Məhkəmə qərarları › İş №2-1(103)-586/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-586/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-586/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5024/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə (1-ci siyahı ilə) əmək pensiyası hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən pensiya təyin olunması və əmək pensiyası üzrə ona ödənilməli pensiya ödənişinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5024/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5024/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cii il tarixli 320 saylı qərarına əsasən mənim xx.xx.1984xx.xx.1989-cu illərdə “Abşeronneft” NQÇİ-də 4 il 7 ay 28 giin işlədiyini Quyuların yeraltı təmir sexində və 3 saylı neft və qazçıxarma sexində quyuların yeraltı təmiri üzrə operator vəzifəsi (X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin eıııalı bölməsinin 11 OOOOOa-15876 şifrinə uyğundur. xx.xx.1989xx.xx.2006-cı illərdə “Qum Adası” NQÇİ-də işlədiyim İstehsalatın avtomatlaşdırılması sexinə mədəndə avadanlıqların xidməti ilə məşqul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə 3-cü dərəcəli çilingər peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-ci il tarixli 320 saylı qərarının X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 2-ci bəndindəki 1 100000a-18494 şifrinə - Neft-qaz və qaz kondensatın hasilatı mədəndə tərkibində kükrdlü hidrogen olan (1,5%dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərləri peşəsinə uyğundur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5024/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1964-cü ildə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır; İşdə olan H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olmuşdur; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 fevral 2021-ci il tarixli imtina məktubunda iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 3 ay 17 gün) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyinin tələbləri baxımından mümkün hesab olmadığı qeyd edilmişdir; İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisinin Mərkəzi Arxivinin 10 dekabr 2018-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1989-cu ildə (əmr № 485/k,xx.xx.1989-cu il) “Xəzərdənizneftqaz” İB-nin Serebrovski adına NQÇİ-nin İstehsalatın avtomatlaşdırılması sexinə mədəndə avadanlıqların xidməti ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə 3-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. Haqq-hesab cədvəlində göstərilən qeydə əsasən xx.xx.1991-ci ildə (əmr № 194/1) 4-cü dərəcə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 106 saylı qərarına və “Xəzərdənizneft" İB-nin xx.xx.1991-ci il tarixli, 110 saylı əmrinə əsasən Serebrovski adına NQÇİ xx.xx.1991-ci ildən (əmr№ 194,xx.xx.1991-ci il) “Qum adası” NQÇİ adlandırılmışdır. xx.xx.1995-ci ildə (əmr № 217/ş,xx.xx.1995-ci il) nəzarət-ölçü cihazları və avtomatika üzrə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.2010-cu ildə (əmr № 165/k, xx.xx.2010-cu il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar işdən azad olunmuşdur; İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “Aberonneft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1984cü il tarixindən xx.xx.1989-cü iln tarixinə qədər “Artyomneftqaz” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexində və 3 saylı Neft və Qazçıxarma sexində quyuların yeraltı təmiri üzrə operator peşəsində işləmişdir (Əmr № 176/kxx.xx.1984-əmr N 85/k.xx.xx.1989). “Abşeronneft” NQÇİ-də güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə iş stajı cəmi 04 il 07 ay 27 gün təşkil edir. Birinci instansiya məhkəməsi baxışı zamanı verilmiş sorğulara cavab olaraq: -“Azneft” İB “28 May” NQÇİ-nin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “28 May" NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsinin Dübəndi və Zirə nəzarət ölçü cihazlarına xidmət sahəsinin 5-ci dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri peşəsində çalışan İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməmişdir; -Azneft” İB “Abşeronneft” NQÇİ-nin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1989-ci il tarixinə qədər “Artyomneftqaz”(Abşeronneft) Neft və qazçıxarma idarəsinin Quyuların yeraltı təmiri sexində və 3 saylı Neft və qazçıxarma sexində quyuların yeraltı təmiri üzrə operator peşəsində işləmişdir (Əmr N 176/k xx.xx.1984 - əmr N 85/k. xx.xx.1989). Qeyd olunan “quyuların yeraltı təmiri üzrə operator” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2 bölməsinə aiddir. Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə iş stajı cəmi: 04 il 07 ay 27 gün təşkil edir; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli SOCAR**********80020123X00441 nömrəli iş stajı haqqında arayış müvafiq qaydalara uyğun olaraq arxiv sənədlərinə (əmrlər və şəxsi vərəqə) istinadən yazılmışdır. ARDNŞ-nin xx.xx.2010-cu il tarixli 124 nömrəli əmrinə əsasən “Azneft” İB-nin “Qum adası" NQÇİ 01,10.2010-cu il tarixdən ləğv edilmiş və sənədləri SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinə təhvil verilmişdir. Vətəndaşın işlədiyi peşələrin AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və ya 2 nömrəli Siyahısı” üzrə hansı peşələrə uyğun olub-olmaması barədə qeyd göstərmələri imkan xaricindədir; -Azneft” İB “Abşeronneft” NQÇİ-nin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinə kimi “Artyomneftqaz" (Abşeronneft) NQÇİ-nın Quyuların yeraltı təmiri sexində və 3 saylı neft və qazçıxarma sexində quyuların yeraltı təmiri üzrə operator peşəsində işləmişdir. Arxiv sənədlərinə əsasən İddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinə kimi dəniz şəraitində işləmişdir. Qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı” bölməsinin 1100000a-15876 kod altında nəzərdə tutulmuş peşəyə aiddir; -Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli SOCAR **********80020123X00441 nömrəli iş stajı haqqında arayış müvafiq qaydalara uyğun olaraq arxiv sənədlərinə (əmrlər və şəxsi vərəqə) istinadən yazılmışdır. ARDNŞ-nin xx.xx.2010-cu il tarixli 124 nömrəli əmrinə əsasən “Azneft” İB-nin “Qum adası" NQÇİ xx.xx.2010-cu il tarixdən ləğv edilmiş və sənədləri SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinə təhvil verilmişdir. Vətəndaşın işlədiyi peşələrin AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və ya 2 nömrəli Siyahısı” üzrə hansı peşələrə uyğun olub-olmaması barədə qeyd göstərmələri imkan xaricindədir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, 1982-ci il tarixdən hal-hazıradək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı 52 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (1 nömrəli siyahı üzrə) mövcud olması. Məhkəmə kollegiya qeyd edir ki, hazırkı iş üzrə qeyd edilən şərtlər birlikdə mövcud olmamışdır. Belə ki, məhkəmə iş materiarında olan sənədləri, o cümlədən əmək kitabçasının surətini tədqiq edərək, iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: xx.xx.1982-xx.xx.1982-ci illərdə Bakı Dəniz Ticarət Limanında fəhlə (1 ay 17 gün); xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə (2 il); - xx.xx.1984-xx.xx.1989-cu illərdə “Artyomneftqaz" (Abşeronneft) NQÇİ-nın Quyuların yeraltı təmiri sexində və 3 saylı neft və qazçıxarma sexində quyuların yeraltı təmiri üzrə operator (1100000a-15876, 4 il 7 ay 28 gün); - xx.xx.1989-xx.xx.2010-cu illərdə “Xəzərdənizneftqaz” İB-nin Serebrovski adına NQÇİ-nin İstehsalatın avtomatlaşdırılması sexinə mədəndə avadanlıqların xidməti ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə 3-cü dərəcəli çilingər ( xx.xx.2006cı il tarixədək 16 il 6 ay 8 gün). Göründüyü kimi, iddiaçının işlədiyi “quyularının yeraltı təmiri üzrə operator” peşəsi 4 il 7 ay 28 gün olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan peşə ilə (1100000a-15876) uyğunluq təşkil edir. Beləliklə, iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajı 23 il 3 ay 23 gün olmaqla 20 ildən çox, güzəştli iş stajı isə 4 il 7 ay 28 gün olmaqla 10 ildən az təşkil etdiyindən, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajı ilə bağlı şərt ödənilsə də, güzəştli iş stajı ilə bağlı şərt ödənilmir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən AR Dövlət Neft Şirkətinə (SOCAR) iddiaçının xx.xx.1989-xx.xx.1991-ci illərdə istehsalatın avtomatlaşdırılması sexində işlədiyi mədəndə avadanlıqların xidməti ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə 3-cü dərəcəli çilingər peşəsinin, xx.xx.1991-xx.xx.1995-ci illərdə işlədiyi 4-cü dərəcəli çilingər peşəsinin, xx.xx.1995-xx.xx.2010-cu illərdə işlədiyi 5-ci dərəcəli çilingər peşəsinin istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıya uyğunluğu barədə məhkəməyə məlumat verilməsi ilə bağlı sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq AR Dövlət Neft Şirkətinə (SOCAR) bildirmişdir ki, İddiaçı istehsalın avtomatlaşdırılması sexində (sorğu məktubunda təşkilatın (NQÇ-İ-nin) adı nevd edilməyibdir) 23 06.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək mədəndə avadanlıqların xidməti ilə məşğul olan nəzarət- ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində işləmişdir. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək istehsalın avtomatlaşdırılması sexində işlədiyi mədəndə avadanlıqların xidməti ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 Ns-li Siyahı»larında «Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı» bölmələrinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölmələrində və «Ümumi peşələr» bölmələrində nəzərdə tutulmuş peşələrlə eynilik təşkil etmir. Apellyasiya şikayətinin “...nəzarət-ölçü cihazları və avtomatika üzrə 3-cü dərəcəli çilingər peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-ci il tarixli 320 saylı qərarının X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 2-ci bəndindəki 1 100000a-18494 şifrinə - Neft-qaz və qaz kondensatın hasilatı mədəndə tərkibində kükrdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərləri peşəsinə uyğundur.” dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi “mədəndə avadanlıqların xidməti ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə 3-cü dərəcəli çilingər” peşəsinin 1 №-li siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə uyğunluq (eynilik) təşkil etməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq vurğulayır ki, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddiaçının hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5024/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar