Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-587/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın, bildirişin ləğvi və artıq ödəmənin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2898/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və ona əlavəyə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2rşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər X4 İddiaçı analoji olaraq heç bir qərar olmadan hesablanmış verginin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsinə xx.xx.2018-ci il tarixində və xx.xx.2018-ci il tarixində olmaqla vergi orqanı tərəfindən analoji olaraq 2017-ci il 1-ci rübündə bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş 161271.00 manat məbləğində vergi hsbalanmışdır. Analoji olaraq hesablanmış vergi məbləği barədə vergi orqanı tərəfindən ona hər hansl bir qərar, akt təqdim edilməmişdir. Müvafiq dövr üzrə tərəfindən vergi orqanına müvfiq bəyannamə təqdim edilmiş, lakin vergi orqanı tərəfindən indiyədək kameral münasibət bildirilməmişdir. Vergi orqanında xx.xx.2017-ci il tarixində uçota alınmağına baxmayaraq analoji hesablanmanın 2017-ci il 1-ci rübünə hesablanması əsassız, qanunamüvafiq deyildir. İddiaçı xx.xx.2016-cı il tarixli 294 saylı Xətai Rayon İcra Hakimiyyətinin başçısının Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələskər küçəsi, 2 saylı ünvanında olan yaşayış evini söküb yerində yeni yaşayış evi tikintisinə icazə aldıqdan sonra yeni fərdi yaşayış evini müvafiq dövlət orqanları ilə layihəsini razılaşdırdıqdan sonra tikmiş və yaşayış evi onun adına sənədləşdirilmişdir. Tikinti layihəsinin ekspertiziyadan keçirilməsi barədə müvafiq müqaviləni bağladıqdan sonra Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsissatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixində rəy almışdır. Yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri xidmətinin çıxarışı ilə mülkiyyət hüquqi ona məxsus olmuşdur. Çıxarış alınarkən, yaşayış evi satılarkən Notariyal qaydada dövlət vergiləri ödənilmiş və əmlak alqı-satqı edilmişdir. Vergi orqanı tərəfindən məcburi olaraq VÖEN verilərək heç bir qeydiyyat bildirişi və ya məlumatı verilmədən xx.xx.2017-ci il tarixindən ƏDV ödəyicisi kimi ƏDV qeydiyyatına alınmışdır. Halbuki, iddiaçının hər hansı bir sahibkarlıq fəaliyyəti yoxdur. Onun mülkiyyətində olan yaşayış evinə vergi orqanı əməkdaşları gələrək VÖEN almağını tələb etmişlər. İddiaçıya məcburi olaraq VÖEN verilmiş, xəbəri olmadan ƏDV qeydiyyatına qoyulmuşdur. Bundan sonra iddiaçıya keçmiş dövrə bina tikintisinə görə sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmədiyi səbəb göstərilmiş və analoji olaraq vergi hesablanmışdır. Ona analoji vergi hesablaması barədə qərar təqdim olunmamışdır. Bununla bağlı vergi orqanına müraciət məktubu ünvanlamış (məktub əlavə edilir). Lakin bu günədək hesablama qərarı ona təqdim edilməmişdir. Yəni, vətəndaş dövlət reystrindən çıxarışda qeyd edilən yaşayış sahəsini satarkən notariat orqanında alan alqı-satqı əməliyyatları zamanı notarius tərəfindən müvafiq vergi tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci, 15.1.9-cu, 20.3-cü, 37-ci, 53.3-cü, 62.1-ci, 94-cü, 219.3-cü, 220.8-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 2-ci, 8-ci və 45-ci maddələrinə istinad edərək cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər X4 İddiaçı analoji olaraq heç bir qərar olmadan hesablanmış verginin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X4 dəyişdirilərək, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olaraq qeyd olunması və vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********59700 saylı qərarın, ƏDV qeydiyyatının ləğvi barədə bildirişin ləğv edilməsi və artıq ödəmənin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması bardə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli sərəncamdan çıxarışa əsasən İddiaçı tərəfindən ünvan 2 ünvanında bina tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 2311,12 kv.m olan binanın 2017-ci ilin 1-ci rübündə təməlqoyma işlərinə başlanılmış, lakin Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir. Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi orqanı tərəfindən tikilmiş binanın (2311,12 m2 ) 217,36 m2 -i zirzəmi sahəsi olmaqla, 156,16 m2 -i yararlı olduğu müəyyən edilmiş və həmin hissəyə münasibətdə qeyri-yaşayış sahəsinə uyğun qanunvericiliklə nəzərdə tutulmuş əmsallar tətbiq edilməklə vergilər hesablanmışdır. Belə ki, Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Eyni zamanda, Vergi Məcəlləsinin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri- yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Vergi ödəyicisinin inşa etdiyi binanın yerləşdiyi ünvanın “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinin təsdiq edilməsi haqqında” NK-nın xx.xx.2015-ci il tarixli qərarına əsasən 8-ci zonaya aid olduğu müəyyən edilmiş və vergi qanunvericiliyinə əsasən zona əmsalı kimi 1,5 tətbiq edilərək vergilər hesablanmışdır. Son nəticədə, vergi ödəyicisinə 161268,0 manat (2154,96 x 45 * 1,5 + 156,16 * 45 x 1,5 x 1,5) əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunanlara əsasən, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********628000 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən cari vergi bəyannaməsi və ya müvafiq sənədlər təqdim edilməklə ətraflı izahat məktubu vergi orqanına təqdim edilmədiyindən xx.xx.2018-ci il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2017-ci ilin 1-ci rübü üçün 161271,0 manat anoloji qaydada vergi məbləği hesablanmış və hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********259700 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Vergi ödəyicisi iddia ərizəsində xx.xx.2017-ci il tarixdə uçota alınmasına baxmayaraq analoji qaydada 2017-ci ilin İ rübünə vergilərin hesablanmasını və kameral yoxlamanın aparılmasını qanunsuz hesab etmişdir. Vergi ödəyicisinə xx.xx.2017-ci il tarixdə kameral qaydada vergilər hesablanmış və hesablamaya əsas yuxarıda qeyd edilmiş binanın tikilməsinə baxmayaraq vergi orqanına hər hansı məlumat və bəyannamənin təqdim edilmədiyi əsas olmuşdur. Vergi Məcəlləsinin 37.1-ci maddəinə əsasə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 13.2.4-cü maddəsinə əsasən vergi ödəyicisi dedikdə, bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs başa düşülür. Əlavə olaraq vergi qanunvericiliyində iddiaçının istinad etdiyi halı təsdiq edən hər hansı norma əks etdirilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən vergi orqanına bəyannamə təqdim edildiyi, lakin kameral münasibət bildirilmədiyi qeyd edilsə də, uçot baza məlumatlarında belə hal aşkar olunmamışdır, yəni qeyd edilən dövr üzrə iddiaçı tərəfindən vergi orqanına müvafiq bəyannamə təqdim edilməmişdir. Həmçinin cavabdehin xx.xx.2019-cu il tarixli, **********707900 saylı etiraza əlavəsində qeyd olunmuşdur ki, təqdim olunmuş müqavilələrə nəzər saldıqda aydın olur ki, həmin müqavilələr müxtəlif şəxslərlə bağlanılmış daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilələrdən ibarətdir. Belə ki, qeyd edilən müqavilələrə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra İddiaçı müvafiq mənzilləri satmağı, özlüyündə alıcılar isə almağı öhdəlik kimi qəbul edirlər. Müqavilə əsasında alıcı təqdim edilməsi nəzərdə tutulan mənzilin qiymətinin bir qismini satıcıya ödəyir, qalan qismini isə əsas müqavilə bağlandıqda ödəməyi öhdəsinə götürür. Eyni zamanda, müqavilələrə nəzər saldıqda vergi ödəyicisi tərəfindən vəsatətdə qeyd edilən verginin ödənilməsi barədə hər hansı qeydin aparılmadığı aydın olur. Digər tərəfdən Vergi Məcəlləsinin 219.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri- yaşayış sahələri vergitutma obyektidir. Həmin Məcəllənin 218.4.3-cü maddisinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1,18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisidir. Qeyd edilən şəxslərin vergi öhdəliyi daşınmaz əmlakın təqdim edilməsi zamanı hər kvadrat metrə 15 manat və zona əmsalı tətbiq edilməklə müəyyən edilir. Lakin müqavilələrə nəzər saldıqda vergi ödəyicisinin. nəinki, sadələşdirilmiş vergini ödəməsi, hətta, alqı-satqı zamanı əmlakın mülkiyyətçisi olmadığı aşkar olunur.Belə olan halda, vergi ödəyicisinin məhkəmə iclasları zamanı qeyd etdiyi “binanın kommersiya məqsədləri üçün tikilməməsi”ni təkzib edən hər hansı sübutun iş materiallarında olmaması ilə yanaşı, təqdim olunmuş müqavilələrlə əksinə binanın sırf sahibkarlıq məqsədləri üçün tikildiyi və 2017-ci ilin aprel ayından etibarən mənzillərin təqdim edilməsi sübut olunur. Belə ki, binanın təməl qoyma işlərinin 2017-ci ilin İ rübündə başlanılmasını nəzərə alınsa,təməl qoymadan dərhal sonra, yəni İ rübdən sonra gələn ayda (aprel) tikinti işlərinin yekunlaşdırılması və mənzillərin mülkiyyətçisi qismində həmin mənzillərin satılması absurddur.Belə olan halda vergi ödəyicisinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs qismində qeydiyyata durmadan vergidən yayındığı bir daha təsdiq olunur. Eyni zamanda Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyriyaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Maddənin tələbindən göründüyü kimi təqdim edilmək üçün tikilmiş fərdi yasayış evləri 219.3-cü maddə ilə əhatə olunur və həmin şəxslər vergi qanunvericiliyi müəyyən edilmiş qaydada sadələşdirilmiş vergini hesablayıb büdcəyə ödəməlidirlər. Yəni icra hakimiyyəti tərəfindən verilmiş sərəncamda fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi vergi ödəyicisinin həmin binanı təqdim etmək üçün tikmədiyini sübut etmir, çünki qanunvericilik fərdi yaşayış evinə münasibətdə konkret normaları əks etdirir. Belə ki, qanunvericiliyin tələbləri, təqdim edilmiş ilkin müqavilələr və vergi ödəyicisinin vergilərin notarius tərəfindən tutulması barədə məhkəməni yanıldacaq vəsatəti iddianın əsassızlılığını və vergi orqanı tərəfindən aparılmış hesablamaların qanuniliyini bir daha təsdiq edir. İddia tələbinin ƏDV qeydiyyatının ləğvi barədə hissəsinə münasibətdə İddiaçı (VÖEN **********) 158.2-ci maddəsinə əsasən “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair xx.xx.2019-cu il tarixli **********093700 nömrəli son müraciətinə cavab olaraq bidlirilmişdir ki, vergi orqanına ƏDV bəyannamələri təqdim edilmədiyindən vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının dəqiqləşdirilməsi mümkün olmamışdır. Belə ki, Vergi Məcəlləinin 159.6-cı maddəsinə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Lakin Vergi ödəyicisi tərəfindən hər hansı bəyannamə təqdim edilmədiyindən onun sahibliyində qalan mallar barədə məlumat əldə etmək mümkün olmamışdır. Bununla da, ƏDV məqsədləri üçün qeydiyyatın ləğv olunmasından imtina olunmuş və bu barədə xx.xx.2019-cu il tarixli **********748300 nömrəli məktubla fiziki şəxs İddiaçı məlumat verilmişdir. Ötən müddət ərzində İddiaçı tərəfindən qeyd olunan bəyannamələr vergi orqanına təqdim olunmamışdır. İddia tələbinin artıq ödənilmiş vergilərin qaytarılması barədə rəyin təqdim edilməsi hissəsinə münasibətdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə nəzər saldıqda hazırkı tarixə artıq ödəməsinin mövcud olmadığı aydın olur, belə olan halda iddia tələbi bu hissədə ümumiyyətlə mümkün sayılmamalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2898/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X4 İddiaçı barəsində vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********59700 saylı qərarı və ƏDV qeydiyyatının ləğvi barədə bildirişi ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti və ona əlavə verərək, оnun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdeh inzibati orqanın yazılı etirazının və etirazının məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə və ona əlavəyə uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin olunduğu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı bildirmişdir ki, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısının Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələskər küçəsi, 2 saylı ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan yaşayış evi sökülmüş və onun yerində təqdim olunmuş layihəyə əsasən çoxmərtəbəli fərdi yaşayış evi tikmişdir. Yeni yaşayış evinin iddiaçının şəxsi istifadəsi üçün tikilməsinə baxmayaraq cavabdeh həmin evin tikilməsinin iddiaçının bina tikintisi üzrə sahibkarlıq fəaliyyəti kimi qiymətləndirmiş, vergi orqanı tərəfindən məcburi olaraq VÖEN verilərək iddiaçı tərəfindən sadələşdirmilmiş vergi bəyannaməsinin təqdim edilməməsi əsası ilə kameral yoxlama ilə əlavə hesablama aparılmışdır. Yeni fərdi yaşayış binası onun fərdi istifadəsi üçün tikildiyindən bina tikintisi üzrə sahibkarlıq fəaliyyətinə aid edilməsi və sadələşdirilmiş vergiyə cəlb olunması qanunsuz və əsassızdır. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X8 iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli sərəncamdan çıxarışa əsasən İddiaçı tərəfindən ünvan 2 ünvanında bina tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 2311,12 kv.m olan binanın 2017-ci ilin 1-ci rübündə təməlqoyma işlərinə başlanılmışdır. Kameral vergi yoxlaması üçün iddiaçıdan zəruri olan sənədlərin tələb edilməsinə baxmayaraq iddiaçı tərəfindən 2017-ci ilin İ rübü üçün cari bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi və müvafiq sənədlər vergi orqanına təqdim edilmədiyindən vergi orqanı tərəfindən onun barəsində 161268,0 manat əlavə vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən vergi öhdəlikləri daşınmaz əmlakın alqı satqısı zamanı tam olaraq yerinə yetirilmiş, cavabdeh orqan qeyd olunanları nəzərə almamış iddiaçıdan eyni növ vergi üzrə təkrar vergi tutaraq sadalanan vergi qanunverciliyinin normalarını pozmuş, bu zaman istinad etdiyi hallar isə iş materiallarında öz əksini tapmamışdır. İddia tələbinin ƏDV qeydiyyatının ləğvi barədə hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, İddiaçı (VÖEN **********) 158.2-ci maddəsinə əsasən “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair xx.xx.2019-cu il tarixli **********093700 nömrəli son müraciətinə cavabdeh orqan bildirimişdir ki, vergi orqanına ƏDV bəyannamələri təqdim edilmədiyindən vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının dəqiqləşdirilməsi mümkün olmamışdır. Lakin işin halları ilə iddiaçı ƏDV ödəyicisi olmadığı və inşa edilən mənzillərin fərdi qaydada satışını həyata keçirilməklə sadələşdirilmiş vergi ödəyici olması müəyyən edilmişdir. Məhkəmə iddianın artıq ödəmənin geri qaytarılması barədə rəyin verilməsi barədə hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçının artıq ödəməsi təsdiq olunmadığından və şəxsi hesab vərəqəsində göstərilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunmuş hissəsi ilə razılaşmır və hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. Yazılı inzibati aktın kütləvi informasiya vasitələrində dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Həmin Məcəllənin 64-cü maddəsinə görə vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 70.2-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan apellyasiya şikayətində və ona əlavədə iddiaçının məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti buraxması əsası ilə iddianın mümkün sayılmamasını xahiş etsə də, işin araşdırılan hallarından görünür ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsinə xx xxxx 2019-cu il tarixdə daxil olmuşdur. Mübahisələndirilən xx xxxxxx 2018-ci il tarixli **********59700 nömrəli qərarın xx xxxx 2019-cu il tarixədək olan dövrdə əlverişsiz inzibati akt kimi maraqlarına toxunan şəxs qismində hazırkı İddiaçı “möhürlənmiş və təsdiqlənmiş” şəkildə sifarişli məktubla və rəsmi qaydada çatdırılması ilə bağlı cavabdeh tərəf məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia müddəti buraxılmış sayılmamalıdır. Qeyd edilənləri və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını nəzərə alaraq, məhkəmə kollegiyası iddianı mümkün iddia kimi qiymətləndirir və apellyasiya şikayətinin bu hissədə təmin edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası apelyasiya şikayətini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın tam rədd edilməsi hissəsi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz; Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən, (...) Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddələrin tələblərindən göründüyü kimi, kameral vergi yoxlamasının 30 iş günü ərzində keçirilməsi bəyannamənin təqdim edildiyi gündən hesablanması müəyyən edilmişdir. Kameral vergi yoxlamasının həmçinin bəyannamə təqdim edilmədiyi halda, lakin vergi ödəyicisinə aid vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilməsi müəyyən edildiyindən, bu hallara 30 iş gününə dair müddəanın tətbiqi istisna olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına görə, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli sərəncamdan çıxarışa əsasən İddiaçı tərəfindən ünvan 2 ünvanında bina tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 2311,12 kv.m olan binanın 2017-ci ilin 1-ci rübündə təməlqoyma işlərinə başlanılmış, lakin Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.3-bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişini və ya podratşı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və fiziki şəxslər Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.3-mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1,18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisidir. Yuxarıda qeyd edilən maddələrin tələblərindən göründüyü kimi sadələşdirilmiş verginin ödəyicisi aşağıdakı şəxslər hesab olunur. - əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və fiziki şəxslər - mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edən şəxslər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümwmi sahəsi vergitutma obyektidir; 219.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikir tisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanmış bu müddəalar aşağıdakı kimi vergitutma obyektini müəyyən etmişdir: -tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri; -təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Həmin Məcəllənin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri- yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin aparılmış təhlilindən göründüyü kimi, sadalanmış maddələr vergi ödəyicilərinin dairəsini, vegitutma obyektlərini və verginin hesablanması qaydalarını müəyyən etmişdir. Belə ki, yuxarıda qeyd olunan maddələrin tələblərində vergilərin hesablanması aşağıdakı kimi nəzərdə tutulmuşdur: -tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 45 manat; -təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 15 manat; -tikilən və təqdim edilən binanın qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün hesablanan 45 manat və 15 manat məbləğə 1,5 əmsalın tətbiq edilməsi. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən tikilmiş binanın (2311,12 kv.m ümumi) 217,36 kv.m-i zirzəmi olmaqla, 156,16 kv.m yararlı sahə olduğu müəyyən edilmiş və həmin hissəyə münasibətdə qeyri-yaşayış sahəsinə uyğun qanunvericiliklə nəzərdə tutulmuş əmsallar tətbiq edilməklə vergi hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi, ünvan 2 saylı ünvanında bina tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 2311,12 kv.m olan çoxmənzilli binanın iddiaçı tərəfindən tikintisi və onların bir qisminin ilkin müqavilə kimi təqdim edilməsi bilavasitə Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlərin yerinə yetirildiyini anlamını yaradır. Yəni həmin binanın əhalinin fərdi ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün tikilməsi nəticəyə gəlmək üçün əsas yaradır ki, bu əsas üzrə iddiaçı ən azından bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergi ödəyicisi kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 11 ədəd alqı-satqı və 1 ədəd alqı-satqı müqaviləsinə xitam verilməsi barədə müqavilələrə iddiaçının mülkiyyətində olan əmlak kimi qiymət verməklə notariusda vergilərin ödənilməsi faktını təsdiq etsə də, səhvə yol vermişdir. Belə ki, təqdim olunmuş müqavilələrə nəzər saldıqda aydın olur ki, həmin müqavilələr müxtəlif şəxslərlə bağlanılmış daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilələrdən ibarətdir. Qeyd edilən müqavilələrə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra İddiaçı müvafiq mənzilləri satmağı, özlüyündə alıcılar isə almağı öhdəlik kimi qəbul edirlər. Müqavilə əsasında alıcı təqdim edilməsi nəzərdə tutulan mənzilin qiymətinin bir qismini satıcıya ödəyir, qalan qismini isə əsas müqavilə bağlandıqda ödəməyi öhdəsinə götürür. Eyni zamanda, həmin müqavilələrdə vergi ödəyicisi tərəfindən qeyd edilən verginin ödənilməsi barədə hər hansı qeyd aparılmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, sözügedən müqavilələrdə vergi ödəyicisinin, nəinki, sadələşdirilmiş vergini ödəməsi, hətta, alqı-satqı zamanı əmlakın mülkiyyətçisi olmadığı aşkar olunur. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, “binanın kommersiya məqsədləri üçün tikilməməsi”nə dair dəlilləri iş materiallarında olan hər hansı sübutla təsdiq edilmir, əksinə təqdim olunmuş müqavilələrlə binanın sırf sahibkarlıq məqsədləri üçün tikildiyi və 2017-ci ilin aprel ayından etibarən mənzillərin təqdim edilməsi sübut olunur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, binanın təməl qoyma işlərinin 2017-ci ilin İ rübündə başlanılmasını nəzərə alsaq, təməl qoymadan dərhal sonra, yəni İ rübdən sonra gələn ayda (aprel) tikinti işlərinin yekunlaşdırılması və mənzillərin mülkiyyətçisi qismində həmin mənzillərin satılması absurddur. Belə olan halda vergi ödəyicisinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs qismində qeydiyyata durmadan vergidən yayındığı bir daha təsdiq olunur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Maddənin tələbindən göründüyü kimi təqdim edilmək üçün tikilmiş fərdi yaşayış evləri 219.3-cü maddə ilə əhatə olunur və həmin şəxslər vergi qanunvericiliyi müəyyən edilmiş qaydada sadələşdirilmiş vergini hesablayıb büdcəyə ödəməlidirlər. Yəni icra hakimiyyəti tərəfindən verilmiş sərəncamda fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi isə vergi ödəyicisinin həmin binanı təqdim etmək üçün tikmədiyini sübut etmir, çünki qanunvericilik fərdi yaşayış evinə münasibətdə konkret normaları əks etdirir. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının təmin olunan hissədə ləğv olunması üçün əsaslı olmuşdur. Ona görə də apellyasiya şikayəti bu hissədə təmin olunaraq birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edildiyi hissədə ləğv olunmalı, iddia bu hissədə də təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2898/2019 saylı, xx xxxxxx 2019-ci il tarixli qərarı iddianın təmin olunmuş “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X4 İddiaçı barəsində vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli, **********59700 saylı qərarının və ƏDV qeydiyyatının ləğvi barədə bildirişinin ləğv edilməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-587/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-587/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver