Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-588/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının qeydiyyata alınması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(112)- 1959/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli imtinası (hərəkətsizliyi) əsassız hesab edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozda yerləşən daşınmaz əmlakın reyestrində iddiaçının adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ünvanında yerləşən ümumi sahəsi 420.0 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 52.5 kv.m sahəsi olan tövlə üzərində mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi icraata qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X16 ilə 24 iyul 1991-ci il tarixdə nikaha daxil olmuş, bu barədə Bakı şəhəri Nizami rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında aktların qeydiyyatı kitabında 653 №-li qeyd aparılmışdır. Abşeron rayon X14 İcrayyə Komitəsinin xx.xx.1991-ci il tarixli 12 nömrəli qərarı ilə Maştağa Subtropik sovxozunun işçisi X12 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Abşeron rayon X3, Mülkiyyət Hüquqularının Qeydiyyatı və Şəhərsalma Kadstr İdarəsi tərəfindən verilmiş 30 dekabr 2005-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda 96 nömrəli beş otaqdan ibarət evin ( yaşayış sahəsi: 63.5 kv.metr, köməkçi sahə: 152.7 kv.metr) üzərində X7 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmin tarixdə fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportda “tövlə” torpaq sahəsinin baş planında qeydiyyatında mövcud olmuşdur. Notarial qaydada təsdiq olunmuş xx.xx.2006-cı il tarixli, reyestrdə 4Ə-1-111 № ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən qeyd olunan yaşayış evi X8 və X9 adlarına özgəninkiləşdirilmişdir. Həmin müqavilənin şərtinə görə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda 1008.0 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi: 63.5 kv.metr, köməkçi sahə: 152.7 kv.metr olan 5 otaqdan ibarət yaşayış evindən 588.0 kv.m torpaq sahəsində yerləşən 136.6 kv.m yaşayış evinin X4; 420.0 kv.m torpaq sahəsində yerləşən 52.5 kv.m sahəsi olan tövlənin isə X9 mülkiyyətinə verilməsi razılaşdırılmışdır. Abşeron rayonu, Subtropik sovxozu ərazisində istifadəsində olan 0.0151 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 63.5 kv.m. yaşayış, 152.7 kv.metr köməkçi sahədən ibarət 96 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra inzibati ərazi bölgüsündə dəyişiklik olduğu üçün A.Qəniyevin adına yeni çıxarış verilmişdir. İddiaçının əri X16 12 iyul 2012-ci il tarixdə ölmüş, onun sağlığında Notarial qaydada təsdiq olunmuş xx.xx.2006-cı il tarixli, reyestrdə 4Ə-1-111 № ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almış olduğu Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda 420.0 kv.m torpaq sahəsinin və onun üzərində yerləşən 52.5 kv.m sahəsi olan tövləyə dair hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını həyata keçirə bilməmişdir. Alqı-satqıdan sonrakı bütün dövr əzrində torpaq sahəsi və onun üzərindəki köməkçi tikili-tövlə daimi istifadəsində olmuşdur və həmin torpaq sahəsinə iddiaçıdan başqa heç kim sahiblik etməmişdir. İddiaçının əri X16 12 iyul 2012-ci il tarixdə ölmüşdür. Bundan sonra iddiaçının ərizəsi əsasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən notarial ofisdə miras əmlaka dair vərəsəlik işi açılmışdır. Bunun əsasında Ədliyyə Nazirliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Elşən İsmayılov xx.xx.2020-ci il tartixli 279 №-li məktubla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinə müraciət edərək “mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarış verilməsini təmin ediməsi” xahiş edilmişdir. Abşeron rayon 2 saylı dövlət notariat kontorunda 14 fevral 2006-cı il tarixdə 4Ə-1- 111 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanması barədə X19 müraciətinə xx.xx.2021-ci il tarixli, 05/01-ə- 21/13 nömrəli məktubla cavab verilmişdir. Cavabda qeyd edilmişdir ki, qeyd olunan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək. E.Ə.Əzimovdan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozda yerləşən topraq sahəsi üzərində hüququların dövlət qeydiyyatına alınmasını xahiş etmiş, xx.xx.2021-ci il tarixli **********43 nömrəli cavab məktubu ilə ərizəsinə imtina verilmişdir. İmtinanın səbəbi kimi təqdim edilmiş alqı-satqı müqaviləsində alıcı qismində qeyd olunan X8 və mərhum X16 arasında sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş bölgü sxeminin təqdim edilməməsi göstərilmişdir. X8 ilə arasında bölgü sxemi tərtib edilərək yenidən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli məktubla cavabdehə müraciət etmiş, xx.xx.2021-ci il tarixli **********59 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina ediməsinə dair Bildiriş ilə bölgü sxeminin notarial qaydada təsdiq edilməməsi səbəbi ilə yenidən xahişə imtina verilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi X15 və X8 arasında Bölgü sxeminə dair notarial qaydada təsdiq olunmuş müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə görə “halhazırda tərəflər bölgü sxemində göstərilən göstəricilərlə tam razı olduqlarını" bildirmişlər. xx.xx.2021-ci il tarixli ********** nömrəli müraciətinə bu dəfə də xx.xx.2021-ci il tarixli **********83 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina ediməsinə dair Bildiriş ilə imtina verilmişdir. İmtinanın səbəbi kimi “alqı-satqı müqaviləsində torpaq sahəsinin ölçüsünün 420 kv.m göstərilsə də, notarial qaydada təsdiq edilmiş bölgü sxemində 431 kv.m qeyd olunması” ilə bağlı sənədlərdə uyğunsuzluğun qeyd olunması göstərilmişdir. xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozda yerləşən topraq sahəsinin 420 kv.m olan faktiki sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə etiraz etmədiyini bildirmiş, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə yenidən müraciət edərək ərindən miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozda yerləşən topraq sahəsi üzərində hüququların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixli **********95 nömrəli cavab məktubu ilə ərizəyə imtina verilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli müraciət də inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 10964-8/202 **********685 nömrəli məktubla təmin edilməmiş qalmışıdr. İmtinanın səbəbi olaraq: -xx.xx.2006-cı il tarixli, Abşeron rayon 2-ci dövlət notariat kontorunun 4Ə-1-111 reyestr № li alqı-satqı müqaviləsində özgəninkiləşdirilən tikilinin (tövlə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma üçün predmet təşkil etməməsi və qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair X12 (əvvəlki mülkiyyətçisi) Abşeron rayon XDS-nin İcrayyə komitəsinin xx.xx.1991-ci il tarixli Qərarından çıxarış aşkar edidiyindən, qeyd edilən torpaq sahəsi üzərində X7 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra özgəninkiləşdirilməsinin mümkün olmasında dair qənaət olmuşdur. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi (yaşayış sahəsi: 63.5 kv.metr, köməkçi sahə: 152.7 kv.metr) üzərində X7 mülkiyyət hüququ xx.xx.2005-ci il tarixində qeydiyyata alınmışdır. Həmin tarixdə fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportda “tövlə” torpaq sahəsinin baş planında qeyd olunsa da, onun üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2006-cı il tarixli, 4Ə-1- 111 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyd olunan fərdi yaşayış evi X5 adına özgəninkiləşdirilmişdir. Həmin alqı-satqı müqaviləsində X9 adına özgəninkiləşdirilməsi nəzərə tutulan “tövlə” üzərində hər hansı hüquq qeydiyyata alınmadığından alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(112)-1959/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ünvanında yerləşən ümumi sahəsi 420.0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 52.5 kv.m sahəsi olan tövlə üzərində mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi (yaşayış sahəsi: 63.5 kv.metr, köməkçi sahə: 152.7 kv.metr) üzərində X7 mülkiyyət hüququ xx.xx.2005-ci il tarixində qeydiyyata alınmışdır. Həmin tarixdə fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportda “tövlə” torpaq sahəsinin baş planında qeyd olunsa da, onun üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2006-cı il tarixli, 4Ə-1-111 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən qeyd olunan fərdi yaşayış evi X5 adına özgəninkiləşdirilmişdir. Həmin alqı-satqı müqaviləsində X9 adına özgəninkiləşdirilməsi nəzərə tutulan “tövlə” üzərində hər hansı hüquq qeydiyyata alınmadığından alqı-satqı müqaviləsinin predmeti ola bilməz.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. İş materiallarından görünür ki, “Maştağa subtropik sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarından çıxarışa əsasən, Maştağa subtropik sovxozunun işçisi X12 fərdi yaşayış evi tikintisi üçün 0,07 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.
12. Maştağa subtropik sovxozunun ərazisində yeni istifadəyə verilmiş yaşayış evinin istismara verilməsi haqqında 07 dekabr 2005-ci il tarixli qəbul aktına əsasən, X7 inşa etdiyi yaşayış evinə baxış keçirildi, müayinədən sonra komissiya Maştağa subtropik sovxozunun ərazisində T.M.Əliyev tərəfindən inşa edilmiş yaşayış evinin istismara qəbul edilməsi qərara alınmışdır.
13. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən, Subtropik sovxozu 96 ünvanda X12 məxsus fərdi yaşayış evi üçün tərtib edilmişdir, texniki plana əsasən A (ev) və B (tövlə) tikililər mövcuddur.
14. AN – İ ******* nömrəli 14 fevral 2006-cı il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, X2 adlanan bir tərəf, X8 və X16 alıcı adlanan digər tərəflər olmaqla, satıcı Abşeron rayon Texniki İnventarlaşdırma bürosunun 34104 №-li qeydiyyat vəsiqəsinə və 14 fevral 2006-cı il tarixli 2954 №-li arayışına əsasən özünə məxsus olan Sabunçu rayon Maştağa qəsəbəsi Subtropik sovxozunda 1008,0 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi 63,5 kv.m köməkçi sahəsi 152,7 kv.m olan 5 otaqdan ibarət yaşayış evinin 588,0 kv.m torpaq sahəsində yerləşən 137,6 kv.m yaşayış evini Qəniyev A.T oğlunun, 420,0 kv.m torpaq sahəsində yerləşən 52,5 kv.m sahəsi olan tövləni X18 alıcının mülkiyyətinə verir.
15. AZ-İİ seriyalı, 007875 nömrəli “Ölüm haqqında Şəhadətnamə”yə əsasən, X16 xx.xx.2012-ci ildə vəfat etmişdir.
16. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-10964-8/202 **********85 nömrəli, xx.xx.2021-ci il tarixli **********95 nömrəli və xx.xx.2021-ci il tarixli, **********83 nömrəli məktublarından görünür ki, iddiaçının hazırki iddia tələbində göstərilən məzmunda cavabdehə müraciəti icra edilməmişdir, müraciətinin icrasından imtina edilmişdir.
17. Bölgü sxeminə dair 31 iyul 2021-ci il tarixli müqaviləyə əsasən (X8 və X15 arasında bağlanmış), ünvan 2 ünvanında yerləşən yaşayış evi və istifadədə olan torpaq sahəsinin bölgü sxemi təsdiq edilmişdir.
18. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 7373/2024 **********373 nömrəli cavab məktubuna əsasən, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda 1008.0 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən tikililərə dair arxiv sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu 96 nömrəli evin X6 xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, X17, X8 ilə X16 arasında bağlanılmış AN-İ0067324,xx.xx.2006-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu, evini müayinə aktı, yaşayış evinin istismara verilməsi haqqında aktı, X12 0,07 ha torpaq sahəsinin ayrılmasına dair “Maştağa subtropik sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarından çıxarış.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir.
23. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir;
24. torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: - 55. müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - 65. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
26. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; -10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
28. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: - 3.1: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimata əsasən: - 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. - 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
30. İşin faktiki hallarına əsasən mübahisəli ünvan ilkin olaraq 30 yanvar 1991-ci il tarixli Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarına əsasən X12 ayrılmış, sonradan X1 rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz küçəsində 96 nömrəli ev (yaşayış sahəsi 63.5 kv.m, köməkçi sahəsi – 152,7 kv.m) 5 otaqdan ibarət yaşayış evi üzrə mülkiyyət hüquqlarını dövlət qeydiyyatından keçirmiş və 30 dekabr 2005-ci ildə Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Qeydiyyat Vəsiqəsini əldə etmişdir. AN – İ ******* nömrəli 14 fevral 2006-cı il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən fərdi yaşayış evinin 588,0 kv.m torpaq sahəsində yerləşən 137,6 kv.m yaşayış evini X5, 420,0 kv.m torpaq sahəsində yerləşən 52,5 kv.m sahəsi olan tövləni X9 mülkiyyətinə vermişdir. X8 qeyd edilən müqavilə əsasında mülkiyyətinə verilmiş yaşayış evinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmış və müvafiq çıxarış əldə etmişdir. X16 isə mülkiyyət hüququnu müqavilə bağlanıldıqdan sonra dövlət qeydiyyatına aldırmamış 2012-ci ildə vəfat etmişdir. Hazırda onun vərəsəsi olan iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ünvanında yerləşən 420,0 kv.m torpaq sahəsində yerləşən 52,5 kv.m sahəsi olan tövləni və torpaq sahəsinin mərhum ərinə məxsus olması barədə arayışın verilməsi barədə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilmiş, imtinaya səbəb kimi torpaq sahəsinin ölçüsü 420 kv.m göstərilsə də, bölgü sxeminində 431 kv.m olmasını göstərmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
31. Cavabdehin iddiaya dair məhkəməyə təqdim etdiyi etirazının əsasını təşkil edən hallar kimi - X7 mülkiyyət hüququ xx.xx.2005-ci il tarixində qeydiyyata alınması, həmin tarixdə fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportda “tövlə” torpaq sahəsinin baş planında qeyd olunsa da, onun üzərində mülkiyyət hüququ qeydiyyata alınmaması və alqı-satqı müqaviləsində X9 adına özgəninkiləşdirilməsi nəzərə tutulan “tövlə” üzərində hər hansı hüquq qeydiyyata alınmadığından alqı-satqı müqaviləsinin predmeti ola bilməməsini göstərmişdir.
32. Halbuki, əmlaka dair sahiblik və istifadə hüququ anlayışı qanunda açıq aydın göstərilmişdir. Yəni ki tövlənin alqı-satqı müqaviləsinin predmeti olmaması və ya tövlə barədə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair istisna hallar qanunvericiliklə müəyyən edilməmişdir.
33. İddianın digər hissəsinə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ünvanında yerləşən ümumi sahəsi 420.0 kv.m torpaq sahəsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir, yəni ancaq alqı-satqı müqaviləsinin predmeti olan tövlənin yerləşdiyi torpaq sahəsinə (tövlənin altında yerləşən) dair məxsusluq arayışının verilməsi məqsədəuyğundur. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ünvanında yerləşən 96 saylı evə dair xx.xx.2005-ci il tarixli Texniki Pasportdan müəyyən edilir ki, X7 torpaq sahəsi 1008 kv.m təşkil edir: 204 kv.m tikinti altı+ 804 kv.m qalan torpaq sahəsi(həyət örtüyü). Halbuki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin Qərarına əsasən X12 Maştağa Subtropik sovxozunda fərdi yaşayış evi tikmək üçün 0,07 ha torpaq sahəsi ayrılmışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, X12 0,07 ha torpaq sahəsi ayrıldığı halda onun 14 fevral 2006-cı il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, özünə məxsus olan Sabunçu rayon Maştağa qəsəbəsi Subtropik sovxozunda 1008,0 kv.m torpaq sahəsinin: 588,0 kv.m torpaq sahəsinin Qəniyev A.T oğlunun və 420,0 kv.m torpaq sahəsinin X10 faktiki istifadə və sahibliklərinə verməsi özü-özlüyündə qeyri-müəyyən və məqsədəuyğun deyildir. Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, Bölgü sxeminə dair 31 iyul 2021-ci il tarixli müqavilənin (X8 və X15 arasında bağlanmış) hazırki iş üzrə heç bir hüquqi əsası yoxdur. Odur ki, cavabdehin imtinası iddia tələbinin bu hissəsinə münasibətdə əsaslıdır.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
36. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(112)- 1959/2024 saylı qərarı qismən ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ünvanında yerləşən 52.5 kv.m sahəsi olan tövlə və həmin tövlənin yerləşdiyi 52,5 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmədidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(112)-1959/2024 saylı qərarı qismən ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ünvanında yerləşən 52.5 kv.m sahəsi olan tövlə və həmin tövlənin yerləşdiyi 52,5 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov