Məhkəmə qərarları › İş №2-1(103)-594/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-594/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-594/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin X6 üzrə Mərkəzi filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4399/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) X1rşı « iddiaçıya işlədiyi müvafiq illər sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Bərdə rayonu Mirzalıbəyli kəndində doğulmuşdur və orada qeydiyyatda olmaqla yaşayır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar Bərdə regional şəhər “ASAN xidmət” mərkəzinə ərizə lə müraciət etmişdir. O, ərizəsində xx.xx.1989-cu il tarixli ******* nömrəli nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Ramin müstəqil kiçik müəssisəsində 4-cü dərəcə ə eektirik qaynaqçısı işlədiyi illərin iş stajı kimi nəzərə alınmaqla pensiyanın təin olunmasını xahiş etmişdir. Lakin ona pensiya təyin olunmasından imtina edilmişdir. Belə ki, Bərdə rayon müstəqil kiçik müəssisəsinin ləğv olunması il əlaqədar arxiv sənədlərinin saxlanılmadığı və rayon arxivinə təhvil verilmədiyi üçün əmək kitabçasında qeyd olunan müvafiq işilləri nəzərə almamışdır.Odur ki, xx.xx.1989-cu il tarixli ******* nömrəli nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Bərdə rayon Ramin müstəqil кiçik müəssisəsində 4-cü dərəcə ilə elektirik qaynaqçısı işlədiyim illər iş stajı kimi nəzərə alınmaqla pensiya təyinatına dair məhkəmə qətnaməsinə ehtiyacı vardır.Yuxarıda qeyd edilənlərə və İPM-in 2-ci maddəsinə əsaslanaraq, ona xx.xx.1989cu il tarixli ******* nömrəli əmək kitabçamda qeyd olunan xx.xx.1990-cı il tarixdən xx.xx.1993cü il tarixədək Bərdə rayon Ramin müstəqil kiçik əssisəsində 4-cü dərəcə ilə elektirik qaynaqçısı işlədiyi illərin sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4399/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4399/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 25 il ümumi iş stajı, həmçinin, Azərbaycan Respublikasının 2 nömrəli siyahısı ilə təsdiq olunmuş əmək şəraiti zərərli və ağır olan digər işlərdə 12 il 6 ay çalışması iş materiallarına əsasən müəyyən olunmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı xx xxxxx 1960-cı il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək onun x xxxxxx 1990-cı il tarixdən xx xxxxx 1993-cü il tarixədək Bərdə rayonunda “Ramin” KM-də qaynaqçı işlədiyti dövr də nəzətrə alınmaqla 25 ildən artıq ümumi iş stajı, 12 il 6 aydan artıq zərərli iş stajı toplanmış olur. O, «Əmək pensiyaları haqqqında» AR Qanununun 9.1, 9.8-ci maddələrinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF X6 İdarəsinə müraciət etmişdir (müvafiq sənədləri təqdim etməklə). Lakin cavabdeh orqan onun x xxxxxx 1990-cı il tarixdən xx xxxxx 1993-cü il tarixədək “Ramin” KM-dəki qaynaqçı vəzifəsindəki iş stajını sığorta stajına daxil etməməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İddiaçının həmin illər istisna olmaqla x xxxxxx 2006-cı il tatixədək 20 il ümumi, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə (vəzifələrdə) çalışması işin mübahisələdirilən hallarına aid deyil. Birinci instansiya məhkəməsi işin hallarına “«Əmək pensiyaları haqqında» AR Qanununun 4.1, 9.1, 9.8-ci maddələrini, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndini, 67-ci maddəsini, AR Əmək Məcəlləsinin 87-ci maddəsini, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilərək İddiaçı onun x xxxxxx 1990-cı il tarixdən xx xxxxx 1993-cü il tarixədək Bərdə rayonu “Ramin” müstəqil kiçik müəssisəsində 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində iş stajı sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh DSMF X6 İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı əmək kitabçasındakı qeydlərin (1990 – 1993-ci illər üzrə əmək fəaliyyətinə dair) həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Eləcə də, həmin qeydlərin həqiqiliyinin hər hansı arayışla sübut olunması vəzifəsi də inzibati icraatda ərizəçinin üzərinə qoyula bilməz. Həmin halları əsas gətirməklə ərizəçinin (iddiaçının) qaldırdığı məsələnin həllindən imtina olunması «İnzibati icraat haqqında» AR Qanununun 15 və 19-cu maddələrinin tələblərinə ziddir. Odur ki, iddiaçının əmək kitabçasındakı qeydlər əsasında qanunla müəyyən edilmiş həddə sığorta stajı toplanmış olur. 2006-cı ilin yanvar ayının 1-dən əvvəlki dövrdə qüvvədə olmuş qanunvericiliyə («Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə) əsasən şəxsin həqiqi hərbi xidmət dövrü sığorta stajına daxil edilir və x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi həmin stajın sosial sığorta satajına daxil edilməməsinə əsas vermir. Belə olan halda, İddiaçı x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF X6 İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, cavabdeh iddiaçının həm ümumi, həm də güzəştli iş stajının güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün yetərli olmadığını qeyd etmişdir. Lakin iş materiallarındakı iddiaçının əmək kitabçasına əsasən iddiaçının 2006-cı ilədək 25 il ümumi iş stajının olduğu, həmçinin onun 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması təsdiq olunur. Cavabdehin iddiaçının 1990 – 1993-ci illər üzrə əmək fəaliyyətinə dair əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı apellyasiya baxışı zamanı “Ramin” müstəqil kiçik müəssisəsinin nizamnaməsində dəyişiklik edilməsi barədə xx.xx.2005-ci il tarixli qərarın surətini təqdim etmişdir. Qərarda “Ramin” müstəqil kiçik müəssisəsinin adı və təşkilati- hüquqi formasının dəyişdirilərək ,”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi qərara alınmışdır. İddiaçı Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron portalından “xxxx” MMC-yə dair məlumatların çıxarışını təqdim etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin qeyd olunmalıdır ki, AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində hazırkı İddiaçı 12 il 6 aydan çox işlədiyi “elektrik qaynaqçısı” peşəsi 23200000 – 11620 kodu ilə nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi X6 üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4399/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar