Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-589/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7441/2024 saylı 04 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 1999-cu ildə ədliyyə orqanlarına işə qəbul olunaraq Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində hüquq məsləhətçisi, 2007-2010-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində məsləhətçi, 2010-2017-ci illərdə Bakı şəhərinin Səbail, 2017-2019-cu illərdə isə Xətai rayon icra şöbələrində icra məmuru vəzifələrində işləmişdir. İddiaçı Ədliyyə Nazirinin xx.xx.2019-cu il tarixli 18-T saylı əmri ilə tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüş, xx.xx.2020-ci il tarixdə Qubadlı rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci ildə Sumqayıt şəhəri üzrə icra idarəsinə ezam edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirinin 76-K №-li, xx.xx.2024-cü il tarixli əmrinə əsasən əvvəllər verilmiş ciddi intizam tənbehindən və edilmiş xəbərdarlıqlardan lazımi nəticə çıxarmayaraq kobud qanun pozuntularına və nöqsanlara yol verdiyinə görə Qubadlı rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsini icra edən, Sumqayıt şəhəri üzrə İcra idarəsinə ezam edilmiş İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir (əsas: araşdırma materialları, icra xidməti üzrə monitorinq qrupunun arayışı). Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 76-K nömrəli əmrinin iddiaçıya aid olan hissədə ləğv edilməsi, iddiaçının ədliyyə orqanlarında qulluğa bərpa edilməsi, əsassız sərəncamda saxlanıldığı 9 aya görə kompensasiyanın, 2023-cü il üçün verilən müvafiq çıxarışa əsasən iddiaçıya hesablanan, lakin hesabına köçürülməyən 2869,75 manat vəsaitin və həmin ildə istifadə etmədiyi məzuniyyət günləri üçün kompensasiyanın, 2023-cü və 2024-cü il illər üzrə nəzərdə tutulmuş müalicə olunması ilə əlaqədar müavinətin, məzuniyyət pulunun, məzuniyyətə çıxarkən verilən müavinətin, həmçinin işə bərpa olan günədək məcburi iş buraxma müddətinə görə sonuncu tutduğu vəzifə üzrə əmək haqqının cavabdehdən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2019-cu ilin noyabr ayında tutduğu vəzifədən azad olunaraq sərəncama götürülməsi üçün əsas - Ədliyyə Nazirliyinin İcra baş idarəsinin sabiq rəisinin Ədliyyə Nazirinə verdiyi təqdimat olmuşdur. O zaman İcra baş idarəsi tərəfindən iddiaçı barəsində xidməti fəaliyyəti ilə bağlı aparılan araşdırma, ona məlumat verilmədən aparılmış, şifahi və yazılı müraciətlərinə baxmayaraq həmin materiallarla tanış olması üçün bu günədək şərait yaradılmamış və bu səbəbdən məsələyə dair hər hansı münasibət bildirmək imkanı olmamışdır. Araşdırmanın gedişatı iddiaçıdan gizli saxlanılsa da, sonradan ona qeyri-rəsmi məlum olmuşdur ki, qeyd olunan təqdimatda aşağıdakı icra sənədlərinin icrasında nöqsan və qanun pozuntularına yol verildiyi göstərilmişdir: Bririncisi - iş üzrə X8nın (tələbkar “Para BOKT”), digəri - borclu Mədniyyət Nazirliyinin yanında X6, Bərpası və İnkişafı Xidmətinin (tələbkar "xxxx" MMC) və üçüncüsü - "xxxx" MTK-nın təsisçilərinin (tələbkar - Kamal Əliyev) tərəf olduğu icra sənədləridir. İddiaçı qeyd olunan bu işlərlə bağlı Ədliyyə nazirinə, onun müavininə dəfələrlə ərizə ilə müraciət edərək bildirmişdir ki, İcra baş idarəsi tərəfindən aparılan araşdırma materialları həqiqəti əks etdirmir, qərəzli xarakter daşıyır. Lakin Nazirliyin rəhbərliyi tərəfindən, iddiaçının 21 il qüsursuz xidmətini nəzərə almadan belə, müraciətində heç bir münasibət bildirilməmişdir. Həmin müraciətlərdə aşağıdakılar göstərilmişdir. Təqdimatda X8nın tərəf olduğu icra sənədi ilə bağlı nöqsan kimi vətəndaşa aid əmlaklar siyahıya alınmadan tələbkar “Para” Bank Olmayan Kredit Təşkilatına (əvvəlki adı - "xxxx" ASC) təhvil verildiyi qeyd olunmuşdur. Həqiqətdə isə həmin əmlaklar mübahisə predmeti olan mənzildə saxlanılmışdır. Belə ki, mənzildən çıxarılma ilə dəfələrlə təyin edilmiş icra yerinə borclu gəlmədiyinə görə, növbəti icra tədbiri zamanı Baş icra məmurunun göstərişinə uyğun olaraq mübahisəli mənzilin qapısı məcburi açılmış, mənzilə daxil olmadan onun giriş qapısının açarı dəyişdirilmiş, qapı plomblaşdırıİmış və açar saxlanc üçün MİKS-in rəisinə təhvil verilmişdir. Bu icra tədbiri - icra məmurunun, sahə müvəkkilinin, əraziyə xidmət edən MİKS-in rəisinin və tələbkar təşkilatın nümayəndəsinin birgə iştirakı ilə həyata keçirilmiş, videoçəkiliş aparılmış, aktlaşdınimiş və akt işə əlavə edilmişdir. Borcluya isə bildirilmişdir ki, əşyalarını götürmək istəyəndə icra şöbəsinə müraciət etsin. Borclu öz əşyalarını iddiaçı sərəncama çıxarıldıqdan bir il sonra götürmüşdür (icra sənədində və tələbkar təşkilatda bu barədə müvafiq akt var). Həmçinin bildirilməsi zəruridir ki, icra qurumlarının icraatında olan mənzildən çıxarılma ilə bağlı tələblər, külli miqdarda pul tələbləri və hərracla bağlı işlər - İcra baş idarəsi tərəfindən daim nəzarətdə saxlanılır və onların icrası bilavasitə Baş icra məmuru tərəfindən verilən tapşırıqlar əsasında həyata keçirilir. Yəni icra məmuru bu kateqoriyadan olan işlər üzrə vəzifələrini icra edən zaman, İcra baş idarəsi, habelə bilavasitə rəisi tərəfindən verilən tapşırıqlara əməl edir. İcra baş idarəsi tərəfindən araşdırılan digər icra işi - tələbkar "xxxx" MMC-nin borclu Mədəniyyət Nazirliyinin yanında X6, Bərpası və İnkişafı Xidmətinə qarşı olan borc tələbidir. Qeyd olunan işdə iddiaçıya irad tutulmuşdur ki, o, lazımi icra tədbirlərini vaxtında görməmiş, borclunun bank hesablarını yoxlamamış, qərarın icrasından yayınan şəxslər barəsində qanunamüvafiq tədbirlər görməmiş və bununla da süründürməçiliyə yol vermişdir. İddiaçı bu məsələ ilə bağlı bildirir ki, 2016-cı ildə verilmiş həmin icra sənədi Səbail rayon icra şöbəsindən ərazi aidiyyəti üzrə 2019-cu ilin aprel ayında Xətai rayon icra şöbəsinin icraatına daxil olmuş, icrası ona həvalə edilmiş və üç ay müddətində (avqust ayının 2-də) borclu Xidmətin rəhbəri ilə işçi qaydasında aparılan danışıqlar və görüşlər nəticəsində icrası təmin olunaraq iş üzrə icraata xitam vermişdir. Yeni üç ay müddətində dövlət orqanının borclu qismində tərəf olduğu icra sənədinin icra olunmasına “süründürməçilik” deyilməsi absurddur. Hesabların yoxlanılması iradına gəlincə, məlumdur ki, dövlət orqanları dövlət büdcəsindən təyinatlı ayrılmalar vasiaiti hesabına maliyyələşdirilir və bu orqanlara ayrılmış pulun hesabdan hesaba köçürülməsi yalnız qurumun rəhbəri tərəfindən imza və gerbli möhürlə təsdiq edilən ödəniş tapşırığı əsasında mümkündür. Dövlət orqanının hesabından vəsaitin məcburi qaydada köçürülməsi üsulu qanunvericilikdə nəzərdə tutulmamışdır. İcra baş idarəsi tərəfindən araşdırılan üçüncü iş - borclu "xxxx" MTK-nın təsisçisi Kamal Əliyevin tələbkar qismində tərəf olduğu icra sənədi olub. Həmin icra sənədinin mahiyyəti tikinti şirkətinin təsisçiləri arasında pay bölgüsündən ibarət idi. Bu icra sənədinin icrası ilə bağlı iddiaçıya irad tutulan qanun pozuntusu - icraatın məcburi dayandırmalı olduğu halda işə əsassız xitam verməsidir. İddiaçı bu məsələ ilə bağlı bildirir ki, icra sənədi şöbəyə daxil olmaqla eyni vaxtda borclu tələbkarın xeyrinə özgəninkiləşdirməli olduğu əmlak payını dərhal təqdim edərək tələbin icrasını faktiki olaraq təmin etmişdir. Tələbkara ayrılmış payın sənədlə və naturada təhvil verilməsi işdə olan müvafiq aktla və videoçəkilişlə təsdiqlənir. Sonradan iddiaçıya məlum olmuşdur ki, buna qanuni əsaslar olmasa da, Baş icra məmuru şöbə rəbərinə bu iş üzrə icraatın dayandırılması barədə tapşırıq verib. Şöbə rəhbəri isə bu tapşırığı iddiaçıya (icra məmuruna) elan etməmiş, əksinə mövcud sənədlər əsasında təxirə salınmadan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyini tələb etmişdir. Nəticədə, iddiaçı tərəfindən iş üzrə qəbul edilmiş xitam qərarı Baş icra məmurunun tapşırığına zidd olduğuna görə müvafiq qərarla ləğv edilmiş, iş icra olunması üçün digər şöbəyə (Nərimanov rayon icra şöbəsinə) göndərilmiş və iddiaçıya xidməti məktubla Baş icra məmurunun xəbərdarlığı göndərilmişdir. Bu hadisədən bir neçə ay sonra o, Ədliyyə nazirinin xx.xx.2019-cu il tarixli 18-T saylı əmri ilə tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüşdür. İddiaçının xidmətdən xaric olunmasınə əsas olan Ədliyyə nazirinin xx.xx.2024- cü il tarixli 76-K nömrəli əmri ilə bağlı aşağıdakıları bildirir: Əmrin şərh hissəsində, iddiaçının işlədiyi Sumqayıt şəhəri üzrə icra idarəsində monitorinq qrupu tərəfindən keçirilmiş kompleks yoxlamanın ümumi nəticələri əks olunmuş və yoxlama zamanı İdarə əməkdaşlarının fəaliyyətində aşkar olunmuş xarakterik pozuntulardır ki, ümumiləşdirilərik iddiaçıya şamil edilmişdir. Əmrin şərh hissəsində şəxsən iddiaçıya aid hissədə - “vəzifələrinə məsuliyyətsiz yanaşması, çoxsaylı icra sənədlərini uzun müddət hərəkətsiz saxlayaraq yalnız icraata başlamaqla kifayətləndiyi, formal qərarlar qəbul edərək davamlı tədbirlər görmədiyi, vətəndaşlarla ünsiyyətdə kobudluq etdiyi, icraata xitam verdiyi halda məcburi icra tədbirininin ləğv etmədiyi, digər nöqsanlara yol verdiyi” göstərilsə də, bu hərəkətlərin yalnız biri həqiqəti əks etdirir. Bu - icraata xitam verilən iş üzrə borclu vətəndaşın ölkədən getmək hüququnu məhdudlaşdıran tədbirin aradan qaldırılmaması olub. Bu isə iddiaçının icraatında olan icra işlərinin böyük əksəriyyətinin digər icra məmurlarından keçməsi və əvvəlki icra məmuru tərəfində icra işinə sənədlərin vaxtında əlavə edilmədiyinə görə əvvəllər görülmüş tədbirləri izləyə bilməməsi, həmçinin iş yükünün çox olması ilə (həmin işə xitam verilməsi İdarənin yarımillik hesabatı dövrünə təsadüf edirdi ki, bu da bütün xidmət üzrə işin ən gərgin vaxtlarından biridir) izah olunur. Bundan başqa xidmət üzrə verilmiş göstərişə əsasən icra sənədi ilə müəyyən edilmiş tutulmalı məbləğin 7% həcmində icra ödənişi ödənilmədiyi təqdirdə borclu barədə tətbiq edilmiş məhdudiyyətlərin götürülməsi qadağan edilmişdir. Əmrin şərh hissəsində qeyd olunan “vətəndaşlarla ünsiyyətdə kobudluq etdiyi” ifadəsinə gəlincə, 2023-cü ilin aprel və iyun aylarında iddiaçı barədə icra sənədi üzrə iki ayrı-ayrı borclu şəxslərin polis orqanlarına etdiyi şikayətlərlə əsaslandırılır. Halbuki həmin şikayətlər hüquq-mühafizə orqanları (polis və prokurorluq) tərəfindən araşdırılmış və onların şər və böhtan xarakterli olduğu müəyyən olunmuşdur. Belə ki, hər iki halda Sumqayıt şəhər prokurorluğu tərəfindən şikayətçilərin iddiaları təsdiqini tapmadığına görə inzibati xəta və cinayət işinin başlanması müvafiq qərarlarla rədd edilmişdir. Buna baxmayaraq, əmrdə “vətəndaşlarla ünsiyyətdə kobudluq etdiyi” ifadəsi istifadə edilmişdir ki, bu da prokurorluğun müvafiq qərarlarına ziddir və hüquqi baxımdan əsaslandırılmamışdır. Qeyd olunan digər nöqsanlar - “vəzifələrinə məsuliyyətsiz yanaşması, çoxsaylı icra sənədlərini uzun müddət hərəkətsiz saxlayaraq yalnız icraata başlamaqla kifayətləndiyi, formal qərarlar qəbul edərək davamlı tədbirlər görmədiyi” - əsaslandırılmadan formal olaraq əmrə əlavə edilmişdir və həqiqəti əks etdirmir. Bu ifadələr iddiaçının ədliyyə orqanlarında işlədiyi 24 il (onlardan - 21 il qüsursuz) ərzində gördüyü işlərə kölgə salır, işçi nüfuzunu heçə endirir. Əmrin şərh hissəsinin sonuncu abzasında iddiaçının işdən çıxarılmasını əsaslandıran “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 10-cu, 31.1.8- ci, 31.5-ci, 32.1-ci, 40.1.11-ci maddələri və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalar”ı rəhbər tutulub. Həmçinin, Ədliyyə nazirinin xx.xx.2024-cü il tarixli 76-K nömrəli əmrinin sərəncam hissəsində "xəbərdarlıqdan lazimi nəticə çıxarmayaraq" ifadəsi istifadə edilmişdir. Bu ifadə həqiqəti əks etdirmir, yanlışdır. İddiaçıya nə şifahi nə də yazılı qaydada xəbərdarlıq edilməmişdir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Ədliyyə nazirinin xx.xx.2024-cü il tarixli 76-K nömrəli əmri üçün əsas olan araşdırma aparılan zaman iddiaçının işdən çıxarılmasına səbəb ola biləcək mötəbər sübutlar aşkar ediməyib, obyektiv aparılmayıb, qərəzlidir. Qeyd olunanlarla yanaşı iddiaçının maddi təminat hüququda pozulmuşdur. Yuxarıda qeyd edildiyi kimi iddiaçı Ədliyyə nazirinin xx.xx.2019-cu il tarixli 18-T saylı əmrilə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüş və 2020-ci ilin dekab ayının 21-də Qubadlı rayon icra və probasiya şöbəsində icra məmuru vəzifəsinə təyin edilmişdir. İddiaçının sərəncamda olarkən məzuniyyət götürdüyünü nəzərə alsaq o, 2020-ci ilin mart ayının 26dan 2020-ci ilin dekabr ayının 21-dək, yəni 9 ay əsassız sərəncamda saxlanılıb. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 11-ci maddəsi ilə ədliyyə orqanlarında qulluqla bir araya sığmayan fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Maddəyə əsasən ədliyyə orqanlarının işçisi heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz. Həmin zaman pandemiyanın sərt karantin rejiminə təsadüf edirdi və belə bir şəraitdə iddiaçı əsassız olaraq 9 ay və daha sonra aşağıda göstərilən müddətdə (5 ay və ümumilikdə 14 ay) əməkhaqqı almadan yaşamaq məcburiyyətində qaldı. Qeyd edilənin davamı olaraq, 2020-ci ilin dekabr ayının 21-də Qubadlı rayon icra və probasiya şöbəsində icra məmuru vəzifəsinə təyin edildikdən 5 ay sonra, yəni 2021-ci ilin may ayının 21-də Sumqayıt şəhəri üzrə icra idarəsinə ezam edilmişdir. Lakin, iddiaçı Qubadlı rayon icra və probasiya şöbəsində vəzifəyə təyin edilsə də, ona 5 ay müddətində əməkhaqqı verilməmişdir. Halbuki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 25-ci maddəsilə ədliyyə orqanları işçilərinin maddi təminatı müəyyən edilmişdir. Həmin maddəyə əsasən ədliyyə orqanları işçilərinin əməkhaqqı - vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 9-cu maddəsilə ədliyyə orqanları işçiləri əsas hüquqlara müəyyən edilmişdir. Onlardan biri (Qanunun 9.0.3-cü maddəsi) - əməkhaqqı almaqdır. Bundan başqa, Ədliyyə nazirliyinin Maliyyə və təminat idarəsi tərəfindən 2023-cü il üçün verilən müvafiq çıxarışa əsasən iddiaçıya hesablanan, lakin hesabına köçürülməyən aşağıdakı vəsaitlər aşkar edilmişdir: 31 mart - 439.37 manat; 30 aprel - 571.20 manat; 31 may - 439.37 manat; 31 iyul 490.22 manat; 31 oktyabr 490.22 manat; 30 noyabr - 439.37 manat, ümumilikdə isə 2869.75 manat. Bundan başqa 2023-cü və 2024-cü illər üzrə iddiaçıya “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2ci maddəsi ilə nəzərdə tutulmuş müavinət (ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir), məzuniyyət pulu, Əmək Məcəlləsinin 135-ci maddəsinin ikinci hissəsilə nəzərdə tutulmuş qaydada 2023-cü ildə istifadə etmədiyi məzuniyyət günləri üçün kompensasiya və həmin Qanunun 23.3-cü maddəsi ilə nəzərdə tutulmuş müavinət (ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir) verilməmişdir. Halbuki, qeyd olunan ödənişlərin verilməsi qanunvericiklə tənzimlənir və bu normalar imperativ xarakter daşıyır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı 1999-cu ildə ədliyyə orqanlarına işə qəbul olunaraq Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində hüquq məsləhətçisi, 2007- 2010-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində məsləhətçi, 2010-2017-ci illərdə Bakı şəhərinin Səbail, 2017-2019-cu illərdə isə Xətai rayon icra şöbələrində icra məmuru vəzifələrində çalışmışdır. İddiaçı Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru vəzifəsində işləyərkən barəsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, o, icraatında olan icra vərəqəsi üzrə süründürməçiliyə yol verərək ipoteka predmeti olan mənzilin vaxtında boşaldılmasını təmin etməmiş, sonradan onun əmlaklarını siyahıya almadan mənzili tələbkar təşkilata təhvil vermiş, həmçinin digər icra sənədləri üzrə icraatı məcburi dayandırmalı olduğu halda qanunvericiliyin tələblərini pozmaqla işə əsassız xitam vermiş, borclu hüquqi şəxsə məxsus bank hesablarının aşkarlanması istiqamətində və məhkəmə qərarlarının icrasından yayınan şəxslər barəsində qanunamüvafiq tədbirlər görməmişdir. Barəsində başlanmış intizam icraatı zamanı İddiaçı mahiyyəti üzrə izahatlar alınmış, fəaliyətində olan konkret nöqsanlar ona bildirilmişdir. Bununla əlaqədar qanunla müəyyən edilmiş əsas vəzifələrini pozduğuna və fəaliyyətində digər ciddi nöqsanlara yol verdiyinə görə Ədliyyə Nazirliyi üzrə xx.xx.2019-cu il tarixli 18-T nömrəli əmrlə intizam məsuliyyətinə cəlb edilməklə tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüşdür. Verilmiş müvafiq əmr “Ədliyyə oqranlarında qulluq keçmə haqqında” Qanunun 32.9-cu maddəsinə əsasən İddiaçı elan olunmuş və surəti imza etdirilməklə ona təqdim edilmişdir. Bu zaman İddiaçı əmrə qarşı etirazını bildirməmişdir. Sərəncamda olma müddəti xx.xx.2020-ci tarixdə tamam olmuş İddiaçı (bu dövrdə o, 2020-ci ilin və 2017-ci ilin hesabına əmək məzuniyyətindən istifadə etmişdir) Bakı şəhəri Səbail rayon icra şöbəsində işləyərkən fəaliyyətində aşkar edilmiş nöqsanlara görə barəsində yeni araşdırma aparıldığı nəzərə alınaraq təyinat məsələsinə baxılması bir müddət mümkün bilinməmişdir. Məsələ nazirliyin rəhbərliyinə məruzə olunaraq müvafiq pozuntular təsdiqini tapmış, fəaliyyətində olan nöqsanlarla bağlı İddiaçı həmin dövrdə ədliyyə orqanlarından xaric edilməyə layiq olsa da, ailə vəziyyəti, müraciətləri və icra xidmətində kadrlara olan ehtiyac nəzərə alınaraq nazirlik üzrə xx.xx.2020-ci il tarixli əmrlə ona Qubadlı rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinin icrası həvalə olunmuş, xidməti zərurətlə əlaqədar xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə ezam edilmişdir. Həmin qurumun bəzi əməkdaşlarının, o cümlədən İddiaçı qeyri-prosessual hərəkətlərə yol verməsinə və etik davranış qaydalarını pozmasına dair şikayətlərlə əlaqədar ötən ilin noyabr ayında yoxlama aparılmışdır. Yoxlamanın nəticəsi üzrə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən vəzifələrinin icrasına məsuliyyətsiz yanaşılmış, çoxsaylı icra sənədləri uzun müddət hərəkətsiz saxlanılaraq yalnız icraata başlanılmaqla kifayətlənilmiş, formal qərarlar qəbul edilərək davamlı tədbirlər görülməmişdir. Eyni zamanda həmin əməkdaş axtarışın və əmək haqqından tutulmaların nəticələri ilə maraqlanmamış, tələbi borclunun gəlirinə yönəltməmiş, icradan qərəzli boyun qaçıran şəxslərin müvafiq məsuliyyətə cəlb olunmasını təmin etməmişdir. Onun tərəfindən icra hərəkətləri zamanı mütənasiblik gözlənilməmiş, icraata əsassız xitam verilmiş, icra ödənişi alınmamış, “Elektron icra” sisteminin imkanlarından səmərəli istifadə olunmamışdır. Bundan başqa, o, vətəndaşlarla ünsiyyətdə kobudluq etmiş icraata xitam verildiyi halda məcburi icra tədbirlərini ləğv etməmiş, digər nöqsanlara yol vermişdir. İddiaçı icraatında olan işlər üzrə aşkar edilmiş nöqsanlara dair tərtib olunmuş aktı imzalamaqla şəxsən tanış olmuş, buna etiraz etməmiş, habelə təqdim etdiyi izahatında qeyd olunan nöqsanlarla razılaşdığını bildirmişdir. Əvvəllər verilmiş ciddi intizam tənbehindən və edilmiş xəbərdarlıqlardan lazımi nəticə çıxarmayaraq kobud qanun pozuntularına və nöqsanlara yol verdiyinə görə Ədliyyə Nazirliyi üzrə xx.xx.2024-cü il tarixli 76-K nömrəli əmrlə İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir. Həmin əmr “Ədliyyə oqranlarında qulluq keçmə haqqında” Qanunun 32.9-cu maddəsinə əsasən İddiaçı elan edilmiş və surəti imza etdirilməklə ona təqdim edilmişdir. Bu zaman da İddiaçı əmrə qarşı etirazını bildirməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7441/2024 saylı 04 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, məhkəmənin iddianın rədd edilməsi qənaətinə gəlməsi üçün əsaslardan biri də cavabdeh Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin sabiq rəisi (Rauf Məhərrəmov) tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmiş təsdiqedici sənədlər əlavə edilməyən məktubuna istinadən vətəndaşlarla ünsiyyətdə kobudluq etməyidir. Cavabdehin məktubuna təsdiqedici sənəd əlavə edilmədiyinə görə, məhkəmə tərəfindən orada yazılana isinadən rədd qərarının çıxarılması da əsassızdır. İddianın ikinci hissəsinə (pul tələbinə) dair məhkəmə Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin rəisi Sənan Rəhimovun xx.xx.2024-cü il tarixli məktubuna istinadən bildirmişdir ki, ona 2024-cü il 13 fevral tarixdə işdən azad olunarkən, 2023-cü il hesabına istifadə olunmamış 25 (iyirmi beş) təqvim günü müddəti üçün 929,84 (doqquz yüz iyirmi doqquz manat, 84 qəpik) manat məbləğində kompensasiya, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2ci maddəsinə əsasən 2.075,00 (iki min yetmiş beş manat, 00 qəpik) manat məbləğində məzuniyyət müavinəti, 2024-cü ilin fevral ayı üçün faktiki iş günü (7 iş günü) üçün 146,40 (bir yüz qırx altı manat, 00 qəpik) manat məbləğində əmək haqqı ödənilmişdir. Tərəfimdən iddia ərizəsinə bank hesabına köçürmələri əlavə etmişdir. Lakin təqdim edilən çıxarışlardan göründüyü kimi, çıxarışlarda son məlumatlar 2023-cü ilin dekabr ayına olan məlumatdır. Göründüyü kimi, iddiaçı ədliyyə orqanlarında xairc edildikdən sonra ona ödənilən son haqq hesab barədə məlumatları məhkəməyə təqdim etməmişdir. Tələbin işə bərpa edilənədək məcburi işburaxma günlərinə görə, əmək haqqınını ödənilməsi hissəsi isə, əmrin ləğv edilməsi hissəsindən asılıdır və əmrin ləğv edilməsi hissəsində tələb əsassız olduğundan, qeyd edilən hissədə də, iddia tələbinin təmin olunması üçün əsas yoxdur. Qeyd olunan münasibət bildirərək qeyd edirəm ki, xidmətdən xaric edildikdən sonra, hesabıma 929,84 (doqquz yüz iyirmi doqquz manat, 84 qəpik) manat və 2024-cü ilin fevral ayı üçün faktiki iş günü (7 iş günü) üçün 146,40 (bir yüz qırx altı manat, 00 qəpik) manat məbləğində əmək haqqı ödənilmişdir. Qeyd olunan digər ödənişlər ona verilməyib və verilməsini (hesabıma köçürülməsini) təsdiq edən sənəd (ödəniş tapşırığı və s) süzügedən məktuba əlavə edilməmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7441/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın (929,84 (doqquz yüz iyirmi doqquz manat, 84 qəpik) manat və 146,40 (bir yüz qırx altı manat, 00 qəpik) manat məbləğində ödənilmiş vəsaitin ona ödənildiyini nəzərə almaqla təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə etiraz və etiraza əlavənin dəlilləri: Apellyasiya şikayətinə etiraz və etiraza əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı 1999-cu ildə ədliyyə orqanlarına işə qəbul olunaraq Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində hüquq məsləhətçisi, 2007-2010-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində məsləhətçi, 2010-2017-ci illərdə Bakı şəhərinin Səbail, 2017-2019-cu illərdə isə Xətai rayon icra şöbələrində icra məmuru vəzifələrində çalışmış, 2019-cu ilin sonundan 2020-ci ilin sonunadək intizam tənbehi qaydasında Ədliyyə Nazirliyinin sərəncamında olmuş, sonradan mürtaciətlərinə əsasən Qubadlı rayon icra va probasiya şöbəsinə icra məmuru vəzifəsinə təyin olunmuş və Sumqayıt şəhər icra idarəsinə iş yükü nəzərə alınmaqla ezam edilmişdir. Həmin vəzifədə işləyərkən İddiaçı əvvəllər verilmiş ciddi intizam tənbehindən və edilmiş xəbərdarlıqlardan lazımi nəticə çıxarmayaraq kobud qanun pozuntularına və nöqsanlara yol verdiyinə görə Ədliyyə Nazirliyi üzrə xx.xx.2024-cü il tarixli 76-K nömrəli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir. Həmin əmrin ləğv edilməsi barədə iddiası Bakı İnzibati Məhkəməsinin hazırda mübahisələndirilən qərarı ilə təmin edilməmişdir. İddiaçı həmin qərardan verdiyi apellyasiya şikayətində xx.xx.2019-cu il tarixli əmlə bağlı qeyd etdiyi xüsusatlarla bağlı aşağıdakıları bildirilir. İddiaçı Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru vəzifəsində İşləyərkən barəsində daxil olmuş müraciətlər üzrə nazirlikdə aparılmış araşdırmalar nəticəsində bir sıra pozuntulara yol verdiyi müəyyən edilmişdir. Belə ki, X8 müraciətində və izahatında göstərmişdir ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İddiaçı icra işi ilə bağlı müvafiq sənədləri (hərracın yekun protokolunu və mənzildən könüllü çıxma barədə bildirişi) ona təqdim etmədən, məcburi icra hərəkətləri aparmış, hərracda banka satılmış mənzildən çıxmaması üçüri hər ay 1.000 manat, hərrac protokolunun məhvi müqabilində 5.000 manat tələb etmişdir (müvafiq sübutlar əldə olunmamışdır). Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən kredit müqaviləsi üzrə tələbkar "xxxx" ASC-nin xeyrinə şikayətçidən tutulmalı olan 50.426 manat pul sonuncuya məxsus ipoteka predmeti olan mənzilin (ilkin satış qiyməti 52.000 manat) hərracda satışından əldə edilən vəsait hesabına ödənilməli və satışdan sonra bir ay ərzində borclu həmin mənzildən çıxarılmalıdır. Baxşəliyev tərəfindən İcra sənədi üzrə Xətai Rayon İcra və Probasiya Şöbəsində xx.xx.2018-ci il tarixdə başlanılmış icraat zamanı o əmlakın satışının təmin olunması üçün hərrac təşkilatına müraciət edilmiş, keçirilmiş ilkin və təkrar hərracda alıcı olmadığına görə mənzil 33.150 manata tələbkar tərəfindən əldə edilmişdir. Bundan sonra təyin edilmiş icra zamanı şikayətçi mənzildən çıxması üçün xx.xx.2019-cu il tarixədək möhlət istəmiş və tələbkarın razılığı (icra işindəki bildirişə qeyd - yazmışdır) nəzərə alınaraq icra təxirə salınmışdır. Bundan sonra şikayətçi hərracın nəticələrini Xətai Rayon Məhkəməsində mübahisələndirmiş ve bu barədə xx.xx.2019-cu il tarixdə icra qurumuna məhkəmə bildirişi, bir gün sonra isə şikayətçi tərəfindən ərizə təqdim olunmuşdur (məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hərracın yekunları barede protokol ləğv edilmiş və həmin qətnamədən apelyasiya şikayəti verilmişdir). xx.xx.2019-cu il tarixə növbəti icra təyin olunmuş və icra zamanı borclu icra yerində olmadığından mənzilin qapısının qıfılı içəri daxil olmadan mütəxəssis tərəfindən dəyişdirilmiş və yeni açarlar bankın nümayəndəsinə təhvil verilmişdir Bununla da qanunvericliyin tələbi pozularaq borclu S.Kərimovanın əmlakları siyahıya alınmamış və əşyalar araşdırma dövründə girişi möhürlənmiş mənzildə qalmışdır. Tələbkar "xxxx" MMCnin şikayəti üzrə bildirilir ki, MMC-nin direktoru Q. İdayətovun şikayəti üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Mədəniyyət və Turizm Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən 2394 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi əsasında Səbail rayon icra şöbəsində xx.xx.2016-cı il tarixdə qanunamüvafiq qaydada icraata başlanılmışdır (araşdırma zamanı Xətai rayon icra şöbəsinin icra məmuru işləmiş İddiaçı). İcraat zamanı borclu qurumun Xətai rayon ərazisində yerləşdiyi müəyyən edildiyindən icra sənədi ərazi aidiyyəti üzrə xx.xx.2017-ci il tarixdə Xətai Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Xətai rayon icra şöbəsində xx.xx.2017-ci il tarixdən davam etdirilən icraat zamanı (icra məmuru İddiaçı) cavabdeh qurumun mülkiyyətində olan avtomaşınlar və qeyri-yaşayış binasının üzərinə həbs qoyulması məqsədi ilə icra məmuru tərəfindən Xətai Rayon Məhkəməsinə təqdimatla müraciət olunsa da, həmin məhkəmənin xx.xx.2019 və xx.xx.2019-cu xx.xx.2019-cu il tarixli qərardadları ilə təmin edilməmişdir (əsaslandırılmamış təqdimat verildiyi üçün). Sözügedən tələbin təmin edilməsi üçün borclunun mülkiyyətində olan avtomaşınlar üzərinə həbs qoyulması məqsədi ilə icra qurumu tərəfindən xx.xx.2019-cu il tarixdə yenidən Xətai Rayon Məhkəməsinə təqdimat verilmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilməmişdir. Araşdırma dövründə müraciət müəllifi İcra Baş İdarəsinə dəvət edilərək dinlənilmiş və icra məmurunun hərəkətsizliyindən şikayətçi olduğunu bir daha bildirmişdir. Aparılmış araşdırma ilə icra məmuru İddiaçı Səbail rayon icra şöbəsində fəaliyyəti zamanı sözügedən icra sənədini 10 ay, Xətai Rayon İcra və Probasiya Şöbəsində isə 21 ay müddətində hərəkətsiz saxladığı, borclu hüquqi şəxsin bank və digər kredit təşkilatlarında hesab və əmanətlərinin olub-olmaması barədə məlumat alınmasından ötrü bütün zəruri tədbirləri görmədiyi müəyyən edilmiş, həmçinin borclunun öhdəliyə münasibəti öyrənildikdən sonra icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunmasının icra sənədinin icrası baxımından daha təsirli olacağını nəzərə almamış, hüquqi şəxsin yerli quruma etdiyi müraciətlərə başdansovdu yanaşmaqla cavablandırmamışdır. Bununla belə, İcra Baş İdarəsinə daxil olan müraciətlərin təhlili zamanı icra məmuru İddiaçı vətəndaşlarla "Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları" na zidd rəftar etdiyi müəyyən olunmuşdur. Borclu "xxxx" MTK-nın təsisçisi Kamal Quliyevin şikayəti üzrə araşdırma ilə bağlı bildirilir ki, K.Quliyevin tərəf olduğu icra sənədi üzrə icraatın dayandırılması müqabilində Xətai Rayon İcra ve Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Vüqar Qasımov və icra məmuru İddiaçı 5.000 manat məbləğində pul istəmələri, onların bu tələbi qəbul edilmədiyi üçün ise əsassız olaraq icraata xitam verilməsi, habelə məsələ ilə bağlı Ali Məhkəmənin yekun qərarının gec göndərilməsi barədə şikayəti olmuşdur. Müəyyən olunmuşdur ki, tikinti sahesində fealiyyət göstərən "MMC-nin idarəetməsi ilə bağlı təsisçiləri K.Quliyev və qeyrilərinin arasında yaranmış mülki mübahisələrə məhkəmə qaydasında baxılmış, nəticədə xx.xx.2019-cu il tarixdə kassasiya instansiyası məhkəməsində yekun qərar qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə sözügedən icra qurumunda icraata başlanılmış icra sənədi üzrə MMC-də 25 faiz payı olan şikayətçinin MMC-dəki iştirakçılığına xitam verilməklə təsis sənədlərində dəyişikliklər edilməli, bu paya uyğun əmlak hissəsi Xətai rayonu ərazisində inşa olunmuş bina kompleksində 891,99 kv.m yaşayış, 774,58 kv.m qeyri-yaşayış sahələri və 1164,12 kv.m yeraltı dayanacaqlar verilməklə ödənilməlidir. Eyni zamanda Pərviz Qiyaslının MMC-də təsisçilikdən çıxmaq barədə müraciəti ilə bağlı aralıq balansının tərtib edildiyi məqama 25 faiz təsis payının həcmi 2.324.022 manat məbləğində müəyyən olunmalı, bu məbləğə uyğun, habelə onun tikintiyə sərf etdiyi 1.700.000 manat əvəzində həmin bina kompleksində naturada payı - ümumilikdə iri ölçüdə yaşayış və qeyriyaşayış sahələri, habelə yeraltı dayanacaqlar istifadəsinə və sahibliyinə verilməlidir. Həmçinin ekspertiza tədqiqatlarının dəyəri cəmi 1.100 manatın bir hissəsi müştərək, digəri isə bərabər qaydada MMC, P.Qiyaslı, Əkrəm Quliyev, Etibar Ağayev və şikayətçidən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qısa icraat dövründə (cəmi 2 gün) bir sıra qanun pozuntularına yol verilməsinə baxmayaraq İddiaçı xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə əsassız olaraq icraata xitam verilmişdir. K.Quliyevin şikayəti üzrə Baş icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə bu nəticə ləğv edilmiş ve iş icra tədbirlərinin davam etdirilməsi üçün Nərimanov rayon icra şöbəsinin icraatına verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, könüllü icra bildirişi bütün tərəflərə göndərilməmiş, şikayətçinin MMCdəki iştirakçılığına xitam verilməklə sənədlərində dəyişiklik edilməsi üçün Vergilər Nazirliyinə müraciət olunsa da, nəticəsi gözlənilməmiş, borclu-tələbkar K.Quliyevin icra hərəkətlərində, o cümlədən ona baxış keçirilməsində iştirakı lazımi qaydada təmin verilməli olan əmlaklara baxış keçirilməsində iştirakı olunmamışdır. Eyni zamanda K.Quliyevin mülki iş üzrə Konstitusiya Məhkəməsinə şikayət Ünvanlandırması səbəbindən icraatın dayandırılması üçün müraciət etməsinə və bununla əlaqədar icra məmuru tərəfindən həmin məhkəməyə sorğu göndərilməsinə baxmayaraq icraatın dayandırılması məsələsi həll edilməli olduğu halda, icraata xitam etmiş, habelə digər nöqsan və pozuntulara yol verilmişdir. Qeyd olunan nöqsanlara əsasən barəsində başlanmış intizam icraatı zamanı İddiaçı mahiyyəti üzrə izahatlar alınmış, fəaliyətində olan konkret nöqsanlar ona bildirilmişdir. Bununla əlaqədar qanunla müəyyən edilmiş əsas vəzifələrini pozduğuna və fəaliyyətində digər ciddi nöqsanlara yol verdiyinə görə Ədliyyə Nazirliyi üzrə xx.xx.2019-cu il tarixli 18-T nömrəli əmrlə intizam məsuliyyətinə cəlb edilməklə tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüşdür. Verilmiş müvafiq əmr "Ədliyyə oqranlarında qulluq keçmə haqqında" Qanunun 32.9-cu maddəsinə əsasən İddiaçı elan olunmuş və surəti imza etdirilməklə ona təqdim edilmişdir. Bu zaman İddiaçı əmrə qarşı etirazını bildirməmişdir. Göstərilənlərdən əlavə əsas olaraq bildiririk ki, 2019-cu ildə verilmiş əmrin hazırkı iddiada (və şikayətdə) mübahisələndirilməsi bununla bağlı müddətlərin keçməsi səbəbindən araşdırma predmeti olması mümkünsüzlük baxımından düzgün deyil. Şikayətdə qeyd edilən İddiaçı 1 ildən artıq sərəncamda olma müddəti ilə bağlı bildiririk ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 15.1-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisi ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiyanın nəticələrinə görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Bu müddətə ədliyyə orqanları işçisinin məzuniyyətdə olduğu dövr daxil deyil. Qeyd olunduğu kimi, İddiaçı Ədliyyə Nazirliyi üzrə xx.xx.2019-cu il tarixli 18-T nömrəli əmrlə intizam məsuliyyətinə cəlb edilməklə tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüşdür. Sərəncamda olduğu müddətdə iddiaçıya Nazirlik üzrə xx.xx.2019-cu il tarixli əmrlə 36, xx.xx.2020-ci il tarixli əmrlə isə 21 təqvim günü müddətdində (cəmi 57 gün) Əmək məzuniyyəti verilmişdir. Sonrakı dövrlərdə isə onun müvafiq vəzifələrə təyin olunması məsələsi ilə bağlı təkliflərlə razılaşmaması, ona möhlət verilməsi barədə ərizələri (əlavə olunur), həmçinin fəaliyyətində aşkar edilmiş nöqsanlara görə barəsində yeni araşdırmaların nəticələrinin yekunlaşmaması səbəbindən uzanmışdır. Bu baxımdan İddiaçı tərəfindən qeyd olunan halla razılaşmış, həmin vaxtı əmək haqqı ilə bağlı tələbi olmamış, barəsində heç bir təyinat aparılmadan, hər hansı bir vəzifədə qulluq etmədən işləmədiyi dövr üçün əmək haqqını tələb etməsi isə ağlabatan deyil. Məsələ nazirliyin rəhbərliyinə məruzə olunaraq müvafiq pozuntular təsdiqini tapmış, fəaliyyətində olan nöqsanlarla bağlı T. Baxşəliyev həmin dövrdə ədliyyə orqanlarından xaric edilməyə layiq olsa da, ailə vəziyyəti, müraciətləri və icra xidmətində kadrlara olan ehtiyac nəzərə alınaraq nazirlik üzrə xx.xx.2020-ci il tarixli əmrlə ona Qubadlı rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinin icrası həvalə olunmuş, xidməti zərurətlə əlaqədar xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə ezam edilmişdir. Bu məsələ ilə bağlı həmçinin qeyd edirik ki, İddiaçı məsələni ötən müddətdə mübahisələndirməməsi (nazirliyə bu barədə ərizə və şikayətləri daxil olmamışdır) bu hal ilə razılaşmasına dəlalət edir. Eyni zamnda Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. ununla belə bu kimi hallarda həmin müddət üçün əmək haqqının ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin bəzi əməkdaşlarının, o cümlədən İddiaçı qeyri-prosessual hərəkətlərə yol verməsinə və etik davranış qaydalarını pozmasına dair şikayətlərlə əlaqədar 2023-cü ilin noyabr ayında yoxlama aparılmışdır. Yoxlamanın nəticəsi üzrə müəyyən edilmişdir ki, T. Baxşəliyev tərəfindən vəzifələrinin icrasına məsuliyyətsiz yanaşılmış, çoxsaylı icra sənədləri uzun müddət hərəkətsiz saxlanılaraq yalnız icraata başlanılmaqla kifayətlənilmiş, formal qərarlar qəbul edilərək davamlı tədbirlər görülməmişdir. O, eyni zamanda icraatında olan işlər üzrə axtarışın və əmək haqqından tutulmaların nəticələri ilə maraqlanmamış, tələbi borclunun gəlirinə yönəltməmiş, icradan qərəzli boyun qaçıran şəxslərin müvafiq məsuliyyətə cəlb olunmasını təmin etməmişdir. Həmçinin onun tərəfindən icra hərəkətləri zamanı mütənasiblik gözlənilməmiş, icraata əsassız xitam verilmiş, icra ödənişi alınmamış, "Elektron icra" sisteminin imkanlarından səmərəli istifadə olunmamışdır. Bundan başqa, o, vətəndaşlarla ünsiyyətdə kobudluq etmiş icraata xitam verildiyi halda məcburi icra tədbirlərini ləğv etməmiş, digər nöqsanlara yol vermişdir. İddiaçı icraatında olan işlər üzrə aşkar edilmiş nöqsanlara dair tərtib olunmuş aktı imzalamaqla şəxsən tanış olmuş, buna etiraz etməmiş, habelə təqdim etdiyi izahatında qeyd olunan nöqsanlarla razılaşdığını bildirmişdir. Bununla bağlı geniş və təfsilatlı akt, izahat əlavə olunur. Əvvəllər verilmiş ciddi intizam tənbehindən və edilmiş xəbərdarlıqlardan lazımi nəticə çıxarmayaraq kobud qanun pozuntularına və nöqsanlara yol verdiyinə görə Ədliyyə Nazirliyi üzrə xx.xx.2024-cü il tarixli 76-K nömrəli əmrlə İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir. Həmin əmr "Ədliyyə oqranlarında qulluq keçmə haqqında" Qanunun 32.9-cu maddəsinə əsasən İddiaçı elan edilmiş və surəti imza etdirilməklə ona təqdim edilmişdir. Bu zaman da İddiaçı əmrə qarşı etirazını bildirməmişdir. İddiaçının müalicə olunmağı ilə əlaqədar ona iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin ardıcıl 2 il ərzində verilməməsi barədə şikayəti üzrə bildirilir ki, müalicə üçün müavinətin verilməsi nazirlik üzrə xx.xx.2008-ci il tarixdə təsdiq olunmuş "Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları"ı ilə tənzimlənir. Qaydalara əsasən bu hüquq, işçinin müvafiq tibbi sənədləri əlavə etməklə ərizəsi əsasında verilir. Müəyyən edilmişdir ki, İddiaçı 2023-cü il üzrə müavinətlə bağlı ərizəsi xx.xx.2023-cü il tarixdə, 2024-cü il üçün isə xx.xx.2024-cü il tarixdə nazirliyə daxil olmuşdur. Qeyd olunan Qaydaların 3.1-ci bəndinə əsasən müavinət bu məqsədlə yaradılmış "Müavinət təyin edən komissiya"nın qərarına əsasən verilir. Həmin Qaydalara əsasən müavinətin verilməsi barədə müraciətə daxil olma növbəliliyi ilə baxılır. İddiaçı ərizəsi xx.xx.2023-cü il tarixdə yəni ilin sonunda, daha əvvəl daxil olmuş digər əməkdaşların da daha çox müraciət etdiyi bir dövrə təsadüf etməsi, həmçinin il sonu olduğu üçün (ərizə daxil olduqdan sonra cəmi 7 iş günü olmuşdur) komissiyada ərizəyə baxılması imkan xaricində olmuşdur. Müavinətlə bağlı ikinci müraciəti xx.xx.2024-cü il tarixdə nazirliyə daxil olan zaman isə artıq İddiaçı həmin tarixdə ədliyyə orqanlarından xaric edilməsi ǝmr olmuşdur. Qulluq keçməyən əməkdaşa isə həmin məbləğin verilməsi Qaydalarda nəzərdə tutulmamışdır (əməkdaş yalnız xestelikden vefat edende verilir). Şikayətdə qeyd olunan qulluqla bir araya sığmayan hərəkətlər aid məsələlərlər bağlı bildiririk ki, İddiaçı barəsində olan iki əmrin heç birində bu ifadə işlədilməmişdir. Həmçinin qeyd edirik ki, iddiaçıya çatası bütün ödənişlər son haqq hesab vaxtı verilmişdir. Nazirlikdə araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı aşağıdakı müddətlər üzrə məbləğlər ödənilməmişdir. 1. Sərəncamda olduğu müddət üzrə - İddiaçı Ədliyyə Nazirliyi üzrə xx.xx.2019-cu il tarixli 18-T nömrəli əmrlə intizam məsuliyyətinə cəlb edilməklə tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüşdür. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1 il, 1 ay 6 gün sərəncamda olmuşdur. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisi ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiyanın nəticələrinə görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Bu müddətə ədliyyə orqanları işçisinin məzuniyyətdə olduğu dövr daxil deyil. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. Ədliyyə orqanları işçisinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əməkhaqqı üç ay müddətində saxlanılır. Sərəncamda olduğu müddətdə İddiaçı 3 aylıq əmək haqqı və məzuniyyət dövrü üçün müavinət ödənilmişdir. Sərəncamda olduğu müddətdə iddiaçıya Nazirlik üzrə xx.xx.2019-cu il tarixdən 36, xx.xx.2020-ci il tarixdən isə 21 təqvim günü müddətdində, cəmi 57 gün əmək məzuniyyəti verilmişdir. Beləliklə, İddiaçı sərəncamda olduğu 1 il, 1 ay 6 gün müddətin ilk 3 ayı üçün əməkhaqqısı verilmiş, növbəti 3 ay sərəncamda olma müddəti uzadıldığı üçün ödəniş aparılmamış, 2 dəfə olmaqla cəmi 57 təqvim günü məzuniyyətdə olmuşdur. Beləliklə qanunvericilikdə nəzərdə tutulduğundan artıq müddətdə 5 ay 9 gün olmuşdur (1 il,1 ay, 6 gün - 6 ay - 57 gün = 5 ay 9 gün). Cəmi ödənilən məbləğ 2131.78 manat; 2. Qubadlı rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinin həvalə olunduğu dövr üzrə: - İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Qubadlı rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinin həvalə olunduğu dövr 4 ay 26 gün təşkil edir və ödənilməli məbləğ 2249.43 manatdır; 3. Müalicə olunması ilə əlaqədar müavinət: - 2023-cü il üzrə müalicə olunması ilə əlaqədar iki aylıq əməkhaqqı həcmində 1939.28 manat birdəfəlik müavinət ödənilmişdir. Yuxarıda qeyd olunan hər 3 hal üzrə ödənişin cəmi 6320.49 manat təşkil edir və bu məbləğ iddiaçının təqdim etdiyi bank hesabına ödənilmişdir. Eyni zamanda bildiririk ki, Yasamal Ryon Məhkəməsinin 2(004)-1977/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı bir uşağın saxlanılması üçün hər ay 160 manat sabit pul məbləği tutularaq iddiaçı X2 ödənilməlidir. Hazırki iş üzrə İddiaçı ödənilmiş əmək haqqları ilə bağlı dövr üzrə aylıq ödəmələrdən 1760 manat pul tutularaq iddaçıya ödənilməsi təmin olunmuşdur. Yuxarıda qeyd olunanlarla bağlı nazirlik üzrə müvafiq əmr imzalanmış və İddiaçı təqdim etdiyi ona məxsus olan bank hesabına ödənilməsi üçün ümumilikdə 8080,49 manat pul hesablanmış, ondan 6320.49 özünə, 1760 manat isə aliment borcuna çıxılmışdır. İddiada (həmçinin apellyasiya şikayətində) qeyd olunan digər məbləğlərlə bağlı aşağıdakıları bildiririk: 1. İlkin iddia ərizəsində qeyd olunan 929,84 manat və 146,40 manat bundan əvvəl iddiaçıya ödənildiyi üçün apellyasiya şikayətində apellyasiya baxışı zamanı həmin məbləğlərin nəzərə alınmamasını xahiş etmişdir. 2. İddia ərizəsində qeyd olunan 2869.75 manat pulun isə İddiaçı Nazirlikdə qəbul zamanı iddiasını “sms bildiriş”lərlə yazdığını qeyd etmiş və ötən məhkəmə baxışında həmin məbləğdən imtina etmişdir. 2024cü il üzrə müalicə olunması ilə əlaqədar iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət isə o, qulluqdan xaric olunduqdan sonra xx.xx.2024-cü il tarixdə nazirliyə daxil olmuşdur. Bu səbəbdən də həmin məbləğin ödənilməsi imkan xaricindədir. Göstərilənlərin nəzərə alınması, apellyasiya şikayətinin digər hissədə təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə etiraza iddiaçının münasibəti Apellyasiya şikayətinə etiraza iddiaçı münasibət olaraq bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə barəsində vəzifədən azad etmə və sərəncama götürülmə ilə əlaqədar verilmiş əmrin əsasını təşkil edən araşdırma materialları həqiqəti əks etdirmir və qərəzlidir. Bu barədə vaxtı ilə cavabdehin əvvəlki rəhbərliyinə dəfələrlə məlumat verməyinə və çoxsaylı yazılı müraciətlərinə baxmayaraq, Ədliyyə nazirinin xx.xx.2019-cu il tarixli əmri təhrif edilmiş araşdırma materiallarına əsasən qəbul edilmişdir və 4 il 3 ay müddətdən sonra barəsində xx.xx.2024-cü il tarixdə qəbul edilmiş növbəti əmrə, xidmətdən xaric olunması üçün əsasların biri kimi daxil edilmişdir. Qeyd olunanların iddiası ilə bağlı məhkəmə araşdırmasında nəzərə alınmasını xahiş edir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, eyni zamanda iddia olunan pul ödənişlərinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən həyata keçirildiyi üçün həmin hissədə tləblərindən imtina etdiyini və buna görə də həmin hissədə iş üzə icraata xitam verilməsini, iddia tələbinin qalan hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçının pul tələbləri Nazirlik tərəfindən tam ödənildiyi üçün iddiaçının iddiasının həmin hissəsindən imtina etməsinə etiraz etmir, lakin iddiaçının “əmrin ləğvi, işə bərpa” ilə bağlı tələblərinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı “əsassız sərəncamda saxlanıldığı 9 aya görə kompensasiyanın, 5 aya görə əmək haqqının, 2023cü il üçün verilən müvafiq çıxarışa əsasən iddiaçıya hesablanan, lakin hesabına köçürülməyən 2869,75 manat vəsaitin və həmin ildə istifadə etmədiyi məzuniyyət günləri üçün kompensasiyanın, 2023-cü və 2024-cü il illər üzrə nəzərdə tutulmuş müalicə olunması ilə əlaqədar müavinətin, məzuniyyət pulunun, məzuniyyətə çıxarkən verilən müavinətin ona ödənilməsi”nə dair iddia tələblərindən imtinasının qəbul edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı “əsassız sərəncamda saxlanıldığı 9 aya görə kompensasiyanın, 5 aya görə əmək haqqının, 2023-cü il üçün verilən müvafiq çıxarışa əsasən iddiaçıya hesablanan, lakin hesabına köçürülməyən 2869,75 manat vəsaitin və həmin ildə istifadə etmədiyi məzuniyyət günləri üçün kompensasiyanın, 2023-cü və 2024-cü il illər üzrə nəzərdə tutulmuş müalicə olunması ilə əlaqədar müavinətin, məzuniyyət pulunun, məzuniyyətə çıxarkən verilən müavinətin ona ödənilməsi”nə dair iddia tələblərindən imtinası qəbul edilib, həmin hissədə iş üzrə icraata xitam verildiyindən, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə pul tələbləri iddiasının rədd edildiyi” hissədə yoxlanılır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtləri də yoxlanılarkən Kollegiya hesab edir ki, ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İşin mahiyyətinə gəldikdə isə qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli 76-K nömrəli əmrinin ona aid olan hissədə ləğv edilməsi, iddiaçının ədliyyə orqanlarında qulluğa bərpa edilməsi, işə bərpa olan günədək məcburi iş buraxma müddətinə görə sonuncu tutduğu vəzifə üzrə əmək haqqının ödənilməsi” barədədir. Bununla bağlı o, məhkəməyə müraciət etsə də, iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. ““Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Ədliyyə orqanları işçilərinin qulluq keçməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş ədliyyə orqanlarının fəaliyyət prinsiplərinə əsaslanır. Ədliyyə orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər. 10.0-cı maddəsinə əsasən ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 10.0.1. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli; 10.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 10.0.3. başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 10.0.5. lazım gəldikdə, öz ixtisası hüdudunda ədliyyə orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli; 10.0.6. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı; 10.0.7. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 10.0.8. qulluq etdiyi ədliyyə orqanının rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları təqdim etməli; 10.0.9. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli; 10.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər. 31.1-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. irad tutma; 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, ədliyyə orqanlarında işə təyin edilir); 31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. 31.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. 31.3. Xidməti intizamı pozduğuna görə ədliyyə orqanları işçisinin xüsusi rütbəsi (ədliyyə sıravisi, tibb xidməti sıravisi, ədliyyə kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, İİİ dərəcəli ədliyyə qulluqçusu və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər. 31.4. Bu Qanunun 31.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçiyə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 31.6. Bu Qanunun 31.1.9-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehi cinayət törətdiyinə görə ədliyyə orqanının işçisi barədə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə tətbiq edilə bilər. 32-ci maddasinə əsasən ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası 32.1. İntizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən həyata keçirilir. 32.2. Ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qurumun rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər. 32.3. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. 32.4. Ədliyyə orqanlarının işçisinə intizam tənbehi bu Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Ədliyyə orqanları işçisinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 32.5. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan eyni bir əmələ görə yalnız bir intizam tənbehi verilə bilər. 32.6. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan əməl törədildiyi gündən bir il keçdikdən sonra ədliyyə orqanları işçisinə intizam tənbehi verilə bilməz. 32.7. İrad tutma, töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olur. 32.8. Bu Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ədliyyə orqanlarının işçisinə verilmiş intizam tənbehi vaxtından əvvəl götürülə bilər. 32.9. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. 32.10. Ədliyyə orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanın rəhbərinə və ya məhkəməyə şikayət verə bilər. 32.11. Ədliyyə orqanları işçisinin intizam tənbehi tətbiq edilməsi barədə əmrdən verdiyi şikayətlərə yuxarı orqanın rəhbəri tərəfindən bir ay müddətində baxılmalı və nəticəsi barədə müvafiq qərar qəbul edilməlidir. “İcra haqqında” Qanunun: 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 27.1. İcra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. 27.2. Borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmurlarının vəzifələri: İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; ... tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparır; Həmin Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının məsuliyyəti və onların fəaliyyətinə nəzarət İcra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İşin araşdırılan hallarından görünür ki, İddiaçı 1999-cu ildə ədliyyə orqanlarına işə qəbul olunaraq Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində hüquq məsləhətçisi, 2007- 2010-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində məsləhətçi, 2010-2017-ci illərdə Bakı şəhərinin Səbail, 2017-2019-cu illərdə isə Xətai rayon icra şöbələrində icra məmuru vəzifələrində işləmişdir. Daha sonra iddiaçı ədliyyə nazirinin xx.xx.2019-cu il tarixli 18-T saylı əmri ilə tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüş, xx.xx.2020-ci il tarixdə Qubadlı rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci ildə Sumqayıt şəhəri üzrə icra idarəsinə ezam edilmişdir. Azərbaycan Respublikası ədliyyə nazirinin 76-K №-li, xx.xx.2024-cü il tarixli əmrinə əsasən əvvəllər verilmiş ciddi intizam tənbehindən və edilmiş xəbərdarlıqlardan lazımi nəticə çıxarmayaraq kobud qanun pozuntularına və nöqsanlara yol verdiyinə görə Qubadlı rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsini icra edən, Sumqayıt şəhəri üzrə İcra idarəsinə ezam edilmiş İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir (əsas: araşdırma materialları, icra xidməti üzrə monitorinq qrupunun arayışı). Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən qanunvericiliyin ədliyyə orqanlarında xidmətə dair normaları ilə yanaşı, icra məmuru tərəfindən həyata keçirilməli olan vəzifələrin də icrası pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli məzmununda onun qəbul edilməsi üçün əsas kimi “iddiaçının vəzifələrinin icrasına məsuliyyətsiz yanaşması, çoxsaylı icra sənədlərinin uzun müddət hərəkətsiz saxlanılaraq yalnız icraata başlanılmaqla kifayətlənməsi, formal qərarlar qəbul edərək davamlı tədbirlər görməməsi, əməkdaş axtarışın və əmək haqqından tutulmaların nəticələri ilə maraqlanmaması, tələbi borclunun gəlirinə yönəltməməsi, icradan qərəzli boyun qaçıran şəxslərin müvafiq məsuliyyətə cəlb olunmasını təmin etməməsi, icra hərəkətləri zamanı mütənasiblik gözləməməsi, icraata əsassız xitam verməsi, icra ödənişi almaması, “Elektron icra” sisteminin imkanlarından səmərəli istifadə etməməsi, vətəndaşlarla ünsiyyətdə kobudluq etməsi, icraata xitam verildiyi halda məcburi icra tədbirlərini ləğv etməməsi və digər nöqsanlara yol verdiyi” göstərilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirilən əmrin məzmununda göstərilən nöqsanlara yol verməsi cavabdeh qurum tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş “Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ezam olunmuş Qubadlı rayon icra və probasiya şöbəsinin icra məmuru İddiaçı icraatında olmuş və hazırki vaxtadək icrası tamamlanmamış (habelə seçmə üsulu ilə bəzi tamamlanmış) işlər üzrə icra intizamının vəziyyətinə dair Məlumat”ın materialları ilə də tam təsdiq olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ezam olunmuş Qubadlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı fəaliyyətində aşkar olunan nöqsanları sonradan Azərbaycan Respublikası Ədliyyə Naziri İ dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədova ünvanladığı xx.xx.2023-cü il tarixli İzahatında etiraf etmişdir. Həmin izahatda iddiaçı göstərmişdir ki, “Bildirirəm ki, monitorinq qrupu tərəfindən icraatımda olan icra sənədləri seçmə üsulu ilə yoxlanılmışdır. Yoxlamanın nəticəsi üzrə aşkar edilmiş nöqsanlar barədə müvafiq akt tərtib edilmiş və mən onunla tanış olmuşam. Qeyd olunan nöqsanlarla razıyam. Aşkar olunan nöqsanları iş yükünün çoxluğu ilə əlaqələndirirəm. Tərəfimdən icra işlərinə lazımi nəzarətin göstərilmədiyi səbəblərindən biri kimi Sumqayıt Məhkəmə Kompleksinə 6 məhkəmə işləri üzrə (Sumqayıt Şəhər Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi, Sumqayıt Kommersiya Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsi, Qubadlı Rayon Məhkəməsi) müəyyən olunmuş növbətçilik cədvəlinə uyğun olaraq ay ərzində 5-6 dəfə növbətçi çıxmağım, həmçinin rəhbərliyin nəzarətində saxlanılan ictimaiyyətə “Tər-Tər işi” kimi məlum olan məhkəmə proseslərində nəzarətin gücləndirilməsi məqsədilə iştirak etməyimdir. Gələcəkdə nöqsanlara yol verməyəcəyimə söz verirəm. Xahiş edirəm nəzərə alasınız”. İş üzrə mübahisələndirilən Azərbaycan Respublikası ədliyyə nazirinin 76-K №-li, xx.xx.2024-cü il tarixli əmrində “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, 31.1.8-ci, 31.5-ci, 32.1-ci, 40.1.11-ci maddələrini, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini və Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 16.5-ci bəndini rəhbər tutaraq Qubadlı rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsini icra edən, Sumqayıt şəhəri üzrə İcra idarəsinə ezam edilmiş İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı əvvəllər verilmiş ciddi intizam tənbehindən və edilmiş xəbərdarlıqlardan lazımi nəticə çıxarmayaraq kobud qanun pozuntularına və nöqsanlara yol verdiyinə görə ədliyyə orqanlarından xaric edilməsi (əsas: araşdırma materialları, icra xidməti üzrə monitorinq qrupunun arayışı) göstərilmişdir. Apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçıya daha öncə “tutduğu vəzifədən azad etmə” intizam tənbeh tədbirinin verilmə əsasları ilə sonuncu dəfə “ədliyyə orqanlarından xaric edilməsi” tənbeh tədbirinin verilmə əsasları eyni olmamışdır. Həmin əsaslar cavabdeh qurumun təqdim etdiyi yuxarıda göstərilən inzibati icraat materiallarından da göründüyü kimi, tam fərqli olmuş, sadəcə sonuncu tənbeh tədbiri görülərkən bu barədə qəbul edilmiş əmrin məzmununda iddiaçının “əvvəllər verilmiş ciddi intizam tənbehindən və edilmiş xəbərdarlıqlardan lazımi nəticə çıxarmayaraq kobud qanun pozuntularına və nöqsanlara yol verdiyi” halı da qeyd olunmuşdur. Bu barədə məhkəmə kollegiyası bildirir ki, “ədliyyə orqanlarından xaric edilmə” növundə intizam tənbeh tədbirinin görülməsi daha ağır və son hədd tənbeh növü olduğu üçün onun birinci dəfə yol verilən intizam qaydalarının tələblərinin pozuntusu ilə bağlı tətbiqi inzibati orqanın öz diskresion səlahiyyətlərinin həyata keçirilməsində mütənasiblik prinsipinin pozulması kimi qiymətləndirilə bilərdi. Lakin hazırki işdən görünür ki, iddiaçıya qeyd olunan növdə intizam tənbeh tədbiri tətbiq olunarkən bundan öncə ona “vəzifədən azad etmə (sərəncama götürülməsi)” növündə tənbeh tədbirindən lazımi nəticə çıxarmayaraq kobud qanun pozuntularına və nöqsanlara yol verdiyi də nəzərə alınmışdır. Yəni, “ədliyyə orqanlarından xaric edilmə” tənbeh növünün verilməsi zamanı inzibati orqan haqlı olaraq iddiaçıya daha əvvəllər başqa nöqsanları ilə bağlı tətbiq edilmiş tənbeh tədbirinin mövcudluğunu, lakin iddiaçının buna məhəl qoymadığını və son hədd tənbeh tədbirinin verilməsini şərtləndirən ““Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş ədliyyə orqanında qulluq keçən şəxsin vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdiyi”ni göstərmişdir. Nəzərə alınmalıdır ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 31.5-ci bəndinə əsasən bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi (ədliyyə orqanlarından xaric etmə) vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Hazırki işdə də cavabdeh qurum iddiaçı barəsində məhz “ədliyyə orqanlarından xaric edilmə” növündə intizam tənbeh tədbirini tətbiq edərkən öz diskresion səlahiyyətləri çərçivəsində davranaraq iddiaçıya daha öncə yol verdiyi nöqsanın, yəni Qanunun 10-cu maddəsində göstərilən “xidməti vəzifələrinin yerinə yetirilməməsi”nin müntəzəmliliyini, etik davranış və intizam qaydalarına əməl etmədiyini, eyni zamanda “ədliyyə orqanında qulluq keçən şəxsin vəzifələrini icra etməməsi ilə xidməti intizamın kobud şəkildə pozuntusuna yol verdiyini” nəzərə almışdır. Odur ki, iddiaçı barəsində cavabdeh tərəfindən mübahisələndirilən əmrin qəbul edilməsində istər inzibati icraat haqqında hüquq normalarının, istərsə də maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmədiyi üçün həmin əmr iddiaçıya münasibətdə qanunvericiliyin tələbləri baxımından qanuni olmuşdur. Belə olan halda iddiaçının “əmrin ona münasibətdə ləğv edilməsi” barədə tələbi əsassız olub təmin edilmədiyi üçün onun bu tələbinə əlavə tələb kimi verdiyi “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə tələbi də əsassız olub təmin edilməməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətinin məzmununda göstərdiyi dəlillər, elektron kabinet vasitəsilə təqdim etdiyi sənədlər onun mübahisələndirdiyi- cavabdeh qurumun sonuncu dəfə qəbul etdiyi xx.xx.2024-cü il tarixli əmrinin qəbul edilməsi üçün əsas olan nöqsanlarla bağlı deyil, bundan öncə qəbul edilmiş xx.xx.2019-cu il tarixli (vəzifədən azad edilərək sərəncama götürülməsi barədə) əmrin qəbul edilməsi üçün əsas olan nöqsanlarla bağlı olduğu üçün və həmin əmr də onun tərəfindən mübahisələndirilmədiyindən, indiyənədək ləğv edilməyyən, dəyişdirilməyən, geri çağırılmayan və etibarsız sayılmayan əmr olduğundan həmin dəlillərin hazırki mübahisənin həllində nəzərə alınması mümkünsüzdür. Odur ki, qeyd olunan dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi və iddianın təmin edilməsi üçün də əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “əmrin iddiaçıya münasibətdə ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı ödənişi” ilə bağlı iddianın təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7441/2024 saylı 04 sentyabr 2024-cü il tarixli qərarı “əmrin iddiaçıya münasibətdə ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı ödənişi tələblərinin rədd edildiyi” hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7441/2024 saylı 04 sentyabr 2024-cü il tarixli qərarı “əmrin iddiaçıya münasibətdə ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı ödənişi tələblərinin rədd edildiyi” hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-589/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-589/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver