Məhkəmə qərarları › İş №2-1(103)-586/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-586/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-586/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiаçı İddiaçı (xx.xx.1990-cı il tarixində Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Nizami rayonu, Fizuli küçəsi, döngə 1, ev 3 ünvanında qeydiyyatdadır) cаvаbdеh Təhsildə X5rşı (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) “xarici dövlətin ali təhsil sahəsində bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1526/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 09.09.2019-cu il tarixində cаvаbdеh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən “X7 edilməsi Akademiyası” tərəfindən ona verilmiş ali təhsil haqqında B-17№ 133727 diplomun və ona əlavə edilmiş ******* №-li diplomların Ukrayna Respublikasının Kiyev şəhərində 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən 02.04.2018-ci il tarixdə X7 edilməsi Akademiyasının No A- 13427-18 sayı ilə təsdiq olunaraq, apostil qeydinə götürülmüş diplomunun tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən “X7 edilməsi Akademiyası”na daxil olmuş və 2017-ci ildə qeyd edilən Akademiyanı Hüquqşünaslıq ixtisası üzrə əyani şöbəsini bitirmişdir. Həmin Akademiya tərəfindən 30 iyun 2017-ci il tarixdə ona B-17133727 saylı “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr diplomu verilmişdir. O cümlədən ona tədris proqramını yerinə yetirməyinə dair 30 iyun 2017-ci il tarixdə ******* №-li Diploma əlavə verilmiş və təsdiqlənmişdir. Ona verilmiş diplom və diploma əlavə Ukrayna Respublikasının Kiyev şəhərində 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən 02.04.2018-ci il tarixdə X7 edilməsi Akademiyasının No-A-13427-18 saylı ilə təsdiq olunaraq, Apostil qeydinə alınmışdır. O həmin diplomun Azərbaycan Respublikasında tanınması və bu barədə şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə, 01.03.2019cu il tarixdə elektron qaydada müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin 09.08.2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, X1ması Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri mümkündür. İddiaçı absurd və məntiqsiz cavabla bağlı bildirir ki, digər tələbələr kimi o da 4 il müddətində 8 semestr qeyd edilən Akademiyada əyani təhsil almışdır. Təhsil müddəti Ukrayna Respublikasının müvafiq orqanları tərəfindən müəyyən olunur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra 20.02.2020-ci il tarixində iddiaçının nümayəndəsi X8 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş və ərizənin təmin olunmasını və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1526/2020 saylı 20 fevral 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1526/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı oğlunun cаvаbdеh Təhsildə X5rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “xarici dövlətin ali təhsil sahəsində bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onların məhkəmədə iştirakını təmin etməmişdir, belə ki, məhkəməyə İmişli rayonundan poçt şöbəsindən teleqram göndərərək üzürlü səbəbdən nümayəndəsinin ezamiyyətdə olduğundan hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasınını başqa vaxta təxirə salınmasını xahiş etsə də, məhkəmə MPM-in müvafiq maddələrinin tələblərini pozmuşdur. Məhkəmə qərarında iddianın təmin edilməməsinə sübut olan əsaslardan biri olaraq yazır ki, B17№133727 saylı diploma əlavədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı beynəlxalq kommersiya hüququnun bakalavr dərəcəsini rus dilində və əyani oxuyaraq təhsilini almış, universiteti 20.06.2017-ci il tarixində bitirmişdir. Ancaq məhkəmə nəzərə almamışdır ki, cavabdehin etirazında yazdıqlarını qərarında yazarkən cavabdehin “iddiaçının tədris dilini (Ukrayna dili) tam səviyyədə bilməməsi, onun aldığı ixtisası mənimsənilməsini şübhə altına alır” yazması əsassızdır. Yəni iddiaçı rus dilində təhisl aldığından, onun tədris dili ukrayna dili deyil, rus dilidir. Ukrayna dilini də qənaətbəxş bilməməsi imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İddiaçı və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1526/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Regionlarası Heyətin idarə edilməsi Akademiyası tərəfindən 30.06.2017-ci ildə verilmiş B17 № 133727 nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “X10 edilməsi Akademiyası” Ali təhsil müəssisəsini hüquqşünaslıq sahəsində Beynəlxalq kommersiya hüququ (birinci instansiya məhkəməsinin qərarının mətninə əsasən inşaat ixtisası) üzrə bakalavr dərəcəsinə layiq görülmüşdür. Sözügedən bakalavr diplomu rektor qismində fəaliyyət göstərən Kurko M.N imzalanmış və Ukrayna Təhsil və Elm Nazirliyi şöbəsinin baş mütəxəssisi Levitska İ.Y tərəfindən apostil ilə 02.04.2018-ci il tarixdə təsdiq olunmuşdur. - B17 №-133727 saylı diploma əlavədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı beynəlxalq kommersiya hüququnun bakalavr dərəcəsini rus dilində və əyani oxuyaraq təhsilini almış, universiteti 20.06.2017-ci il tarixində bitirmişdir. - Azərbaycan Respubllikasının Dövlət Sərhəd Xidmətinin 23 oktyabr 2019-cu il tarixli 33/5729 nömrəli məktubunda İddiaçı 2013-2017-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatlar qeyd edilmişdir. (21.01.2013-Çıxış Ukrayna; 18.03.2013-giriş Gürcüstan; 31.12.2013-çıxış Gürcüstan; 03.01.2014-giriş Gürcüstan; 20.12.2015- çıxış Ukrayna; 27.12.2015-giriş Ukrayna; 22.05.2016-çıxış Ukrayna; 26.05.2016-giriş Ukrayna; 08.11.2016çıxış Ukrayna; 13.11.2016-giriş Ukrayna 12.02.2017-çıxış Ukrayna; 18.02.2017-giriş Ukrayna; 16.03.2017-çıxış Ukrayna; 19.06.2017- giriş Ukrayna) - Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən verilmiş qeydiyyat vərəqəsinə əsasən qeyd edilmişdir ki, İ ilgetməyib, İİ il-getməyib, İİİ il-13 gün, İV il-3 ay 14 gün (İİ semestr əyani) Vətəndaşın atası qəbula gələrkən İ və İİ kursda getməməyinin səbəbini izah edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş « Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi»nin 2.2.2-ci, bəndinə görə Agentlik xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrıayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə Kollegiyası iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab edir ki, Ukraynanın ali təhsil müəssisəsi tərəfindən verilmiş “bakalavr” dərəcəsi üzrə diplomunun tanınması üçün iddiaçının aldığı təhsil Azərbacan Respublikasının təhsil standartlarına uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqrammı”nın 5.5-ci bəndinə, eləcə də, 21 yanvar 2011-ci il tarixli 9 saylı Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin “Nümunəvi Nizamnaməsi”nin” 1.28-ci bəndinə müvafiq olaraq bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 ildir, qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş cavabdeh Nazirliyin imtinasına əsas olmuş ekspert qrupunun rəyinə görə, iddiaçının təhsili ilə bağlı təqdim etdiyi sənədlərə və təhsil aldığı müddət ərzində ölkə sərhəddini keçməsinə dair məlumat cədvəlinə və işdə olan digər sənədlərə əsasən onun xarici ölkədə (Ukraynada) aldığı təhsilin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğu müəyyən edilmir. Həmin ekspert qrupu tərəfindən araşdırma nəticəsində müəyyən edilmişdir ki, X6 İdarəolunması Akademiyası-hüquqşünaslıq fakültəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan onun diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirməsi mümkün deyildir. Cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə edilmiş Ukrayna Respublikası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminin bazasında 2013-2017-ci illər haqqındakı qeydlərə -Sərhədkeçmə Məlumatına əsasən iddiaçı təhsil aldığı müddət ərzində, 1-ci kurs tələbəsi olarkən – getməyib; 2-ci kursda-getməyib; 3-cü kursda-13 gün; 4-cü kursda 3 ay 14 gün Ukrayna ölkəsində olmuşdur. Göründüyü kimi, iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməsi və ekspert qrupu tərəfindən müsahibə zamanı iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsi qeyri-realdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə əsasən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 09.09.2019-cu il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iş üzrə məhkəmə qərarı 22 sentyabr 2020-ci il tarixində, yəni iddiaçı məhkəməyə müraciət etdikdən 1 il sonra qəbul edilmişdir, eyni zamanda 09.10.2019-cu il, 20.02.2020-ci il tarixli məhkəmə iclas protokollarından da göründüyü kimi iddiaçının nümayəndəsi X8 məhkəmə iclaslarında iştirak etmişdir. Yəni onların öz mövqeylərini bildirmələri üçün kifayət qədər prosessual imkanları olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsinin onların iştiraklarını təmin etməməsi barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin etirazı iki səbəbdən-ölkədə qısa müddət olması və tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması olmuşdur. Birinci instansiya məhkəməsi öz qərarında iddiaçının tədris dilini (Ukrayna dili) tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsinin şübhə altına almasını qeyd etsə də, cavabdeh öz etirazında Ukrayna dili barədə hər hansı bir məsələyə toxunmadığından iddiaçının apellyasiya şikayətinin bu dəlili də məhkəmə tərəfindən əsassız hesab edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1526/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiаçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1526/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar