Məhkəmə qərarları › İş №2-1(103)-584/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-584/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-584/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10402/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə cavabdehin ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10402/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3- 17-1/3-7-2471/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və İddiaçı əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqa yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdehin hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi İ.T.İsgəndərzadə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir (Nümayəndənin etibarnamə üzrə apellyasiya şikayətini geri götürmək hüququ təsbit olunmuşdur). Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdeh tərəfindən apellyasiya şikayətini geri götürməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin geri götürməsi barədə ərizəsi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək cavabdehin qanunla müəyyən edilən hüququdur, iddiaçı da şikayətin geri götürülməsi ilə razılaşır və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğundur, digər şəxslərin mənafeyini pozmur (Cavabdehin nümayəndəsinə izah edilimişdir ki, İPM-in 88.3-cü maddəsinin tələbinə görə şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir). İPM-in 86.4-cü maddəsindən isə görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Beləliklə də, prosessual qanunvericiliyin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin ərizəsi təmin olunmalı, apellyasiya şikayəti geri qaytarılmalı və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10402/2023 saylı xx.xx.2023cü il tarixli qərarından verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar