmiş, idarəyə arxiv sənədləri müvafiq quruma saxlanılmışdır.” Bununla əlaqədar olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə eyni məzmunlu sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-35/2-5784/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”yə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların daşınmaz əmlakın dövlət reyestrində, daşınmaz əmlakın vahid dövlət kadastrında, dövlət torpaq kadastrında və onun tərkib hissəsi olan torpaq reyestrində elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aid olduğundan aidiyyəti üzrə müraciət olunması məqsədəmüvafiqdir.” Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 15 noyabr 2006-cı il tarixli 524 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 120 kv.m torpaq sahəsi (naturada yerləşmə mövqelərinə əsasən koordinatları müəyyən olunaraq) hansı kateqoriya torpaqlara aiddir (məqsədli təyinatı qeyd edilməklə) ?
2. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 15 noyabr 2006-cı il tarixli 524 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 120 kv.m torpaq sahəsi (naturada yerləşmə mövqelərinə əsasən koordinatları müəyyən olunaraq) Binəqədi Bələdiyyəsinə təhvil verilən torpaq sahələrin xəritə sxemində göstərilmişdirmi?
3. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 15 noyabr 2006-cı il tarixli 524 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 120 kv.m torpaq sahəsi (naturada yerləşmə mövqelərinə əsasən koordinatları müəyyən olunaraq) digər şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşürmü? Qərardadın icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 13 dekabr 2024-cü il tarixli, 10/8063 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Qərardadın birinci, ikinci və üçüncü sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli 3-21 -3-30/2-40132/2024 nömrəli mütəxəssis məlumatına əsasən qeyd olunur ki, baxış zamanı məlum olmuşdur ki torpaq sahəsinin sərhəddi şərtidir. Faktiki sahəsi 120.0 kv təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsindədir. Göstərilən 120.0 kv.m sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Eyni zamanda sözügedən torpaq sahəsi yaşayış binasının qarşısında ümumi istifadə edilməsi üçün nəzərdə tutulan ərazidir (sahə yolkənarında yerləşməklə ətrafında yaşıllıq ağacları var). Həmçinin torpaq sahəsindən 23-25 metr aralı məsafədə (diametri 300 mm, 325 mm, 500 mm və 530 mm-lik) orta təzyiqli yeraltı qaz xətləri keçir.” İş materiallarında olan təqdim edilmiş cavab məktublarından belə nəticə hasil olunur ki, mübahisəli torpaq sahəsinin bələdiyyəyə ayrılmış torpaq sahəsinə aid olub-olmaması barədə məlumat Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir. Cavabdehin mütəxəssisləri tərəfindən tərtib edilmiş ekspert rəyindən isə görünür ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, orta təzyiqli yeraltı qaz xətlərinin yaxınlığında yerləşir. Belə olan halda cavabdeh inzibati orqan haqlı olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Yuxarıda qeyd edlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka dair hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğundan və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edilmədiyindən, iddiaçının sözügedən daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 2235/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2235/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı « Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, M.Cəlal küçəsi, 29 və 31 saylı yaşayış binasının tinində yerləşən 120 kv. metr ölçüdə olan torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması » tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.