Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-592/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli oızının katibliyi, İddiacının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi vəkili X3, Üçüncü şəxsin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Xüsusi X2rşı 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi işə cəlb edilməklə pensiyanın verilməsinin bərpa edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1943/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1943/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Xüsusi X2rşı 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi işə cəlb edilməklə pensiyanın verilməsinin bərpa edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1943/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü iyun ayından daxili işlər orqanlarında işləyib. AR Daxili İşlər Nazirliyinin xx.xx.2016-cı il tarixli 027-3826- 1216 nömrəli məlumat vərəqinə əsasən, ona cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. AR Daxili İşlər Nazirliyi Maliyyə-plan idarəsi iddiaçının ölkəni tərk edərək Almaniyada siyasi mühacir qismində məskunlaşması ilə əlaqədar olaraq ona pensiya ödənişinin dayandırılması barədə Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X6 İdarəsinə bildiriş göndərmişdir. Məhkəmə qərar qəbul edərkən “Qaçqınların statusu haqqında” Cenevre Konvensiyasına, qaçqının anlayışına istinad edib. İşdə olan DİN X12 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı ölkəni tərk edərək Almaniyada siyasi mühacir qismində məskunlaşıb, yəni o, qaçqın deyildir. Hətta məhkəmə onu qaçqın kimi tanısa belə, qeyd edilən Konvensiyaya görə qaçqının öz ölkəsində əldə etdiyi sosial hüquqlara xitam verilimir. Məhkəmənin Konvensiyanın müddəalarını düzgün tövsif etməməyi və AR Konstitusiyasının 38-ci maddəsini tətbiq etməməyi qanunsuz və əsassız qərarın qəbuluna səbəb olub. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar cıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya dəlilləri ilə razılaşmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apelyasiya dəlilləri ilə razılaşmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nzahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikayətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiacının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X12 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 027- 3465-1219 saylı məktubundan görünür ki, İddiaçı ölkəni tərk edərək Almaniyada siyasi mühacir qismində məskunlaşması ilə əlaqədar olaraq onun pensiya ödənişinin dayandırılması barədə Dövlət X10 Hərbi Qulluqçular və X7 İş İdarəsinə bildiriş göndərilmiş və Dövlət X9 Hərbi Qulluqçular və X7 İş İdarəsi tərəfindən pensiya ödənişi xx.xx.2017-ci il tarixindən dayandırılmışdır. Cavabdehin qeyd olunan imtinasından sonra iddiacı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Xüsusi X2rşı 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi işə cəlb edilməklə pensiyanın verilməsinin bərpa edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və kollegiyanın iclasında öz təsdiqini tapmış həqiqi hallarından görünür ki, iddiaçı 1993-cü ilin iyun ayından daxili işlər orqanında polis vəzifəsinə daxil olub. Ümumilikdə 26 il 9 ay qulluq etmiş və xx xxx 2016-cı il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. O, xx xxxx 2016-cı il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X6 İdarəsinə müraciət etmişdir. İdarənin 16/3314 saylı, xx xxxx 2016-cı il tarixli qərarı ilə iddiaçıya xx xxx 2016-cı ildən etibarən aylıq 801.04 manat olmaqla, ömürlük pensiya təyin edilmiş və iddiaçıya xx xxxxxxx 2017-ci il tarixədək pensiya ödənilmişdir. Daxili İşlər Nazirliyi X12 tərəfindən İdarəyə müraciət edilmiş və pensiyanın ödənişinin dayandırılması tələb olunmuşdur. Dayandırmanın səbəbi kimi iddiaçının Almaniya Federativ Respublikasında siyasi sığınacaq alması göstərilmişdir. Bu səbəbdən də, pensiyanın ödənişi xx xxxxxx 2017-ci il tarixdən dayandırılmışdır. Cavabdeh və ücüncü səxs iddiacının Almaniyada siyasi sığınacaq aldığıni, iddiacının nümayəndəsi isə bu halın sübut olunmadığını bildirmiş, lakin iddiacının 4 ilə yaxın bir müddət ərzində xarici ölkədə hansı əsaslarla yaşamasını izah edə bilməmişdir. Əksinə iş materallarına əlavə edilmiş Azərbaycan Respublikası Prokurorluğunun xx.xx.2018-ci il tarixli, 03/1-162006084/40 saylı məktubundan görünür ki, vəkil Nemət Kərimlinin sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.1967-ci ildə Xaçmaz rayonunun Sayad kəndində anadan olmuş, xx xxxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikasını tərk edərək Almaniya Federativ Respublikasında məskunlaşmış İddiaçı barəsində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində saxta sənədlərdən istifadə etməklə xarici ölkələrdə yaşamaq icazəsi alınması faktları üzrə Azərbaycan Respublikası CM-nin 318-1.2.3, 320.1, 320.2 və digər maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi çərçivəsində cinayət təqibi həyata keçirilir. Görüündüyü kimi iddiacı İddiaçı Azərbaycan Respublikasının ərazisini xx xxxxxx 2016-cı il tarixdən tərk etməsi və Almaniya Federativ Respublikasında məskunlaşması ( onun siyasi sığınacaq və yaxud “qacqın” statusu almasının əsasında duran səbəblər məlum olmasa da) işin mübahisəsiz halıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun 1-ci maddəsinə görə, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikasının 1992-ci ildə qoşulduğu BMT-nin “Qaçqınların statusuna dair” Konvensiyasında da “Qaçqın anlayışının tərifi” adlı 1-ci maddəsində qaçqına oxşar tərif verilmişdir. Eyni zamanda Konvensiyanın 24-cü maddəsi qacqınların sosial təminat məsələlərini nizamlayır. Göründüyü kimi, qaçqın statusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunanlara şamil edilir. İddiaçının Almaniyada siyasi sığınacaq alması faktdır. Belə olan halda, Konvensiya çərçivəsində iddiaçı Azərbaycan dövləti tərəfindən “təqib edildiyini göstərərək Almaniya dövlətindən qaçqın statusu almış, eyni zamanda, bu statusu almaq ücün ya Azərbaycan dövlətinin himayəsindən istifadə edə bilmədiyini, ya da istifadə etmək istəmədiyini irəli sürməli olmuşdur. Lakin iddiaçıya xx.xx.2016-cı il tarixdən aylıq 801,04 manat məbləğdə pensiya təyin etməklə Azərbaycan dövləti iddiaçını himayəsiz buraxmamışdır. Deməli, iddiaçı özüAzərbaycan dövlətinin himayəsindən imtina etmişdir. Əks halda, Almaniyada ona belə bir status verilməzdi. Belə olan halda, iddiacının Konvensiyanın üzvi olan hər iki dövlətin sosial təminat imkanından eyni zamanda istifadə etməsi yolverilməzdir. Hec təsadüfi deyil ki, Konvensiya da elə həmin 1-ci maddəsində vətəndaşı olduğu ölkənin himayəsindən yenidən könüllü istifafə etdikdə şəxsə bu Konvensiyanın müddəalarının daha şamil edilməyəcəyini bildirir. Bununla da, iddiaçı Azərbaycan dövlətinin himayəsindən, o cümlədən əmək pensiyası almaq hüququndan könüllü imtina etməklə, başqa dövlətin himayəsinə sığınmış, həmin dövlətin sosial təminat imkanından istfadı etdiyindən ona təyin edilmiş pensiyanın dayandırılması qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının pensiyasının verilməsinin bərpa olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiacı İddiaçı apelyasiya şikayəti təmin olunmasın. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1943/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-592/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-592/2020
21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver