Məhkəmə qərarları › İş №2-1(103)-589/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-589/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-589/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1, nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8373/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qanuni nümayəndə1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin Komitənin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan iddiaçı Qanuni nümayəndə1 əsl İddiaçı ilə əvəz edilmiş və Qanuni nümayəndə1 İddiaçı qanuni nümayəndəsi qismində tanınmışdır. İddia aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçının atası Qanuni nümayəndə1, arvadı Qanuni nümayəndə2 və övladı hazırki iş üzrə iddiaçı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçı xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. O və atası məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün imtiyazlardan istifadə edirlər. Məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu onun müraciətini təmin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi göstərilmişdir ki, iddiaçının atasının adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə-4042-60, ev 5, mənzil 103-də yerləşən mənzil övladının doğum tarixindən əvvəl qeydiyyata alınmışdır. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2006-cı il təvəllüdlü İddiaçı doğulmasından əvvəl atası Qanuni nümayəndə1 xx.xx.2002-ci il tarixində ayrıca yaşayış sahəsi əldə etmiş və xx.xx.2003-cü il tarixdən xx.xx.20019-cu il tarixinədək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşdüyündən, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar’ın 4.2.6cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilİə bilməz...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8373/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci iltarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə əsasən övladların yaşayış və qeydiyyat ünvanının valideynlərlə eyni olmalı olduğu və işğaldan azad edilmiş torpaqlara məcburi köçkün olan valideynləri ilə birgə köçürülmə ehtimalı olduğundan valideynlərindən ən azı biri “məcburi köçkün” statusuna malik olan uşaqlara bu statusun verilməsindən imtina oluna bilməz. Cavabdehin imtinasının əsas dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni cavabdeh bildirir ki, iddiaçının anasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsa da, rəsmi qeydiyyatı Bakı şəhərindədir. Lakin hakim iddianı rədd edərkən cavabdeh tərəfin imtinasına əsaslanmamış, iddianı mənzilin onun adına olması ilə əsaslandırmışdır. Məhkəmə işi tam, hərtərəfli, obyektiv araşdırmamışdır. Belə ki, o və həyat yoldaşı məcburi köçkündürlər. Hesab edir ki, onun övladı da bu statusa malikdir. Ona görə də övladına məcburi köçkün statusu və vəsiqəsi verilməlidir. Təlimatda valideyinlərindən biri göstərilmiş, lakin uşağın hər iki valideyni məcburi köçkündür. Uşağın anasının qeydiyyatı Bakı şəhəri olduğu üçün inzibati orqan həmin vəsiqəni verməkdən imtina etmişdir. Lakin qeydiyyatda da olmaq o demək deyil ki, onun həyat yoldaşının məcburi köçkün statusu ləğv olunub. 30 ildən çoxdur ki, məcburi köçkündürlər və bu vaxt ərzində qohumların köməkliyi ilə mənzil alblar ki, şəraitli evdə yaşasınlar. Hansı qanunda göstərilib ki, məcburi köçkün mənzil ala bilməz. Bu onun konstitutsion hüququdur. Hakim qərarda göstərib ki, iddiaçının anasının adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə-4042-60, ev 5, mənzil 103-də yerləşən mənzil övladının doğum tarixindən əvvəl adlarına qeydiyyata alınmışdır. Bu tamamilə səhv yanaşmadır. Belə ki, təlimatda doğumdan əvvəl, doğumdan sonra sözü göstərilməmişdir. Həmçinin hakim inzibati orqanın ona imtina olunduğu səbəbini araşdırmamış və adlarına olan mənzili mübahisələndirmişdir. Hakim işə qarşı qərəzli mövqe tutmuşdur…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddiaçının atasına mənzili 2001-ci ildə Rusiyada olan qaynı tərəfindən onun adına aldığını, Rusiyadan qayıtdıqda isə ondan alacağını bildirdiyini qeyd edərək apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir (İddiaçının qanunui nümayəndəsi Qanuni nümayəndə1 isə Kəlbəcərdə köçkün düşmüş şəxslər üçün ev tikildiyini, ona görə də övladının da məcburi köçkün statusua malik olmasını istəyini bildirmişdir) Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, eləcə də, məhkəmə iclasına gəlmədyi təqdirdə işə onların iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxlması mümkün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. İş materiallarında olan AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumata və AA seriyalı 479039 №li məcburi köçkün vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, iddiaçının atası Qanuni nümayəndə1 xx.xx.1967-ci ildə Kəlbəcər rayonu, Zülfüqarlı kəndində doğulmuş Kəlbəcər rayonu, Zülfüqarlı kəndində qeydiyyatdadır, 1967-ci il 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, Suraxanı rayonunda məskunlaşmışdır. Eyni zamanda, iddiaçının anası Qanuni nümayəndə2 işə əlavə olunmuş AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumata, AA seriyalı 426514 №li məcburi köçkün vəsiqəsinə əsasən müəyyən olunur ki, xx.xx.1969-cu ildə Laçın rayonu, Minkənd kəndində doğulmuş, orada qeydiyyatdadır, 1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşmüş, hazırda Suraxanı rayonunda məskunlaşmışdır (AZ-İ seriyalı 234421 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən iddiaçının valideynləri arasında xx.xx.2006-cı ildə nikah bağlanmışdır. Nikah bağlanandan sonra ərə Mustafayev, arvada isə Əliyeva soyadı verilmişdir). İddiaçı X1 işə əlavə olunmuş AZ-İ seriyalı 788205 nömrəli doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsi barədə elektron məlumata, AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2006-cı ildə Bakı şəhərində doğulmuş, atası Qanuni nümayəndə1, anası isə Qanuni nümayəndə2dır, Kəlbəcər rayonu, Zülfüqarlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın: 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi qəbul edir; 1.2-ci bəndinə əsasən, məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər; 1.3-ci bəndinə əsasən, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir; 4.2-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Qaydaların qeyd olunan 4.2; 4.2.6-cı bəndlərinin imperativ tələbindən göründüyü kimi, “məcburi köçkün” statusuna malik olan şəxs mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Konkret halda da işə əlavə olunmuş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 115173 nömrəli qeydiyyat vəsiqəsinin surətinə, eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh quruma ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-1631/2023 nömrəli məktubunun surətinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllə, ev 5, mənzil 103 xüsusi mülkiyyət hüququ ilə iddiaçının atası Qanuni nümayəndə1 adına xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Həmin qeydiyyat vəsiqəsinin verilməsi ilə bağlı işə əlavə olunumuş arxiv materiallarına əsasən müəyyən olunur ki, iddiaçının atası Qanuni nümayəndə1 tərəfindən həmin yaşayış sahəsi 20 dekabr 2001-ci il tarixdə notarial qaydada bağlanmış 141745 saylı alqı-satqı müqaviələsi əsasında əldə edilmişdir. AR DİN BPQMİ-nin xx.xx.2023-cü il tarixli cavabdeh orqana ünvanlanmış məktubun surətinə əsasən iddiaçının atası alqı-satqı müqaviləsi əsasında əldə etdiyi həmin mənzilə (yerləşdiyi ünvan 3 ünvanına) xx.xx.2003-cü il tarixdə pasport qeydiyyatına düşmüşdür (İddia ərizəsində də yaşadığı ünvan kimi həmin ünvan göstərilir. xx.xx.2019-cu il tarixdən ünvanı dəyişmişdir). İddiaçının qeyd edilən doğum haqqında şəhadətnaməsinə əsasən isə müəyyən olunur ki, atası tərəfindən həmin mənzil alqı-satqı müqaviləsi əsasında əldə olunub, oraya pasport qeydiyyatına düşdükdən sonra doğulmuşdur. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, cavabdeh tərəfindən “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə istinadən iddiaçıya məcburi köçkün stasunun verilməsindən imtina olunması qanuni və əsaslı olmuşdur. Qanuni imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmənin gəldiyi nəticə işin sübutlarla müəyyən edilən hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını, sübutlara düzgün qiymət verilmədiyini, əsassız və qanunvericiliyə zidd qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati 2-1(112)-8373/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8373/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar