Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-581/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X1 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5319/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “iddiaçıya 60 yaşdan yəni xx.xx.2023-cü il tarixindən güzəştli pensiya təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 01,08.2023-cü il tarixli arayışında xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində 4 saylı Dəmir Beton məmulatları zavodunda qəlibləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan betonçular vəzifəsinə uyğun deyil. Həmçinin, iddiaçının ******* nömrəli əmək kitabçasında xx.xx.1995-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində 129 nömrəli Təmir Tikinti idarəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Lakin, təqdim etdiyi sənədlərdə qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-äparmamağı barədə hərhansı məlumat göstərilməyib. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 7 ay (xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5319/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qeyd edilən tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5319/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. - Hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. - Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək sovxoza çoban, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək sovxoza fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək Dəmir Beton məmulatları zavodunda 2-ci dərəcəli qəlibləyici, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək qaz benzinin və mayeləşdirilmiş qazın istehsalı üzrə əmtəə qrupunda təmizləyici qurğular sahəsinin İİ qrupun ustası; xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Mexaniki xidmətin 4 saylı blokunda mexanik; xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Mexaniki xidmətin 1 saylı blokunda mexanik; xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 129 №-li Təmir Tikinti İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək nəzarətçi; xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək nəzarətçi, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək elektrik montyoru, xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək elektrik montyoru, xx.xx.2009-cu il tarixdən mühəndis, baş mühəndis vəzifəsində işləyir. - “Azneft” İstehsalat Qaz emalı zavodu tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 26 sentyabr 1990-cı il tarixdən 18 yanvar 1991-ci il tarixədək qaz benzinin və mayeləşdirilmiş qazın istehsalı üzrə əmtəə qrupunda təmizləyici qurğular sahəsinin İİ qrupun ustası; 18 yanvar 1991-ci il tarixdən 02 avqust 1993-cü il tarixədək Mexaniki xidmətin 4 saylı blokunda mexanik; 02 avqust 1993-cü il tarixdən 26 aprel 1995-ci il tarixədək Mexaniki xidmətin 1 saylı blokunda mexanik vəzifəsində zərərli iş şəraitində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısTnın təsdiq edilməsi barədə əsasnamənin 10 bölməsinin 10.5. bəndinə və 10.5.1. bəndinin əlavəsinə (b) əsasən güzəştli əmək stajı - 4 il 7 ay . - "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixinə qədər Dəmir Beton məmulatları zavodunda 2-ci dərəcəli qəlibləyici vəzifəsində işləmişdir. Həmin müəssisə dəmir beton məmulatlarının istehsalı ilə məşğul olmuşdur. Qəlibləyicinin vəzifəsi beton qarışığını xüsusi bunkerlər vasitəsilə qəbul edərək xüsusi qəliblərə yerləşdirməkdən ibarət olub. Vətəndaş İddiaçı vəzifəsi beton məmulatlarını qəbul edib qəliblərə xüsusi titrədicilər vasitəsilə qəlibləməkdən ibarət olmuşdur. Ona görə adı çəkilən vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədir. xx.xx.2001-ci il tarixdən Əmək Nazirliyinin 100 saylı Sərəncamına əsasən 4 saylı Dəmir Beton məmulatları zavodu "xxxx" ASC-nə çevrilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, məktubda qeyd olunan 129 nömrəli Təmir Tikinti İdarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. - Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, 129 nömrəli Təmir Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İdarədə olan reyestrdə 129 nömrəli Təmir Tikinti İdarəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. - Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, 129 nömrəli Təmir Tikinti İdarəsi 26 iyun 1996-cı il tarixində Azərbaycan Respublikasının statistik vahidlərinin Dövlət reyestrində qeydiyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. - X3 Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı 28 aprel 1995-ci il tarixdən 26 fevral 1999- cu il tarixədək 129 nömrəli Təmir Tikinti İdarəsində güzəştli şərtlərlə işləməsi ilə bağlı hər hansı bir məlumatın, eləcə də, onun həmin müəssisədə işiəməsini müəyyən edə biləcək hər hansı bir təsdiqedici sənədin, eyni zamanda, məktubunuzda qeyd etdiyiniz digər məlumat və sənədlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətində, həmçinin Nazirliyin “Əmək və Məşğulluq” altsistemində mövcud olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququvardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olur. Bu səbəbdən də kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunur. Beləliklə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1)İddiaçının 60 yaşına çatması; 2)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; 3)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən yalnız iddiaçının güzəştli iş stajı mübahisələndirilərək, xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövrləri nəzərə alınmış və onun güzəştli iş stajının 4 il 7 ay olduğu qənaətinə gəlinmişdir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Hazırkı iş üzrə cavabdeh iddiaçının 4 saylı Dəmir Beton məmulatları Zavodu və 129 nömrəli Təmir Tikinti İdarəsində işlədiyi peşələri güzəştli iş stajı kimi nəzərə almamışdır. Bununla bağlı qeyd edilməlidir ki, "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixinə qədər Dəmir Beton məmulatları zavodunda 2-ci dərəcəli qəlibləyici vəzifəsində işləmiş, həmin müəssisə dəmir beton məmulatlarının istehsalı ilə məşğul olmuş, qəlibləyicinin vəzifəsi beton qarışığını xüsusi bunkerlər vasitəsilə qəbul edərək xüsusi qəliblərə yerləşdirməkdən ibarət olmuşdur. Arayışda göstərilmişdir ki, vətəndaş İddiaçı vəzifəsi beton məmulatlarını qəbul edib qəliblərə xüsusi titrədicilər vasitəsilə qəlibləməkdən ibarət olmuşdur ki, adıçəkilən vəzifə ona güzəştli şərtlərlə pensiya hüququ imkan verən vəzifələr sırasına aiddir. Göründüyü kimi, "xxxx" ASC iddiaçının xx.xx.1984-xx.xx.1990 dövrlər üzrə işlədiyi qəlibçi vəzifəsini güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmişdir. Kollegiya həmin zavodun dəmir beton məmulatları fəaliyyəti üzrə məşğul olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının qəlibləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XVİİ. Tikinti materialları istehsalı” bölməsinin “Dəmir-beton və beton məmulatları istehsalı” yarımbölməsində nəzərdə tutulan “a) fəhlələr” vəzifələrinə uyğundur. Odur ki, iddiaçının həmin vəzifədə işlədiyi müddət güzəştli iş stajına daxil edilir. (xx.xx.1984-xx.xx.1990= 05 il 11 ay 10 gün) “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-697/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “"xxxx" ASC-nin yuxarıda qeyd edilən arayışları ilə müəyyən olunmuşdur ki, iddiaçının 1989-2004-cü illərdə işlədiyi vəzifələrin xüsusiyyətləri, o cümlədən iş şəraiti (vəzifənin adı fərqli ifadə olunsa da) təsvir olunmuş və həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XVİİ. Tikinti materialları istehsalı” bölməsinin “Dəmir-beton və beton məmulatları istehsalı” yarımbölməsində nəzərdə tutulan “a) fəhlələr” vəzifələrinə uyğundur. Odur ki, iddiaçının 2006-cı ilədək işlədiyi “qəlibçi” vəzifəsi üzrə güzəşli iş stajı 12 il 6 aydan artıq (15 il 08 ay 18 gün) təşkil edir” Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının xx.xx.1995-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində 129 nömrəli Təmir Tikinti idarəsində elektrik qaynaqçısı peşəsində işlədiyi müddət də güzəştli iş stajı kimi qəbul edilməlidir. Belə ki, iddiaçının işlədiyi peşənin güzəştli olmasını təsdiq edən güzəştli arayış təqdim olunmasa belə, bu hal hazırki vəziyyəti iddiaçının ziyanına dəyişmir. Ona görə ki, iddiaçının həmin dövrdə işlədiyi müəssisə ilə bağlı sənədlər aşkar olunmamış, lakin Dövlət Statistika Komitəsi tərəfindən verilmiş məktub ilə müəssisəsinin həmin dövrdə mövcud olduğu müəyyən olunmuşdur. Buna baxmayaraq ki, onun işlədiyi peşəsinin adından da göründüyü kimi o, həmin dövrdə elektrik qaynaqçısı kimi işləmişdir ki, həmin peşənin zərərli olması ona pensiya hüququnun yaranmasına dəlalət edir. “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na nəzər yetirdikdə görünür ki, 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları pensiya hüququ verən peşələrə aid olmuşdur. Həmçinin ixtisasca məhz qaynaçı olan iddiaçının əmək kitabçasında işlədiyi qeyd olunan peşənin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRİ və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır, cavabdeh də Məhkəməyə bu barədə və ya təcrübədə ixtisasca qaynaqçı olan şəxslərin əslində əl ilə qaynaq aparan elektrik qaynaqçıları olmamasına dair yaxud ümumiyyətlə faktın əksini sübut edəcək heç bir mötəbər dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-241/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın elektrik qaynaqçısı işlədiyi illər güzəştli iş stajı kimi nəzərə alınaraq, həmin peşənin Siyahıda nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçısı ilə uyğunlaşdırılmışdır. Göründüyü kimi iddiaçının işlədiyi həmin peşə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na görə iddiaçıya güzəştli iş stajı imkanı verir və ona 03 il 10 ay güzəştli iş stajı imkanı verir. Beləlikl, iddiaçının faktiki olaraq həmin dövrdə işlədiyi müddət də nəzərə alınaraq müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan çox güzəştli iş stajı (03 il 10 ay + 05 il 11 ay 10 gün + 4 il 7 ay = 14 il 4 ay) mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5319/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5319/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-581/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-581/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver