Məhkəmə qərarları › İş №2-1(103)-588/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-588/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-588/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X14 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, 3-cü şəxslərin qanuni nümayəndəsi (anası) X17 və 3-cü şəxs X2 və onların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X17, X10 və X11 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11677/2023 saylı 31 avqust 2023-cü il tarixli qərarından 3-cü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 010415 nömrəli 15 fevral 2006-cı il tarixli Orderin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qutqaşınlı küçəsi, ev 36, mənzil 96 İddiaçı istifadəsinə verilmişdir və ailə tərkibi bir nəfər (özü) olmaqla yaşamaq hüququ var. 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X11 yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadırlar. İddiaçı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət edərək, qızları X10 və X1 ona məxsus mənzilə istifadə hüquqlarının olmadığına istinad edərək onların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etmiş, lakin həmin qurum onun tələbinin təmin olunmasından imtina etmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı xx.xx.1973-cü il təvəllüdlü X8, eləcə də uşaqları xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 ünvan 4 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11677/2023 saylı 04 iyul 2023-cü il tarixli qərardadı ilə X17, X10 və X11 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 4 ünvanından qızları X10 və X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəsinə əlavə etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 30 №-li Sərəncamına, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 010415 №-li 15 fevral 2006-cı il tarixli Orderə əsasən ünvan 5 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir.O, X17 ilə xx.xx.2001-ci ildə rəsmi nikaha girib, xx.xx.2002-ci ildə Sona Osmanovanın təşəbbüsü ilə 241 №-li Aktla rəsmi nikahları pozulmuşdur. Rəsmi nikahın pozulmasına baxmayaraq birgə yaşamışlar. Hətta 2006-cı ildə qeyd edilən mənzili alandan sonra təmir elətdirmiş və 2007-ci ildə birgə yaşamaq üçün həmin mənzilə köçürmüşdür. Birgə yaşadıqları dövrdə dəfələrlə aralarında mübaisələr olmuş, sonunda 2015-ci ilin noyabr ayında ayrı yaşamaq qərarı vermişlər. Sona Osmanovanın adına rəsmiləşmiş digər mənzilin təmir edilməsi və əşyaların oraya daşınması üçün zaman tələb edildiyindən, Sonanın xahişini nəzərə alaraq, müvəqqəti olaraq Sona Osmanovaya eləcə də,uşaqlar Leyli Qurbanova və Fidan Ourbanovava həmin mənzildən istifadə etməyə müvəqqəti olaraq icazə vermişdir. Növbəti 2016-2018-ci illər ərzində dəfələrlə mənzili boşaltmaq tələbinə, ayrı-ayrı bəhanə və hiylələrlə mənzildən çıxmamışdır. 2018-ci ildə xəbəri olmadan və rəsmi razılığı olmadan X17 özünü, eləcə də, azyaşlı uşaqları X10 və X6 qeyd etdiyi ona məxsus mənzilə qeydiyyata salmağa nail olmuşdur. Qeydiyyatı “ASAN xidmət” Mərkəzi vasitəsilə elətdirə bilməyəcəyini anlayaraq, Yasamal RPİ X16 vasitəsi ilə, ona məlum olmayan vasitələrdən istifadə edərək nail olmuşdur. Sona Osmanova qeyri-qanuni yolla, özü və uşaqları ilə birlikdə mənzilə qeydiyyata düşməyə nail olaraq, növbəti hiylə addımını ataraq, “mənzildən istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi verərək Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin hakimi birtərəfli mövqe tutaraq, 2(004)- 702/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli Qətnamə ilə qət etmişdir ki, X8 və uşaqlarıxx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 saylı evin 96 saylı mənzilinə istifadə hüquqları tanınsın. Məhkəmə araşdırması zamanı bütün hallar nəzərə alınmadığından, qətnamənin qanunazidd olmasını nəzərə alaraq tərəfindən apellasiya şikayəti verilmiş, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Pandemiya dövrünə düşdüyündən baxış uzanmış, lakin nəticə etibarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixdə 2(103)- 12354/2019 iş üzrə qətnaməsi ilə şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul etmiş, iddiaçının “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilmişdir. Qarşı tərəf kasasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4332/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı ilə razılaşmayaraq, Sona Osmanova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş, rədd cavabı almışdır. 2020-ci ildə Ali Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra 3 ay müddətində Sona Osmanovanın uşaqlarla birlikdə yuxarıda qeyd edilən mənzilin boşaltmasını və digər mənzilə yerləşmələrini tələb etsə də, mənzildən çıxmasından boyun qaçırmışdır, evə gedəndə, qapısını belə üzünə açmamışdır. Məcbur olub, Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi 2(004)-58/2021 iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət etmişdir ki, cavabdeh X17, X10 və X11 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın. Qarşı tərəf apellyasiya şikayəti vermiş, Bakı şəhər Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-6971/2021 iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət etmişdir ki, apellyasiya şikayəti təmin edilməsin, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qarşı tərəf kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası “mənzildən çıxarılma” barədə 2(102)- 3213/2021 iş üzrə 13 iyun 2022-ci il tarixli qərarı ilə, kassasiya şikayətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6971/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin dövrdən bir ildən artıq vaxt keçsə də, mənzilin boşaldılmasına nail ola bilməmiş, “mənzildən çıxarılma” işi Yasamal rayon İcra Şöbəsindədir. Qeydiyyat məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə müraciət etmiş, Yasamal rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə müraciətlərinə əsasən təhqiqat başlanmış, Sona Osmanova tərəfindən qeydiyyat üçün 2018-ci ildə təqdim etdiyi orderin surətinin Bakı Səhəri İcra Hakimiyyəti Aparatı tərəfindən verilmiş orderlə eynilik təşkil etmədiyi aşkar edilmişdir. Təqdim etdiyi order kserosurət olduğundan ekspertizası mümkün sayılmamış, iki ildən artıq vaxt keçdiyindən və “törədilmiş qanunazidd hərəkət ictimai təhlükəli olmadığından”, cinayət işinin qaldırılmasına ehtiyac duyulmamışdır. Yasamal rayon Polis İdarəsi təhqiqatçının qərarını rəsmi məktubla göndərmiş, həmin məktubla məhkəməyə müraciət edilməsi barədə tövsiyəsini bildirmişdir. Bütün bu kimi qanunazidd hərəkətlərə son qoymaq və Azərbaycan Respublikası adından verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarının vaxtında icra olunması məqsədi ilə və eləcə də mənzildən istifadə etmək hüquqları mövcud olmadığını, mənzildə qeydiyyatları qanunazidd və formal olmasını nəzərə alaraq hesab edir ki, adları qeyd edilənlər ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin vasavıs sahəsindən çıxarılması və ya şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarına əsasən müəyyən edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda o da qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ücün əsas kimi çıxış edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11677/2023 saylı 31 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 yaşayış yeri üzrə ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X10 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarına, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymətini verə bilməyib və təqdim olunan sübutlar, eləcə də digər lazımı məqamlar araşdırılmayıb. Halbuki birinci instansiya məhkəməsi qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından qiymətini verməli idi. Birinci instansiya məhkəməsi, özü tərəfindən işin hallarını, tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməmiş artıq qeydiyyatdan çıxmış olan birisinin, yəni 3-cü şəxs Sona Osmanovanın qeydiyyatdan çıxarılması vəzifəsini cavabdehin üzərinə öhdəlik olaraq qoymuşdur. Eləcə də başqa məhkəmənin icraatında baxılan, mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə iddianın olduğu halda icraatında olan işin dayandırılıbdayandılmamalı olmasına münasibətini bildirməmişdir. Qərarın “məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər” hissəsində 6-cı səhifədə 13-cü punktda qeyd olunur ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 30 aprel 2023-cü il tarixli qərarına əsasən Yasamal RPİ TİQ-nin inspektoru polis kapitanı Raziyyəxanım Abbasova raportla müraciət edərək bildirmişdir ki, vətəndaş İddiaçı müraciət edərək, mülkiyyətində olan Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, mənzil 96 ünvanına onun razılığı olmadan Sona Osmanovanın, Leyli Qubanovanın və Fidan Qurbanovanın qeydiyyata alınmasından narazılığını bildirirək 2018-ci ildə qanunsuz olaraq qeydiyyata salmış QMB-nin əməkdaşlarının cəzalandırılmasını xahiş etmişdir. Araşdırma zamanı vətəndaş İddiaçı izahat verərək bildirmişdir ki, şəxsi mülkiyyətində olan Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, mənzil 96 ünvanına 2018ci ilin noyabr ayında onun ölkə hüdudlarından kənarda olduğundan istifadə edərək keçmiş həyat yoldaşı olmuş Sona Osmanova və iki azyaşlı qızları Leyli və Fidan Qurbanovalar heç bir əsas olmadan Yasamal RPİ-nin qeydiyyat məsələləri bölməsinin əməkdaşları tərəfindən mənzilə qeydiyyata götürülmüşdür. Məhkəmə sözügedən mənzilə Rofelin mülkiyyəti kimi yanaşsa da həmin mənzilin kimin mülkiyyətində olması hazırda məhkəmə predmetidir. Bundan əlavə əmlakın mülkiyyət olması üçün mülkiyyət hüquqlarının mövcud olması lazımdır, lakin Rofelin həmin əmlaka heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Apelyasiya məhkəməsinə təqdim edilən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X12 qızlarının qeydiyyatına etiraz etməmiş, əksinə qeydiyyata alınması üçün ərizə ilə müraciət etmişdir. Lakin məhkəmə qərarında qeyd olunur ki, guya uşaqların qeydiyyatına narazılığını bildirmiş və uşaqlar qanunsuz olaraq qeydiyyata alınmışdır. İkinci olaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərar qəbul edərkən onun qəbul ediləcək qərarının və qanuni maraqlarına toxunacağı halını nəzərə almamış, Konstitusion hüquqlarını kobud şəkildə pozaraq iştirakları təmin etmədən qərarın qəbul olunmasına nail olmuşdur. Sözügedən qərar ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Hazırda onun iddiaçı olduğu Yasamal Rayon Məhkəməsində gedən mülki işdə sözügedən mənzilə onun istifadə hüquqlarının tanınması barədə tələbə baxılır. Həmin iş üzrə də təqdim edilən sübutlar onu deməyə əsas verir ki, onun böyüdüyü evə qeydiyyatı qanunsuz olmamış, atasının razılığı ilə həyata keçirilmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. İddiaçı "Elektron Məhkəmə" sistemində mövcud olan elektron kabineti vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, səhhətində olan problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcək və onun iştirakı olmadan qərar verilməsinə etiraz etmir, məhkəmədən apelyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı X4 və cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 3-cü şəxs X17 və X10 və onların nümayəndəsi Vəkil qızı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddiasının təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı tələbi “ünvan 4 ünvanından qızları X10 və X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hazırki iş üzrə 3-cü şəxslərin mübahisəli mənzilə dair hər hansı bir subyektiv hüquqlarının olmamasına (mülkiyyət, istifadə və icarə) və onların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmalarının qanuni əsaslarının olmamasına istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarından görünür ki, 3-cü şəxslərin qeydiyyatdan çıxarılması tələb olunan Bakı şəhəri, Qutqaşınlı küçəsi, ev 36, mənzil 96 iddiaçının mülkiyyətində deyil. Lakin Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 010415 nömrəli 15 fevral 2006-cı il tarixli Orderə əsasən həmin mənzil İddiaçı istifadəsinə verilmişdir. 3-cü şəxslər iddiaçının qızlarıdır. İddiaçı qanuni qüvvəsini almış məhkəmə qərarlarına istinad edərək 3cü şəxslərin mübahisəli mənzilə istifadə hüquqları olmadığından həmin mənzildən onların qeydiyyatdan çıxarılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı X8 və uşaqları xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 saylı evin 96 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı X8 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən X8 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4332/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, “baxılan işdə Sona Osmanova mübahisəli mənzilə köçdüyü məqamda İddiaçı ailə üzvü olmamışdır. Belə ki, S.Osmanova ilə İddiaçı ailə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahın pozulması ilə xitam verilmişdir. Mübahisəli mənzil isə İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdə əldə edilmiş və S.Osmanova 2007-ci ilin yanvar ayından həmin mənzildə yaşamağa başlamışdır. Hüquqi baxımdan cavabdehin arvadı sayılmayan iddiaçının (mülkiyyətçinin ailə üzvü sayılmayan şəxsin) mənzildən istifadə hüququ yaranmır. Digər tərəfdən, iddiaçının mənzildən istifadə hüququ əldə etməsi üçün tərəflər arasında notarial qaydada bağlanmış və şəxsi servitut kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə də mövcud deyil. Qeyd olunanlar ona dəlalət edir ki, S.Osmanovanın mübahisəli mənzilə istifadə hüququ əmələ gəlməmişdir. Cavabdehin sözügedən mənzildə yaşaması isə oradan əvəzsiz istifadə etməsinə dair iddiaçının razılığına əsaslanır. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və 262.2-ci maddəsinin tələbləri baxımından hesab etmişdir ki, baxılan işdə daşınmaz əmlakın dövlət reyestrində Sona Osmanovanın adına xx.xx.2013- cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5028 ünvanında yerləşən bağ evi, xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Sabunçu raonu, Ləhiş bağ sahəsi, 5009 ünvanında yerləşən 0.24 ha yaşayış məntəqəsi torpaqları, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 158B, mənzil 82, habelə Bakı şəhəri, Ələkbərov küçəsi, ev 8, mənzil 29 xüsusi mülkiyyət kimi qeydə alındığı təsdiq olunur. Bu hallar ona dəlalət edir ki, iddiaçının mülkiyyətində mənzillər və başqa daşınmaz əşyalar olmaqla, onun mənzil ehtiyacını qarşılayacaq yaşayış sahələri mövcuddur. Belə olan halda, mübahisəli mənzilə cavabdehin istifadə hüququ tanınmaqla iddiaçının mülkiyyət hüququ əsassız məhdudlaşdırıla bilməz. Bundan sonra iddiaçı X12 cavabdehlər X17, X10 və X7 qarşı mənzildən çıxarılma barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, cavabdehlərin Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6971/2021 nömrəli 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamədən S.Osmanova tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3213/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə S.Osmanovanın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2(103)-6971/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə cavabdeh S.Osmanovanın etibarlı ailə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahı pozulması ilə xitam verilmişdir. Nikahın pozulmasından bir müddət sonra onlar birlikdə yaşamaqda davam etsələr də, münasibətlərini rəsmiləşdirməmişlər. Mübahisəli mənzil iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdə əldə edilmiş və S.Osmanova 2007-ci ilin yanvar ayından həmin mənzildə yaşamağa başlamışdır. Qeyd edilən hal Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi də ilə müəyyən edilmişdir. Göründüyü kimi, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı cavabdehin hazırda çıxarılmasını tələb etdiyi mənzili sonuncu ilə nikahı pozulduqdan sonra əldə etmiş, sonradan birgə yaşasalar da, cavabdehin həmin mənzilə istifadə hüququ yaranmamışdır. Nəzərə alınsa ki, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququnun yaranmaması qanuni qüvvəyə minmiş və hazırki işə münasibətdə preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnaməsi ilə də müəyyən edilib, belə olan halda, məhkəmələrin Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinadən iddianın təmin edilməsi barədə gəldikləri nəticə yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmuşdur. Daha sonra iddiaçı X17 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-467/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında ailə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahın pozulması ilə xitam verilmişdir. Mübahisəli mənzil isə İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdə əldə edilmiş və S.Osmanova 2007-ci ilin yanvar ayında həmin mənzildə yaşamağa başlamışdır. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə birgə qazancı hesabına əldə edilmədiyi müəyyən edildiyindən iddiaçının həmin mənzilə mülkiyyət hüququ tanına bilməz və iddia rədd edilməlidir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2974/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2023-cü il tarixli qərarında göstərilmişdi ki, Yasamal RPİ TİQ-nin inspektoru polis kapitanı Raziyyəxanım Abbasova raportla müraciət edərək bildirmişdir ki, vətəndaş İddiaçı müraciət edərək, mülkiyyətində olan Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, mənzil 96 ünvanına onun razılığı olmadan Sona Osmanovanın, Leyli Qubanovanın və Fidan Qurbanovanın qeydiyyata alınmasından narazılığını bildirmiş və 2018-ci ildə qanunsuz olaraq onları qeydiyyata salmış QMB-nin əməkdaşlarının cəzalandırılmasını xahiş etmişdir. Araşdırma zamanı vətəndaş İddiaçı izahat verərək bildirmişdir ki, şəxsi mülkiyyətində olan Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, mənzil 96 ünvanına 2018-ci ilin noyabr ayında onun ölkə hüdudlarından kənarda olduğundan istifadə edərək keçmiş həyat yoldaşı olmuş Sona Osmanova və iki azyaşlı qızları Leyli və Fidan Qurbanovalar heç bir əsas olmadan Yasamal RPİ-nin qeydiyyat məsələləri bölməsinin əməkdaşları tərəfindən mənzilə qeydiyyata götürülmüşlər. Araşdırma zamanı Yasamal RPİ-nin rəisi polis mayoru Günay Qurbanova izahat verərək bildirmişdir ki, qeyd olunan ünvana vətəndaşlar Sona Osmanova və iki azyaşlı qızları Leyli və Fidan Qurbanovalar 2018-ci ildə qanunvericiliyin tələblərinə uyğyun olaraq toplanmış sənədlərlə ŞVŞ-nə yaxınlaşıb özünün və azyaşlı övladlarının qeydiyyata salınmasını həyata keçirmişdir. Bununla da toplanmış təhqiqat materialından və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatından 3-52/2-Q6/2- 112/2/2023 saylı məktubla daxil olmuş xx.xx.2006-cı il tarixli 010415 nömrəli orderin təsdiqlənmiş kserosurətindən görünür ki, X8 xx.xx.2018-ci ildə Yasamal RPİ-nin QMB-nə təqdim etdiyi 010415 nömrəli orderlə eynilik təşkil etmir. Belə ki, İcra Hakimiyyətindən alınmış və Bakı şəhər İcra Hakimiyyəti başçısının sənədlərlə və vətəndaşların müraciətlərinə dair iş şöbəsinin möhürü ilə təsdiqlənmiş sənəddə X8 adı qeyd olunmamışdır. Bundan başqa, 010415 nömrəli orderin əsli təhqiqata təqdim olunmadığından material üzrə müvafiq ekspertizalar təyin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinin 2-ci bəndinə əsasən toplanmış materialda Azərbaycan Respublikası CM-nin maddələrinə dair hər hansı cinayət tərkibli xüsusatlar öz təsdiqini tapmamışdır. Həmçinin Cinayət Məcəlləsinin 320.1ci və 15.2-ci maddələrinə əsasən təhqiqat materiallarına görə sənədlər 2018-ci ildə saxtalaşdırılmaqla həmin sənədlər üzərində hüquq əldə edilmiş, lakin qeyd olunan əməlin cəlb etmə müddəti bitmişdir. Belə olan halda toplanmış material üzrə cinayət tərkibli xüsusatlar müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)- 559/2024 Qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(004)-2926/2023 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər İddiaçı və X13 qarşı məhkəməyə “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 103)-5267/2023 nömrəli 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılsa da, sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası tərəfindən sonuncu qətnamə ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1487/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı X10 cavabdehlər İddiaçı və X13 qarşı “mənzilə istifadə hüququnun tanınması” barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilsə də, həmin qərardad apellyasiya instansiya məhkəməsinin 2(103)-1487/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, yuxarıda sadalanan qanuni qüvvəsini almış məhkəmə qərarlarının məzmunundan müəyyən olunur ki, iddiaçının hazırki işdə 3-cü şəxslərin (qızlarının) qeydiyyatdan çıxarılmasını tələb etdiyi mənzil ona məxsusdur və qızları Leyli və Fidanın sözügedən mənzilə dair hər hansı hüquqları yoxdur. Belə ki, sözügedən mənzili iddiaçı keçmiş arvadı ilə nikahı pozulduqdan sonra əldə etmiş, sonradan birgə yaşasalar da, iddiaçının keçmiş arvadının və onun uşaqlarının (hazırki işdə 3-cü şəxslərin) həmin mənzilə istifadə hüquqları yaranmamışdır. Nəzərə alınsa ki, iddiaçının keçmiş arvadı Sona Osmanovanın iddiaçıya məxsus mənzildən istifadə hüququnun yaranmaması qanuni qüvvəyə minmiş və hazırki işə münasibətdə preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnamələri ilə də müəyyən edilib, bu hal həmin dövrdə onun yanında saxlanılan yetkinlik yaşına çatmayan uşaqlarının da həmin mənzildən istifadə hüquqlarının mövcud olmadığı anlamına gəlir. Bu baxımdan hazırki iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə aşağıda göstərilən maddi hüquq normalarına uyğun olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu madddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli s tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin istifadə hüququ olmadığı halda mülkiyyətçinin inzibati orqana müraciəti əsasında sonuncu tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Bu, o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evə qeydiyyatı üçün zəruri olan şərt (istifadə hüququ) mövcud deyildir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). 43. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Baxılan iş üzrə üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Bununla yanaşı, X2 cavabdehlər İddiaçı və X13 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbi barədə iddiasının müvafiq məhkəmənin icraatında olması faktı yuxarıda sadalanan qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən hazırki iş üzrə formalaşmış hüquqi mövqenin dəyişib, iddiaçının iddiasının rədd edilməsi üçün əsas vermir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər də birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsi üçün əsas yaratmır. Bir daha nəzərə alınması vacibdir ki, apelyant apellyasiya şikayətində iddiaçıya məxsus mənzildə yaşadığını bildirsə də, qanuni qüvvəsinin almış məhkəmə qərarları ilə 3-cü şəxslərin həmin mübahisəli mənzilə istifadə hüquqlarının olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs X2 apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11677/2023 saylı 31 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

3-cü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11677/2023 saylı 31 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X18 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar