Məhkəmə qərarları › İş №2-1(103)-595/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-595/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-595/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X1, tərcüməçi Bağırova-Yəhyayeva Günay Akif qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4 və AR DİN) “xüsusi qərar çıxarılması tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7815/2021 saylı, 16.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xüsusi qərar çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddianın əsaslarına görə üçüncü şəxslər və digər orqanlar tərəfindən iddiaçının cavabdeh obyektiv və subyektiv hüquqları pozulur, lakin tədbirlər görülmür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7815/2021 saylı, 16.09.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinə baxılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqları o cümlədən müraciət və paylı mülkiyyət hüququ cavabdeh və üçüncü şəxslər tərəfindən pozulub. Onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəindən qorunur. Odur ki, AR Cinayət Məcəlləsi nəzərə alınmaqla, onun mülkiyyət hüquqlarını pozan təqsirli şəxslər barəsində cinayət işi qaldırılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı E.Yusupova apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi N.Rzazadə iddiaçının apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birincisi, xüsusi qərardad çıxarılması mahiyyəti üzrə konkret mübahisəyə (işə) baxılması zamanı, işdə iştirak edən şəxslərin hərəkətlərində cinayət in əlamətlər aşkar olunan hallarda çıxarıla bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM»)-in 1.2-ci maddəsi baxımından, Mülki Prosessual Məcəllənin («MPM») 265-ci maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir. Konkret halda isə iddiaçı tərəfindən ayrıca iddia tələbi formasında məhkəməyə müraciət edərək cavabdehin və üçüncü şəxslərin onun mülkiyyət hüququnu pozan hərəkətələrində cinayət əlamətləri olduğunu əsas tutraq vəzifəli şəxsləri barəsində xususi qərardad çıxarılması xahiş olunur. İkincisi, MPM-in 265-ci maddəsində nəzərdə tutulan xüsusi qərardadı çıxarmaq məhkəmənin vəzifəsi deyil, prosesual qanunvericiliklə müəyyən edilən bir hüququdur. Başqa sözlə, məhkəməyə məxsus olan bir səlahiyyətdir. Üçüncü bir tərəfdən, cavabdehin və üçüncü şəxslərin vəzifəli şəxslərinin onun mülkiyyət hüququnu pozan hərəkətlərində cinayətin əlamətlərinin olduğunu güman edirsə, iddiaçı özü məsələ ilə bağlı cinayət təqibini həyata keçirən orqanlara müvafiq ərizə ilə müracəiət etmək hüququna malikdir. Dördüncüsü, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinin tələbindən isə görünür ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisənin inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının zazırkı cavabdeh və üçüncü şəxslərin vəzifəli şəxsləri barəsində xüsusi qərardadın çıxarılması barədə iddia tələbinin inzibati məhkəmə icraatını zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. Belə olan halda, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından onun həmin iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə İPM-in 35.1 və 35.3-cü maddələrinin tələblərinə müvafiq olaraq iddianın mümkün sayılmaması prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7815/2021 saylı, 16.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar