Məhkəmə qərarları › İş №2-1(103)-590/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-590/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-590/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə. İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1958-ci ildə Tovuz rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Xüsusi X1rşı (hazırda Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 X4 üzrə Mərkəzi Filialı) (üçüncü şəxslər: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2528/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Xüsusi X1rşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş xx xxxxxxx 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-706/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən (hakim İ.Quliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Xüsusi X1rşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş xx xxxxxxx 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması barədə inzibati iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən və həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2 maddəsinə əsasən pensiyanın yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəqəsinə uyğun olaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2528/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim Ş.Süleymanova) iddia təmin edilmiş, İddiaçı Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən və həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2 maddəsinə əsasən pensiyanın yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəqəsinə uyğun olaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2528/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.1994-cü il tarixində 2-ci qrup əlilliyə görə (ümumi əsaslarla) pensiya təyin edilmişdir. İddiaçının əlilliyinin səbəbi “Azərbaycan Respublikasının müdafiəsi zamanı” alınmış xəsarətlə əlaqədar olduğundan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixində cavabdehə göndərilmiş məlumat vərəqəsi əsasında iddiaçıya hərbi qulluqçu kimi - təminat xərcliyi əsasında pensiya təyin edilmişdir. Lakin xx.xx.2018-ci il tarixində Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə yenidən iddiaçıya dair məlumat vərəqi göndərilmişdir və məhkəmə iddiaçının pensiyasının həmin məlumat vərəqəsinə əsasən yenidən hesablanmasını cavabdehə həvalə etmişdir. Halbuki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.6-cı maddəsi ilə birmənalı olaraq müəyyən edilir ki, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Beləliklə, iddiaçı 2016-cı ildən etibarən hərbi qulluqçu kimi pensiya aldığından, hazırda onun pensiyası sonuncu təminat xərcliyinə uyğun olaraq yenidən hesablana bilməz. Bundan əlavə, məhkəmə tərəfindən tamamilə əsassız olaraq Qanunun 37.3.2-ci maddəsinə istinad olunmuşdur. Həmin maddə hazırkı münasibətlərə şamil edilə bilməz. Belə ki, həmin maddədə adi qaydada əlilliyə görə pensiya alan şəxslərdən bəhs olunur, əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasından söhbət gedir. İddiaçının pensiyası isə, aydın olduğu kimi, bu qaydada deyil, təminat xərcliyinə uyğun olaraq hesablanır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2211/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Seyidova, V.Məmmədov, İ.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2528/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3308/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər X.Məmmədov, Z.Quliyev, R.Nəbizadə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2211/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh, üçüncü şəxslər (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiysı onların (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclaslarında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X6 yazılı mülahizə və ona qoşma olaraq iddiaçı ilə bağlı əmrlərin və digər sənədlərin surətlərini təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclaslarında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X7 hazırkı iş üzrə məhkəmə aktının nəticəsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2528/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Sovet ordusunda qulluq etmiş və sonradan Azərbaycan Respublikasının ərazi bütövlüyü və müdafiəsi uğrunda döyüşmüş mülkü vətəndaşlara müddətdən artıq xidmət keçmiş hərbi qulluqçu statusu verilmişdir. İddiaçıya 1994-cü ildə Dövlət X5 Nərimanov rayon şöbəsi tərəfindən əlilliyə görə pensiya təyin edilmişdir. O, 1995-ci ildən Dövlət Gömrük Komitəsində xidmətə qəbul olunmuşdur. xx.xx.2016-cı il tarixində Müdafiə Nazirliyi tərəfindən Dövlət X5 X4 İdarəsinin məlumat vərəqəsinə əsasən ona xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı İİ qrup əlilliyə görə təminat xərcliyinin (584.30 manat) 80 faizi-467,44 manat pensiya təyin olmuşdur. Hal-hazırda sonuncu artım nəzərə alınmaqla onun pensiyasının məbləği 498.24 manat təşkil edir. O, 2018-ci ilin sentyabr ayına kimi fasiləsiz olaraq xüsusi rütbəli şəxs kimi Dövlət Gömrük Komitəsində qulluq etmişdir. 2018-ci ildə iddiaçı yenidən hərbi xidmətdən ehtiyata buraxılandan sonra iddiaçı xx.xx.2018-ci il tarixli məlumat vərəqəsi əsasında pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********1 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya Dövlət Gömrük Komitəsində 23 il (1995-2018) xidmət etməsilə əlaqədar olaraq həmin orqan tərəfindən xx.xx.2018-ci il tarixində idarəyə daxil olmuş məlumat vərəqəsi əsasında əmək pensiyası təyin edilməsi məsələsi ilə bağlı ərizəyə baxılmış və bildirilmişdir ki, Dövlət X5 Nərimanov rayon Şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixində iddiaçıya İİ qrup əlilliyə görə (ümumi əsaslarla) pensiya təyin edilmişdir. Əlilliyin səbəbi “Azərbaycan Respublikasının müdafiəsi zamanı” alınmış xəsarətlə əlaqəli olduğundan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixində idarəyə daxil olmuş 05732 nömrəli məlumat vərəqəsi əsasında ona hərbi qulluqçu kimi təminat xərcliyinin (584,30 manat) 80 faizi-467,44 manat məbləğində əmək pensiyası təyin edilmiş və keçmiş dövr üzrə hesablanmış 26573,28 manat məbləğində vəsait müvafiq kart hesabına köçürülmüşdür. Hal-hazırda sonuncu artım nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləği 498,24 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, məhkəmə iddiaçının hərbi qulluqçu statusu ilə bağlı halları araşdırmalı, onun əvvəllər və ya daha sonra belə status əldə edibetmədiyini, xüsusən də hansı əsasla Müdafiə Nazirliyi tərəfindən onun barəsində xx.xx.2016-cı il tarixdə məlumat vərəqəsinin göndərildiyini müəyyənləşdirməli və bu hallara lazımi hüquqi qiymət verməlidir. Sözügedən halların tam və hərtərəfli araşdırılması üçün isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Gömrük Komitəsi üçüncü şəxslər qismində icraata cəlb edilməlidirlər. Ona görə də, təkrar apellyasiya baxışı zamanı məhkəmə həmin inzibati orqanları üçüncü şəxslər qismində icraata cəlb etməli, mübahisəyə dair həm işin faktiki halları, həm də hüquqi məsələlərə münasibətdə onların mövqeyini öyrənməlidir. Azərbaycan Respublikası İnibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənləri nəzərə alan apellyasiya məhkəməsi ilk öncə Azərbaycan Respublikasının Müdafiə Nazirliyini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini iş üzrə üçüncü şəxs qismində cəlb etmişdir. Bundan başqa apellyasiya məhkəməsində əlavə araşdırılma aparılan zaman üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilən sənədlərdən məlum olur ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 001, N və N nömrəli hərbi hissələrində briqada komandirinin yavəri, gizir kimi (060 qm nömrəli, xx.xx.1995-ci il tarixli əmr məxfi qrifi ilə) ümumilikdə 04 il 04 ay 14 gün həqiqi hərbi xidmətdə olmuşdur. Ona hərbi qulluqçu kimi Müdafiə Nazirliyi xətti ilə əlilliyə görə pensiya təyin olunması məqsədi ilə MN-05732 nömrəli xx xxxx 2016-cı il tarixli “Məlumat vərəqi” DSMF-nun Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilmişdir (AR Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli 12/3721 saylı Arayışı, xx.xx.2020-ci il tarixli 12/732 saylı Mülahizə). Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində xx.xx.1991-ci il tarixdə 7-K nömrəli “DAG” kiçik müəssisəsində aparıcı mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə müraciətinə əsasən işdən azad edilmişdir. Sədrlik edənin eyni dövrdə həm xidmətdə (MAXE) olması, həm də müəssisədə işləməsi ilə bağlı sualına cavab olaraq, iddiaçı həmin dövrdə olan qaydalara əsasən iş yerinin saxlanıldığını bildirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən Müdafiə Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə göndərilmiş məlumat vərəqəsi əsasında iddiaçıya hərbi qulluqçu kimi təminat xərcliyi əsasında pensiya təyin edildiyindən, Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2018-ci il tarixdə yenidən göndərilmiş məlumat vərəqəsinə əsasən iddiaçıya yenidən pensiya hesablana bilməz. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normaları baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2528/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 68, 69, 87, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 X4 üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2528/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X5 X4 üzrə Mərkəzi Filialına qarşı “ona Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli məlumat vərəqəsinə əsasən və həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2 maddəsinə əsasən pensiyanın yenidən hesablanması və Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəqəsinə uyğun olaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar