Məhkəmə qərarları › İş №2-1(103)-591/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-591/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-591/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-92/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 78 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində şərh olunan faktiki hallara görə iddiaçı uzun illər "xxxx" İstehsalat Birliyində işləyərək mənzil növbəsində olmuşdur. Lakin iddiaçının işlədiyi birlik, sovet rejimi dağıldıqdan sonra iddiaçını mənzillə təmin edə bilmədikləri üçün, iddiaçının yaşadığı yataqxananın mənzilini, iddiaçının növbəsində olduğu mənzil əvəzi olaraq, Cavanşir küçəsi ev 4, mənzil 78-i order əsasında iddiaçıya verərək iddiaçı pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" X1 İttifaqı Komitəsinin müdriyyətinin X7 və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlar alınarkən və ya Ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X1 İttifaqı Komitəsinin müdriyyətinin X7 və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yataqxana ev 4, mənzil 78-in iddiaçıya verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanaların hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq, birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillərin həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair iddiaçının adına order verilmişdir. İddiaçının mənzilində uzun illər məskunlaşmış qaçqınlara görə iddiaçının istifadəsində olmasa da, iddiaçı həmin mənzil üzrə bütün kommunal xidmət haqlarını vaxtı-vaxtında ödəmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən təsdiq edilmiş təhvil-qəbul Aktı ilə S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Bütün bunlardan sonra 2018-ci ildə ölkə Prezidentinin sərəncamı ilə həmin yataqxanalarda məskunlaşmış məcburi köçkünlərə və qaçqınlara yeni mənzillər verilmişdir. İddiaçı isə mənzilinə köçürülmüşdür. Bundan sonra mənzil əvəzi order əsasında iddiaçıya verilmiş mənzilə kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etsə də bu günədək iddiaçının müraciətinə cavab verilməmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinin vətəndaşa orderi dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərarı əsasında verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi isə kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmçinin qanunverici xidməti yaşayış sahəsinin anlayışını verərək əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçün olduğunu, yaşayış sahəsinin xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edildiyini tənzimləmişdir. Bundan əlavə qanunverici xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslərin digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməməsini də tənzimləmişdir. Cavabdeh iddia ərizəsinə etirazında rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir.Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Məcburi köçkün ailələri 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 4 yataqxana binasının 78 saylı otağında 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X4 və qızı X2 məskunlaşdırılmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında Qobu qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. İddiaçı qeyd edilən binanın 78 saylı mənzilindən məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin otağı zəbt etmiş, lakin bir gün də olsun həmin mənzildə yaşamamış və hal-hazırda da yaşamır. Belə ki, iddiaçı bir gün də olsun Bakı "xxxx" İB-yi ilə əmək münasibətlərində olmamış, gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən 78 saylı mənzili özbaşına zəbt etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-92/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apelyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar əsassızdır, mövcud qanunvericiliyin tələblərinə məhəl qoyulmadan, qərəzli olaraq qəbul edilmişdir. Odur ki. ləğv olunmalı və onun iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməlidir. Məhkəmə qüvvədən düşmüş və hazırda qüvvədə olan Mənzil Məcəllələrinə və digər qanunvericilik aktlarına istinad etməklə "digər yaşayış sahəsi verilmədən, çıxarılmalı olması", "qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınmaması”. v ə.s."əsaslarla" orderin verilmə əsaslarının qanunsz olduğunu sübut etməyə onunla mənzil kiravə müqaviləsinin bağlanılmasından imtina edilməsinin qanuna zidd olmadığını imtinanın əsaslı olduğunu sübut etməyə çalışmış, tərəfin mövqeyindən çıxış etmişdir. İş materiallarından göründüyü kimi mübahisə predmeti olan mənzilə dair order 2006-cı ildə verilmiş.2018-ci ildən isə faktiki olaraq həmin mənzildə yaşayır. Yəni həmin mənzil 16 ildir ki.mənə məxsusdur. Həmin mənzilə dair hüquqlarımın yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsini tələblərinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətandaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün və ya təşkilatların hüququnun pozulduğu yaşayış sahəsinin verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda habelə yaşayış sahəsi və şərtlərinin pozulduğu hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında verilməsi qaydaşının etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab ediməsi haqqında tələb orderin verildiyi gündən üç il ərzində verilə bilər. İş materiallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ona qarşı "orderin etibarsız hesab edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi barədə yuxarı instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş Qərarı vardır. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq verilmiş order əsasında yaşadığım, həmin orderin qanuni, əsaslı olması barədə qanuni qüvvəyə minmiş yuxarı instansiya məhkəməsinin qərarı olduğu halda 1-ci instansiya məhkəməsinin iddianın predmetindən kənara çıxmaqla ‘'digər yaşayış sahəsi verilmədən çıxarılmalı olması” əsası ilə iddianı təmin etməməsi absurddur,heç bir məntiqə sığmır və hüquqdan sui-istifadədir. Bundan başqa iş materiallarında olan "Bakı şəhəri "xxxx" İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6. Məshəti küçəsi 3A və S.Ə.ünvan 1A-da vcrləşən yataqxanalarda ‘'Radioquraşdırma" İB-nin HİK-nin X7 və MMK-nin Birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş Orderin Sivahısfdan (təqdim edilən) göründüyü kimi "xxxx" İB balansında olan yataqxanalardan mənzil növbəsində olan fəhlə və qulluqçuların 263 nəfərinə faktiki yaşadıqları və ya boş olan otaqlara mənzil əsaslı olmaqla Order verilmişdir. Təqdim etdiyim "Siyahı'da çəhrayı rənglənmiş sakinlər sis uludu qeyd olunan otaqlara dair mülkiyyət hüququ əldə ediblər, onlardan bir neçə nəfər, məs: X5 məhkəmə qaydasında mənzil kirayə müqaviləsinin bağlanılmasına dair “Sərəncam” aldıqdan sonra (məhkəməyə təqdim edilib, əlavə olaraq təqdim edirəm) özəlləşdirsə də. digərləri isə “məhkəmədən kənar" cavabdehin "tələblərinə uyğunlaşmaqla” sərəncam almış və özəlləşmişlər."İnzibati icraat haqqında" Azərbavcan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. “Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanunun 1-ci maddəsinin tələblərinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmavan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla ıııüəvvən edilmiş şərtlərlə və qavdada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin qanunun 2-ci maddəsinin tələblərinə əsasən bu Qanun Azərbaycan Respbulikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin qanunun 6-cı maddəsinin tələblərinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə,qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) miivafıq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyvəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Bakı ŞİH Başçısının xx.xx.2000-ci il tarixli 154 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizamnaməsi"nin 2.4-cü bəndində göstərilmişdir ki.Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə nəzərdə tutulmuş kiravə (icarə) müqaviləsinin dəyişdirilməsi, rəsmiləşdirilməsi tədbirlərinin (işlərinin) verinə yetirilməsi Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin vəzifələri sırasına daxildir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirirəm ki, məhkəmənin gəldiyi nəticə əsassızdır, qəbul edilən qərar mövcud qanunvericiliyin tələblərinə ziddir və mənim konstitusion hüquqlarımın pozulmasına yönəlmişdir, uzun müddətli araşdırmadan sonra, qərarın qəbul edilməsinə istinad olunmuş dəlillərin əsassız olduğunu bilə-bilə qəbul edilmiş qərar qərəzlidir. Odur ki, həmin qərar ləğv edilməli, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməlidir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Bayramov iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış və iddiaçının heç vaxt Radiozavodda işləmədiyini və faktiki olaraq orada yaşamadığını, ümumiyyətlə yataqxananın zavodda işləyən şəxslərə müvəqqəti verildiyini, işdən getdikdə təhvil verilməli olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının cavabdeh inzibati orqana qarışı irəli sürdüyü iddia tələbindən göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 78 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası iddiaçının həmin tələbini, onun arzu və məqsədi, cavabdehin səlahiyyətləri habelə, inzibati qanunvericiliyin tələbləri nəzərə baxımından, cavabdehin üzərinə onunla qeyd olunan ünvanda yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məcburetmə haqqında iddia tələbi kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı Bakı "xxxx" X1 İttifaqı Komitəsinin müdriyyətinin X7 və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birliyin Cavanşir küçəsi 4 saylı yataqxananın 78 saylı mənzilinə dair onun adına 0245 saylı order verilməsini əsas tutaraq və həmin ünvana pasport qeydiyyatına alındığına əsaslanaraq, cavabdehin üzərinə onunla kirayə müqaviləsi bağlamaq öhdəliyini qoyulmasını tələb etmiş, birinci intansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi rədd olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Birincisi, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin məlumatında bildirilir ki, İddiaçı müəssisəmizdə işləyib-işləməməsinin araşdırılması üçün bizə təqdim edilmiş əmək kitabçasının surəti araşdırılarkən onun adına "xxxx" Zavodunun arxivində heç bir sənəd aşkar olunmamışdır və məlum olmuşdur ki, İddiaçı müəssisədə işləməmiş, onun müəssisənin işçisi olmadığı halda mənzil növbəsinə necə və hansı səbəbdən qeydiyyata düşməsi haqqında məlumat yoxdur. Əslində, iddia ərizəsinin məzmunundan aydın görünür ki, iddiaçı "xxxx" Zavodunda işlədiyi də görünmür. İkinci bir tərəfdən, iş materiallarında olan, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 146 saylı Mənzil Kommunal İstismar Sahəsinin 358 saylı, xx.xx.2019cu il tarixli arayışından görünür ki, xx.xx.1968-ci ildə Tərtər rayonunda anadan iddiaçı Sabunçu rayonu, ünvan 3 ünvanında 5 nəvəsi və gəlini olmaqla 11 nəfər ailə üzvü ilə birlikdə yaşayır və həmin ünvanda rəsmi qeydiyyatdadır. Üçüncüsü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli,131 saylı sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamına, Departamentinin xx.xx.2013-cü il tarixli, 122 saylı sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2013-cü il tarlxli, 16 saylı əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2013-cü il tarixli, 01- 1/984 saylı məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər idarəsinin xx.xx.2013-cü il tarixli, 15 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən, ünvan 4 ünvanda yerləşən yataqxana binası cavabdeh Departamentinin balansına qəbul edilmişdir. İddiaçının onunla mənzil kirayə müqaviləsi bağlanmasını tələb etdiyi mübahisəli mənzil hazırda xüsusi təyinatlı mənzil fonduna aid olan yaşayış sahəsidir. Birincisi, iddia ərizəsinin məzmundan görünür ki, xx.xx.2009-cu il tarixdən qüvvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1.1-ci maddəsinin tələbəinə görə xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid edilir. Həmin Məcəllənin 10.0.7-ci maddəsinin tələbinə görə dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsmi əsaslarını müəyyən etmək dövlətin vəzifəsidir. Həmn Məcəllənin 91.1.2-ci maddəsi isə nəzərdə tutur ki, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı yaşayış sahələrinə aiddir. Həmin Qanunun 91.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinin imperativ tələbinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Məcəllənin qeyd olunan tələbləri baxımından, xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan, başqa sözlə xüsusi təyinatlı xidməti mənzillər sırasından çıxarılması dövlət mənzil fonduna idarəetməsini həyata keçirən dövlət orqanın qərarı əsasında həyata keçirilə bilər. Odur ki, konkret halda, yataqxanada yerləşən mübahisəli mənzil xüsusi təyinatlı mənzil fonduna aid edildiyi halda, cavabdehin həmin mənzilə dair kirayə müqaviləsi bağlanılması üçün müvafiq sərəncam vermək öhdəliyini daşıması istisna edilir və belə mənzillərin özəlləşdirilməsinə də yol verilmir. Qeyd olunmalıdır ki, oxşar qaydalar 1 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil qanunvericiliyində də nəzərdə tutulmuşdur və həmin qanunvericiliklə müəyyən olunan qaydalar heç də hazırkı mübahisənin iddiaçının xeyrinə həllini istisna edir. Belə ki, həmin Məcəllənin 106-cı maddəsinin: 1-ci hissəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 2-ci hissəsinə əsasən yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir...; Həmin Məcəllənin 107-ci maddənin: 1-ci hissəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. 2-ci hissəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir... 4-cü hissəsinə əsasən mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Həmin Məcəllənin 108-ci maddəsinin: 1-ci hissəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş* və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. 1 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin qeyd olunan tələblərindən göründüyü kimi, o cümlədən əmək müqaviləsi ilə işləən şəxslərə müvəqqəti yaşamaq üçün iş və ya təhsil dövründə yaşamaq üçün yer verilir və həmin şəxslər, oradan getdikdə yataqxanadan çıxarılırlar. “ Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 6-cı maddəsi isə nəzərədə tutur ki, “Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər” İddiaçıya da, məhz, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxanada verilən yer, yəni 78 saylı mənzil daimi əsaslarla ona verilmiş hesab olunaraq, həmin yaşayış sahəsinə onunla kirayə müqaviləsi bağlanması üçün əsas ola bilməz . Çünki, hər bir halda, həmin yataqxana dövlət mülkiyyətinə verilsə də, xüsusi təyinatlı mənzillər kateqoriyasın aid olması və yataqxana tipli bina kimi qalması, iddiaçının həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanılmasına cavabdeh departament üçün öhdəlik yaratmır. Başqa sözlə, mübahisəli yataqxana xüsusi təyinatlı bina statusundan çıxarılmadığı halda,cavabdeh orqanın qanunla üzərinə düşən belə bir öhdəliyi mövcud ola bilməz. Departamentin iddiaçıya qarşı "orderin etibarsız hesab edilməsi" tələbinə dair iddiasının məhkəmələr tərəfindən iddianın rədd edilməsinə gəldikdə, qeyd olunan əsaslara görə istinad olunan məhkəmə mübahisəsinin predmetinin, hazırkı mübahisənin yekun nəticəsinə heç bir təsiri müəyyən edilməyən, yəni ikincinin birincidən asılılığı olmayan fərqli predmətlərdir. Beləliklə də, iddiaçının tələbində haqlı olmadığı sübuta yetirilir. Odur ki, cavabdehin onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olduğundan onun hüquqlarını pozması kimi qiymətləndirilməsi istisna olunur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə də məhz, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən mövcud qanunvericiliyin tələblərinə məhəl qoyulmadan, əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-92/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-92/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar