Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-592/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqla) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1949/2023 saylı 14 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan xx.xx.2019-cu il tarixli 1-731 nömrəli məktubundan görünür ki, Bakı qarnizonu rəisinin 01,05.2017-cı il tarixli icazəsi ilə Müdafiə Nazirliyinin “Bakı-52" hərbi şəhərciyində yerləşən (Yasamal rayonu Seyfəddin Dağlı küçəsi ilə Süleyman Dadaşov küçəsinin kəsişməsi) üç mərtəbəli kazarma binasının təyinatı dəyişilərək xüsusi təyinatlı yaşayış binası kimi Müdafiə Nazirliyinin mənzil fonduna keçirilmişdir. Hal-hazırda sözügedən xüsusi təyinatlı yaşayış binasında yenidənqurma işləri bitmək üzrədir və mənzillər hərbi qulluqçular arasında paylanılmışdır. Müdafiə Nazirliyinin “Bakı-521* hərbi şəhərciyində yerləşən sözügedən xüsusi təyinatlı yaşayış binasına ünvan verilməsi üçün sərəncam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlanan 01 mart 2019-cu il tarixli **********11 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin '‘Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək, xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalan"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq “ünvan 5 ünvan nömrələri təyin olunmuşdur. Həmin binaya dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə həmin binaya dair yeni texniki pasportun tərtib olunması və ünvan reyestrindən arayışın verilməsi qanunvericiliyə müvafiq qaydada təmin ediləcəkdir. Bakı qarnizonu üzrə mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolundan görünür ki, mənzil komissiyasının sədri-polkovnik X2 qarnizonun yaşayış fonduna yeni ayrılmış yaşayış sahələrinin (mənzillərin) komissiyaya daxil olan sənədlər əsasında yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara ayrılması barədə məlumatı dinlənilmiş, yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxılmış, Qarnizonun yaşayış fonduna yeni ayrılmış yaşayış sahələrinin (mənzillərin) alınması üçün komissiyaya təqdim olunan sənədlər öyrənilmiş və fikir mübadiləsi aparılaraq komissiya cədvəldə göstərilən qaydada yaşayış sahələri (mənzillər) verilməsi və bu protokol üzrə verilmiş yaşayış sahələrinə (mənzillərə) bağlanılmış əvvəlki kirayə müqavilələrinə xitam verilməsi qərara alınmışdır. Siyahıda 13-cü sırada N nömrəli hərbi hissə üzrə baş leytenant İddiaçı adı qeyd olunmuşdur. Yasamal rayon İHB-nın “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 140 №-li xx.xx.2019-cu il tarixli sərəncamın surətindən müəyyən olunur ki, ünvan 20, mənzil 17 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması; ünvan 20, mənzil 17 ünvanında yerləşən mənzilə dair vətəndaş İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılması; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 20, mənzil 17 ünvanında yerləşən mənzilin gələcəkdə vətəndaş İddiaçı adına dövlət qeydiyyatına alınmasının xahiş edilməsi; sərəncamın surətinin AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli 161 saylı əmrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil İstismar sahəsinə təhvil verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından müəyyən olunur ki, AR Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 140 saylı Sərəncamına əsəsən Bakı şəhəri Yasamal rayon İHB-nın xx.xx.2019-cu il tarixli 140 saylı sərəncamı ilə ümumi sahəsi 99,6 kv. metr olan Bakı şəhəri Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14, mənzil 17, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daimi istifadə hüququ (hüququ yüklü edilən şəxs -Dövlət) ilə İddiaçı adına qeydə alınmışdır. Bakı şəhəri Cavabdehn başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamına əsasən Cavabdehn başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 132, 133, 134, 135, 136, 137, 138/139 və 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunmuş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən ünvan 20, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxıl edilməsi xahiş edilmişdir. Bakı şəhəri Cavabdehn başçısının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli 259/g-10 nömrəli məktubundan görünür ki, Cavabdeh başçısının 224 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128. 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixi Sərəncamları ləğv olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən həmin ünvanlara dair vətəndaşların adına verilmiş istifadə hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2020-ci il tarixdə məktub ünvanlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********56 nömrəli, 13 oktyabr 2020-ci il tarixli cavab məktubu göndərilmiş və məktubda qeyd olunmuşdur ki, qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanrna və ya "ASAN xidmət" mərkəzlərinə müraciət ediləcəyi təqdirdə qanunvericiliyə uyğun baxılacaqdır. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin rəisinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh başçısının xx.xx.2020-ci .txaäxfi 224 nömrəli sərəncamı ilə Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixi sərəncamları ləğv edilmişdir. Bundan əvvəl həmin sərəncamlarla Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən N nömrəli binada yerləşən 20 mənzil xidməti mənzillər siyahısından çıxarılmış və həmin mənzillərə vətəndaşlarla daimi müqaviləsi bağlanmışdır. Cavabdeh başçısının 04.09 2020-ci il tarixli 224 nömrəli sərəncamına əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən yaşayış sahələrinə vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi zərurəti yaranmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 204.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və huquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin, aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə Əmlak Xidmətləri Məkanına və ya "ASAN xidmət” mərkəzlərinə təqdim ediləcəyi təqdidə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Hal-hazırda İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 140 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər, Yasamal rayon İHB-nın xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdiriliməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Yasamal rayon İHB-nın xx.xx.2019-cu il tarixli, 140 saylı sərəmcamının ləğv edilməsinə dair Yasamal rayon İHB-nın xx.xx.2020-ci il tarixli, 224 №-li sərərcamının İddiaçı münasibətdə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi məqsədi ilə iddiası üzrə üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində N nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra Bakı qarnizonu mənzil komissisyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (o da daxil olmaqla) mənzil ayrılmış və göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır. Yasamal rayon İHB-nın 17 may 2019-cu il tarixli sərəncamları ilə ünvan 11 ünvanda yerləşən binadakı mənzillər xidməti mənzillər fondundan çıxarılmış və nəticə etibarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onların hər birinə ayrı-ayrılıqda müvafiq çıxarışlar verilmişdir ki, həmin çıxarışlara əsasən onlara verilmiş mənzillər üzərində daimi istifadə hüquqları qeydə alınmışdır. O cümlədən ona verilmiş xx.xx.2019-cu il tarixli, çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi N nömrəli evin, sahəsi 99.6 kv.m olan 17 nömrəli mənzili üzərində onun daimi istifadə hüququ qeydə alınmışdır. Göstərilən binada onlara mənzil kimi verilmiş sahələr kazarma tipində olduğuna və yaşayış üçün tam yararsız olduğuna görə onlar, həm birlikdə, həm də ayrı-ayrılıqda xeyli miqdar vəsait xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzillərini əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq 3 (üç) ildir ki, ailə üzvləri ilə birlikdə öz mənzillərində yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hüquq İdarəsindən dəvət olunmuşdur, ora getdikdə, AR MN-nin Mənzil İstismar İdarəsi ilə aralarında bağlanmış daimi icarə müqaviləsini müvəqqəti icarə müqavləsinə çevrilməsini və ya DƏDRX-ə müraciət edərək ona verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə ona heç bir tutarlı cavab verilmədiyinə görə o, həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra ona məlum olmuşdur ki, onlara mənzillərin verilməsi barədə Yasamal rayon İHB-nın 17 may 2019-cu il tarixli sərəncamı, cavbdehin, yəni Yasamal rayon İHB-nın 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə heç bir səbəb və əsas olmadan ləğv edilmişdir. Digər tərəfdən, iddiası üzrə üçüncü şəxs olan AR Müdafiə Nazirliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq onlara verilmiş çıxarışların ləğv edilməsi, yaşayış sahəsinin təyinatının dəyişdirilməklə xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisəli mənzil onun yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Yasamal rayon İHB-nın 04 sentyabr 2020-ci il tarixli sərəncamları ilə ləğv edilməsi tam qanunsuz və ədalətsizdir. Sərəncamların ləğv edilməsi üçün hər hansı bir əsas və səbəb olmamış, digər tərəfdən isə Yasamal Rayon İHB-nın öz verdiyi sərəncamlarını özü ləğv etmək səlahiyyətində deyildir. Göründüyü kimi, Bakı şəhər Yasamal RİH qanunsuzluğa yol vermişdir və bu barədə də ona hər hansı bir məlumat verilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil istismar idarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən vətəndaşlar tərəfindən ünvan 20, mənzil 1,2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1787 saylı məktubuna əsasən “Bakı-52” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasının sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş olunmuşdur. Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019cu il tarixli Sərəncamları ilə ünvan 20, mənzil 1,2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən mənzillər xidməti mənzillər siyahısından çıxarılmış, ünvan 20, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən mənzillərə dair vətəndaşlarla daimi icarə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, 3055 saylı məktubuna əsasən ünvan 20, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Yasamal rayon İHB-nın 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmələri xahiş olunmuşdur. Yasamal rayon İHB-nın 224 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Yasamal rayon İHB-nın 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixi Sərəncamları ləğv olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən ünvan 20, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilmişdir. Balansaxlayıcı orqan Müdafiə Nazirliyi olduğundan və onların müraciətlərinə əsasən yuxarıda qeyd olunan sərəncamlar ləğv edilmiş və həmin mənzillər xüsusi təyinatlı yaşayış fondunun mənzillər kateqoriyasına aid edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1949/2023 saylı 14 sentyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi (hakim) işi düzgün, obyektiv araşdırmayaraq, işdə olan materiallara (sənədlərə, yazışmalara və.s) düzgün hüquqi qiymət verməyərək, eyni zamanda qanunun tətbiqində və təsvirində səhvə yol verərək yuxarıda qeyd edilən ədalətsiz qərarı qəbul etmişdir. İddiaçı 4 ildən artıqdır ki, həmin mənzili əsaslı təmir etdirərək, ailəsi ilə birgə orada yaşayır, eyni zamanda tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən, o cümlədən şəxsiyyət vəsiqəsindən göründüyü kimi, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi, ev 14, mənzil 17-də qeydiyyatdadır və ailəsi ilə birgə orada yaşayır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri) düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi sərəncamdan daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin sərəncamın təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlmiş və iddianı mümkün saymışdır. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “asamal rayon İHB-nın xx.xx.2019-cu il tarixli, 140 saylı sərəmcamının ləğv edilməsinə dair Yasamal rayon İHB-nın xx.xx.2020-ci il tarixli, 224 №-li sərərcamının İddiaçı münasibətdə ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən sərəncam Yasamal rayon İHB tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə ona verilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Bakı şəhəri Cavabdeh 1888/d saylı xx.xx.2022-ci il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş 20 may 2019-cu il tarixli İcarə müqaviləsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu 6 №-li Mənzil İstismar sahəsi ilə (İcarəçi) İddiaçı arasında ünvan 11 №-li evin 59,68 kv.m sahəli 3 otaqdan ibarət 17 №-li mənzilinə dair müddətsiz icarə müqaviləsi bağlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından müəyyən olunur ki, AR Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 140 saytı Sərəncamına əsəsən Bakı şəhəri Yasamal rayon İHB-nın xx.xx.2019-cu il tarixli 140 saylı sərəncamına əsasən ümumi sahəsi 99,6 kv. metr olan Bakı şəhəri Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14, mənzil 17, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daimi istifadə hüququ (hüququ yüklü edilən şəxs -Dövlət) ilə İddiaçı adına qeydə alınmışdır. Məhkəmənin müvafiq sorğularına əsasən Yasamal rayon İH-nin 1843/d saylı xx.xx.2023-cü il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlanmış **********11 №-li, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi ilə Süleyman Dadaşov küçəsinin kəsişməsində, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən üç mərtəbəli kazarma binasının təyinatının dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edildiyini nəzərə alaraq həmin binaya yeni ünvanın müəyyən edilməsinə göstəriş verilməsi barədə 13 fevral 2019-cu il tarixli 1/731 nömrəli məktuba Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Müdafiə Nazirliyinin “Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq ünvan 13 ünvan nömrələri təyin olunmuşdur. Adıçəkilən binaya dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə həmin binaya dair yeni texniki pasportun tərtib olunması və ünvan reyestrindən arayışın verilməsi qanunvericiliyə müvafiq qaydada təmin ediləcəkdir. Bakı qarnizonu üzrə mənzil komissiyasının 18 №-li xx.xx.2019-cu il tarixli Protokolun surətindən müəyyən olunur ki, Yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxılmışdır. Qarnizonun yaşayış fonduna yeni ayrılmış yaşayış sahələrinin (mənzillərin) alınması üçün komissiyaya təqdim olunan sənədlər öyrənilmiş, fikir mübadiləsi aparılaraq komissiya cədvəldə göstərilən qaydada yaşayış sahələri (mənzillər) verilməsi və bu protokol üzrə verilmiş yaşayış sahələrinə (mənzillərə) bağlanılmış əvvəlki kirayə müqavilələrinə xitam verilməsi qərara alınmışdır (Protokola əlavə olunmuş siyahıda Baş leytenant İddiaçı (sıra 12); arvadı: Qurbanova (Bədəlova) Günel Kamandar qızı 1990-ci il: oğlu X6 2015-ci) ünvan 14 ünvanı qeyd olunmuşdur). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən Yasamal rayon İHB-ya ünvanlanmış 1787 №-li xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən (keçmiş N nömrəli hərbi hissəsinin ərazisi) N nömrəli 3 mərtəbəli kazarma binası yaşayış binası kimi yenidən qurulmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli **********11 nömrəli məktubu ilə həmin binaya “ünvan 16 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019cu il tarixli 161 nömrəli əmri ilə “Bakı-52” hərbi şəhərciyində yerləşən 3 mərtəbəli kazarma binası sosial təyinatlı yaşayış fonduna daxil edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.1 maddəsinə əsasən sözügedən binanın sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mənzil-İstismar İdarəsi tərəfindən Yasamal rayon İH-yə ünvanlanmış 1786 №-li xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı qarnizonu rəisinin 16 aprel 2019-cu ildə təsdiq etdiyi Bakı qarnizonu üzrə mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında hərbi qulluqçular və onların ailə üzvləri ilə daimi icarə müqaviləsinin bağlanmasına, gələcəkdə həmin mənzillərin özəlləşdirilməsinin həyata keçirilməsinə sərəncam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Bakı qarnizonun rəisinə ünvanlanmış 1617 saylı, xx.xx.2018-ci il tarixli raportun surətindən müəyyən olunur ki, Bakı qarnizonu rəisinin xx.xx.2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində baş plan üzrə N nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Yenidənqurma işlərindən sonra 20 mənzil istifadəyə verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol xx.xx.2019-cu il tarixidə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənmişdir. Hal-hazırda Yasamal rayonu, Seyfəddin Dağlı-küçəsi, N nömrəli bina Abşeron rayon Mənzil-istismar hissəsinin 6 saylı Mənzil-istismar sahəsinin istismarında olan qapalı hərbi şəhərciyə aid olmayan ərazisində yerləşir. Hərbi qulluqçulara ayrılmış daimi mənzillərə daimi icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə sərəncam verilməsi üçün hüquqi rəy verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən Bakı qarnizonun rəisinə ünvanlanmış 11/1877 saylı, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, onların xx.xx.2019-cu il tarixli 3439 nömrəli dərkənarına əsasən “Bakı 52” hərbi şəhərciyinin baş planı üzrə N nömrəli 3 mərtəbəli binanın yaşayış binası kimi yenidən qurulması və Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli müvafiq protokoluna əsasən yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara həmin binadan mənzillərin verilməsinə dair təqdim edilmiş sənədlərə Hüquq idarəsində baxılmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar bildirilmişdir ki, sözügüdən bina Müdafiə Nazirliyinin sərəncamında (balansında) və istifadəsində olduğuna görə daimi icarə müqaviləsinin bağlanılmasına və gələcəkdə mənzillərin özəlləşdirilməsinə icazənin verilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”na uyğun həyata keçirilməsi qanunazidd deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirinin “Bakı-52” hərbi şəhərciyində Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən baş plan üzrə N nömrəli 20 mənzilli yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi haqqında 161 №-li xx.xx.2019-cu il tarixli əmrin surətindən müəyyən olunur ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi “Bakı-52” hərbi şəhərciyində, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən baş plan üzrə N nömrəli 20 mənzili yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi ilə bağlı irəli gələn məsələlərin qanunvericilikdə müəyyən edilmiş qaydada həll etməsi; Təhvil-qəbul işlərinin Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 55 nömrəli qərarına əsasən aparılması; Əmrin icrasına nəzarət Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin rəisinə tapşırılması əmr edilmişdir. Yasamal rayon İHB-nın “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 140 №-li xx.xx.2019-cu il tarixli sərəncamın surətindən müəyyən olunur ki, ünvan 20, mənzil 17 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması; ünvan 20, mənzil 17 ünvanında yerləşən mənzilə dair vətəndaş İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılması; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 20, mənzil 17 ünvanında yerləşən mənzilin gələcəkdə vətəndaş İddiaçı adına dövlət qeydiyyatına alınmasının xahiş edilməsi; sərəncamın surətinin AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli 161 saylı əmrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil İstismar sahəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Yasamal rayon İH-yə ünvanlanmış 3055 №-li xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 ünvanında yerləşən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli mənzillərə dair tərəflərindən verilmiş 17 may 2019-cu il tarixli 121,122,123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 saylı sərəncamların, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş olunmuşdur. Eyni zamanda görülmüş tədbirlərin nəticəsi barədə Müdafiə Nazirliyinə rəsmi məlumat göndərilməsi xahiş olunmuşdur. Yasamal rayon İH-nin 224 saylı xx.xx.2020-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki: - Yasamal rayon İHB-nın 121,122,123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamlarının ləğv olunması; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 20, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16,17,18,19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsinin xahiş edilməsi; - Sərəncamın surətinin AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi qərara alınmışdır. Yasamal rayon İH tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1627/d saylı məktubun surətindən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə Bakı şəhəri Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. Yasamal rayon İH tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzilİstismar İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1627/d saylı məktubda göstərilmişdir ki, Ysamal rayon İHB-nın 224 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Yasamal rayon İHB-nın 121,122,123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunmuşdur və rayon İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə həmin ünvanlara verilmiş istifadə hüququna dair çıxarışların ləğv edilməsi barədə məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Yasamal rayon İH-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 20 ünvanında yerləşən mənzillərin üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılması barədə 04 sentyabr 2020-ci l tarixli 1627/d nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına (ünvan: Bakı şhəri, X11 küçəsi 20) və ya “ASAN xidmət” mərkəzlərinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondunaaidedilməsi”Qaydaları: Bənd 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 58.1-ci maddəsinə əsasən İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2 -ci maddəsinə əsasən Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6.3-cü maddəsinə əsasən maraqlı şəxs inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Yasamal rayonu 6 №-li Mənzil İstismar sahəsi ilə (İcarəçi) İddiaçı arasında bağlanan 20 may 2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 11 №-li evin 59,68 kv.m sahəli 3 otaqdan ibarət 17 №-li mənzili müddətsiz istifadəsinə verilmişdir. Əsas qismində cavabdehin xx.xx.2019-cu il tarixli 140 saylı Sərəncamı çıxış etmişdir. Sonradan həmin sərəncam Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin xx.xx.2019-cu il tarixli 140 saylı Sərəncamı qanunvericiliyin tələblərinə əməl edilmədən qəbul edildiyinə görə qanunsuz əlverişli inzibati aktdır. Belə ki, həmin Sərəncam qəbul edilərkən cavabdeh inzibatin orqan Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşmamış, həmçinin hazırki işdə balans saxlayıcı orqan olan Müdafiə Nazirliyinin qərarı olmamışdır. Başqa sözlə, sərəncamın qəbul edilməsi üçün hüquqi əsas olmamış, sərəncam qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. Odur ki, qeyd olunan tələblərə əməl edilməməklə qəbul olunduğu üçün həmin sərəncam İnzibati icraat haqqında Qanunun 67.1-ci maddəsi anlamında qanunsuz inzibati akt sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilər. Göründüyü kimi, cavabdeh öz qanunsuz sərəncamını ləğv etməkdə səlahiyyətlidir. Odur ki, cavabdehin öz inzibati aktını ləğv etmək səlahiyyətinin olmaması barədə iddiaçının dəlili əsassızdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İnzibati icraat haqqında Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmədiyi təsbit edilmişdir. Hazırkı işdə qanunsuz əlverişli inzibati aktın ləğvini məhdudlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin İnzibati icraat haqqında Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli 140 saylı Sərəncamı iddiaçıya münasibətdə əlverişli inzibati akt olsa da, qanunsuz olduğundan və qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi üçün nəzərdə tutulmuş məhdudiyyətlər hazırkı işdə olmadığından, həmin sərəncamın ləğvi barədə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli Sərəncamı qanuni və əsaslıdır. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır (2-1(102)-395/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğvi üçün qanunla müəyyən edilmiş hallar hazırki işdə mövcud olmadığından və həmin halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1949/2023 saylı 14 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1949/2023 saylı 14 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-592/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-592/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver