Məhkəmə qərarları › İş №2-1(103)-587/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-587/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-587/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5430/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçıya məxsus ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984-xx.xx.1989-cu illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti Nazirliyi Məişət Texnikası Təmiri Müəssisəsində Məişət kondisionerləri və təmiri sahəsinin usta köməkçisi vəzifəsində, xx.xx.1990- xx.xx.2000-ci illərdə Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində olmuş "xxxx" müəssisəsində, xx.xx.2000-xx.xx.2005ci illərdə isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin zərərli əmək sahəsində emalla üzlənmə nəzarətçisi peşəsində işləmişdir. xx.xx.2018-xx.xx.2019-cu illərdə və xx.xx.2019xx.xx.2020-ci illərdə Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 21 saylı MKİS-in briqadasında işləmişdir.

2. Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 33 №-li güzəştli arayışından görünür ki, İddiaçı əmək kitabçasına əsasən xx.xx.1990 - xx.xx.2000-ci illərdə Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində olmuş "xxxx" müəssisəsində, xx.xx.2000xx.xx.2005-ci illərdə isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin zərərli əmək sahəsində emalla üzlənmə nəzarətçisi peşəsində işləmişdir. "xxxx" ASC rəhbərliyi məlumat olaraq bildirmişdir ki, "xxxx" ASC "xxxx" müəssisəsinin hüquqi varisidir. xx.xx.2000-ci il tarixdən hazırki vaxtadək fəaliyyət göstərir. İddiaçı zərərli əmək stajı 15 il 7 ay 20 gündür. "xxxx" ASC-nin eksperimental sahəsində qaynar üsulla qiymətli metalın - qızılın, gümüşün emalla üzlənməsi (minalanması) işləri aparılmışdır. Emalla üzlənmə nəzarətçisi peşəsində işləmiş İddiaçı qaynar üsulla metalın əridilməsi prosesində birbaşa emalla üzlənmə işlərinə nəzarət etmiş, habelə emalla üzlənmiş (minalanmış) hazır qızıl, gümüş məmulatın təmizlənməsində kimyəvi məhlullarla (asiton, həledici və.s.) uzun müddət təmasda olmuşdur. İddiaçı bu kimyəvi məhlullardan istifadə zamanı və yandırılmış kristal materiallardan hava qatma dolmuş zərərli maddələri tənəffüs orqanları ilə qəbul etmişdir. Bu peşəni zərərli əməyə daxil edən əsas amil odur ki, bu peşədə işləyən işçilər qaynar üsulla metalın əridilməsi prosesində əmək şərati xüsusilə zərərli olan sahədə emalla üzlənmə işlərinə nəzarət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq, 2 №-li siyahıda yenidən təsdiqlənmişdir. Bu siyahıda “Qaynar üsulla metalın üzlənməsi” — XİV Metal emalı bölməsində isti sahələrdə işlərdə məşğul olan emalla üzlənmə nəzarəti peşəsi 2150700a - 13097 rəqəmlə kodlaşdırılmışdır, bu peşədə işləyənlərə güzəştli şərtlə yaşa görə rəqaüdə çıxmaq hüquqi verilmişdir. Qeyd olunan əsaslara görə isti sahədə emalla üzlənmə nəzarətçisi peşəsində işləmiş İddiaçı zərərli sahədə işlədiyi nəzərə alınaraq pensiya qanunu ilə şərtləndirilən tələblərə malik olduğu halda güzəştlə yaşa görə əmək təqaüdünə çıxa bilər.

3. İddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2- Ə285374/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) qaynar üsulla metalın üzlənməsi bəndinin (11.9) fəhlələr yarımbəndində (a) isti sahələrdəki işlərdə məşğul olan emalla üzlənmə nəzarətçiləri vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin ona dair 30 avqust 2023-cü il tarixli 33 nömrəli arayışında 11.01.990-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində olmuş "xxxx" müəssisəsində, xx.xx.2000xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də emalla üzlənmə nəzarətçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin Mərkəzi Filiala təqdim etdiyi həmin müəssisədə çalışan işçilərin siyahısında adının qeyd edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də onubn ümumi iş stajı da 20 ildən az (7 il 9 ay 27 gün (xx.xx.1984xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər və 2008-2020-ci illər üzrə cəmi 1 il 11 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa, Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 55 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 6540,53 manat təşkil edirdi. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “cavabdehin imtina məktubu əsassız hesab edilməsi, xx.xx.2018-ci il tarixdən yəni 52 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən, ona xx.xx.2018-ci il tarixdən, yəni 52 yaşı tamam olan vaxtdan əmək pensiyasının təyin edilməsi və əvvəlki 3 ilin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 xx.xx.1966-cı ildən doğulmuşdur. xx.xx.2006-cı il tarixinə kimi 20 ildən cox ümumi və 10 ildən cox güzəştli iş stajı olduğuna görə ona Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən 52 yaşından yəni xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün bütün tələb olunan sənədləri xx.xx.2023-cü il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ’’ASAN 3” mərkəzinə təqdim etmişdir. Lakin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı daxil olmuş ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq xx.xx.2023-cü il tarixli 3-17- 1/2-0-285374/2023 saylı cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilərək bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən ’’Zərgərlər” ASC-nin sizə dair 30.08. 2023-cü il tarixli 33 nömrəli arayışında 1 1.01.1990- xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində olmuş ’’Zərgərlər" müəssisəsində, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində ’’Zərgərlər" ASC-də emalla üzlənmə nəzarətçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin Mərkəzi Filiala təqdim eldiyi həmin müəssisədə çalışan işçilərin siyahısında adının qeyd edilmədiyi müəyyən edilib. Bu səbəbdən də onun ümumi iş stajı 20 ildən az (7 il 9 ay 27 gün, xx.xx.1984-xx.xx.1989-cıı il tarixləri arasındakı dövrlər və 2008-2020-ci illər üzrə cəmi 1 il 1 1 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Hesab edir ki, inzibati orqanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinasının əsassız hesab edilməsi və üzərinə ona 52 yaşı tamam olan gündən yəni xx.xx.2018-ci il tarixindən güzəştli şəntərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh inzibati orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtinasını sözügedən müəssisənin Mərkəzi Filiala təqdim etdiyi həmin müəssisədə çalışan işçilərin siyahısında adının qeyd edilmədiyi ilə əsaslandırır. Onun həmin müəssisədə işləməyi barədə əmək kitabçasında qeydlərin olmasına və həmin müəssisə tərəfindən xx.xx.2023-cü il tarixində güzəştli arayışda xx.xx.1990-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində olmuş "xxxx" müəssisəsində, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" ASC-də emalla üzlənmə nəzarətçisi peşəsində işlədiyi qeyd olunmasına baxmayaraq İnzibati Orqanın həmin müəssisə tərəfindən Mərkəzi filiala təqdim edilmiş orada çalışan işçilərin siyahısında adının olmamasına istinad edərək heç bir araşdırma aparmadan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtinası əsassızdır. Halbuki, həmin arayışda "xxxx" ASC-nin rəhbərliyi məlumat olaraq bildirmişdir ki, "xxxx" ASC "xxxx" müəssisəsinin hüquqi varisidir və xx.xx.2000-ci il tarixindən hazırki vaxtadək fəaliyyət göstərir. Eyni zamanda həmin arayışda Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının XİV Metal emalı bölməsinə istinad edilərək güzəştli şərtlə yaşa görə əmək pensiyası almaq hüququnun olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə tasdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sanəd kimi arayışlar, əmrlərdən şıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri və sair nəzərə alınır. Göründüyü kimi onun həmin müəssisədə işləməyi Əmək kitabçası, Güzəştli arayış və digər sənədlərlə təsdiq edildiyi halda cavabdehin Mərkəzi filiala təqdim edilmiş həmin müəssisədə çalışan işçilərin siyahısına istinad edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüququ yarandığı 52 yaşından, yəni xx.xx.2018-ci il tarixindən təyin edilməsindən imtina etməsi əsassız və qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; kişilər 60 yaşına, qadınlar 58 yaş 6 ayına çatmalı; kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarının tətbiqi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruri hesab olunur: Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınların xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 il olmalı; Bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmalıdırlar. Bununla bağlı qeyd etmək istərdik ki, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 4.1.20-ci maddəsinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. İddiaçıya münasibətdə isə Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin iddiaçıya dair 30 avqust 2023-cü il tarixli 33 nömrəli arayışında xx.xx.1990xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində olmuş "xxxx" müəssisəsində, xx.xx.2000- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də emalla üzlənmə nəzarətçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Bununla bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) qaynar üsulla metalın üzlənməsi bəndinin (11.9) fəhlələr yarımbəndində (a) isti sahələrdəki işlərdə məşğul olan emalla üzlənmə nəzarətçiləri vəzifəsi nəzərdə tutulub. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının işlədiyi vəzifə siyahıda öz əksini tapmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli stajı yoxdur. Həmçinin sözügedən müəssisənin Mərkəzi Filiala təqdim etdiyi həmin müəssisədə çalışan işçilərin siyahısında İddiaçı adının qeyd edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 20 ildən az (7 il 9 ay 27 gün (xx.xx.1984-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər və 2008-2020-ci illər üzrə cəmi 1 il 11 ay)) təşkil edir, güzəştli iş stajı isə mövcud deyildir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən məlum olduğu üzrə iddiaçının ümumi və güzəştli iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Cavabeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5430/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Məhkəmə qanunvericiliyin müddəalarını və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının güzəştli iş stajı xx.xx.2006-ci il tarixinə 10 ildən çox təşkil edir. 42. İddiaçının pensiya hüququ xx.xx.2018-ci il tarixdən, yəni 52 yaşı tamam olduğu tarixdə yaranmışdır.

43. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki., iddiaçının pensiya hüququ xx.xx.2018-ci ildə yaranmasına baxmayaraq,keçmiş müddət üçün alınmamış əməkpensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya pensiya xx.xx.2020-ci il tarixdən hesablanaraq, ödənilməlidirİş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.

49. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1966- cı il təvəllüdlü X2 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2020-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

11. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5430/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.0.1. əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Maddə 9.6 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

18. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

21. Qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:

3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə mübahisələndirilən həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona xx.xx.2018-ci il tarixdən, yəni 52 yaşı tamam olan vaxtdan əmək pensiyasının təyin edilməsi və əvvəlki 3 ilin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir.

31. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2023-cü il l tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ’’ASAN 3” mərkəzinə təqdim etmişdir. Lakin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı daxil olmuş ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq xx.xx.2023-cü il tarixli 3-17- 1/2-0-285374/2023 saylı cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir.

32. İmtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən ’’Zərgərlər” ASC-nin sizə dair 30.08. 2023-cü il tarixli 33 nömrəli arayışında xx.xx.1990- xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində olmuş ’’Zərgərlər" müəssisəsində, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində ’’Zərgərlər" ASC-də emalla üzlənmə nəzarətçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin Mərkəzi Filiala təqdim eldiyi həmin müəssisədə çalışan işçilərin siyahısında adının qeyd edilmədiyi müəyyən edilib. Bu səbəbdən də onun ümumi iş stajı 20 ildən az (7 il 9 ay 27 gün, xx.xx.1984-xx.xx.1989-cıı il tarixləri arasındakı dövrlər və 2008-2020-ci illər üzrə cəmi 1 il 1 1 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur.

33. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ’’Zərgərlər” ASC-yə ünvanlanmış sorğuya əsasən müəyyən edilmişdir ki, İddiaçı işlədiyi vəzifənin əmək funksiyaları o cümlədən işləri icra edərkən isti sahələrdə emalla üzlənməni həyata keçirməsi barədə məlumatlar ona təqdim edilmiş güzəştli arayışda öz əksini tapmış, həmin dövrdə fəaliyyətdə olan işçilərin siyahısı Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filiala təqdim edilmişdir. Bir sıra işçilərin həmin siyahıya düşməməsinin səbəbi "xxxx" ASC-nin ləğvi və özəlləşdirilməsi ilə əlaqədar müəssisənin iki hissəyə ayrılması ilə əlaqədar olmuşdur. Adları siyahıya düşməyən işçilər həmin illərdə fəaliyyətini dayandırmış digər müəssisədə qeydiyyatda olmuşlar. İddiaçı "xxxx" ASC-nin eksperimental sahəsində qaynar üsulla qiymətli metal-qızılın, gümüşün emalla üzlənməsi (minalanması) sahəsində zərərli iş şəraitində tam iş günü ərzində çalışmışdır. O, işlədiyi isti sahələrdəki işlərdə məşğul olan emalla üzləndirmə nəzarətçisi vəzifəsində əmək şəraitinə və əmək funksiyasının xarakterinə uyğun olaraq qaynar üsulla metalın əridilməsi prosesində birbaşa emalla üzlənmə işlərinə nəzarət etmiş, habelə emalla üzlənmiş (minalanmış) hazır qızıl, gümüş məmulatlarının təmizlənməsində kimyəvi məhlullarla (asiton,həlledici və s.) yaxından təmasda olmuşdur. İddiaçı, əmək funksiyasını vəzifə təlimatına uyğun olaraq isti sahələrdə üzlənməni həyata keçirərkən kimyəvi məhlullardan istifadə etmiş və yandırılmış kristal metallardan hava qatına dolmuş zərərli maddələri tənəffüs orqanları ilə qəbul etmişdir. Bu peşəni zərərli əməyə daxil edən əsas amil odurki,bu peşədə işləyən işçilər qaynar üsulla metalın əridilməsi prosesində fəaliyyət istiqamətlərinə və görülən işin xarekterinə uyğun olaraq əmək şəraiti xüsusi və zərərli olan sahədə emalla üzlənmə işlərinə nəzarət edirlər.Buna görə də İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı(Bölmə XİV Metal emalı,7-ci yarımbölmə -Qaynar üsulla metalın üzlənməsi, kod - 2150700a-13097 isti sahələrdəki işlərdə məşğul olan emalla üzlənmə nəzarətçiləri) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12N-1İ Qərarı (Bölmə 11.Metal emalı ,11.9.yarımbölmə. Qaynar üsulla metalın üzlənməsi-isti sahələrdəki işlərdə məşğul olan emalla üzlənmə nəzarətçiləri) güzəştli şərtlə pensiya hüququ verilir.İddiaçı güzəştli şərtlərlə pensiya hüququnu təsdiq edən xx.xx.2023.-cü il (N- 33) tarixli “Güzəştli arayış” vətəndaşların iş ştajını təsdiq edən əsas sənəd olan əmək kitabçasına əsasında tərtib edilmişdir. Həmin dövrdə fəaliyyətdə olan işçilərin siyahısı Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filiala təqdim edilmişdir. Bir sıra işçilərin həmin siyahıya düşməməsinin səbəbi "xxxx" ASC-nin ləğvi və özəlləşdirilməsi ilə əlaqədar müəssisənin iki hissəyə ayrılması ilə bağlı olmuşdur. Adları siyahıya düşməyən işçilər həmin illərdə fəaliyyətini dayandırmış digər müəssisədə qeydiyyatda olmuşlar. Təqdim olunmuş siyahıda adı qeyd olunmayan İddiaçı və əksər işçilərin adlarının siyahısı 02/k nömrəli xx.xx.2000-ci il tarixli əmrlə xx.xx.2000-ci il tarixdən fəaliyyətini dayandırmış "xxxx" müəssisəsində olmuş, "xxxx" ASC-ə təhvil verilməmişdir. İddiaçı qeyd olunan illər üzrə emalla üzlənmə nəzarətçisi işləməsini təsdiq edən kadr və mühasibatlıq sənədləri, habelə bu müəssisələrdə qeydiyyatda olmuş bir sıra işçilərin arxiv sənədləri "xxxx" müəssisəsinin (1998-ci ildən adı Zərgər ASC olmuşdur) özəlləşdirilməsi və ləğvi ilə əlaqədar saxlanılmamışdır. İddiaçı fəaliyyətini dayandırmış digər müəssisədə davam etdirməsini onun əmək kitabçasına əsasən qeyd etmişik .

34. Göründüyü kimi hazırkı mübahisəli vəziyyətdə məhkəmənin sorğusuna verilmiş cavab məktubunda göstərilən iş yerinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı(Bölmə XİV Metal emalı,7-ci yarımbölmə -Qaynar üsulla metalın üzlənməsi, kod - 2150700a-13097 isti sahələrdəki işlərdə məşğul olan emalla üzlənmə nəzarətçiləri) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12N-1İ Qərarı (Bölmə 11. Metal emalı ,11.9.yarımbölmə. Qaynar üsulla metalın üzlənməsi-isti sahələrdəki işlərdə məşğul olan emalla üzlənmə nəzarətçiləri) güzəştli şərtlə pensiya hüququ verməsi müəyyən edilir.

35. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə (kod 21500000, Fəsil XİV. Metal emalı-2105700a-13097, isti sahələrdəki işlərdə məşğul olan emalla üzlənmə nəzarətçiləri) işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

36. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndinə əsasən)

37. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-ci il tarixinədək güzəştli iş stajı 10 ildən, ümumi iş stajı 20 ildən çox təşkil etdiyindən cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlillər əsassızdır.

38. Kollegiya qeyd edir ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya pensiya xx.xx.2020-ci il tarixdən hesablanaraq, ödənilməlidir.

39. Məhkəmə kollegiyası iddia ərizəsinin dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.

40. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5430/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5430/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar