Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-593/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” bаrədə iddiа tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 378/2023 nömrəli, 25 iyul 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq 57 yaşı tamam olduğu 09 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə xx.xx.2022-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 60 yaşı tamam olduğu 09 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 10 mart 2023-cü il tarixli qərardadı ilə, iddia ərizəsinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1960-cı ilin avqustun 9-da anadan olmuşdur. Hazırda 61 yaşı tamam olmuşdur. 1977-ci ilin sentyabrın 1-dən Azərbaycan Dəmir Yolları İdarəsinin lokomotiv deposunda çilingər kimi işə düzəlmiş, 1979- 1981-ci illərdə ordu sıralarında hərbi xidmətdə olduqdan sonra yenidən ADY idarəsində lokomotiv deposunda 3-cü dərəcəli motorçu işinə qəbul olunmuşdur. 1986-cı ildə ADY idarəsi tərəfindən maşinist kursuna göndərilmiş və 1987-ci ildən kursu bitirərək elektrikqatarı maşinist köməkçisi vəzifəsinə işə qəbul olunmuş, 31 avqust 1988-ci ildən 16 sentyabr 1994-cü ilədədək vaqon mühərriki şöbəsində maşinist kimi işləmiş, yəni 1977-ci ildən 1994-cü ilədək fasiləsiz işinin 12 il 7 ayını “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ verən yerlərdə işləmişdir. xx.xx.2006-cı ildən 2017-ci ilədək ortada olan 1.5 il fasilə nəzərə alınmaqla "xxxx" MMC-də daş yonan qranitçi işində işləmişdir. Cəmi 23 il 8 ay əmək fəaliyyəti olub. Bu illərin 13 ilini xüsusilə ağır kateqoriyalı işlərdə əmək fəaliyyətim olmuşdur. Əgər iki il ordu sıralarında xidməti də nəzərə alınarsa, yəni bu gün ən azı 26 il sığorta stajına malik və bu müddətin ən azı 13 ilini fasiləsiz olaraq xüsusi ağır işlərdə əməklə məşğul olmuşdur. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı var. Ona görə də əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq istəyir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlər araşdırılarkən onun ümumi iş stajının 25 ildən az (19 il 10 ay 1 gün (xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979- xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1994-cu il tarixləri arasındakı dövrlər və 2006- 2022-ci illər üzrə cəmi 5 il 3 ay)) təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" QSC-nin 26 aprel 2021-ci il tarixli 57266 nömrəli arayışında xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1987- xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində Bakı Lokomotiv Deposunda motor vaqon seksiyalarının maşinist köməkçisi və xx.xx.1987xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində isə motor vaqon seksiyalarının maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın Nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri nəzərdə tutulmamışdır. Həmçinin “Vahid Tarif-ixtisas Sorğu kitabçasfnm dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri qeyd edilməmişdir. Bundan başqa xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991 -ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və motorvaqon maşinisti, motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə iddiaçının yalnız xx.xx.1993-cü il tarixinədək işlədiyi motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də SSRİ Nazirlər Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü xx.xx.1993-cü il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il (xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1986-ci il və xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14515,90 manat təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2023 nömrəli, 25 iyul 2023-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, İddiaçı tərəfindən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (19 il 10 ay 1 gün (xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1994-cu il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 5 il 3 ay)) təşkil edir. Eyni zamanda İddiaçı qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajı mövcud olmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" QSC-nin iddiaçıya dair 26 aprel 2021 -ci il tarixli 57266 nömrəli arayışında xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində Bakı Lokomotiv Deposunda motor vaqon seksiyalarının maşinist köməkçisi və xx.xx.1987-xx.xx.1994- cü il tarixləri arasındakı dövr ərzində isə motor vaqon seksiyalarının maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri nəzərdə tutulmamışdır. Həmçinin “Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri qeyd edilməmişdir. Bundan başqa xx.xx.1993cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirildiyi və motor-vaqon maşinisti, motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə iddiaçının yalnız xx.xx.1993-cü il tarixinədək işlədiyi motor-vaqon maşinisti və motor vaqon seksiyalarının maşinist köməkçisi vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də SSRİ Nazirlər Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü xx.xx.1993-cü il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il (xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1986-ci il və xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsi təşkil edir. Həmin Qanunun 9.1-ci maddəsinə (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan xx.xx.2020-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: 1) müəyyən olunmuş yaş həddinə çatmalı; 2) 25 il ümumi iş stajı; 3) azı 12 il 6 ay xüsusi iş stajı mövcud olmalıdır. 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 60 yaşı xx.xx.2020-ci ildə tamamlanmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin mübahisəli halı tələb olunan ümumi iş stajının və güzəştli iş stajının tamamlanmaması, pensiya kapitalının kifayət etməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının ümumi iş stajını düzgün müəyyən etməmişdir, belə ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi üzrə ümumi iş stajının 21 il 10 ay 28 gün olması (2006-cı ilə qədər 16 il 7 ay 28 gün+2006-cı il tarixdən sonraya məcburi dövlət sosial sığorta haqları ödənilən dövr 5 il 3 ay) nəticədə iddiaçının 25 il ümumi stajının tamamlanmaması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan ИТ – İ ******* nömrəli iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada tərcümə edilmiş surətinə əsasən, iddiaçı xx.xx.1979-cu il tarixdə sınaq stansiyası sexində mühərriklərin təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə Azərbaycan SSR ƏM 36-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1979xx.xx.1981 sovet ordusu sıralarında qulluq etmiş, xx.xx.1982-ci ildə MVS cari təmir sexinə 3-cü dərəcəli motoristi, hərəkət edən qatarın çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.1982ci ildə mühərrik vaqon bölməsinin maşinistinin köməkçisi dublyoru keçirilmiş, xx.xx.1982-ci ildə müstəqil olaraq mühərrik vaqon bölməsinin maşinistinin köməkçisi işinə buraxılmış, xx.xx.1986-cı ildə Azərbaycan Dəmir yollarında Bakı texnikumu vaqon bölməsinin maşinisti kurslarına göndərilmiş, xx.xx.1986-cı ildə Azərbaycan Dəmir yolları Bakı texnikumu elektrovoz maşinisti kurslarına qəbul edilmiş,xx.xx.1987-ci ildə elektrovoz maşinisti kurslarını bitirmiş, xx.xx.1987-ci ildə Azərbaycan Dəmir yolları Bakı Lokomotiv deposu Azərbaycan Dəmir yolları Bakı texnikumunda elektrovoz maşinisti kurslarını bitirdiyi üçün mühərrik vaqon bölməsinin maşinistinin köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə Azərbaycan Dəmir yolları mühərrik vaqon bölməsinin maşinisti ixtisası verilmiş, xx.xx.1988-ci ildə mühərrik vaqon bölməsinin maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə uyğun olaraq öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2006-cı ildə "xxxx" MMC-yə daş yonan qranitçi işinə qəbul edilmiş, xx.xx.2007-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarından görünür ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək 16 il 7 ay 28 gün iş stajının olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir, belə ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubuna əsasən iddiaçının əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının –hərbi xidmət dövrü daxil edilməklə 16 il 7 ay 28 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu ünvanlanaraq işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün xx.xx.1960-cı il təvəllüdlü İddiaçı əmək haqqından xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta ödənişlərinin ödənilib-ödənilməməsi barədə məhkəməyə məlumat verilməsi və bu barədə sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Sorğuya əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron inforasiya sistemində İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi sosial sığorta haqları barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. Həmin məlumatlara əsasən iddiaçının 2006-cı il tarixdən sonraya məcburi dövlət sığorta haqları ödənilən müəssisələr üzrə -"xxxx" MMC-də işlədiyi müddətdə 2006-cı ilin may-sentyabr, 2009-cu ilin iyun- dekabr, 2010-cu ilin may-dekabr, 2012-ci ilin yanvardekabr, 2014-cü ilin yanvar-dekabr, 2015-ci ilin yanvar-sentyabr, 2016-cı ilin mart-dekabr ayları üçün olmaqla ümumilikdə 63 ay sığorta ödənişləri edilmiş, beləliklə iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci ilə qədər məcburi dövlət sığorta haqları ödənilən dövr üzrə 5 il 3 ay sığorta stajı mövcud olmuşdur. Həmçinin sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı fərdi şəxsi hesabında 2006-cı ilin yanvar-aprel və oktyabr-dekabr, 2009-cu ilin yanvar-may, 2020-cu ilin yanvaraprel, 2015-ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvar və fevral, 2017-ci ilin yanvar-iyul ayları, 2007, 2008, 2011 və 2013-cü illərin yanvar-dekabr ayları üzrə məlumat aşkar edilməmişdir. Yuxarıda sadalanan qanunvericilik normalardan aydın olduğu kimi xx.xx.2006-cı il tarixdən sonra pensiya hüququ verən ümumi iş stajının hesablanması zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti birbaşa nəzərdə tutulmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi əsassız olaraq əmək kitabçasında qeyd edilmiş bütün dövrləri pensiya hüququ verən ümumi iş stajı kimi nəzərə almışdır. Halbuki qeyd edilən dövrlər üzrə mdss ödənişləri həyata keçirilən müddət cəmi 5 il 3 ay olmuşdur. Belə olan halda iddiaçının 60 yaşı tamam olan tarixə hazırki vəziyyətdə pensiya hüququ verən ümumi iş stajı 25 ildən azdır. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri olan ümumi iş stajı kifayət etmədiyindən, digər şərtlər üzrə geniş araşdırmanın aparılmasını prosessual qənaət prinsipinə əsaslanaraq zəruri hesab edilmir. Məhkəmə kollegiyası həmçinin, iddiaçının nəzərinə çatdırır ki, işəgötürən tərəfindən müvafiq aylar üzrə mdss ödənişlərinin həyata keçirilməsi təmin edildiyi təqdirdə qanunvericiliklə müəyyən olunmuş şərtlər ödənilərsə iddiaçı yenidən iddia qaldırmaq hüququna malikdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən ən azı biri ödənilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə əsassızdır, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2023 nömrəli, 25 iyul 2023-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” bаrədə iddiа tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-593/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-593/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver