Məhkəmə qərarları › İş №2-1(103)-583/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-583/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-583/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X5 katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “X2”LTD) «topaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 215/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində ona ayrılmış 0,12 ha topaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 1992-ci il tarixində Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə ona torpaq sahəsinin ayrılması üçün müraciət etmişdir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində 0,12 ha topaq sahəsi ona ayrılmışdır. Həmin vaxtdan bu günə kimi ona ayrılmış torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəmdədir. (sərəncamın surəti əlavə edilir) Daha sonra, ona ayrılmış torpaq sahəsinin ilkin hüquq müəyyənedici sənəd olan Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamını evdə tapa bilmədiyi üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 13.11,2020-ci il tarixli, BA-01210-2020 saylı məktubu ilə, ona torpaq sahəsi ayrılması haqqında Sabunçu İHB-nın arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamı iddiaçıya göndərilmişdir, (surətləri əlavə edilir) Daha sonra, yuxarıda qeyd edilən bütün prosedurlardan sonra tərəfindən, ona ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin verilməsi üçün Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının İ müavinin xx.xx.2020-ci il tarixli, 0-29-091 saylı məktubu ilə, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində 0,12 ha topaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq iddiaçıya təqdim edilmişdir. Bundan sonra, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, bütün zəruri sənədləri təqdim etməklə sözügedən torpaq sahəsinə mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubla imtina edilmişdir. İmtina məktubu rəsmi olaraq iddiaçıya xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Sözügedən imtina məktubunda, elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respubliaksı Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid edildiyi qeyd edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilən əsaslarla müraciətimizdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. İddiaçı qeyd etmişdir ki, rəhmətlik qardaşına da verilmiş torpaq sahəsi ilə ona ayrılmış torpaq sahəsi yan-yana yerləşən qonşu torpaqlardır. Qardaşının torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona reyestrdən çıxarış verilmişdir. Axı necə ola bilər ki, faktiki olaraq ümumilikdə 0,24 ha olan torpaq sahəsinin 0,12 ha olan hissəsi Azərbaycan Respubliaksı Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aid edilsin digəri isə yox. İddiaçı hesab edir ki, bu ayrı seçkilikdən başqa bir şey deyildir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubla imtina məktubunu alandan sonra Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə getmişdir. Orada iddiaçını qəbul edərək bildirmişlər ki, əgər torpaq sahəsi Azərbaycan Respubliaksı Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aid edilmiş olsaydı həmin topaq sahəsinin yerləşmə sxemi təsdiq edilməzdi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. “Torpaq islahatı haqqında” Qanunun 8ci maddəsində vətəndaşların istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlər bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericilikdə müəyyəm olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və icarəyə götürdükləri ölçüdə verilə bilər. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız hesab edilməli və Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində ona ayrılmış 0,12 ha topaq sahəsinə mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-771/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə “X2”LTD iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-215/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-215/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən Balaxanı qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq Sizə göndərilir. - Sabunçu Rayon İcra Hakimiyyəti başçının xx.xx.1992-ci il tarixli, 1455 saylı Sərəncamı ilə Balaxanı qəsəbəsində vətəndaş: İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200.0 kv.m torpaq sahəsinin yerləşmə sxemi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. - “X3” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd etmişdir ki, Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1455 saylı sərəncamı ilə vətəndaş İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində ayrılmış 0,12 ha torpaq sahəsi Balaxanı Əməliyyat şirkətinin istifadəsində olan istehsalat təyinatlı ərazidən kənarda olsa da mövcud quyuların mühafizə zolağında yerləşdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20- 50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçrilməsindən sonra yaranır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, vətəndaş İddiaçı şəxsi yaşayış evi tikmək üçün Balaxanı qəsəbəsi, boş yer sahəsində 1200 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli Sərəncamı əsasında ayrılmışdır. Daha sonra iddiaçı cavabdeh orqana müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: “1. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi (naturada yerləşmə mövqelərinə əsasən koordinatları müəyyən olunaraq) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddirmi?

2. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi (naturada yerləşmə mövqelərinə əsasən koordinatları müəyyən olunaraq) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu təqdirdə hansı hissədə yerləşir və yerləşmə vəziyyəti necədir?

3. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi hal-hazırda hansı şəxslər tərəfindən istifadə olunur və harada yerləşir?

4. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında 0,12 hektar torpaq sahəsinin yerləşdiyi ərazinin yaxınlığında neft quyuları mövcuddurmu? Mövcud olduğu təqdirdə ən yaxın neft quyusu ilə arasındakı məsafə nə qədərdir?

5. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1455 saylı sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi hansı tarixdən etibarən “X3” LTD şirkətinin “neft quyularının mühafizə zolağı”na aid hesab edilmişdir?” Qərardadın icrası ilə əlaqədar məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki; “ Qərardadın 1-ci və 2-ci sualları üzrə: Məhkəmə Ekspertizası. Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi səxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar muəyyən olunur: Bildiririk ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1200.0 kv m təşkil edir. Sahənin sərhədlərinin üç tərəfi mişar daşı ilə hasarlanıb, bir tərəfnə mişar daşı düzülüb. Faktiki olaraq göstərilən 1200.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: X Y

1. 408467.633 4480750.011

2. 408503.094 4480769.139

3. 408517.505 4480742.827

4. 408482.300 4480723.841 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir.

Qərardadın 3-cü və 4-cü sualları üzrə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin faktiki olaraq iş üzrə iddiaçı tərəfin istifadəsində olmaqla, 1 tərəfdən Sadiq Rəhimov küçəsi, 1 tərəfdən boş ərazi, 1 tərəfdən xüsusi mülkiyyətdə olan torpaq sahəsi, 1 tərəfdən isə Dövlət mülkiyyətində olan torpaq sahəsi ilə əhatə olunduğu və həmin torpaq sahəsi ilə yaxınlığında yerləşən, baxış zamanı faktiki olaraq işlək vəziyyətdə olmayan neft quyusu arasındakı məsafənin 60-94 metr təşkil etdiyi müəyyən olunur.

Qərardadın 5-ci sualı üzrə;

Qərardadın 5-ci sualının cavablandırılması mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmadı.”

Təqdim edilmiş ekspert rəyindən göründüyü kimi iddiaçının hazırda reyestrdən çıxarış və plan-ölçünün verilməsini tələb etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla, 60-94 metr yaxınlığında faktiki olaraq işlək vəziyyətdə olmayan neft quyusu yerləşir. “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarının 3.3-cü bəndinə əsasən əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) cədvəldə verilmişdir. Yaşayış binaları, İctimai binalar fərdi yaşayış (mədəniyyət və təhsil evləri, Sənaye və kənd Elektrik- ötürücü müəssisələrinin binaları, Elektrik Sıra Neftqazçıxarma yataqxanalar, təsərrüfatı xətləri (hava uşaq bağçası- körpələr yarımstansiyaları (35/6 №- si sənayesi obyektləri inzibati binalar və müəssisələrinin xətləri-6 kV və evi, tibb müəssisələrinin kV və yuxarı) müvəqqəti binaları yuxarı) binaları, iri ticarət salınmış mərkəzləri, əyləncə qəsəbələr kompleksləri və s.) 1 2 3 4 5 6 7 Fontan, qazlift və dalma nasosları ilə

1. 300 500 100 60 100 təchiz olunmuş quyular

Mancanaq dəzgahı

2. 150 250 50 30 50 ilə istismar olunan və basqı quyuları Ləğv olunmuş

3. 75 125 25 15 25 quyular

Neftin çıxarılması üçün A və B kateqoriyalı bina və qurğular (ölçmə elektrik qurğusu, separator qurğularının

4. qurğusu, nasos 300 500 100 quraşdırılması 80 stansiyası, qaydalarının kompressor tələblərinə uyğun stansiyası, neftin hazırlanma qurğusu, atqı qurğusu, mərkəzi yığım məntəqəsi və s.)

5. 300 500 100 60 100 Qazın yandırılması üçün məşəl

6. Qazatqı şamı 300 500 100 30 30 29 sentyabr 2004-cü il tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X6 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş Qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Beləliklə sözügedən Saziş qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixindən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlər verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istifadəsinə ayrılmış mübahisəli ərazi, neft quyularının yerləşdiyi əraziyə çox yaxın məsafədə yerləşdiyindən, həmin ərazidə hər hansı işlərin aparılması ətraf mühit üçün təhlükəli hesab edildiyindən, qeyd edilən normaların tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 215/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-215/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar