Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-583/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi aylıq əmək haqqının 80 faizi miqdarında hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4962/2021 saylı, 01.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi aldığı orta aylıq əmək haqqının 80%-i miqdarında hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakılarla əsaslandırılmışdır: İddiaçı 03 may 1977-ci ildən 18 oktyabr 1991-ci ilədək keçmiş Şingədulan kənd XDS icraiyyə komitəsinin sədri, 07 noyabr 1991-ci ildən 09 iyul 2007-ci ilədək Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, Lerik Rayon İcra Hakimiyyəti başçısının 09 iyul 2007-ci il tarixli əmri ilə həmin tarixdən axırıncı haqq-hesab ödənilməsi şərti ilə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. 10 iyul 2007-ci il tarixdən kənd ərazi icra nümayəndəsi vəzifəsi üzrə dövlət qulluqçusu kimi pensiya alır. DSMF-nin Lerik rayon şöbəsi iddiaçıya dövlət qulluqçusu kimi 09 iyul 2007-ci ildən 217,12 manat, 01 iyul 2008-ci ildən 481,28 manat pensiya hesablamış, lakin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyalarının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın tələblərini pozmaqla kənd ərazi icra nümayəndəsi kimi hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15% miqdarında aylıq əlavə haqq və işdən azad olunarkən istifadə olunmamış məzuniyyətlərə görə iddiaçıya ödənilmiş və məcburi dövlət sosial sığortasına cəlb edilən 2709,50 manat və 2751,84 manat olmaqla, cəmi 5461,34 manat kompensasiya - pul ödənişlərini nəzərə almayaraq dövlət məvacibinə daxil etməmişdir. Şirvan İnzibati - İqtisadi Məhkəməsinin 08 nmoyabr 2016-cı il tarixli 2-1 (86)- 1972/2016 nömrəli qərarına əsasən kənd ərazi icra nüayəndəsi kimi hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15% miqdarında aylıq əlavə haqq və Şirvan İnzibati - İqtisadi Məhkəməsinin istifadə edilməmiş məzuniyyətlərinə görə iddiaçıya ödənilən, məcburi dövlət sosial sığortasına cəlb olunan 5461,34 manat pul əvəzi kompensasiya ödənişlərinin dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi hesablanarkən nəzərə alınması, 10 iyul 2007-ci il tarixdən dövlət qulluqçusu pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi barədə 22 iyun 2017-ci il tarixli 2-1 (086)-2184/2017 nömrəli qərarı nəzərə alınaraq ona 10 dekabr 2013-cü ildən 988 manat, 01 mart 2018-ci ildən 1014 manat və 01 sentyabr 2019cu ildən 1323 manat pensiya hesablanmış və ödənilmişdir. 01 yanvar 2020-ci ildən başlayaraq dövlət qulluqçularının pensiyasının hesablanması və ödənilməsi cavabdeh inzibati orqan tərəfindən həyata keçirilir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əməkdaşları pensiyasını yenidən hesablayaraq 2020-ci ilin dekabr ayından ona 1323 manat əvəzinə 757,91 manat pensiya hesablayaraq ödəmişlər. İddiaçı 28 oktyabr 2020-ci ildə və 19 yanvar 2021-ci ildə cavabdeh inzibati orqana məktubla müraciət edərək dövlət qulluğu üzrə pensiyasının düzgün hesablanmasını xahiş etmiş, birinci müraciətindən 4 aydan artıq, ikinci müraciətindən 40 gündən artıq vaxt keçməsinə baxmayaraq ona rəsmi cavab verilməmişdir. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətsizliyini qanuni tələblərini icra etməkdən imtina kimi qəbul edir. 01 yanvar 2020-ci ildən başlayaraq dövlət qulluqçularının pensiyasının hesablanması və ödənilməsi cavabdeh inzibati orqan tərəfindən həyata keçirilir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əməkdaşları pensiyasını yenidən hesablayaraq 2020-ci ilin dekabr ayından ona 1323 manat əvəzinə 757,91 manat pensiya hesablayaraq ödəmişlər. O, 28 oktyabr 2020-ci ildə və 19 yanvar 2021-ci ildə cavabdeh inzibati orqana məktubla müraciət edərək dövlət qulluğu üzrə pensiyasının düzgün hesablanmasını xahiş etmiş, birinci müraciətindən 4 aydan artıq, ikinci müraciətindən 40 gündən artıq vaxt keçməsinə baxmayaraq ona rəsmi cavab verilməmişdir. Yeni qaydalara əsasən dövlət orqanlarında qulluq stajı 15 il 8 ay təşkil etdiyindən pensiyasına əlavələr orta aylıq əməkhaqqının artım məbləğinin 52 faizi miqdarınnda olmalıdır. Ona görə də pensiya hesablanması üçün nümayəndənin aylıq vəzifə maaşı- 480 manat, qulluq stajına görə əlavə haqq - 30% - 144 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq - 15% - 72 manat (Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2-1 (86)-1972/2016 nömrəli qərarına əsasən), mükafatlar, 1 il üçün 3 olmaqla 2 il üçün 6 mükafat üzrə aylıq əlavə ( 6 x480 manat :24ay =120 manat) 120 manat, ixtisas dərəcəsinə görə aylıq əlavə haqq - 55 manat, yeni vəzifə maaşına uyğun olaraq əmsallaşdırılmalı olan kompensasiyanın məbləği - 5461,34 manat (Şirvan inzibatilqtisadi Məhkəməsinin 22 iyun 2017-ci il tarixli 2-1(86)- 2184/2017 nömrəli qərarına əsasən) kompensasiya verilərkən 2008-ci ildə ərazi icra nümayəndəsinin aylıq vəzifə maaşı - 96 manat təşkil etdiyindən tətbiq edilməli əmsal 5461,34 manat : 96 manat = 56.88 % qəbul edilir və kompensasiya üzrə 1 aylıq əlavə haqqının miqdarı (56.88% x 480 manat : 24 ay = 27302,4 manat: 24 ay = 1137,6 manat) 1137,6 manat, pensiya hesablanması üçün orta dövlət məvacibinin yekun miqdarı – 480 manat+ 144 manat + 72 manat +120 manat +55 manat + 1137,6 manat = 2008,6 manat, aylıq pensiyanın artım məbləği (2008,6 manat-1357,4 manat = 651,2 manat x52%=338,62 manat) 338,62 manat, 01 mart 2018-ci ildən 01 sentyabr 2019-cu ilədək aylıq dövlət qulluğu üzrə pensyanın məbləği (1051,48 manat + 338,62 manat =1390,10 manat) 1390,10 manat təşkil edir. Lakin DSMF-nin Lerik şöbəsi 01 sentyabr 2019-cu ildən iddiaçıya 1.323 manat - 67,10 manat az olmaqla dövlət qulluğu üzrə pensiya təyin etmiş, cavabdeh inzibati orqan tərəfindən isə dövlət qulluğu üzrə pensiyası 01 dekabr 2020-ci ildən azaldılaraq 757,91 manat hesablanaraq ödənilir. Lakin hesablamalardan göründüyü kimi 01 sentyabr 2019-cu ildən dövlət qulluğu üzrə pensiya 1390,10 manat təşkil etməlidir. Cavabdeh iddiaçıya ünvanlanmış iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasın məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 290,00 manat, qulluq stajına görə əlavə 67,66 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 43,50 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyası (Şirvan İnzibati - İqtisadi Məhkəməsinin 22 iyun 2017-ci il tarixli 2-1 (086)-2184/2017 nömrəli qərarı) 227,54 manat və mükafatlara görə əlavə 65,12 manat olmaqla orta aylıq əmək haqqısı 748,82 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 15 il 8 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (748,82 manat) 80 faizi - 599,06 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.12.2013 - 28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 686,52 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 4460,46 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 15 il 8 ay 2 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 52 faiz təşkil edir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci Sərəncamına müvafiq olaraq 1 mart tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 320,00 manat, qulluq stajına görə əlavə 74,66 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 48,00 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyası 227,54 manat və mükafatlara görə əlavə 71,86 manat olmaqla, 797,06 manat orta aylıq əmək haqqı müəyyən olunmuş, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (748,82 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (797,06 manat) arasındakı fərq məbləğinin (48,24 manat) 52 faizi - 25,08 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (599,06 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 624,14 manat müəyyən edilmişdir. Lakin 01.03.2018 - 31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 1047,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 7611,48 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 480,00 manat, qulluq stajına görə əlavə 111,98 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi |miqdarında əlavə 72,00 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiya 227,54 manat və mükafatlara görə əlavə 107,79 manat olmaqla orta aylıq əmək haqqının 1054,31 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (797,06 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1054,31 manat) arasındakı fərq məbləğinin (257,25 manat) 52 faizi- 133,77 manat 01 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyanın (624,14 manat) üzərinə əlavə olunmaqla əmək pensiya məbləği 757,91 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1323,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 8476,35 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 01.12.2013-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20548,29 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 20548,29 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi barədə 19.01.2021-ci il tarixli **********0 nömrəli məktubla iddiaçıya bildirilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. Mərkəzi Filial tərəfindən 2020-ci ilin dekabr ayından etibarən iddiaçının əmək pensiyası 757,91 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4962/2021 saylı, 01.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, eyni zamanda qeyd etmişdir ki, məhkəmə iddia tələbinə baxarkən, Azərbaycan Respublikası prezidentinin 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına əmək pensiyalarının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarına və Azərbayan Respublikasının Konstitusiya Məhkəməsinin «Əmək peniyaları haqqında Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına istinad etməli olduğu halda, maddi hüquq normalarını düzgün tətbiq etməyərək əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rüstəmli iddiaçı ilə razılaşmamış, qüvvədə olan qanunvericiliyə görə hazırda əmək haqqının 80 faiz miqdarında hesablama qaydasının mövcud olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının işə əlavə olunmuş pensiya uçot vərəqindən, əmək kitabçasının surətinə, iddia ərizəsinə və iddiaçının iddia ərizəsi və cavabdehin iddia ərizəsinə etirazına əsasən müəyyən olunan işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçının 15 il 8 ay 2 gün dövlət qulluğu stajına malik olması və ona 2007-ci ilin iyul ayından ona DSMF-nin Lerik rayon şöbəsi tərəfindən 128,44 manat məbləğində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi işin mübahisələndirilməyən halıdır. İddiaçının hazırkı dəqiqlşdirilmiş iddia tələbindən göründüyü kimi, o, sonrakı artımlar nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi aldığı orta aylıq əmək haqqının 80%-i miqdarında hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunarkən qüvvədə olan 20.11.5-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında , 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət msəvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaqla şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin ejdilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlaəv ödənilir. İddiaçının pensiya işinə dair sənədlərdən (çıxarışlardan) görünür ki, 1 dekabr 2013cü il tarixindən onun dövlət qulluçusu kimi əmək pensiyası «Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən əmək haqqında baş vermiş artımla əlaqədar yenidən hesablanaraq, vəzifə maaşı 290 manat, qulluq stajı (23,33%), 67,66 manat, hakimiyyət səlahiyyəti (15%), 43,5 manat, ixtisas dərəcəsi 55manat, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən istifadə olunmamış məzuniyyətə görə kompensasiya 227,54 manat, mükafatları (538,96%), 65,12 manat nəzərə alınmaqla, cəmi, 748 manat əmək haqqından 80 faiz hesabı ilə 01.12.2013-cü il tarixindən 599,06 manat pensiya məbləği müəyən olunmuşdur. Daha sonra, “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamına müvafiq olaraq 01.03.2018-ci il tarixindən etibarən vəzifə maaşı 320,00 manat, qulluq stajına görə əlavə 74,66 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 48,00 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyası 227,54 manat və mükafatlara görə əlavə 71,86 manat, cəmi 797,06 manat orta aylıq əmək haqqı olmaqla, 25, 08 manat pensiya artımı ilə onun əmək pensiyası 624,14 manat məbləğində müəyyən olunmuşdur. Daha sonra isə “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən vəzifə maaşında baş vermiş artımla əlaqədar əmək pensiyası yenidən hesablanmış və 01.09.2019-cu il tarixindən vəzifə maaşı 480,00 manat, qulluq stajına görə əlavə 111,98 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi |miqdarında əlavə 72,00 manat, istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiya 227,54 manat və mükafatlara görə əlavə 107,79 manat olmaqla, cəmi 1054,31 manat təşkil edən orta aylıq əmək haqqı ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01.09.2019-cu il tarixinədək olan 797,06 manat orta aylıq əmək haqqı arasındakı fərq məbləğinin 257,25(1054,31-797,06) manat məbləğin 52 faizi məbləğində artım 133,77 manat 01.09.2019-cu il tarixinədək hesablanılmış 624,14 manat məbləğin üzərinə əlavə olunmaqla əmək pensiyası 757,91 manat müəyyən edilmişdir. Lakin iş materiallarının 43-cü vərəqindən, eləcə də, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş pensiya işinə dair sənədlərə əsasən müəyyən olunur ki, 01.09.2019-cu il tarixindən sonra cavabdehin 08.12.2020-ci il tarixli (№: **********3) ikinci bir qərarı ilə “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamından irəli gələn artımlar nəzərə alınmaqla, onun əmək pensiyası yenidən hesablanaraq onun iddiaçının əmək pensiyası 1323 manat məbləğində müəyyən edilmişdir. İddiaçının iddia ərizəsindən və cavabdehin iddia ərizəsinə etirazından da məhz, görünür ki, 01.09.2019-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 1323,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Göründüyü kimi, dövlət qulluqçusu kimi iddiaçıya ilkin pensiya təyinatı “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan tələblərinə uyğun olaraq əmək haqqının 80 faizi miqdarında təyin edilmiş, daha sonrakı dövrlərdə onu həmin əmək pensiyası vəzifə məvacibinədə baş vermiş artımlarla əlaqədar həmin Qanunun 29-cu maddəsinə müvafiq olaraq, artırılmış, sonuncu artırmadan sonra əmək pensiyasının məbləği 1323,00 manat həddinə çatdırılmışdır Lakin, cavabdehin tədiq olunan etirazından görünür ki, onun 08.12.2020-ci il tarixli (№:**********3) qərarı ilə müəyyən olunan və 01.09.2019-cu il tarixindən ödənilməsinə başlanan 1323,00 manat məbləğində pensiyası 30.11.2020-ci il tarixinə qədər ödənilmiş, bundan sonra isə həmin pensiya məbləği, qeyd olunan (01.09.2019-30.11.2020) dövrdə 8476,35 manat məbləğində artıq vəsaitödənilməsi” səbəbi ilə, 757,91 manata qədər azaldılmış, iddia əriəsindən və ona etirazdan da göründüyü kimi, hal-hazırda iddiaçıya 757,91 manat məbləğinedə pensiya ödənilir. Göründüyü kimi, iddiaçı cavabdehin 08.12.2020-ci il tarixli (№:**********3) qərarı ilə ona ödənilməsi müəyyən edilən 1323,0 manat məbləğində əmək pensiyasının bərpa olunması barədə məhkəmədə iddia qaldırmamışdır. Halbuki, həmin qərarla hesablanan 1323,0 manat məbləğində əmək pensiyası onun hazırkı tələbi üzrə məqsədinə və istəyinə tamamilə uyğundır (Qeyd olunmalıdır ki, 2020-ci ilə nisbətən 2021-ci ildə istehlak qiymətləri indeksi 106,7 faiz təşkil etməsi ilə əlaəqədar qiymətlərin səfiyyəsinin 6,7 faiz artması nəzərə alınmaqla hesablama aparıldıqda 2022 ilin əvvəlinə pensiyanın məbləği 1390 (1323x6,75%)+1323) manatdan da artıq təşkil etmiş olur). Belə olan halda, yəni, cavabdehin 08.12.2020-ci il tarixli qərarı ilə, sonrakı artımlar da nəzərə alınmaqla onun əmək pensiyası orta aylıq əmək haqqının 80 faiz miqdarında hesablanaraq 1323,0 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı həmin pensiya məbləğinin bərpa edilməsini tələb etmək əvəzinə, yenidən əmək pensiyasının orta aylıq əmək haqqının 80 faizi miqdarında tələb edə bilməzdi. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, cavabdehin 08.12.2020-ci il tarixli (№:**********3) qərarı ilə ona ödənilməsi müəyyən edilən 1323 manat məbləğində əmək pensiyasının bərpa edilməsinə dair öhdəliyin icrası haqqında iddia ərizəsi ilə yaşadığı yerin inzibati məhkəməsinə (Şirvan İnzibati Məhkəməsi) müraciət etmək hüququna malikdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbinin təmin edilməməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən və ləğv edilməsini tələb edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4962/2021 saylı, 01.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4962/2021 saylı, 01.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-583/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-583/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver