Məhkəmə qərarları › İş №2-1(103)-591/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-591/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-591/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Ağayev Valeh Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs: AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) “forma-88-in etibarlı hesab edilməsi üçün məktubun göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-895/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Daxili İşlər Nazirliyi tərəfindən 4110003AABQW nömrəli forma 88-in etibarlı hesab edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə məktub göndərilməsini Daxili İşlər Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2017-ci ildə ona 2-ci qrup əlillik təyin edilmiş və lazım olan sənədlərlə təmin edilmişdir. xx.xx.2019-cu il tarixdə elektron sisteməəlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən əlillik vəziyyətinin sistemdə görünmədiyi barədə məlumat olmuş, həmin tarixdən pensiyası dayandırılmış və bildirilmişdir ki, 4110003AABQW nömrəli forma 88 Daxili İşlər Nazirliyindən elektron sistemə daxil edildiyi üçün etibarsız hesab edilmişdir. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xx.xx.2019cuildə müraciət etmiş, lakin cavabdeh “Vətəndaşların müraciətləri haqqında” Azəbaycan Respublikasının Qanunun 7-ci və 10-cu maddələriin tələblərini pozaraq müraciətinə cavab verməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron sistemdə imtina kimi göstərilməsi əsassız və qanunsuzdur. Bu səbəbdən də onun yenidən qiymətləndirməyə ehtiyac yoxdur, çünki, xx.xx.2017-ci ildə qiymətləndirilmiş və 5 il müddətinə yəni xx.xx.2022-ci ilədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar əlildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 4110003AABQW nömrəli forma 88-in etibarsız hesab edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə ziddir və heç bir qanunda forma 88 etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2017-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 5 il müddətinə yəni xx.xx.2022-ci ilədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin bərpa edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən 4110003AABQW nömrəli forma 88-in etibarlı sayılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə məktub göndərilməlidir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-895/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh (nümayəndəsi) məhkəmə iclasında təmsil olunmamış, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfləri dinləyib, apellyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən məlum olur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 029- 62021/5O-322 saylı məktubunda qeyd edilir ki, Tibb İdarəsinin poliklinikalarının X2 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) poliklinikalarda tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Eksprtiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin eidlməsi üçün Forma 88 Tibb İdarəsinə bilavasitə tabe olan X4 tibbi şəhadətləndirilməsi əsasında tərtib edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında, daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in XHK-da tibbi şəhadətləndirilmədiyini nəzərə alaraq barəsində yazılmış Forma 88 əsassız hesab edilmişddir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X2 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri tərəfindən poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində əsassız tərtib edilmiş göndərişlərlə əlillik təyinatları aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş siyahıda qeyd olunan vətəndaş İddiaçı daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı üçün barəsində tərtib edilmiş göndəriş əsassız hesab edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetini xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”-ni tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 3-cü şəxs qismində cəlb edilməklə “forma 88-in etibarlı hesab edilməsi üçün məktubun göndərilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia tərəfindən təqdim edilmiş sənədlərdən və Məhkəmə tərəfindən göndərilmiş sorğulara cavab məktublarından müəyyən olunmuşdur ki, İddiaçı ümumiyyətlə daxili işlər orqanlarında xidmət etməmiş və onun barəsində tibbi sənədlər Tibb İdarəsinə tabe olan müalicə-profilaktika müəssisələrində aşkar edilməmişdir. Həmçinin Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx xxxxxxx 2020-cu il tarixli 029-2663-1220 saylı məktubundan müəyyən edilir ki, Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyi tərəfindən daxil olmuş siyahıda adları qeyd olunan Oruclu X1 İşlər orqanlarında xidmət etməmiş və ona Nazirliyinin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlər etibarsız hesab olunmuşdur. Odur ki, İddiaçı 4110003AABQW nömrəli forma 88-in etibarlı hesab edilməsi üçün əsas yoxdur və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən hər hansı qanuna zidd hərəkət və hərəkətsizliyə yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-895/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar