Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-594/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Məmmədova (sədrlik edən və məruzəçi), Həsən Hüseyn oğlu Əhmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçının hüquqi varisi X5 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7646/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının hüquqi varisi X8 tərəfindən verilmiş şikayətə 16 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs A.İsmayılovun adına Dövlət X26çəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş və X19 kitabında 11 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmış AN-520795 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinə əsas olmuş Bakı şəhəri, Səbail rayon bələdiyyəsinin qərarının və alqı-satqı müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, internetdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin tərəfindən verilmiş arayışa əsasən 56000 manat dəyərləndirilməklə X15 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanda yerləşən AA N-520795 saylı-Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin tərəfindən verilmiş 950 nömrəli reyestr kitabının 90288 nömrəli vərəqində qeydiyyata alınmış qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 29 iyun 2020ci il olan çıxarış əsasında satışa çıxarılmışdır. Bakı şəhəri, Səbail bələdiyyəsi ilə yerində araşdırma nəticəsində məlum olmuşdur ki, həmin daşınmaz əmlak olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanda yerləşən torpaq sahəsinin 300 (üç yüz) kvadrat metr hissəsi Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının üzvü və Pedaqoji Universitetin Kafedra müdiri mərhum X3 Səbail Bələdiyyəsi tərəfindən 27 dekabr 2005-ci il tarixli, 421 saylı Qərarı üzrə Alqı-Satqı Müqaviləsi əsasında verilmişdir və həmin torpaq sahələri ilə üstüstə düşür. Eyni zamanda 05 fevral 2021-ci il tarixli Vəkil Sorğusuna əsasən Səbail Bələdiyyəsinin 11 fevral 2021-ci il tarixli, SB/HƏ-5/84 №-li məktubuna əsasən Səbail Bələdiyyəsinin arxiv sənədlərinin istintaq zərurəti ilə əlaqədar Bakı Şəhər Prokurorluğu tərəfindən götürüldüyü üçün X9 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət X26 Çəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş və X19 kitabında 11 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmış AN-520795 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü-“nün verilməsinə əsas olmuş Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən verilmiş Qərarın və Alqı-Satqı Müqaviləsinin təqdim edilməsi mümkün olmamışdır. llkin sənədlərin əldə edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək məsləhət görülmüşdür. Mübahisəli yerin Səbail bələdiyyəsinin Torpaq Məsələləri Komissiyasının sədrinin iştirakı ilə keçirilmiş baxışa dair fotoşəkillər də həmin torpaq sahələrinin üst-üstə düşməsini təsdiq edir. Eyni zamanda həmin mübahisəli sahənin X3 Səbail Bələdiyyəsi tərəfindən 27 dekabr 2005-ci il tarixli, 421 saylı Qərarı üzrə Alqı-Satqı Müqaviləsi əsasında verilmiş, lakin üçüncü şəxs X10 isə 2006-cı il tarixli Qərar üzrə verilməsi müəyyən edilmişdir. Odur ki, artıq yaranacaq məhkəmə mübahisəsi ilə əlaqədar olaraq iddia ərizəsinə sübut kimi əlavə edilməsi üçiın X10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmış həmin Çıxarış verilməsinə əsas olmuş ilkin sənədlərin surətlərinin və məlumatın ünvan 2 ünvanda fəaliyyət göstərən Vəkil Qurumuna göndərilməsi barədə aidiyyəti üzrə göstəriş verməyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Vəkil Sorğusu əsasında xahiş edilmişdir. 05 fevral 2021-ci il tarixli Vəkil Sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 02 mart 2021-ci il tarixli **********08 №-li Arayışda qeyd edilənlər öz təsdiqini tapmış və lakin tələb olunmuş sənədlərin məhkəmə Qərarı əsasında təqdim edilməsi bildirilmişdir. Mübahisə ilə bağlı 3-cü şəxs X15 ilə danışıqlar heç bir nəticə verməmiş və araşdırma ilə bağlı Səbail Bələdiyyəsinin dəvətinə də məhəl qoymamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2022 saylı iş üzrə 5 aprel 2022-ci il tarixli qərardadı ilə X8 İddiaçı hüquqi varisi qismində hazırkı işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2022 saylı iş üzrə 19 aprel 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqi varisi sözügedən daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Belə ki, hazırki işdə iddiaçının hüquqi varisinin Bakı şəhəri Səbail Bələdiyyəsinin 421 saylı, 27 dekabr 2005-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrılmış mərhum X14 yeganə vərəsəsi olduğu müəyyən olunmur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.2-ci maddələrində birinci və ikinci növbədə vərəsələrin kimlər olması konkret olaraq göstərilmişdir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində təsbit olunmuş normaya əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hazırki halda isə mərhum X16 Səbail rayonu, Səlyan şosesi 12 ünvanda bələdiyyə ərazisinə məxsus 300 kv.m torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Səbail Bələdiyyəsinin 421 saylı, 27 dekabr 2005-ci il tarixli qərarına əsaslanmaqla, daşınmaz əmlak üzərində hüquq əldə etmiş şəxsə münasibətdə onun birinci və ya ikinci növbəli vərəsəsi olmadığı üçün iddiaçının hüquqi varisi cavabdehdən müəyyən hərəkətləri etməyi tələb edə bilməz. İddiaçı qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2041/2022 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər – H.Həmidov (sədrlik edən və məruzəçi), E.Kazımov, C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədən saxlanılmışdır. İddiaçı qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1598/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər – K.Bədəlov (məruzəçi), N.Rəsulbəyova, İ.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2041/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İşə baxan aşağı instansiya məhkəmələri X5 X16 münasibətdə vərəsəlik məsələsinə qiymət vermiş, bu zaman Mülki Məcəllənin 1159.1 və 1159.2-ci maddələrinə istinad etmiş, başqa sözlə, X5 X14 yeganə vərəsəsi olduğunu müəyyən etməyin mümkün olmamasına istinadən iddianı mümkün saymamışlar. Halbuki, Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, İddiaçı mirasdan pay almaq hüququ irsi transmissiya qaydasında X2. Belə olan halda isə, X1 hüququnun olmaması ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi əsassız və Mülki Məcəllənin 1252-ci maddəsinə zidd olmuşdur”. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1261/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər- (M.Tağızadə (məruzəçi), K.Əkbərov, P.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1337/2022 saylı iş üzrə 19 aprel 2022-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs: X15) “qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, İddiaçı mirasdan pay almaq hüququ irsi transmissiya qaydasında X2. Belə olan halda isə, X1 hüququnun olmaması ilə bağlı məhkəmənin mövqeyi əsassız və Mülki Məcəllənin 1252-ci maddəsinə zidd olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbi üçüncü şəxs A.İsmayılovun adına Dövlət X26çəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş və X19 kitabında 11 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmış AN-520795 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinə əsas olmuş Bakı şəhəri, Səbail rayon bələdiyyəsi tərəfindən qəbul edilmiş qərarın və alqısatqı müqaviləsinin ləğv edilməsinə yönəlmişdir. İşə təkrar baxan birinci instansiya məhkəməsi İPM-nin 2 və 13-cü maddələrinin tələblərini rəhbər tutmaqla, iddia tələbinin alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı hissəsinin mümkünlüyünü müzakirə etməli və iddia tələbinin dəqiqləşdirilməsində müvafiq yardım göstərməlidir”. Məhkəmə iclasında iddiaçının vəkili ödəniş qəbzini təqdim edərək, izahatında bildirmişdir ki, Səbail Bələdiyyəsi tərəfindən 27 dekabr 2005-ci il tarixli, 421 saylı qərar qəbul edilməsi ilə bağlı uzun müddət məlumatı olmamış, yalnız 2021-ci il tarixdə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı ödəniş edərkən həmin qərarın mövcud olduğundan məlumatlı olmuşdur. Məhkəmə iclasında iddiaçının hüquqi varisi və nümayəndəsi iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7646/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının hüquqi varisi X5 Cavabdehnə qarşı X17 və X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçının hüquqi varisi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7646/2023 saylı, xx.xx.2023-cü il qərardadının ləğv edilməsini, iddia tələbinə Bakı İnzibati məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Səbail rayonu,Səbail Bələdiyyəsinin tərəfindən 27 dekabr 2005-ci il tarixli,421 saylı torpaq ayırma Qərarına və Alqı-satqı Müqaviləsinə əsasən Salyan Şossesi 12 ünvanda yerləşən 300(üç yüz) kvadrat metr torpaq sahəsi mərhum qaynatası-Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının üzvü və Pedoqoji Universitetin kafedra müdiri, 13 yanvar 2020-ci ildə vəfat etmiş Akademik - X16 verilmişdir.Eyni zamanda 3-cü şəxs X10 Bakı şəhəri,Səbail rayonu,Səbail Bələdiyyəsinin tərəfindən 27 dekabr 2006-cı il tarixli Qərarına əsasən Salyan Şossesi 12 ünvanda yerləşən 400(dörd yüz) kvadrat metr torpaq sahəsi ayrılsa da, 2009-cu il tarixdə Bakı şəhəri,Səbail rayonu,Səbail Bələdiyyəsi ilə 3-cü şəxs X15 arasında Alqı- satqı Müqaviləsi bağlanılmışdır.Məhkəmə bu ziddiyyətə əhəmiyyət verməmişdir.Belə ki, 3-cü şəxs X9 hansı güzəştlərə əsasən Səbail Bələdiyyəsinin tərəfindən 27 dekabr 2006-cı il tarixli Qərarına əsasən 400(dörd yüz) kvadrat metr torpaq sahəsi ayrılsa da, 2009-cu il tarixdə,yəni 3(üç) ildən sonra Səbail Bələdiyyəsi ilə 3-cü şəxs X15 arasında Alqı-satqı Müqaviləsi bağlanılması faktının özü saxtakarlıqdan xəbər vermirmi?Hakim 3-cü şəxs qismində X11 məhkəmədə proses iştirakçısı kimi tanısa da məhkəmə iclaslarında iştirakını təmin etməmiş və onun mübahisəli torpağa dair aidiyyəti olub-olmaması müəyyənləşdirilməmiş və birtərəfli mövqe səbəbindən qeyri- obyektiv, qanunsuz və ədalətsiz nətricəyə gələrək 19 sentyabr 2023-cü il tarixli,- 2-1(112)- 7646/2023 N-li Qərardad qəbul etmişdir Belə ki, - “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsini barədə”- Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli ,466-İİİQD nömrəli Qərarının İİİ hissəsinə əsasən- “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”-Qanunun 9.1-ci maddəsi - “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət,istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”redaksiyada verilməsi və hal-hazırda da qüvvədə olmasına məhkəmə tərəfindən əhəmiyyət verilməmiş və birtərəfli mövqe səbəbindən qeyri-obyektiv, qanunsuz və ədalətsiz nətricəyə gələrək 19 sentyabr 2023-cü il tarixli,- 2-1(112)- 7646/2023 N-li Qərardad qəbul etmişdir .Həmin Qanuna edilmiş dəyişikliyə əsasən ,yəni 23 oktyabr 2007-ci il tarixli ,466- İİİQD nömrəli Qərarının İİİ hissəsinə əsasən Bakı şəhəri,Səbail rayonu,Səbail Bələdiyyəsinin tərəfindən 2009-cu ii tarixdə 3-cü şəxs X15 arasında Alqı-satqı Müqaviləsi bağlana bilməzdi.Qeyd edir ki, Bakı şəhəri,Səbail rayonu,Səbail Bələdiyyəsinin tərəfindən 13 yanvar 2020-ci ildə vəfat etmiş Akademik - X16 27 dekabr 2005-ci il tarixli,421 saylı torpaq ayırma Qərarının və Alqı-satqı Müqaviləısinin və eləcə də 3-cü şəxs X9 27 dekabr 2006-cı il tarixli torpaq ayırma Qərarının və 2009-cu il tarixdə bağlanılmış Alqı-satqı Müqaviləsinin surətləri tərəfindən mərhum həyat yoldaşı 09 fevral 2022-ci ildə vəfat etmiş İddiaçı ilə birlikdə tələb etsək də,Arxiv sənədlərinin Bakı Şəhər Prokurorluğu tərəfindən götürüldüyü və istrintaq zərurəti ilə əlaqədar qaytarılmadığı bildirilsə də də, məhkəmə icraatı zamanı Bakı İnzibati Məhkəməsinin hakimi- X6 tərəfindən edilmiş Sorğu ilə bu deyilənlər öz təsdiqini tapmamış və yalan olduğu aşkarlanmışdır.Daha sonra iddiaçının iddia Ərizəsi üzrə tələbinin 3-cü Şəxs -X9 adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət X26 Çəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş və X19 kitabında 11 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmış AN- 520795 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü-“nün verilməsinə əsas olmuş Bakı şəhəri,Səbail rayonu,X4 və və Alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair Qərar qəbul edilməsi barədə olmasına baxmayaraq inzibati məhkəmə icraatı qaydasında baxılması birtərəfli mövqe səbəbindən qeyri-obyektiv, qanunsuz və ədalətsiz olaraq mümkün sayılmamışdır.Nəticədə məhkəmə-birtərəfli, əsassız, qanunsuz və ədalətsiz olaraq yuxarıda qeyd edilənlən sübutlara baxmayaraq yanlış nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi apellyasiya şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iddianın növü mübahisələdirmə haqqında iddiadır. İddiaçı cavabdehin üçüncü şəxsə torpaq sahəsinin satılmasına dair qərarı (inzibati aktını) və alqı-satqı müqaviləsini mübahisələndirir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehin qərarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Belə ki, mübahisələndirilən qərar xx.xx.2005 il tarixlidir. Mübahisələndirilən qərarların qəbul edildiyi vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə qeyd edir ki, istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. İddiaçı mübahisələndirdiyi qərardan 18 ilə yaxın müddət ərzində məhkəmə müdafiəsi hüququndan istifadə etməyərək həmin qərarı mübahisələndirməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsinin 18 ilə yaxın müddət ərzində digər şəxsə satılmasını bilməməsi (bununla maraqlanmaması) ağlabatan və inandırıcı deyildir. İddiaçının hüquqi varisi izahatında cavabdehin qərarlarının mövcudluğundan yalnız bələdiyyənin hesabına xx.xx.2021-ci il tarixdə ödəniş edərkən məlumat əldə etdiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, bu hal iddiaçının hüquqlarının pozulmasının bildiyi (müddətin axımının başlanması) anı kimi qəbul edilsə belə, iddiaçı həmin vaxtdan da, qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşlər. Belə ki, hazırda qüvvədə olan İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Lakin iddiaçının iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni iddiaçı izahatında göstərdiyi tarixdən 4 aydan çox müddət keçdikdən sonra məhkəməyə hazırkı tələblə müraciət edərək 30 günlük iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Bundan başqa “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. (5.2-ci bənd) Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. (6.1-ci bənd) Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. (6.2-ci bənd) Hazırkı işdə iddiaçı iddia tələbində alqı-satqı müqaviləsinin də ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə görə alqı-satqı ikitərəfli müqavilə olmaqla əqdin bir növüdür və akt şəklində tərtib edilmir. Yuxarıda istinad edilən Plenum qərarından göründüyü kimi, hazırkı iş üzrə torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanması tərəflər arasında olan müqavilə münasibətlərindən yaranan mülki hüquq xarakterlidir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, digər tələb üzrə tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün həmin tələbə də inzibati qaydada baxılması mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçı tərəfə bu barədə hüquqi yardım edilərək iddia tələbində dəqiqləşmə edilməsi təklif edilsə də, iddiaçı tələbində israrlı olaraq iddia tələbinin göstərilən qaydada təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı üçüncü şəxsə məxsus torpaq sahəsinin ayrılmasına dair cavabdehin qərarını mübahisələndirmək üçün subyektiv hüquqa da malik deyildir. Belə ki, iddia tələbinin faktiki əsasının üçüncü şəxsə verilmiş torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi təşkil edir. Lakin iş üzrə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən göründüyü kimi, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə üçüncü şəxsin mülkiyyətindədir. Rəydə həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən yerləşmə cizgisi qeyri-müəyyən olmaqla istinad məlumatları qeyd olunmayıb. Məhkəmə araşdırması dövründə müvafiq orqanlara sorğular verilmiş, həmçinin iddiaçıya onun mərhum ərinə ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisi və torpağın yerləşməsini müəyyən edən digər sənədlər təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəf bu barədə məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Nəticədə iddiaçı tərəfin, vahid elektron kadastr baza məlumatlarına əsasən üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin ayrılmasına dair qərarı mübahisələndirmək üçün subyektiv hüququ da təsdiq edilmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə oxşar olmaqla həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7646/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7646/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-594/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-594/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver