Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-585/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “İddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3039/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən məhkəməyə iddiaçının vergi ödəyicisi olması haqqında şəhadətnamə, riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün cavabdehə etdiyi müraciətlər, habelə zəmanət məktubu, ödəniş tapşırığı, bəyannamələr, alqı-satqı müqavilələri, vergi ödəyicisinin obyekti barədə məlumat,elektron alış aktları, icarə müqaviləsi, iddiaçının obyektinin yerləşdiyi yer haqqında arayış təqdim edilmişdir.
2. Cavabdeh tərəfindən məhkəməyə iddiaçı barədə xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə “ qərar, xx.xx.2021-ci ildə riskli vergi ödəyici olması barədə bildiriş, riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş eqaimə fakturalar barədə məlumatlar təqdim edilmişdir.
3. İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 34,7 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda qeyd olunan mallar elektronqaimə faktura üzrə vergi ödəyicinin alışında əks olunmadığı, eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edildiyi üçün iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmiş və bu barədə iddiaçıya bildiriş göndərilmişdir, iddiaçı isə bunun müqabilində dəqiqləşdirilmiş vergi bəyannaməsini məhkəməyə təqdim etmiş və həmin bəyannamədə göstərilmiş vergi məbləğini büdcəyə ödəmiş, gələcək fəaliyyətində qanunazidd və qüsurlu əməliyyatların aparılmayacağı barədə yazılı zəmanət vermiş və özünün riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını xahiş etmişdir, lakin müraciəti təmin edilməmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kiçik sahibkar olaraq 2021-ci ildə Nazirlər Kabinetinin meyarlarına əsasən riskli əməliyyatlar hesab olunan bir neçə əməliyyatlar həyata keçirmiş, yəni avtomobil təmiri məqsədilə ehtiyat hissələrinə sənəd almamışdır. Buna görə DVX-i ilə yazışmalar aparılmış və faktiki xərclərin xərc sənədləri hesab edilmədən dəqiqləşdirilmiş bəyannamələr, əməliyyat dövriyyəsi barədə rəsmi bank çıxarışı, habelə vergi orqanı tərəfindən tövsiyyə edildiyi kimi dəqiqləşdirilmiş bəyannamə, zəmanət məktubu cavabdehə təqdim edilmişdir. İddiaçının 2021-ci ildə faktiki dövriyyəsi 40588.33 manat təşkil etmişdir. Buna baxmayaraq vergi orqanı tərəfindən 42870 manat riskli EQ qeydə alındığı üçün iddiaçı hesabatı tövsiyyə olunduğu kimi təqdim edərək qanunla hesablanmalı vergi məbləğini artıqlaması ilə büdcəyə ödəmişdir. Bundan sonra iddiaçı vergi orqanına müraciət edərək riskli vergi ödəyiciləri siyahısından çıxaırlmasını xahiş etmişdir. Çünki Dövlət Sığorta Şirkəti riskli sahibkarlarla iş birliyinə davam etmir. İddiaçı da artıq 8 aydır ki, fəaliyyətlə məşğul ola bilmir, gördüyü işlərin və xidmətlərin hesabını ala bilmir. Lakin cavabdeh orqan müraciətin təmin edilməsindən xx.xx.2022-ci il tarixli **********416700 saylı məktubla imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatlarınmeyarlarının 2.1-ci və 3,1.1-ci müddəalarına əsasən vergi ödəyıcilərinın təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir.Fiziki şəxs İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 34,7 min manat dəyərində təqdim edilmiş qaimə-faktura üzrə satışda "Sol fara, sağ padnoşka, qapı, padnoşka, arxa bufer” və digər avtomobil ehtiyat hissələrinin qeyd olunduğu müəyyən edilmişdir Lakın vergi ödəyicisinin elektron qaimə-faktura üzrə alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir.Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-cı il tarixli, 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1,3.1.1-ci və 2.1.3.-cü bəndlərinə əsasən fiziki şəxs İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2021-ci il tarixli, **********055200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir.Bundan əlavə araşdırılan dövrdən sonrakı xx.xx.2021-xx.xx.2021-cı il tarixlərində də vergi ödəyicisi tərəfindən cəmi 14,6 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktufaların (arxa bufer, stupiça paçemnik, ekran, fara və s) riskli əməliyyatlar olunduğu müəyyən olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3039/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırda qanunvericilikdə nəzərdə tutulmuş riskli vergi ödəyicisi meyarlarına uyğun gəlməməsi onun riskli vergi ödəyicisi olmamasını göstərir və belə olan halda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçının xeyrinə olan halların araşdırılmamaqla və nəzərə almamaqla, iddiaçının müraciətini təmin edərək onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etməməklə cavabdeh iddiaçının hüquqlarını pozmuşdur.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
9. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3039/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə işin halları ilə bağlı bildirmək istəyirlər ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən fiziki şəxs İddiaçı qarşılıqlı əməliyyatları təhlil olunmuşdur. Fiziki şəxs İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 34,7 min manat dəyərində təqdim edilmiş qaimə-faktura üzrə satışda "Sol fara, sağ padnoşka, qapı, padnoşka, arxa bufer” və digər avtomobil ehtiyat hissələri qeyd olunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisinin elektron qaimə- faktura üzrə alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir.Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1-ci və 2.1.3.-cü bəndlərinə əsasən fiziki şəxs İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2021-ci il tarixli **********055200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir.Bundan əlavə, araşdırılan dövrdən sonrakı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində də vergi ödəyicisi tərəfindən cəmi 14,6 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturaların (arxa bufer, stupiça paçemnik, ekran, fara və s.) riskli əməliyyatlar hesab olunduğu müəyyən olunmuşdur.Azərbaycan Respublikasının NazirlərKabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”mn 2.1.1, 3.1.1, 2.1.3 yarımbəndinə uyğun olaraq risk meyarı (meyarları) müəyyən edilmişdir.Məhkəmə qərarında qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə bildirişi aldıqdan sonra dəqiqləşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etmiş və həmin bəyannamədə göstərilmiş vergi məbləğini büdcəyə ödəmiş, gələcək fəaliyyətində qanunazidd və qüsurlu əməliyyatların aparılmayacağı barədə cavabdehə yazılı zəmanət təqdim etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci ildən sonra iddiaçının riskli vergi əməliyyatlarını aparması barədə, yəni iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarlara hazırda da uyğun gəlməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir.Məhkəmənin bu mövqeyi ilə bağlı bildirirlər ki, vergi ödəyicisi tərəfindən gələcək fəaliyyətində qanunazidd və qüsurlu əməliyyatların aparılmayacağı barədə yazılı zəmanətin verilməsi və ya hazırda hər hansı riskli əməliyyatların aparılmaması onun riskli vergi ödəyicisi siyahısından çıxarılmasına əsas vermir. Belə ki, vergi ödəyicisi onun riskli vergi ödəyiciləri siyahısına əlavə edilməsinə səbəb olan nöqsanları aradan qaldırmamışdır.Belə ki, araşdırma zamanı iddiaçı tərəfindən riskli elektron qaimə-fakturaların tam şəkildə deyil, qismən ləğv edildiyi və təsərrüfat subyektinin qeydiyyata alınmadığı müəyyən edilmişdir.Təsərrüfat subyekti ilə bağlı məhkəmə qərarında qeyd etmişdir ki, inzibati iş materiallarında olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən göründüyü kimi iddiaçı ünvan 1 ünvanda 20 kv metr sahəni icarəyə götürmüş, bu barədə məlumatı cavabdehə təqdim etmişdir.Bununla bağlı isə bildirirlər ki, vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına daxil edilərkən təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilən ünvanda yerləşən, **********-15001 nömrəli koda malik “Avto-təmir” obyekti xx.xx.2022-ci ildə qeydiyyata alınmış, lakin qısa müddət sonra - xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır.Qeyd olunan fakt birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə buna əhəmiyyət verməmiş, sadəcə iddiaçının təqdim etdiyi icarə müqaviləsini əsas götürmüşdür. Halbuki, elektron-uçot məlumat bazasına əsasən hal-hazırda vergi ödəyicisinin adına qeydiyyatda olan hər hansı təsərrüfat subyekti (obyekti) mövcud deyildir.Göründüyü kimi, vergi orqanının qərarı tamamilə qanunvericiliyə uyğun olsa da, məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur.Yazılı etiraz iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Vergi orqanının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020- ci il tarixli 265 nömrəli qərarının 3.1-ci maddəsinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Bu maddələrin müddəalarından da göründüyü kimi riskli əməliyyatların meyarları təsbit olunmuş 3.1.1-ci maddənin məzmununda nəzərdə tutulmuş alış və və satış arasında fərqli ceşidlər müəyyən edilməmişdir. Yəni Elektron qaimə əsasında alınmamış və alınmış və satılmış mallar arasında nə kəmiyyət, nə də çeşid fərləri yaranmamışdır. Ümumiyyətlə avtomobil təmirində istifadə olunan ehtiyyat hissələrinin əksəriyyət hissəsi işlənmiş (köhnə) və bazardan alınaraq quraşdırılmışdır. Ona görə də müddəada nəzərdə tutulan hüquq pozuntusu halları baş verməmişdir. Apellyasiya şikayətinin növbəti sətrində vergidən yayınma riskinin yarandığı qeyd olunur. Bildirirlər ki, vergidən yayınma riski tamamilə mövcud olmamış bu barədə vergi orqanı tərəfindən müvafiq araşdırma aparılaraq ödənilməmiş vəsaitə görə hesablanmış vergi məbləğləri ləğv edilmişdir. (Araşdırma prossesində vergi orqanına Arayış, açıqlama, Bank çıxarışları, alış Aktları təqdim olunmuşdur). Dövlət Sığorta Şirkəti ilə hesablaşmalar isə yalnız və yalnız Elektron Qaimə əsasında müvafiq bank hesabı vasitəsilə həyata keçirilmişdir. Hesablaşmaların həcmi, kəmiyyət ifadəsi barədə bəyənnamələr ( hesabatlar) vergi orqanına təqdim olunmuşdur. Aplelliyasiya şikayətini isə Vergi orqanı belə halları yalnız təxmin edilməklə əsaslandırılmağa çalışdığı və vergi ödəyicisinin qanuni mənafeyi (VM mad 24.0.2.) gözlənilməli olduğu halda gözlənilməmiş və heç bir qaranlıq məqamlar araşdırılmadan verilmişdir. Apellyasiya şikayətində əmtəəsiz mal dövriyyəsinin olduğu iddia olunur. Bildirirlər ki, işlənmiş avtomobil ehtiyat hissələrinin Alış Aktı əsasında alındığı və elektron sistemə əlavə edildiyi qeyd olunmur. Şikayətin məzmunundan görünür ki, vergi orqanı öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının vəzifələrini icra etməli olsa da, vergi ödəyicisinin hüquqlarını nəinki mühafizə etməmiş hətta qanuni hərəkətlərini də gizlətməklə qanunsuz don geyindirməyə çalışmışdır. Vergi Məcəlləsinin 71-2.1. maddəsində Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Gecikdirilmiş alış aktları barədə isə qanunvericilikdə hər-hansı maliyyə sanksiyası və ya cərimə nəzərdə tutulmur. Tərəflərindən bazardan (işlənmiş) vergi ödəyicisi kimi uçotda olmayan şəxslərdən ehtiyyat hissələri alınaraq birbaşa (qəza keçirmiş) avtomobillərə quraşdırılmışdır. Sonradan isə alış aktları avtomatlaşdırılmış vergi informasiya sisteminə daxil edilmişdir. Burada hər-hansı qanunsuz mal dövriyyəsindən söhbət gedə bilməz.İddiaçı mal alıb satmır. Qaçaqmalçılıq etmir, maliyyə dələduzluğu ilə məşğul olmamışdır. Vergi orqanı çox yaxşı bilir ki, nə sığortaedən Dövlət Sığorta Şirkətinin görülməyən işlərə görə ödəniş etməsi, nə də sığortaolunan avtomobillərin sahibləri olan fiziki şəxslərin görülməyən işlərə görə razı salınması mümkün deyil. Əziyyətlə ustalıq edərək köhnə ehtiyat hissələri quraşdıraraq sığorta şirkətini və zərərçəkmişi razı salmaq qaçaqmalçılıq, əmtəəsiz mal dövriyyəsi, cinayət yolu ilə əmlakın leqallaşdırılması deyil. Riskli qrupa salma sadəcə vergi orqanı tərəfindən buraxılmış səhvdir, hansı ki, bu gün də haqsız iddia irəli sürməklə halal zəhmətə qarşı yönələn heç bir tutarlı arqument də gətirə bilmir. Appelyasiya şikayətində istinad edilən müxtəlif qanunvericilik çıxarışlarının isə tərəflərindən görülən işlərin məzmununa heç bir aidiyyəti yoxdur. O ki, qaldı kodlaşmaya, iddiaçı ustadır, kodlaşma barədə məlumatları yalnış təqdim etmişlər. Əgər uçot yeri barədə hər hansı problem olmuşsa bununla bağlı vergi orqanı tərəfindən fəaliyyət dövründə müvafiq xəbərdarlıq və ya operativ qeydiyyat təmin olunmalı idi. Belə hallar isə tamamilə baş verməmişdir. Usta kimi iddiaçı öz evində də işləyə bilər. Amma vergidən yayınma halı baş verməyib. Çünki sığorta şirkəti heç vaxt nağd hesablaşmır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, iddiaçının fərdi sahibkar (usta) olaraq riskli vergi ödəyicisi qrupunda saxlanılmağının vergi orqanı üçün heç bir faydası yoxdur. Burada vergi borcu barədə hər-hansı iddia və ya yayınmadan söhbət getmir. Dövlət Sığorta Şirkətinin iddiaçıya ödəmədiyi borclarının ödənilməsi üçün ondan riskli qrupdan çıxaqılmağını tələb etməsi səbəbində və usta kimi qanuni fəaliyyətinin davam etdirilməsi məqsədilə Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş komandanın mikro və kiçik sahibkarlarlığın inkişafına mane olan yersiz əngəllərin aradan qaldırılması, ölkədə məşğulluq səviyyəsinin yaxşılaşdırılması, sahibkarlara dəstək çağırışlarına əhəmiyyət verməyən vergi orqanı nə istədiyini anlaya bilmir. İddiaçının riskli vergi ödəyicisi qrupunda qalmağının vergi orqanı üçün hansı əhəmiyyəti var? Burada qazanacaqları nədir? Bir halda ki, onun gələcəkdə sahibkarlıq hüququndan istifadəyə məhdudiyyət yaradır. Bu da həm ölkədə aparılan iqtisadi, həm məşğulluq, həm sosial siyasətin bütün tələblərinə ziddir. Əgər işləməyəcəksə, deməli vergi də ödəməyə bilməyəcək. Vergi orqanı bu yolla iddiaçının əmək hüququnu məhdudlaşdırdığı halda iddiaçı dövlətdən sosial təminat tələb etməli olacaq.Vergi orqanı vətəndaşın vəziyyətini pisləşdirən mülki və ya inzibati qanuvericilik aktlarının tətbiq etməsi tələbi hüququn prinsiplərinə ziddir. Belə hüquq qaydası nəzərdə tutula bilməz.
e) Prosses iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir
15. Azərbaycan Respublikasının NazirlərKabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla)
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun:
15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 14.3- inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 73.1.İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
21. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına istinad edərək aşağıdakıları qeyd edir:
22. İşin hallarına görə Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən fiziki şəxs İddiaçı qarşılıqlı əməliyyatları təhlil olunmuşdur.
23. Fiziki şəxs İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 34,7 min manat dəyərində təqdim edilmiş qaimə-faktura üzrə satışda "Sol fara, sağ padnoşka, qapı, padnoşka, arxa bufer” və digər avtomobil ehtiyat hissələri qeyd olunduğu müəyyən edilmişdir. Lakin vergi ödəyicisinin elektron qaimə- faktura üzrə alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir.
24. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1-ci və 2.1.3.-cü bəndlərinə əsasən fiziki şəxs İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2021-ci il tarixli **********055200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir.
25. Bundan əlavə, araşdırılan dövrdən sonrakı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində də vergi ödəyicisi tərəfindən cəmi 14,6 min manat dəyərində təqdim edilmiş elektron qaiməfakturaların (arxa bufer, stupiça paçemnik, ekran, fara və s.) riskli əməliyyatlar hesab olunduğu müəyyən olunmuşdur.
26. Azərbaycan Respublikasının NazirlərKabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”mn 2.1.1, 3.1.1, 2.1.3 yarımbəndinə uyğun olaraq risk meyarı (meyarları) müəyyən edilmişdir.
27. Məhkəmə qərarında qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə bildirişi aldıqdan sonra dəqiqləşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etmiş və həmin bəyannamədə göstərilmiş vergi məbləğini büdcəyə ödəmiş, gələcək fəaliyyətində qanunazidd və qüsurlu əməliyyatların aparılmayacağı barədə cavabdehə yazılı zəmanət təqdim etmişdir.
28. Cavabdeh tərəfindən xx.xx.2021-ci ildən sonra iddiaçının riskli vergi əməliyyatlarını aparması barədə, yəni iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarlara hazırda da uyğun gəlməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir.
29. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə bağlı məhkəmə Kollegiyası bildirir ki, vergi ödəyicisi tərəfindən gələcək fəaliyyətində qanunazidd və qüsurlu əməliyyatların aparılmayacağı barədə yazılı zəmanətin verilməsi onun riskli vergi ödəyicisi siyahısından çıxarılmasına əsas vermir. Belə ki, vergi ödəyicisi onun riskli vergi ödəyiciləri siyahısına əlavə edilməsinə səbəb olan nöqsanları aradan qaldırmamışdır.Araşdırma zamanı iddiaçı tərəfindən riskli elektron qaimə-fakturaların tam şəkildə deyil, qismən ləğv edildiyi və təsərrüfat subyektinin qeydiyyata alınmadığı müəyyən edilmişdir.
30. Təsərrüfat subyekti ilə bağlı məhkəmə qərarında qeyd etmişdir ki, inzibati iş materiallarında olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən göründüyü kimi iddiaçı ünvan 1 ünvanda 20 kv metr sahəni icarəyə götürmüş, bu barədə məlumatı cavabdehə təqdim etmişdir.
31. Bununla bağlı isə məhkəmə Kollegiyası bildirir ki, vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına daxil edilərkən təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir.Yuxarıda qeyd edilən ünvanda yerləşən, **********-15001 nömrəli koda malik “Avto-təmir” obyekti xx.xx.2022-ci ildə qeydiyyata alınmış, lakin qısa müddət sonra xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır.
32. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkilinə (nümayəndəsinə) bunun səbəblərini izah etmək təklif edilmiş, iddiaçının vəkili (nümayəndəsi) **********-15001 nömrəli koda malik “Avto-təmir” obyektinin xx.xx.2022-ci ildə qeydiyyata alınması, lakin qısa müddət sonra - xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılması səbəbləri barədə məlumatın verilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, növbəti məhkəmə iclasında iştirak etməmiş, nə də ki, apellyasiya şikayətinə yazılı etirazda bu faktlara aydınlıq gətirilməmişdir.
33. Halbuki, elektron-uçot məlumat bazasına əsasən hal-hazırda vergi ödəyicisinin adına qeydiyyatda olan hər hansı təsərrüfat subyekti (obyekti) mövcud deyildir.Göründüyü kimi, vergi orqanının qərarı tamamilə qanunvericiliyə uyğun olsa da, məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
34. Beləliklə, iddiaçının apellyasiya şikayətinə yazılı etirazının dəlilləri ümumi şəkildə əsaslandırılmaqla, həmin dəlillər mötəbər sübutlarla təsdiq olunmur.
35. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür.
36. Qeyd edilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3039/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ləğv edilməli və iddia rədd olunmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3039/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.