Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-59/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədova Şərafət Asif qızının ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili X9, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2144/2018 saylı xx xxxx 2018- ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4rşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək şəxsi hesab vərəqəsindən 355.534 manat əsas borcun ümidsiz borc kimi silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin şəxsi hesab vərəqəsindən 82.135,78 manat əsas borcun ümidsiz borc kimi silinməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı Açıq tipli Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və «Döv lət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 231 saylı, xx.xx.1997-ci il tarixli Sərəncamına əsasən Bakı Kökə-Maya Kombinatının strukturunda olan Kökə kombinatının bazasında yaradılmışdır. Bundan sonra İddiaçı ASC 1 1.06.1997-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona D-2129 saylı şəhadətnamə verilmişdir. «İddiaçı » ASC-nin xx.xx.2005-ci il tarixdə özəlləşdirilməsi başa çatdıqdan sonra təkrarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona 0205-S20-3103 saylı şəhadətnamə verilmişdir. Göründüyü kimi İddiaçı ASC «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş və sonradan özəlləşdirilməsi tam başa çatmışdır. İddiaçı ASC-nin dövlət mülkiyyəti formasında fəaliyyəti dövründə vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə borcu yaranmış, lakin Cəmiyyətin borcları silinməmişdir. "İddiaçı" ASC-nin borcları silinməli olan müəssisələrin siyahısına daxil edilməsi vəzifəsinin Dövlət X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət olunmuş, 1 saylı Yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları İddiaçı ATSC-yə şamil edilmiş və “İddiaçı" ATSC-nin xx.xx.2003-cü il tarixə vergilər və məcburi döv ləl sosial sığorta haqları üzrə borclarının silinməsi üçün İddiaçı ATSC-nin adının 01. 11.2003-cü il tarixə borcları silinməli olan müəssisələrin siyahısına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət X13 Üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəliəşdirilməsinin dövlət proqramına uyğun olaraq özəlləşdirilməsi başlanmış və onun həmin dövlət proqramı qüvvədə olan dövrdə özəlləşdirilməsi başa çatmadığı üçün Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəliəşdirilməsinin dövlət proqramına uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış müəssisə və obyektlərin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramı çərçivəsində özəlləşdirilməsi barədə 449 nömrəli. xx xxxx 2001-ci il tarixli fərmanına uyğun olaraq «Azərbaycan Respublikasında dövlət əmlakının özəliəşdirilməsinin İİ dövlət proqramı” çərçivəsində özəlləşdirilməsi başa çatmışdır. “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən həmin Qanun “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş və özəlləşdirilməsi barədə qərar qəbul edilmiş müəssisələrə şamil edilir. Həmin Qanunun 2.2-ci bəndinə əsasən bu Qanunun 1.0.2-ci maddəsində göstərilən müəssisələrin özəlləşdirilməsi 2003-cu il 1 noyabr tarixinədək başa çatdıqda onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin isə 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri ( tarifləri) dövlət tərəfindərı tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla), habelə bu müəssisələrin həmin tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara vaxtı ötmüş kreditlər üzrə borcları (əsas borc məbləği və faizlər) silinir. Bundan əlavə “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 497 nömrəli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borcların silinməsi və tənzimlənməsi” Qaydalarının 2.1.2-ci bəndinə əsasən isə «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatmış müəssisələri, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin isə 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə (Azərbaycan Respubublikası Nazirlər Kabinetinin zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara, büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara (bundan sonrabanklar) və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borcları silinir. Lakin bütün bu qeyd olunanlara və dələlərlə müraciət etmələrinə baxmayaraq “İddiaçı" ASC-nin borcları silinməmiş və üstəlik uzun illər həmin borclara külli miqdarda faizlər hesablanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi X1 Departamenti tərəfindən yaranmış borcları araşdırılmış və bu barədə xx xxxxxxx 2017-ci il tarixdə cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair akt tərtib olunmuşdur. Qeyd olunan aktlandan da göründüyü kimi "İddiaçı" ASC-nin xx.xx.2017-ci il tarixə 410 108.18 manat borcu yaranmışdır ki, həmin borcun 54573.88 manatı xx xxxx 2007-ci il tarixdən sonra yaranmışdır. Cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər X11 iddiaya dair yazılı etiraz etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (bundan sonra - Departament) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “xxxx” ASC-nin şəxsi hesab vərəqəsindən 355.534 manat vergi borcunun ümidsiz olduğundan silinməsinin Departamentə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən vergi borcunun hesablanmasına əsas olan xx.xx.2013-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2013-cü il tarixli akta əsasən qəbul edilmişdir. Yoxlanılan dövrdə müəssisə faktiki olaraq şəxsi daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı iddiaçı tərəfindən ünvan 1 məhəllə ünvanda yerləşən ümumi sahəsi 30668,0 m2-lik qeyri-yaşayış sahəsindən 1900,0 kv m-i ayrı-ayrı fiziki və hüquqi şəxslərə kv m 2.0-3.0 manat olmaqla aylıq icarə haqqı 5700.0 manata icarəyə verilmişdir. Yoxlanılan dövrdə cəmiyyət tərəfindən 17 icarədarla icarə müqaviləsi bağlanmışdır. Yoxlama ilə müəyyən edildi ki, icarə müqaviləsində icarə haqqının qiyməti real bazar qiymətindən aşağı göstərilmişdir, icarə haqqının real bazar qiymətlərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 23-cü və 44- cü maddələrinə əsasən “Azərekspertiza” Birliyinə rəsmi müraciət edildi. Birlikdən alınmış rəyə əsasən ünvan 1 məhəllə ünvanında və ona yaxın ərazilərdə 2010-2011-ci illər üzrə qeyri-yaşayış sahəsinin 1 kv.m-nin aylıq icarə haqqı 5.0 manat və 2012-ci il üzrə isə 6.0 manat müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2010-2012-ci illər üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsi təqdim edilməmişdir. Ekspert rəyinə əsasən 2010-cu il üzrə aylıq icarə haqqı 9500.0 manat (1900.0 kv m x 5.0=9500.0 manat), illik gəlir 114000.0 manat (9500.0 x 12 ay=114000.0 manat), 2012-ci il üzrə aylıq icarə haqqı 11400.0 manat (1900.0 x 6.0 manat=11400 manat), illik gəlir 136800.0 manat (11400 x 12 ay = 136800.0 manat) təşkil edir. Beləliklə, yoxlama ilə müəyyən edildi ki, cəmiyyətin qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunan ümumi gəliri 2010-cu il üzrə 114000.0 manat, xərclər 13741.0 manat, vergiyə cəlb edilən mənfəət 100258.2 manat və mənfəət vergisi 20051.64 manat, cəmiyyətin qeyri-yaşayış sahəsini icarəyə verilməsindən əldə olunan ümumi gəliri 2011-c| il üzrə 114p00.0 manat, xərclər 16823.86 manat vergiyə cəlb olunan mənfəət 97176.15 manat və mənfəət vergisi 19435.23 manat, 2012-ci il üzrə 136800.0 manat, xərclər 17663.58 manat, vergiyə cəlb olunan mənfəət 119136.42 manat və mənfəət vergisi 23827.28 manat təşkil etmişdir. Beləliklə, yoxlama ilə müəyyən edilmişdir ki, yoxlanılan dövr üzrə mənfəət vergisi 63314.15 manat azaldılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, icarəyə verilmiş qeyri-yaşayış sahəsi müəsissənin balansına daxil edilməmişdir. Aparılmış tikintiyə dair sənədlər yoxlama zamanı təqdim edilmədiyindən “Azərekspertiza” Birliyindən dəvət olunmuş ekspertin qarşısında tikintinin dəyərinin müəyyən edilməsi məsələsi qoyulmuşdur. Birlikdən alınmış rəyə əsasən ünvan 2 məhəllə ünvanda müəssisəyə məxsus daşınmaz əmlakın real bazar qiyməti 75000.0 manat müəyyən edilmişdir. Yoxlanılan dövrdə müəssisə tərəfindən ekspert rəyi nəzərə alınmaqla 2010-cu il üzrə 433.58 manat, 2011-ci il üzrə 836.8 manat, 2012-ci il üzrə 778.23 manat əmlak vergisi (bəyannamə vergi orqanına təqdim edilməməklə) hesablanmamış və aidiyyəti üzrə ödənilməmişdir. İddiaçı ASC yoxlanılan dövrdə ünvan 2 məhəllə ünvanda ümumi sahəsi 30668 kv.m qeyri-yaşayış sahəsinə görə 2011 və 2012-ci illər üzrə torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə 2011-ci il üzrə 3066.88 manat və 2012-ci il üzrə 3066.88 manat torpaq vergisi hesablanmamış və aidiyyatı üzrə ödənilməmişdir. Müəsissə yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuş, lakin yoxlanılan dövrdə vergi orqanına bəyannamə təqdim etməmişdir. Fakt üzrə Vergi X1 Departamentində xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işi üzrə istintaqın hərtərəfli, tam və obyektiv aparılması məqsədilə Respublika Baş prokurorluğunun vəsatətinə əsasən İddiaçı ATSC-də (VÖEN **********) xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması barədə Nərimanov rayon məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı ATSC-də (VÖEN **********) qeyd edilən fəaliyyət dövrü üzrə keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması zamanı ümumilikdə 266 070,10 manat məbləğində vergilərin, o cümlədən, 1848,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması aşkar olunmuş və yoxlamanın nəticələri xx.xx.2014-cü il tarixli **********799389 nömrəli aktla rəsmiləşdirilmişdir. Akta əsasən xx.xx.2014-cü il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı qəbul edilmişdir. İbtidai istintaq zamanı cəmiyətdə xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək, olan dövr ərzində dövlət büdcəsinə hesablanmalı və ödənilməli olan vergilərin müəyyən edilməsi məqsədilə mühasibatlıq sahəsində xüsusi biliyə malik olan şəxslərin rəyinin alınması zərurəti yarandığından məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 3203 nömrəli rəyində cəmiyyətdə 102 084,81 manat məbləğində vergilərin və 2 887,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının azaldılması və həmin məbləğdə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılmasının müəyyən edildiyi göstərilmişdir. Məhkəmə-mühasibat ekspertizasının rəyində qeyd edilən ziyanın cəmiyyət tərəfindən tam şəkildə ödənildiyi əsas gətirilərək Vergi X1 Departamenti tərəfindən xx.xx.2015-ci il tarixli **********689500 nömrəli qərarla cinayət işinin icraatına xitam verilmişdir. Qeyd edilən xitam qərarı ilə əlaqədar olaraq xx.xx.2014-cü il tarixli **********816074 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara xx.xx.2018-ci il tarixdə vergi orqanı tərəfindən düzəlişlər edilmişdir. Düzəlişlər edildikdən sonra cəmiyyətin xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 168 931,18 manat ( o cümlədən əsas vergilər üzrə 143 418,59 manat, faizlər üzrə 506,70 manat, inzibati cərimə üzrə 88 manat, dövlət rüsumu üzrə 24 917,89 manat) məbləğində borcu mövcuddur. Əlavə olaraq iddiaçı 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək Departamentin xx.xx.2013-cü il tarixli **********672129 nömrəli səyyar vergi yoxlaması aktının və xx.xx.2013-cü il tarixli **********710991 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2- 1(82)-942/2014 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, 15.11,2013-cü il tarixli **********672129 nömrəli səyyar vergi yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş xx.xx.2013-cü il tarixli **********710991 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mənfəət vergisi tutulmasına dair hissəsi ləğv edilmiş, İddiaçı ASC-nin mənfəət vergisi 25274.24 manat müəyyən edilməklə, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan Departament tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya məhkəməsinin 2-1 (103)-1288/2014 saylı xx.xx.2014-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş Departamentin aktı və qərarın ləğv edilməsi barədə iddia mümkün sayılmamışdır. Odur ki, iş üzrə xx.xx.2014-cü il tarixli məhkəmə qərarı vergi orqanlarının Vergi Məcəlləsinin 58.4-cü maddəsində göstərilən vergi borcları üzrə 5 illik müddət ərzində tutmaq hüququ müddət axımını dayandırılmalıdır. Azərbaycan Respublukasının Mülki Məcəlləsinin 131-ci maddəsində İş üzrə icraat dayandırıldıqda qurtarmayan bütün prosessual müddətlərin axımı dayandırılır və icraat təzələndiyi gündən prosessual müddətlərin axımı davam edir. Hamin Məcələnin 551.2.4-cü maddəsin də isə məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Vergi ödəyicisi tərəfindən ümumilikdə 570308,63 manat vergi hesablanmış və 218458,37 manat ödəniş edilmişdir ki, qeyd olunan ödənişlər Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış vergi borclarına aid edilmişdir. Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.0.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.0.2. hesablanmış faizlərin məbləği; 88.0.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Göründüyü kimi, vergi qanunvericiliyinə görə yaranmış borcdan sonra aparılan ödənişlər yaranma tarixi ardıcıllığına uyğun olaraq, əvvəlki borcların bağlanmasına yönəldilir. Artıq qalan məbləğ isə cari vergilərin ödənilməsinə sərf olunur. Vergi Məcəlləsinin 16-cı maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsində təsbit olunur ki, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Beləliklə, qanuni şəkildə vergiləri ödəmək (o cümlədən müvafiq vaxtda və miqdarda) hər bir şəxsin əsas konstitusiya vəzifələrindən biridir. Vergi Məcəllənin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” x xxxxxx 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunmuşdur. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Odur ki, iddiaçı “xxxx” ASC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2144/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hal-hazırda mövcud olan borcunun tərkibində tələb etmə müddəti keçmiş borc məbləği olmamışdır. Belə ki, iddiaçının tələb etmə müddəti keçmiş borcları qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə ayrı-ayrı vaxtlarda vergi orqanı tərəfindən silinmişdir. İddiaçının borcun silinməsini tələb etdiyi tarixdən 5 il əvvələ, yəni xx.xx.2013-cü il tarixə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümumilikdə 732.050 manat borcu olmuşdur ki, həmin borc məbləğinin 328.263,93 manatı əsas vergilər, 101.072,58 manatı maliyyə nksiyası, 302.713,4 manatı isə faizlərdən ibarət olmuşdur. xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının şəxsi hesab vərəqəsində vergi və maliyyə sanksiyası üzrə 561.533,01 manat məbləğində hesablama aparılmış, 342.764,97 manat isə azaldılmışdır. Bundan başqa, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçı tərəfindən dövlət büdcəsinə vergilər üzrə 218.664,68 manat məbləğində ödəniş həyata keçirilmişdir. Eyni zamanda, vergi orqanının xx.xx.2016-cı il tarixli qərarı ilə əsas vergilər üzrə 194.022,8 manat, maliyyə sanksiyaları üzrə 100.032,6 manat, faizlər üzrə 302.713,49 manat, ümumilikdə 596.768,85 məbləğində borc məbləği 5 illik tələbetmə müddəti ötdüyü üçün iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir. Həmçinin, cəmiyyətin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 104.976,57 manat borcu xx.xx.2017-ci il tarixdə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” AR Qanununa əsasən iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir. Hazırkı iş üzrə iddiaçının iddia tələbi faizlərin və maliyyə sanksiyaları üzrə borcların deyil, yalnız xx.xx.2018-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcud olan əsas vergilər üzrə borrcların ümidsiz borc hesab edilərək silinməsindən ibarət olmuşdur. Vergi, faiz və maliyyə sanksiyalarının tutulması üçün tələbetmə müddətinin 5 il olmasını nəzərə alaraq, iddiaçının iddia tarixindən 5 il əvvələ, yəni xx.xx.2013-cü il tarixə dövlət büdcəsinə əsas vergilər üzrə 328.263,93 manat borcu olmuşdur. Həmin tarixdən sonra iddiaçı tərəfindən 218.664,68 manat məbləğində ödənişin həyata keçirilməsi, eləcə də xx.xx.2016-cı il tarixdə əsas vergilər üzrə 194.022,8 manat tələbetmə müddəti keçmiş borcun silinməsi Vergi Məcəlləsinin tələbləri qaydasında iddiaçının şəxsi hesab vərəqəsi üzrə xx.xx.2013cü il tarixdən əvvələ hər hansı borc məbləğinin qalmadığını bir daha təsdiq edir. Yəni iddiaçının xx.xx.2013-cü il tarixə dövlət büdcəsinə əsas vergilər üzrə 328.263,93 manat borcu olmuş, həmin tarixdən iddia tələbinin tarixinə qədər ümumilikdə 412.687,48 manat məbləğ ödənilmiş və ya silinmişdir ki, bu da öz növbəsində nəinki həmin tarixə olan əsas vergi borcunun ödənilməsi, həmçinin ödəniş həcmində (84.423 manat) həmin tarixdən sonra, yeni yaranmış digər borcların da ödənilməsi deməkdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2813/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 1219/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1763/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 121/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını ətraflı araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməli, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, apellyasiya məhkəmələrinin qərarlarını ləğv edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, əgər apellyasiya instansiyası məhkəməsi Vergi X1 Departamenti tərəfindən tərtib edilmiş cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair akta və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara istinadla iddiaçının 2017-ci il 25 oktyabr tarixədək vergi borcunun 410.108,18 manat olduğunu, həmin borcun 54.573,88 manatının 2007-ci ildən yarandığını, qalan məbləğin isə 2007-ci ilədək yaranmış vergi borcuna aid olduğunu hesab edirsə, iddiaçı isə öz növbəsində 82.135,78 manat vergi borcunun olduğunu bəyan edərək məhz həmin məbləğdə borcun silinməsini iddia edirsə, məhkəmə həmin borcun tərkibini, yaranma əsaslarını cavabdehin etiraz və şikayətində irəli sürdüyü dəlillərlə birgə yoxlamalı və qiymət verməli idi. Apellyasiya instansiyası məhkəməsi, həmçinin nəzərə almalı idi ki, istinad etdiyi istintaq orqanının qərarı ilə müəyyən edilmiş hallar inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmə üçün məcburi qüvvə kəsb etmədiyindən, həmin hallar və bu hallara dair sübutlar hazırkı işdə olan digər sübutlarla birlikdə araşdırıldıqdan sonra onlara qiymət verilməli idi. Apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, məhkəmə kassasiya instansiyasının əvvəlki qərarında qeyd edilən göstərişləri kifayət qədər ətraflı araşdırmamış, iddiaçının silinməsini tələb etdiyi 82.135,78 manat vergi borcunun 5 il əvvəlki dövrdə konkret olaraq hansı vaxtlarda mövcudluğunu müəyyən etməmişdir. Həmcinin apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, silinməsi tələb olunan 82.135,78 manat vergi borcunun tərkibini iddiaçının şəxsi hesab vərəqindəki məlumatlarla əlaqəli şəkildə araşdırmamış, həmin məbləğin konkret olaraq hansı dövrlərdə yaranması, hansı vergi növünə aid olması, bundan sonra həqiqətən 5 illik müddətin ötüb-ötməməsi müəyyən edilməmiş, bununla bağlı ekspertiza təyin edilməsinin zəruriliyini müzakirə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında əks olunan göstərişlərin icrası ilə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/3099 saylı rəy məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hazırkı işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd edir: -xx.xx.2013-cü il tarixli **********672129 saylı səyyar vergi yoxlaması aktına əsasən yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyətin qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunan ümumi gəliri 2010-cu il üzrə 114000.0 manat, xərclər 13741.8 manat, vergiyə cəlb olunan mənfəət 100258.2 manat və mənfəət vergisi 20051.64 manat, cəmiyyətin qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunan ümumi gəliri 2010cu il üzrə 114000.0 manat, xərclər 13741.8 manat, vergiyə cəlb olunan mənfəət 100258.2 manat və mənfəət vergisi 20051.64 manat, cəmiyyətin qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunan ümumi gəliri 2011-ci il üzrə 114000.0 manat, xərclər 16823.86 manat, vergiyə cəlb olunan mənfəət 97176.15 manat və mənfəət vergisi 19435.23 manat, cəmiyyətin qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunan ümumi gəliri 2012-ci il üzrə 136800.0 manat. xərclə 17663.58 manat, vergiyə cəlb olunan mənfəət 119136.42 manat və mənfəət vergisi 23827.28 manat təşkil etdiyi və yoxlanılan dövr üzrə mənfəət vergisinin 63314.15 manat azaldılmasının müəyyən edildiyi qeyd olunmuşdur. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli, **********710991 saylı qərar ilə”İddiaçı” ASC-nin vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. -xx.xx.2014-cü il tarixli **********799389 saylı səyyar vergi yoxlaması akt ilə İddiaçı ATSC-yə məxsus Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov ev 3105-ci məhəllədə yerləşən sahənin ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə verilmiş sahələr ölçülmüş və faktiki olaraq 5115.5 kv.m. sahənin icarəyə verilmiş sahələr ölçülmüş və faktiki olaraq 5115.5 kv.m. sahənin icarəyə verilmədiyinin müəyyən edildiyi, vergi ödəyicisinin Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlanılan dövr üzrə mənfəət vergisinin hesabatını təqdim etməməklə 140001.56 manat, torpaq vergisinin hesabatını təqdim etməməklə 6133.76 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin hesabatını təqdim etməməklə 1617.0 manat, əmlak vergisinin hesabatını təqdim etməməklə 2048.61 manat cəmi 149800.93 manat yayındırılmasına görə 50% miqdarında yəni 74900.46 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmiş, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən qeydiyyatsız fəaliyyət göstərdiyi dövr üzrə ƏDV-nin 116269.2 manat yayındırılmasına görə 50% miqdarında yəni 58134.6 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli, **********846074 saylı qərarla Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatın Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. -xx.xx.2015-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla “xxxx” ATSC-nin sədri X2 miqdar təşkil edən 102084,81 manat məbləğində vergiləri və 2887,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə istintaq olunan132980537 nömrəli cinayət işi üzrə icraata. cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən, Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. -İşdə olan şəxsi hesab vərəqəsindən göründüyü kimi AR xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu ilə 42.623,16 manat mələğində vergi borcu silinmişdir. -iş materiallarına əlavə edilmiş cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair xx.xx.2017-ci il tarixli akta əsasən vergi ödəyicisinin bu aktın tərtib edilmə tarixinə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümumilikdə 429062,39 manat borcu olduğu. xx.xx.2007-ci il sonra yaranan əsas vergi borcunun məbləği 35582,8 manat olduğu, sonuncu dəfə vergi ödəyicisinin vergi ödəməkdən yayınmaya görə xx.xx.2014-cü il tarixinə olan 266070,10 manat məbləğində vergi borcu ilə əlaqədar sənədlər xx.xx.2014-cü il tarixdə Vergi X1 Deparatamentinə göndərildiyi və bu sənədlərlə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdə cinayət işinə xitam verildiyi və vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx xxxxxxx 2013-cü il tarixli **********6 nömrəli Qərar əsasında xx xxxx 2013-cü il tarixə yaranmış 732298,8 manat borca görə 1783030,0 manat dəyərində əmlak siyahıya alınmış və bu barədə xx xxxxxx 2016-cı il tarixli protokol tərtib edilmişdir. -cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticələrinə dair xx.xx.2017ci il tarixli akta əsasən vergi ödəyicisinin bu aktın tərtib edilmə tarixinə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümumilikdə 410108,18 manat borcu olduğu, xx.xx.2007-ci ildən sonra yaranan əsas vergi borcunun məbləği 54573,88 manat olduğu, sonuncu dəfə vergi ödəyicisinin vergi ödəməkdən yayınmaya görə xx.xx.2014-cü il tarixinə olan 266070.10 manat məbləğində vergi borcu ilə əlaqədar xx.xx.2014-cü il tarixdə Vergi X1 Departamentinə göndərilmiş və bu sənədlərlə əlaqədar Vergi borcu ödənildiyindən xitam verildiyi və araşdırma zaanı vergi ödəyicisinin 54573,88 manat əsas vergi borcu ödənilmədiyi müəyyən edildiyi qeyd olunmuşdur. -cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2017-ci il tarixli qərarla xx.xx.1958-ci il tarixdə Ağdam rayonu, Mahrızlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan X12 xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktı üzrə Azərbaycan Respublikası Cm-nin 213.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata, cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən, Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********146762 saylı qərarı ilə Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatın Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda, bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə xx.xx.2021-ci il tarixli 9/3099 saylı rəy verilmişdir. Həmin rəy iş materiallarında olan vergi borcunun ödənilməsi əsası ilə cinayət işinə xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərar, vergi orqanının xx.xx.2018-ci il tarixli bildirişi, xx.xx.2018-ci il tarixli məktubu və həmin məktuba vergi borcunun tərkibi, növləri və yaranma tarixi barədə əlavə olunmuş cədvəl, şəxsi hesab vərəqəsi və s. sənədlər əsasında tərtib edilmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, **********4 saylı bildirişində yaranmış 82135,78 manat məbləğində əsas borcun və 1224,08 manat məbləğində faiz borcunun 5 (beş) illik tutma müddətinin ötməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi Məcəlləsinin 5.0-cı maddəsinə əsasən Vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması)(5.0.1); bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması)(5.0.2); bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi)(5.0.3) Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə bocludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbi ilə mübahisələndirilən 82 135.78 manat məbləğində vergi borcunu ümidsiz borc kimi hesab edilərək silinməlidir qərarına gələrkən doğru nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. İşin hallarından göründüyü kimi cavabdeh inzibati orqan qeyd olunmuş maddi hüquq normasının tələblərini pozaraq iddiaçının hesablanmış vergi borcunu 5 il ərzində tutmaq hüququna malik olduğu halda həmin müddət ərzində tələb etməmişdir. Belə ki, İddiaçı ASC-nin dövlət mülkiyyəti formasında fəaliyyəti dövründə vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə borcu yaranmış, lakin Cəmiyyətin borcları silinməmişdir. Həmçinin "İddiaçı" ASC-nin borcları silinməli olan müəssisələrin siyahısına daxil edilməsi vəzifəsinin Dövlət X13 iş üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət olunmuş, 1 saylı Yerli İqtisad Məhkəməsinin 29 iyuıı 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, «Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları İddiaçı ATSC-yə şamil edilmiş və "İddiaçı" ATSC-nin xx.xx.2003cü il tarixə vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının silinməsi üçün İddiaçı ATSC-nin adının xx.xx.2003-cü il tarixə borcları silinməli olan müəssisələrin siyahısına daxil edilməsi edilməsi Azərbaycan Respublikası Dövlət X13 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. «Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən həmin Qanun «Azərbaycan Respublikasında dövlət əmlakının özəliəşdirilməsinin İİ Dövlət Proqramı»na uyğun oluraq özəlləşdirilmiş və özəlləşdirilməsi barədə qərar qəbul edilmiş müəssisələrə şamil edilir. Həmin Qanunun 2.2-ci bəndinə əsasən bu Qanunun 1.0.2-ci maddəsində göstərilən müəssisələrin özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin isə 2003-ci il 1 noyabr tarixinə dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla), habelə bu müəssisələrin həmin tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara vaxtı ötmüş kreditlər üzrə borcları (əsas borc məbləği və faizlər) silinir. Bundan əlavə «Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 497 nömrəli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi» Qaydalarının 2.1.2-ci bəndinə əsasən «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ «Dövlət Proqramı»na uyğun olaraq özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatmış müəssisələrin, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin isə 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara, büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara (bundan sonra-banklar) və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmtələrin istehlakına görə dövlət müəssisələrinə olan borcları silinir. Azərbaycan Respublikası Vergilər Nazriliyi yanında X8 Araşdırılması Departamenti tərəfindən yaranmış borcları araşdırılmış və bu barədə xx xxxxxxx 2017-ci il tarixdə cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasnın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin aktdan İddiaçı ASC-nin xx.xx.2017-ci il tarixə 410.108.18 manat borcu yaranmış və həmin borcun 54 573,88 manatı xx xxxx 2007-ci il tarixdən sonra yaranmışdır. Göründüyü kimi iddiaçının xx xxxxxxx 2017-ci ilədək vergi borcu 410.108.18 manat borcu olmuş, həmin borcun 54573,88 manatı 2007-ci ildən yaranmış borc, qalan məbləğ isə 2007-ci ilədək yaranmış vergi borcuna aid olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Vergi X1 X3 4-cü şöbəsininxx xxxxxx 2017-ci il tarixli “cinyəat işi üzrə icraata xitam verilməsi haqqında” Qərarından görünür ki, iddiaçı hüquqi şəxsin direktoru tərəfindən 54573,88 manat vergi borcu ödənildiyindən və iddiaçının vergi öhdəliyi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası işdə olan ekspert rəyini əsas götürərək hesab edir ki, İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli ********** saylı bildirişində yaranmış 82135,78 manat məbləğində əsas borcun və 1224,08 manat məbləğində faiz borcunun 5 illik tutma müddəti cavabdeh orqan tərəfindən ötürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Vergilə Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2011-ci tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının əvvəlki vergi borclarından 5 (beş) illik müddəti ötmüş məbləğlərin silinməsindən imtina edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmiş, cavabdehin imtinası qanuna zidd olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2144/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2144/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-59/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-59/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver