Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-59/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı “X3” X9 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “hərəkətlərin qanunsuz sayılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(112)-732/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X3” X10 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli **********6 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “X3” X11 85113,37 manat məbləğində borc hesablayaraq "xxxx" ASC-nin “28 May” fılialındakı bank hesabına xx.xx.2020-ci il tarixli **********9 nömrəli sərəncam qoymuşdur. Bu sərəncam barədə bank tərəfindən məlumat verilmişdir. “X3” publik hüquqi şəxs Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2020-ci il tarixdə elektron müraciət ünvanlayaraq hüquqi şəxsin dövlət büdcəsinə vergi borcunun olmadığını bildirməklə qeyd olunan sərəncamın ləğv edilməsini xahiş etmişdir. 20 fevral 2020-ci il tarixdə “X3” X4 nümayəndələri məsələnin aydınlaşdırılması üçün Vergilər Nazirliyi Lokal Gəlirlər Baş İdarəsində olmuş aidiyyəti əməkdaşlarla görüşmüşlər. Görüş zamanı məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə yeni sərəncam qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli, **********6 nömrəli sərəncamda qeyd olunmuş borcların yaranma tarixi və mənbəyinin nədən ibarət olması barədə məlumat verilməsi xahiş edilmiş, Vergilər Nazirliyinin əməkdaşları şəxsi hesab vərəqəsini analiz etməyə çalışsalar da lakin borcun nədən ibarət olması barədə bizə heç bir məlumat verə bilməmişlər. Qeyd olunan halın proqramistlər tərəfindən müəyyən edilə biləcəyini bildirmişlər. Xahiş edərək sərəncamın surətini əldə edərkən məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixli, **********6 nömrəli Sərəncamda borc 85113,37 manat, o cümlədən 32285,43 manat ƏDV, 57,75 manat HŞTV, 178,76 manat MV, 123,15 manat HŞƏV, 47231,89 manat MÖMV, 5236 manat MÖMV borc mövcuddur. Vergi əməkdaşlarına bildirəndə ki, nə “X3” X10, nə də 2008-ci ildən hüquqi şəxs olmayan eyni adda fəaliyyət göstərən büdcə təşkilatı ƏDV ödəyicisi olmayıb. Necə ola bilər ki, şirkətə ƏDV hesablanır? Əməkdaşlar suala cavab verə bilməsələr də şikayəti təmin etmək istiqamətində hər hansı bir tədbir görməmiş və məsələnin araşdırılacağını bildirmişlər. “X3” X10 xx.xx.2019-cu il tarixdə yaradılmış yeni hüquqi şəxsdir. Yarandığı tarixdən bu günədək heç bir vergi borcu yaranmamışdır. Bakı şəhər Baş Səhiyyə İdarəsinin X1 borcları yeni yaranmış hüquqi şəxsin üzərinə qoyula bilməz. X6 şəxs statusu olmayan təsərrüfat hesablı dövlət qurumu idi. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs — dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Həmin qanunun 7.2-ci maddəsinə əsasən X9 əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Göründüyü kimi “X3” X10 dövlət qurumu tərəfindən yaradılmış və əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X1 əmlakı onun nizamnamə fonduna qoyulmuşdur. Yeni yaradılan hüquqi şəxsin nizamnamə fonduna hansısa dövlət qurumlarındakı əmlakların qoyulması yeni yaradılan hüquqi şəxsin həmin qurumların varisliyini yaratmır. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının “vergi orqanı tərəfindən əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X2 hesablanmış borcun “X3” X7 tələb edilməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz sayılması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Lakin, iddiaçının bank hesabına sərəncam qoyulmasının əsası həmin tarixə 2019-cu ilin 4-cü rübün “Muzdlu işlə əlqədər ödəmə mənbəyində tutulan” vergi üzrə 24052,55 manat vergi borcu onun tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarına və həmin tarixə 60945,73 manat faiz borcu olmuşdur. Hesablanmış vergi borcu barədə xx.xx.2020-ci il tarixli **********942000 saylı muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial siğorta haqqı üzrə borcun ödənilməsinə dair bildiriş göndərilmişdir. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən bildirişdə göstərilən borcların 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Borcun vaxtında ödənilməməsinə görə Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən milli vəya xarici valyutada cari və ya digər hesablardan vergi borclarının alınması üçün banklara və ya kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam veriləcəyi bildirilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı tərəfindən müvafiq dövrlərdə edilmiş ödənişlər Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən yaranma tarixi ardıcılığı ilə əvvəlki dövrlər üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən hesablanmış vergi borclarına aid edilmiş və iddiaçının vergi öhdəlikləri yuxarıda qeyd olunan vergi borcu faiz ilə birlikdə 85113.37 manat olmuşdur. Digər tərəfdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçının xx.xx.2018-ci il tarixə işsizlik sığortasına cəlb olunan hüquqi şəxslər üzrə 3551,83 manat, büdcə vəsaitləri üzrə 88039,96 manat, xüsusi vəsaitlər üzrə 366,48 manat borcu olmuşdur. Əlavə olaraq, iddiaçının şəxsi hesab vərəqəsindən göründüyü kimi, xx.xx.2020-ci il tarixli sərəncamdan sonra onun tərəfindən dövət büdcəsinə sadəcə 2430,81 manat ödəniş edilmişdir. Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəlləsinin 78-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Həmin Məcəllənin 59-cu maddəsinə görə vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən nesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(112)-732/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Vergi orqanı tərəfindən əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X2 hesablanmış borcun “X3” X7 tələb edilməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz sayılması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əsaslandığı, əlavə hesablanmış vergi borcunun cavabdeh tərəfindən əsassız olaraq hesablanması ilə bağlı qeyd etməyi zəruri hesab edirik ki, Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək qeyd olunmuşdur. Lakin, iş üzrə belə hallar aşkar olunmur. Belə ki, vergi borcu cavabdehin inzibati aktına (qərarına) əsasən yaranmamışdır. Odur ki, məhkəmənin bu mövqeyi haqlı səbəb olaraq qəbul edilə bilməz. Məhkəmə qərarında xx.xx.2006-cı ildən yaranmış sosial sığorta borcları hesablandığı qeyd olunmuş, yəni borcun əsası sosial sığorta üzrə borclara aid edilmişdir. Lakin, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisininvergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Bundan başqa, iddiaçının bu günə şəxsi hesab vərəqəsi üzrə vergi borcu yoxdur əksinə 161700,81 manat artıq ödəməsi vardır. Həmçinin, məhkəmə qərar tarixinə iddiaçının 198934,93 manat artıq ödəməsi mövcud omuşdur. Məhkəmə isə, həmin məsələni araşdırmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı tərəfindən müvafiq dövrlərdə edilmiş ödənişlər Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən yaranma tarixi ardıcılığı ilə əvvəlki dövrlər üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən hesablanmış vergi borclarına aid edilmiş və iddiaçının vergi öhdəlikləri yuxarıda qeyd olunan vergi borcu faiz ilə birlikdə 85113.37 manat olmuşdur. Əlavə olaraq qeyd edək ki, məhkəmə qərarında vergi öhdəlikləri və dövrü üzrə cavabdeh tərəfindən hesablanmış vergi borcunun məbləği qeyd edilməmişdir. Cavabdeh orqanın vergilərin hesablanmasına dair hər hansı bir qərarı olmamış, iddiaçı tərəf isə məhkəməyə bununla bağlı hər hansı bir inzibati akt təqdim etməmişdir. Vergi borcunun əsası 2019-cu ilin 4-cü rübün “Muzdlu işlə əlqədər ödəmə mənbəyində tutulan” vergi üzrə 24052,55 manat vergi borcu onun tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarına və həmin tarixə 60945,73 manat faiz borcu olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçının xx.xx.2018-ci il tarixə işsizlik sığortasına cəlb olunan hüquqi şəxslər üzrə 3551,83 manat, büdcə vəsaitləri üzrə 88039,96 manat, xüsusi vəsaitlər üzrə 366,48 manat borcu olmuşdur. Yuxarda qeyd olunan sənədlər yəni iddiaçının vergi bocuna əsas olan sənədlər məhkəməyə təqdim edilmiş lakin, məhkəmə borcun yaranma əsasını və tələb olunan vergi borcunu müəyyən edə bilməmişdir. İddiaçının iddia tələbinin mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmamışdır. Belə ki, iddia tələbinin dəyişdirilməsi barədə ərizədə inzibati aktla təsdiqlənməmiş vergi və sosial siğorta borclarının silinməsi barədə qərar çıxarılmasını istəmişdir. O isə ki, məhkəmə sosial siğorta borclarının silinməsi barədə iddia tələbini Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərini (85.4-cü və 85.5-ci) və məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bundan başqa, iddianın mümükün sayılmaması barədə cavabdehin vəsatətinə məhkəmə qərarında münasibət bildirməmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı inzibati aktla təsdiqlənməmiş borcun silinməsini məhkəmədən xahiş etmiş, lakin məhkəmə cavabdeh tərəfindən hesablanmış borca dair qərar qəbul etmişdir. Həmçinin xüsusilə vurğulamaq istəyirik ki, cavabdeh orqan tərəfindən hər hansı bir qərar qəbul edilmədiyi halda məhkəmə cavabdeh tərəfindən hesablanmış vergi borcunun tələb edilməsini ilə bağlı hərəkətini qanunsuz saymışdır. Qeyd edək ki, iddiaçının vergi borcu yalnız iddiaçının özü tərəfindən təqdim edilmiş vergi bəyannamələrinə əsasən yaranmışdır. “X3” “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.7.1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə ldarəsinin X3 əsasında publik hüquqi şəxs statusunda yaradılmışdır. Daha sonra Azərbaycan Respublikası Bakı şəhəri Baş Səhiyyə İdarəsinin X3 təşkilati hüquqi formasının püblik hüquqi şəxsə dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56 və 57-ci maddələrinə uyğun olaraq aşağıdakı vəzifələrin yeni yaradılmış və onun hüquqi varisi olan “X3” X11 təhvil verilmişdir. Belə ki, 26..12.2019-cu il tarixli tehvil aktından da göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin X2 məxsus olan onun bütün əmlakı, əmlak hüquqları, şəxsi qeyri əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları, borcları və öhdəlikləri yeni yaradılmış və hüquqi varisi olan “X3” X11 keçmişdir. Odur ki, cavabdeh tərəfindən qanunvericiliyə uyqun olaraq əvvəlki hüquqi şəxsin borcları yeni yaradılmış “X3” X7 tutulması ilə bağlı tədbirlər görülmüşdur. Göründüyü kimi, vergi orqanı iddiaçıdan vergi ödəliklərini qanunvericiliyin tələblərinə uyğun yerinə yetirilməsini tələb etmiş, lakin məhkəmə vergi orqanı tərəfindən qanunvericiliyin hansı normasının pozulduğunu qeyd etməmiş, belə nəticəyə gəlməsi üçün əsas olmuş halları izah edə bilməmiş, başqa sözlə qərarda vergi orqanının haqlı mövqeyini təsdiq edən sübulları təkzib edə bilməmişdir. Həmçinin, vergi borcunun əsası iddiaçının özü tərəfindən təqdim olunan bəyannamələr əsasında yarandığını, cavabdeh tərəfindən vergilərin hesablanması haqqında heç bir qərarı olmadığını və məhkəmə qərar tarixinə iddiaçının 198934,93 manat artıq ödəməsi olduğunu araşdırmamış, nəticədə iddiaçıya vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmısına şərait yaratmışdır. Eyni zamanda, məhkəmə iş üzrə faktiki halların tam, hərətərfli və obyektiv araşdırmasını aparmadığı üçün səhvən belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələr əsasında yaranan vergi borclarının cavabdeh tərəfindən tələb edilməsi qanunsuzdur. Başqa sözlə, məhkəmə iş üzrə düzgün araşdırma aparsaydı görərdi ki, borcunun əsası vergi orqanı tərəfindən iddiaçıya hesablama ilə deyil, özü tərəfindən təqdim edilmiş bəyannamələr və əvvəlki hüquqi şəxsin vergi borcları yeni yaradılmış və onun hüquqi varisi olan iddiaçıya keçən öhdəliklərdən ibarətdir. Bundan başqa iddiaçı 2020-ci ilin 1-ci rübün Muzdlu işlə əlagədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixdə təqdim etdiyi vergi məbləğinə xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixdə dəqiqləşmiş vergi bəyannaməsi, 2020-ci ilin il-ci rübün Muzdlu işlə əlagədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixdə təqdim etdiyi vergi məbləğinə xx.xx.2020-ci il tarixdə dəqiqləşmiş vergi bəyannaməsi, 2020-ci ilin İİİ-cü rübün Muzdlu işlə əlagədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixdə təqdim etdiyi vergi məbləğinə xx.xx.2021-ci il tarixdə dəqiqləşmiş vergi bəyannaməsi, 2020-ci ilin İV-cü rübün Muzdlu işlə əlagədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə təqdim etdiyi vergi məbləğinə xx.xx.2021-ci il tarixdə dəqiqləşmiş vergi bəyannaməsi, 2021-ci ilin HE-ci rübün Muzdlu işlə əlagədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə təqdim etdiyi vergi məbləğinə xx.xx.2023-cü il tarixdə dəqiqləşmiş vergi bəyannaməsi, 2021-ci ilin İ-ci rübün Muzdlu işlə əlagədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə təqdim etdiyi vergi məbləğinə xx.xx.2023-cü il tarixdə dəqiqləşmiş vergi bəyannaməsi, 2021-ci ilin İll-cü rübün Muzdlu işlə əlagədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixdə təqdim etdiyi vergi məbləğinə xx.xx.2023-cü il tarixdə dəqiqləşmiş vergi bəyannaməsi, 2021-ci ilin İV-cü rübün Muzdlu işlə əlagədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə xx.xx.2022-ci il tarixdə təqdim etdiyi vergi məbləğinə xx.xx.2022-ci il tarixdə dəqiqləşmiş vergi bəyannaməsi, 2022-ci ilin İİ-ci rübün Muzdlu işlə əlagədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət Sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə xx.xx.2022-ci il tarixdə təqdim etdiyi vergi məbləğinə xx.xx.2022-ci il tarixdə dəqiqləşmiş vergi bəyannaməsi, 2022-ci ilin İİİ-cü rübün Muzdlu işlə əlagədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə xx.xx.2022-ci il tarixdə təqdim etdiyi vergi məbləğinə xx.xx.2022-ci il tarixdə dəqiqləşmiş vergi bəyannaməsi, təqdim edərək vergi öhdəliklərini (vergi məbləğini) artırmış və 2022-ci ilin İ-ci rübün Muzdlu işlə əlagədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları cari bəyannaməsini xx.xx.2022-ci il tarixdə təqdim etmişdir. Odur ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmişdir. Təəssüflər olsun ki, məhkəmə yuxarda qeyd olunan xüsusatlara ümumiyyətlə məhəl qoymamış, iş üzrə hansı məbləğdə və cavabdehin hansı qərarı üzrə borcun tələb edilməsi və işin mahiyyətinin nədən ibarət olmasını ümumiyyətlə araşdırmamış və tam ətraflı və obyektiv araşdırma aparmadan iş üzrə düzgün olmayan və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi X9 Dövlət qeydiyyatı haqqında Şəhadətnaməyə əsasən “X3” X10 ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. xx.xx.2019-cu il tarixli **********6 nömrəli sərəcamına əsasən “X3” X8 85.113,37 manat vergi hesablanmışdır. “X3” X4 şəxsi hesab vərəqəsindən görünür ki, hesablanmış 85.113,37 manat vergi borcunun 34000 manatı vergi orqanı tərəfindən silinmişdir. Vergi orqanı tərəfindən “X3” X11 xx.xx.2006-cı ildən yaranmış 225653,96 manat sosial sığorta borcları da hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata (83.2.1.); -bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata (83.2.2.); -vergi yoxlaması materiallarına (83.2.3.); -vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara (83.2.4.). Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən borc iddiaçı tərəfindən vergi qanunverciliyinin pozulması faktı ilə əsaslandırılmadığından və iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddiaçıya vergilər hesablanarkən heç bir məlumat mənbəyinə əsaslanılmadığından, eləcə də cavabdeh inzibati orqan tərəfindən müvafiq dövrlər üzrə verginin hesablanmasına əsas olan hallara dair hər hansı əlavə sübut və dəlillər təqdim olunmadığından, həmin borcun “X3” X7 tələb edilməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətləri qanunsuz sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, “X3” X10 xx.xx.2019-cu il tarixdə yaranmasına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən xx.xx.2019-cu il tarixinə şəxsi hesab vərəqəsinə əsas vergi borcu üzrə 67.015,46 manat borc məbləği hesablanmışdır. Göründüyü kimi, əvvəlki hüquqi şəxsə məxsus borc hazırkı iddiaçının şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Bundan başqa, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixli **********942000 saylı bildirişdə, 11 mart 2020-ci il tarixli aktda və hesab vərəqəsində fərqli borc məbləğləri göstərilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş “Vergi borcunun tərkibi haqqında 11 mart 2020-ci il tarixli aktdan görünür ki, “X3” X4 xx.xx.2019-cu il tarixinə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə əsas vergi borcunun məbləği 24.052,55 manat olmuşdur. “X3” X8 məxsus şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixinə iddiaçıya vergi orqanı tərəfindən 67.015,46 manat borc işlənmişdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, dəfələrlə məhkəmə proseslərinin təxirə salınaraq cavabdehin nümayəndəsinə hüquqi şəxslərin borcunun mövcud olub-olmaması, olduğu təqdirdə hansı dövrü əhatə etməsi, borcun tərkibi, yaranma əsası ilə bağlı sübut təqdim edilməsi üçün şərait yaradılsa da, bununla bağlı hər hansı bir sənəd məhkəməyə təqdim edə bilməmişdir. Əksinə cavabdehin nümayəndəsi hər prosesdə mövqeyini dəyişdirmiş - iddiaçının hər hansı bir borcunun olmadığını, artıq ödənişin olduğunu, təqdim edilmiş bəyannamələrə əsasən yaranmış borc olduğunu, hansı dövrü əhatə etdiyini bilmədiyini, əvvəlki hüquqi şəxsin borcunun olduğunu, ödənişlərin əvvəlki hüquqi şəxsin borcuna silindiyinə görə məbləğin dəyişdiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh orqan borcun hesablaması ilə bağlı vahid mövqe nümayiş etdirməmişdir. İş materiallarında mövcud olan sənədlər əsasında, eyni zamanda cavabdehin nümayəndəsinin izahatlarından borcun məbləğini, silinmiş məbləğlərin təyinatını və məbləğini dəqiq müəyyən etmək mümkün olmamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X2 hesablanmış borcun “X3” X7 tələb edilməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və silinmiş 67,015,46 manat əsas və 14.711,07 manat faiz vəsaitinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı qeyd olunan borc məbləğinin bərpa edilməsi ilə bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olduğundan ərizə icraata qəbul edilməmişdir. Beləliklə, kollegiya qeyd edir ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin X2 hesablanmış borcun hazırkı iş üzrə iddiaçı “X3” X7 tələb edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, iddiaçının üzərinə əvvəlki hüquqi şəxsin borcu ilə bağlı öhdəliklər qoyulduğundan iddiaçının əvvəlki hüquqi şəxsə məxsus borcun tələb edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı iddia irəli sürmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(112)-732/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-59/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-59/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver