Məhkəmə qərarları › İş №2-1(103)-585/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-585/2025

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-585/2025 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxslər üçüncü şəxs1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ## ###### 2022-ci il tarixli, ************ nömrəli imtinasının əsassız sayılması, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 4000 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, **** saylı sərəncamına əsasən Binəqədi qəsəbə ərazisində 4000 kv.m. boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün iddiaçının, yəni İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. Həmin torpaq sahəsinin alqısatqısına dair müəyyən olunmuş dövlət rüsumu da tərəfindən ödənilmişdir. Həmin ödənişin həyata keçirilməsi ödəniş qəbzləri ilə də öz təsdiqini tapmışdır. Bundan əlavə, Binəqədi qəsəbə Bələdiyyəsi ilə aralarında Binəqədi qəsəbə ərazisindəki 4000 kv.m. torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Həmin akta əsasən qeyd olunan torpaq sahəsi iddiaçıya satılmış və bunun müqabilində tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinin büdcəsinə əvvəlcədən 4800000 manat haqq ödənilmişdir. Həmçinin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən ## ### 2018-ci il tarixində tərtib olunmuş *** nömrəli arayış ilə də qeyd olunan torpaq sahəsinin ona verildiyi təsdiq olunmuşdur. Daha sonra tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 4000 kv.m. torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Cavabdeh ərizə göndərilmişdir. Həmin orqan tərəfindən göndərilmiş və ## ###### 2022-ci il tarixində iddiaçı tərəfindən qəbul olunmuş ## ###### 2022-ci il tarixli ************ nömrəli məktuba əsasən əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Buna əsas olaraq isə tərəfindən təqdim olunmuş torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmadığı qeyd olunmuşdur. Halbuki, qanunvericiliyə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi tərəfindən təqdim olunan sənədlərin arasında həm ödəniş qəbzləri, həm də bələdiyyə tərəfindən tərtib olunmuş Binəqədi qəsəbə Bələdiyyəsinin torpaqların alqı-satqısına dair akt və ## ###### 2004-cü il tarixli, **** saylı sərəncamı mövcuddur. Həmin sənədlərdə Binəqədi qəsəbə Bələdiyyəsinin vəzifəli şəxslərinin imzası və bələdiyyənin möhürü də vardır. Buna görə də, qeyd olunan sənədlər iddiaçının əmlak hüquqlarının qeydiyyata alınması üçün kifayət qədər əsas verir. Bu da onu göstərir ki, Cavabdeh * saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Odur ki, hazırda mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 4000 kv.m. torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərarın qəbul olunması zərurəti vardır. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022ci il və ##.##.2022-ci il tarixlərində cavabdehə müraciətlər etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. Bundan başqa, elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi dövlət mülkiyyətindədir, bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir (Binəqədi Oyl). Habelə, göstərilən sahə yeni məktəb, uşaq bağçası və səhiyyə obyektinin tikintisi ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətinin **/**-**-**/*** saylı, ##.##.2018-ci il tarixli məktubu ilə müraciət edilmiş 2 ha sahənin daxilində yerləşir. Cizgidə istinad və məsafələri, perimetrik ölçüləri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Torpaq sahəsinin yaxınlığında neft quyuları mövcuddur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş və ## #### 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı Qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin– dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, Binəqədi rayon İcra Hakimiyyəti zəruri, Binəqədi qəsəbə Bələdiyyəsi iş üzrə adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## ###### 2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddiaçı İddiaçı cavabdeh xxxxnin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsi iddianın rədd edilməsinin əsaslarından biri kimi onu göstərmişdir ki, “Cavabdeh məhkəmə sorğusuna cavabında qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.” Məhkəmə bu hissədə lazımi araşdırma aparmamışdır. Belə ki, məhkəmə həm torpaq sahəsinin dövlət mülkiyyəti hesab olunması, həm də neft-qaz quyusunun mühafizə zolağında yerləşməsi ilə bağlı nəticəyə gələrkən sadəcə dövlət orqanlarının cavab məktublarını əsas götürmüşdür. Halbuki, hazırki halda yerində baxış keçirilmədən həqiqətən koordinatların harada yerləşməsini müəyyən etmək mümkün deyil. Bunu da yalnız obyektiv şəkildə aparılan ekspertiza nəticəsində müəyyən etmək olar. Məhkəmənin istinad etdiyi cavab məktubları subyektiv mülahizələrə əsaslana bilər və bu da İddiaçı mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Bundan əlavə, həmin torpaq sahəsinin dövlət mülkiyyətinə daxil olması onun İddiaçı satılıb-satılmaması məsələsini aydınlaşdırmır. Belə ki, bələdiyyə tərəfindən ## ###### 2004cü il tarixində sərəncam verilərkən həmin sahənin dövlət mülkiyyətində olub-olmaması məsələsi aydınlaşdırılmış və daha sonra müqavilə bağlanmışdır. Hazırki halda məhkəmə torpaq sahəsinin dövlət mülkiyyəti olduğunu göstərərək iddianı rədd edə bilməzdi. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıya torpaq sahəsi ayrılarkən bələdiyyə həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmamışdır. Lakin məhkəmənin qərarında da qeyd olunduğu kimi həmin sənədlərin alınması iddiaçının yox, Bələdiyyənin öhdəliyində idi. İddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lazımi sənədləşməni aparmış və torpaq sahəsi üçün lazımi ödəniş etmişdir. Bununla əlaqədar məhkəmə təcrübəsinin ümumiləşdirilməsinə daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, iş № *-*(***)-****/**** saylı qərarında qeyd olunmuşdur ki, “şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq səlahiyyətli orqanların rəylərinin alınması və ya həmin orqanlarla razılaşdırmaların aparılması torpaq sahəsinin ayrılması üzrə icraatın tərkib hissəsini təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasına görə, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bu tənzimləməni nəzərdə tutmaqla qanunvericinin məqsədi ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul olunmasına xidmət edir. Belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmaq keyfiyyətinə malik deyildir və bu baxımdan inzibati akt kimi qiymətləndirilə bilməz. Torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində alınan rəylər və ya aparılan razılaşdırmalar yalnız torpaq sahəsinin ayrılması ilə bağlı suveren iradənin formalaşması və son nəticədə həmin iradəni ifadə edən inzibati aktın, yəni qərarın qəbul olunması məqsədlərinə xidmət edir. Məhz icraatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır, yəni ona torpaq sahəsinin ayrılması ilə bağlı məsələni tənzimləyir və həll edir. Başqa sözlə, şəxsə torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Bu mənada hüququn yaranma anının da həmin qərara bağlı olduğu diqqətə alınmalıdır. Torpaq sahəsinin ayrılması üzrə icraat zamanı qərar qəbul etməyə səlahiyyətli inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması inzibati aktın hüquqi qüvvəsinə hər hansı təsir göstərmir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Torpaq sahəsinin alqı-satqı Aktı institutunun ləğv olunması, onun tərtib olunduğu tarixdə qüvvədə olan qanunvericilikdə torpaq sahəsinin alqı-satqısının müqavilə əsasında həyata keçirilməsinin nəzərdə tutulması, ödəmənin də sonrakı tarixdə həyata keçirilməsi ilə bağlı xüsusatlar torpaq sahəsinin ayrılması barədə inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını istisna edən, eləcə də həmin inzibati akta əsaslanan hüququn mərhuma məxsus olmasına dair arayışın verilməsindən imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, torpaq sahəsinin alqı-satqısının akt və ya müqavilə formasında həyata keçirilməsi mahiyyət baxımından hüquqmüəyyənedici sənəd olan qərardan irəli gələn, ona əsaslanan və onun icrasına yönəlik hərəkət kimi qəbul edilməlidir. Bu zaman önəmli olan və həlledici əhəmiyyət kəsb edən alqı-satqının həyata keçirildiyi forma deyil, tərəflər arasında alqı-satqının (bunun forma ilə bağlı tələbin pozulması ilə müşayiət olunduğuna rəğmən) baş tutduğuna dair iradə ifadəsidir. Hazırkı mübahisəyə münasibətdə tərəflərin alqı-satqı ilə bağlı iradəsi onların istifadə etdiyi alqı- satqı aktında ifadə olunmuşdur. Torpaq sahəsinə görə müəyyən olunmuş vəsaitin Mehdiabad Bələdiyyəsinin hesabına ödənilməsi də tərəflər arasında torpaq sahəsinin alqı-satqısının baş tutduğunun təsdiqi kimi qəbul olunmalıdır. Məhkəmə qeyd edir ki, alqı-satqı ilə bağlı forma tələbinə riayət olunmasını təmin etmək şəxsin deyil, müvafiq səlahiyyətli orqanın məsuliyyət sferasına aiddir. Bu baxımdan forma tələbinin pozulması şəxsin ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz”. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2023-cü il tarixli, *-**-*F/*-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, “İddiaçı barəsində Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin arxiv fondu üzrə ##.##.2004-cü il tarixli, **** saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Qərarda qeyd olunmuşdur ki, “İş materiallarına əlavə edilmiş İddiaçı ayrılmış torpaq sahəsinin (4000 kv.m) yerləşmə sxemi Binəqədi qəsəbə bələdiyyəsinin mütəxəssisinin imzası ilə təsdiq edilmiş, həmin yerləşmə sxemi ilə dövlət arxivinə təhvil verilmiş İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi ilə eynilik təşkil etmir.” Birinci instansiya məhkəməsi sənədlər arasında ziddiyyətin aradan qaldırılması üçün lazımi araşdırma aparmamışdır. Məhkəmə nəzərə almalı idi ki, ümumiyyətlə inzibati məhkəmə icraatında ekspertizanın keçirilməsi və ekspert rəyindən sübutetmə vasitəsi kimi istifadə olunması işin hallarının araşdırılması prinsipinin tələbindən irəli gəlir. Bu prinsip İPMin 12-ci maddəsində ətraflı surətdə tənzimlənir və məzmun baxımından inzibati orqanların fəaliyyətinə dair “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə uyğunluq təşkil edir. İşin hallarının araşdırılması prinsipinə əsasən, məhkəmə işin hallarını xidməti vəzifəsinə görə araşdırmalı və bu zaman tərəflərin izahatları və ya onların təqdim etdikləri sübutlarla kifayətlənməməlidir. Hazırkı işdə də, əgər məhkəmə işin hallarının araşdırılması prinsipinə və bundan irəli gələn xidməti vəzifəsinə uyğun olaraq, işin düzgün həlli üçün məhkəmə tikintitexniki ekspertizasının keçirilməsini və ekspert rəyindən sübutetmə vasitəsi kimi istifadə olunmasını zəruri hesab edibsə, bu halda, o, İPM-in təkcə 12-ci maddəsinin deyil, 29-1 və 58-ci maddələrinin tələblərini də gözləməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iddiaçının nümayəndəsi və vəkili Vəkil çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarının təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; -Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, **** nömrəli sərəncamına əsasən Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 4000 m² boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün vətəndaş İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır. -Torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə ##.##.2004-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyənin ümumi iclasında baxılmış və Bələdiyyə ərazisində 4000 kv.m torpaq sahəsi satılması barədə ##.##.2004-cü il tarixli, **** nömrəli qərar qəbul edilmişdir. Akt bələdiyyə sədri və İddiaçı tərəfindən imzalanmış və bələdiyyəyə aid möhürlə təsdiq edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin ##.##.2023cü il tarixli, *-**/*-**-**-****/**** nömrəli məktubunda göstərilmişdir ki, Binəqədi qəsəbə bələdiyyəsinin ##.##.2004-cü il tarixli, **** nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir. - Cavabdeh publik hüquqi şəxsinin tabeliyində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Binəqədi qəsəbə bələdiyyəsinin ##.##.2004-cü il tarixli, **** nömrəli qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinə dair hər-hansı məlumat aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2023-ci il tarixli, *-**-*-**/*- ******** nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 4000 kv.m torpaq sahəsin (iddiaçı İddiaçı adına) qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2023-cü il tarixli, *-**-*/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2023-ci il tarixli, *-**-*-**/*- *****/**** nömrəli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən şərti göstərilən 0.4 ha torpaq sahəsi dövlət mülkiyyətindədir, bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir (Binəqədi Oyl). Habelə, göstərilən sahə yeni məktəb, uşaq bağçası və səhiyyə obyektinin tikintisi ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətinin **/**-**-**/*** saylı, ##.##.2018-ci il tarixli məktubu ilə müraciət edilmiş 2 ha sahənin daxilində yerləşir - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2023-ci il tarixli, *-**-*-**/*- *****/**** nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan ərazidə dövlət proqramı çərçivəsində aparılacaq hər hansı tikinti işləri barədə məlumatın aidiyyəti üzrə İcra Hakimiyyəti orqanından alınması məqsədəuyğundur. - üçüncü şəxs1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ##.##.2023-ci il tarixli, **/**** nömrəli məktubunda göstərilmişdir ki, üçüncü şəxs1 Şirkətinin Azərbaycan Respublikasındakı filialına (“Şirkət”) ünvanlanan *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli sorğuya Şirkət tərəfindən baxılmışdır. Sorğunuzda yaranmış zərurətlə əlaqədar olaraq, Bakı İnzibati məhkəməsinin icraatında olan, iddiaçı İddiaçı cavabdeh xxxxnin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair *-*(***)-****/**** saylı inzibati iş üzrə, Bakı şəhəri, Binəqədi qəsəbə Bələdiyyəsinin **** saylı, ##.##.2004-cü il tarixli sərəncamına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üçün Binəqədi qəsəbəsi ərazisində ayrılmış iddia olunan 4000 kv.m torpaq sahəsinin üçüncü şəxs1 Şirkətinin istifadəsində verilmiş kontrakt sahəsinin hüdudları və neft quyularının mühafizə zonası daxilində yerləşib-yerləşməməsi, yerləşdiyi təqdirdə torpaq sahəsinin quyularla arasında olan zonasının hansı məsafədə olduğu barədə məlumat verilməsi xahiş edilmişdir. Müraciətə əsasən Şirkətin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək müəyyən olunmuşdur ki, nəzərdə tutulan torpaq sahəsi Şirkətin Saziş ərazisi hüdudları daxilindən kənarda yerləşməklə UTM WGS 84 koordinat sistemində aşağıda göstərilən koordinatlar daxilindədir: 1.401543.1904-4480577.9561, 2.401583.8925-4480627.6545, 3.401631.7737-4480588.4584, 4.401590.6554- 4480538.0679. Sözügedən torpaq sahəsi 145039 va ****** saylı fəaliyyətdə olmayan neft quyularının mühafizə zolağı daxilində yerləşir. Yuxarıda qeyd olunanları nəzərə alaraq boru kəmərlərinin və digər obyektlərin mövcudluğunun dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət edilməsi tövsiyyə olunur. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, *-**/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının ## ##### 2016-cı il tarixli, */* nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”na və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında təsdiq olunmuş iş nomenklaturuna uyğun olaraq, müvəqqəti saxlama müddəti başa çatmış sənədlər daimi saxlanmaq üçün Dövlət arxivinin Bakı filialına təhvil verilir. O cümlədən, RİH başçısı sərəncamlarının müvəqqəti saxlama müddətinin 5 il olmasını nəzərə alaraq, sözügedən torpaq sahəsinin ayrılmasına və fərdi yaşayış evinə dair sənədlərin surəti Rayon İcra Hakimiyyəti arxivində aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın ##.##.2024-cü il tarixli, 14-2/2- ****/*** nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ayrılmış ərazilərin hüdudları daxilində yerləşib-yerləşmədiyinə dair məlumat verilməsi barədə SOCAR-a ##.##.2024-cü il tarixdə daxil olmuş məktuba baxılmış, qoşmada olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 145039 və ****** nömrəli ləğv olunmuş quyuların müvafiq olaraq 11 və 25 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci bəndinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarının 3.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə edilən dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma şənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyular arasında 300 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə 150 metr, ləğv olunmuş quyularla minimum 75 metr müəyyən olunmuşdur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli Qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin, eyni zamanda təhlükəsizliyin təmin olunması məqsədi ilə, quyuların mühafizə zonası gözlənilməli və həmin qeyri-yaşayış obyekti ilə bağlı aparılan bütün əməliyyatlar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmalıdır. İşdən müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı tələbi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 4000 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh inzibati orqanın ## ###### 2022-ci il tarixli, ************ nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinin torpaqların alqı-satqısına dair aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır, həmçinin torpaq sahəsinin ayrılmasına dair qərar 2012-ci ildən sonra verilmişdir. Eyni zamanda, həmin torpaq sahəsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir. Qeyd olunan səbəblərdən müraciətin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir və müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Bundan sonra, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, iş üzrə iddiaçıya torpaq sahəsi ayrılarkən həmin dövrdə qüvvədə olmuş qanunvericiliklə tələb olunan normalara əməl edilməmiş, DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmamışdır. İddia olunan torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən planı (cizgisi) təsdiq edilməmiş və torpaq sahəsinin normativ qiyməti müəyyən edilərək bələdiyyəyə göndərilməsi müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ayrılmış torpaq sahəsinin (4000 kv.m) yerləşmə sxemi Binəqədi qəsəbə bələdiyyəsinin mütəxəssisinin imzası ilə təsdiq edilmiş, həmin yerləşmə sxemi ilə dövlət arxivinə təhvil verilmiş İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi eynilik təşkil etmir. Cavabdeh * saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavabında qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Hazırkı halda mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə torpağına aid olması müəyyən edilərkən dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan Cavabdeh məlumatı əsas götürülməlidir. Eyni əraziyə dair Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2018-ci il tarixli məktubla reyestr orqanına müraciət edilərək əraziyə dair saxta bələdiyyə sərəncamların verildiyi, ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair müraciət olduqda sənədləşmə işlərinin aparılmaması xahiş olunmuşdur. Dövlət torpaq kadastr məlumatlarına əsasən naturada göstərilən torpaq sahəsinin 145039 və ****** nömrəli ləğv olunmuş quyuların müvafiq olaraq 11 və 25 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşdiyi müəyyən olunmuşdur. İddiaçının iddia etdiyi torpaq sahəsi neft-qaz quyusunun mühafizə zonasında yerləşməklə təhlükəsizlik cəhətdən də əlverişsizdir. Bu cür ərazilər əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aiddirlər. İlk növbədə qeyd olunmalıdır ki, Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, **** nömrəli sərəncamına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 4000 m² boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün alqı-satqı qaydasında vətəndaş İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən: (Sərəncam qəbul edildiyi zaman qüvvədə olan) - 4.0-cu maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. - 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - 6.7-ci maddəsinə əsasən bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) əsasən: 1-ci bəndə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 4-cü bəndə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. 18-ci bəndə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 19-cu bəndə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. 21-ci bəndə əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Qanunvericiliyin tələbindən görünür ki, torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə etməli, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim etməli, həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi ilə bağlı qərar qəbul etməli, şəxslə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmalıdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanmış ************ nömrəli, ##.##.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ##.##.2021-ci il tarixli ********** nömrəli müraciətə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamış, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər. Yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır”. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələbinə əməl edilməmiş Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əldə edilməmişdir. Cavabdeh inzibati orqan imtinasının, etirazının dəlillərindən biri odur ki, torpaq sahəsinin alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsaslı hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqısatqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməməsi inzibati orqanın inzibati icraat çərçivəsində aparılmalı olan hərəkətdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış torpaq sahəsinin (4000 kv.m) yerləşmə sxemi ilə (İddiaçı özü tərəfindən təqdim edilmiş) dövlət arxivinə təhvil verilmiş yerləşmə cizgisi fərqlidir, eynilik təşkil etmir. Qeyd edilməlidir ki, sxemlərə vizual olaraq nəzər yetirdikdə belə görünür ki, sxemlər arasında ciddi fərq var, torpaq sahələrinin eyni olması müəyyən edilmir. Cavabdeh inzibati orqanın iddia tələbinə etirazının dəlillərindən biri odur ki, mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir və bələdiyyənin belə bir qərar qəbul etmək səlahiyyəti olmamışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli, *-**-**-**/*-****/**** nömrəli ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli Qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” Qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də "Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini nəzərə alaraq, iddiaçı İddiaçı faktiki istifadəsində olan 4000 kv.metr boş torpaq sahəsi ayrılan zaman və halhazırda Bakı şəhər Binəqədi Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəy kifayət qədər əsaslandırılmamışdır. Belə ki, tədqiqatın nəticəsi olaraq mübahisəli torpaq sahəsinin bələdiyyə torpağı olması qeyd edilsə də, belə bir nəticəyə hansı faktlar və dəlillər əsasında gəlinməsi göstərilməmiş, yalnız hüquq normalarına istinad edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş hazırkı rəy torpaq sahəsinin bələdiyyəyə məxsus ərazi hesab edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı torpaq sahəsinin dövlətin və ya Binəqədi qəsəbə bələdiyyəsinin mülkiyyətində olması ilə bağlı araşdırılma aparılması məqsədilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuda qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxxnin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli vəsatətdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən 4000 kv.m sahənin yeni məktəb, uşaq bağçası və səhiyyə obyektinin tikintisi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin **/**-**-**/*** saylı, ##.##.2018-ci il tarixli məktubu ilə müraciət edilmiş 2 ha torpaq sahəsinin daxilində yerləşdiyi bildirilmişdir. Sözügedən məktubla əlaqədar xxxxnin * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış müraciətin əsaslarına dair ətraflı məlumatın, habelə, mövcud olduğu təqdirdə, müraciətdə qeyd olunan 2 ha torpaq sahəsinə dair müvafiq ilkin hüquqmüəyyənedici sənədlərin (sərəncam, qərar, order, akt və s.) surətinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən daxil olmuş ## ### 2026-cı il tarixli, *-**/*-****/**** nömrəli məktubda qeyd edilir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin cari arxivində 2021-ci ildən bugünədək olan dövr üzrə sənədlər mövcuddur. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.10-cu maddəsinə əsasən 2021-ci ilə qədər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən 4000 kv.m torpaq sahəsi halhazırda boşdur, orada heç bir tikinti işləri aparılmayıb, hasarlanmayıb və 2022-ci ildə həmin torpaq sahəsinin yaxınlığında *** nömrəli tam orta məktəb inşa edilib. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya ayrılan zaman torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. 6-cı maddəsinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Qanunvericiliyin normalarından müəyyən edildiyi kimi, bələdiyyə qərarları iclas keçirilməklə və bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilir. Hazırkı halda hüquqi əsas olaraq istinad edilən Sərəncam sədr tərəfindən imzalanmış, sənədin bələdiyyə iclasında qəbul edilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bələdiyyə sədrinin təkbaşına olaraq belə bir sənəd qəbul etmək üçün səlahiyyəti olmağı üçün Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, **** nömrəli sərəncamı hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisə predmeti olan torpaq sahəsi ilə əlaqədar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina ilə bağlı cavabdeh inzibati orqanın mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Həmid Ağalarov Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar